Ardını oxu...
Yapon alimləri Alzheimer xəstəliyinin təsirlərini azaltmaq üçün hazırladıqları peyvəndin ilk nəticələrini paylaşıblar.

Cebhe.info xəbər verir ki, bu barədə Tokiodakı Juntendo Universitetində konfransda məlumat verilib.

Tədqiqatçılar siçanlar üzərində təcrübələr apararaq, Alzheimer xəstəliyi ilə əlaqəli qocalma qlikoproteinlərinin (SAGP) əlamətlərini daşıyan hüceyrələri məhv etdiyini iddia etdikləri peyvəndin təsirlərini müşahidə ediblər.

Alzheimer xəstəliyinin irəliləyən mərhələsində xəstələrdə narahatlıq əlamətlərinin olmadığını və diqqətini cəmləyə bilmədiklərini xatırladan tədqiqatçılar, altıncı ayda aparılan təcrübələrində peyvənd edilmiş siçanların sağlam siçanlar kimi əsəbi və diqqətli davrandıqlarını ifadə ediblər.

Amerika Ürək Dərnəyinin saytında yer alan məlumata görə, alimlər inkişaf etdirdikləri peyvəndin Alzheimer prosesi zamanı beyində iltihabı azaltdığını və nəticədə xəstəliyin səbəb olduğu davranış pozğunluğunu bərpa etməyə ümid etdiklərini söyləyiblər.
 
Ardını oxu...
Bu ilin iyuluna qədər Azərbaycanda 934 nəfərdə hepatit C virusu aşkarlanıb.

Bu barədə TƏBİB-dən bildirilib.

2023-cü ilin iyul ayına qədər “B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya”nın fəaliyyəti nəticəsində 1 329 nəfər müayinə olunub. Onlardan 61%-i kişi, 39%-i isə qadındır.Komissiyadan keçən xəstələrdən 367 (27,6%) nəfərə hepatit B, 934 (70,3%) nəfərə hepatit C və 25 (1,9%) nəfərə hepatit B və C ko-infeksiyası diaqnozu qoyulub.

B və C virus hepatitlərdən müalicə almış insanların sayı 1 086 (müraciət edənlərdən 82%) nəfər olub. Onlardan 502 (46,2%) nəfər Bakı şəhəri qeydiyyatında olanlardır.

Müalicəyə cəlb olunan şəxslərdən 840 (77,3%) hepatit C, 227 (20,9%) hepatit B, 19 (1,7%) nəfər isə hepatit B və C ko-infeksiyasına qarşı dərman preparatları ilə təmin olunub.
 
Ardını oxu...
Qanunla qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkilməsi, buna şərait yaradılması davam edir. Qanun qüvvəyə mindikdə qapalı məkan işlədən obyekt sahiblərinə bununla bağlı xəbərdarlıq edilib. Məlumat verilib ki, qapalı məkan sahibləri siqaret çəkilməsinə ciddi nəzarət etməlidir, əks halda, onlar cərimələnəcəklər. Amma buna baxmayaraq, hələ də qanunun tələbinə məhəl qoymayanlar var. Qeyd edək ki, qapalı məkanlarda tütün məmulatlarından istifadəyə dair məhdudiyyətlərə riayət edilməsinin təmini və ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumatda bildirilib ki, rayon ərazisində yerləşən kafe və restoranlarda keçirilən tədbir zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub. Həmçinin ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə eyni gündə keçirilən nəzarət tədbirləri zamanı məişət tullantılarını urnalardan kənara atan, eləcə də şəhərin abadlaşdırma qaydalarını pozan şəxslər də müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunublar.

Teref.az -ın məlumatına görə, sosioloq Qabil Babayev “Sherg.az”a açıqlamasında deyib ki, qapalı yerlərdə siqaret çəkməyi yasaqlayan qanun olsa da, qanuna nəzarət mexanizmi yoxdur. Qapalı yerlərdə siqaretin çəkilməsinə olan qadağaya ictimai nəzarət də olmalıdır: “Bu cür məsələləri təkcə qanunla həll etmək mümkün deyil. Bizim ölkədə heç kəs yanında siqaret çəkən adama reaksiya vermir. Xarici ölkələrdə isə qanunazidd hallarla bağlı insanlar bir-birinə nəzarət edir. Yəni bu cür məsələlərdə ictimai nəzarət funksiyası var. Mənim fikrimcə, bizdə də heç bir şəxs özünü bu məsələdən kənara çəkməməlidir. Qapalı yerdə siqaret çəkən gördükdə dərhal iradını, etirazını bildirməlidir. Bu, ən gözəl nəzarət mexanizmi olar.

Açıq yerdə çəkilən siqaretin insan səhhətinə təsiri, qapalı yerdə çəkilən siqaretlə müqayisədə daha azdır. Qapalı yerlərdə tütün tüstüsünün ətrafa yayılmasının zərərini heç bir vasitə ilə aşağı salmaq mümkün deyil. Qapalı yerlərdə siqaret çəkənlər nəzərə almalıdırlar ki, siqaret onu çəkəndən çox ətrafda onun tüstüsünü qəbul edənlərə ziyandır. Ümumiyyətlə, siqareti çəkənlər deyil, ətrafdakılar onun təsirinə daha çox məruz qalırlar. Belə halda biz passiv siqaret çəkmiş oluruq. Halbuki hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var. Qapalı yerlərdə, ictimai yerlərdə siqaret çəkənlər nəzərə almalıdırlar ki, onlar bizim bu hüququmuzu pozurlar".

Sosioloqun sözlərinə görə, bu qadağaya vətəndaş məsuliyyətini artırmaq üçün cərimələr artırılmalıdır: "Cərimələr elə məbləğ olmalıdır ki, qapalı məkanda siqaret çəkdiyinə görə cərimələnən şəxslər və ya öz obyektində buna şərait yaradan sahibkarlar ikinci dəfə eyni qanunu pozmağa risk etməsin. Əslində müvafiq qurumlardan əvvəl siqaret çəkən şəxslərə məkan sahibləri özləri ciddi nəzarət etməlidir ki, bu cür xoşagəlməz hallar yaşanmasın. Çünki qapalı məkanlarda siqaret çəkən insan özündən qat-qat çox ətrafdakı insanlara zərər verir”.
Ardını oxu...
Bəzi balıq nümunələrini analiz etmək məqsədilə çalışmalara başladıq. Nümunələri İranın Poldəşt bölgəsi və Araz su anbarı dediyimiz Naxçıvanla üz-üzə olan yerdən götürdük.

Bu sözləri Axar.az-a Təbriz Tibb Elmləri Universitetinin molekulyar tibb sahəsi üzrə professoru Möhsün Abbaszadə Araz çayı və ona yaxın ərazilərdə yaranan ekoloji problemlərlə bağlı aparılan müayinələrin nəticəsi haqqında danışarkən deyib.

O bildirib ki, çaya axıdılan çirkli sular bölgənin flora və faunasına ciddi şəkildə təsir edib:

“Balığın daxili orqanları və nəfəs yollarında histoloji müayinələr həyata keçirdik. Balıq nümunələrinin üst toxmalarında və qaraciyərində fəsadlar aşkar olundu. Bunun səbəbi suda olan ağır metallar və radioaktiv maddələr idi”.

Mütəxəssisin sözlərinə görə, balıqlar Ermənistan ərazində mövcud olan Metsamor AES-dən axıdılan kirli suya görə zərər görüb:

“Su kirliliyinin qaynağının tək səbəbi Ermənistan torpağında fəaliyyət göstərən Metsamor AES və bir neçə mis mədənidir. Çünki İranda bizim çalışdığımız bölgə Araz çayının başlanğıc nöqtəsi hesab olunur. O bölgədə hər hansı fabrik, mədən yoxdur”.

İstismar müddəti çoxdan bitən Metsamor AES-in təcili şəkildə qapadılmalı olduğunu deyən Möhsün Abbaszadə bildirib ki, əks halda insanlar və ətraf aləm bu stansiyanın mövcudluğundan əziyyət çəkməli olacaq:

“Biz Fukusima qəzasını unutmamalıyıq. Buradan böyük bir dərs almalıyıq. 1970-ci illərdə qurulan “Metsamor”un istismar müddəti 2016-cı ildə bitməli idi. Lakin AES-in fəaliyyəti 2036-cı ilə qədər uzadıldı. 1988-cı ildə Spitak zəlzələsindən sonra AES-in işi 7 il dayandırılsa da, ciddi zərər görən stansiya 1995-ci ildə yenidən fəaliyyətə başlayıb. İnsanlara və ekologiyaya zərər vuran AES və mis mədənləri barəsində ciddi ölçü götürülməlidir. Millət vəkilləri və İran Səhiyyə Təşkilatı Araz çayının ətrafında olan şəhərlərdə xərçəng xəstəliyinin daha çox yayıldığını qeyd ediblər. Su kirliliyinin aradan qaldırılmasının tək yolu Metsamor AES-in dərhal qapadılmasıdır. Ayrıca, orada fəaliyyət göstərən mis mədənləri də yoxlanmalı, tullantıları nəzarətdə saxlanmalıdır. Araz çayından mütamadi olaraq su analizləri götürülməlidir”.
 
Ardını oxu...
Bir müddət əvvəl elm adamları kakao paxlasında epikateşin kimi bir elementin olduğunu aşkar etdilər. Bu, orqanizmə xərçəng və diabetlə mübarizə aparan, həmçinin infarkt və insultların qarşısını alan maddədir.
Səhərlər kakao dəmləyib içdikdə qocalmanı ləngidir.
Tribunainfo.az xəbər verir ki, Qərb alimlərinin araşdırmasının nəticələrinə görə, kakao piylənməyə səbəb olmur, əksinə, əlavə kiloramlardan qurtulmağa kömək edir, çünki istifadə edildikdə, doyma çaydan (yaşıl və ya qara) və ya qəhvədən daha tez baş verir.
Mütəxəssislər belə qənaətə gəliblər ki, kakaonun faydasını görmək üçün səhər içmək daha yaxşıdır. Kakao paxlası dərinizin ultrabənövşəyi radiasiyanın mənfi təsirlərindən qorumasına kömək edən melanin ehtiva edir. Bundan əlavə, melanin günəş yanıqlarının qarşısını alır, gəncliyi və toxumaların elastikliyini qoruyur.

Həmçinin:
• Təzyiqi azaldır. Kakao azot oksidi ilə doludur, bu da damarların rahatlamasına səbəb olur və təzyiq kifayət qədər tez azalmağa başlayır.
• Sümükləri gücləndirir. Kakaonun tərkibindəki kalsium, fosfor sümük və oynaqlarda problemi olanlar üçün çox faydalıdır.
• Bütün müsbət xüsusiyyətləri ilə kakao bir çox insanlar üçün əks- göstəriş ola bilər. Məsələn, qastrit, mədə xorası və ya onikibarmaq bağırsağın xorası varsa, bu içkinin qəbulunu məhdudlaşdırmaq daha yaxşıdır.
 
Ardını oxu...
Azərbaycanda əhali ucuz qiymətə özünə xəstəlik alır
Azərbaycan kərə yağı və süddən hazırlanmış digər yağların idxalını 21% azaldıb.

Bu gün daxili bazarda satışda bir çox yağlar var ki, onların sırasında yerli kərə yağları azlıq təşkil edir. Ümumilikdə isə satışda olan kərə yağlarının qiyməti o qədər yüksəkdir ki, vətəndaşlar mənfi təsirlərinin olduğunu bilsələr belə, məcbur qalıb ucuz bitki yağları almağa üstünlük verirlər. Yəni “Kərəm”, “ Kalinka”, yaxud digər palma, soya tərkibli yağlar bazarda ən çox alınan yağlar sırasındadır.

Bu gün idxal olunan kərə yağlarının 21 faiz azalmasının səbəbi alıcılıq qabliyyətinin azalması ilə bağlıdır?

teref.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Akir Nəsirli Cebhe.info-ya bildirdi ki, Azərbaycana idxal olunan kərə yağlarının qiyməti kifayət qədər baha olur və daxili bazarda əhalinin alıcılıq qabiliyyəti çox aşağıdır:

“Bu, insanların real gəlirlərinin azalması ilə bağlıdır. Ona görə də kərə yağının idxalının azalması təbiidir. Daxildə sanki kərə yağının satış qabiliyyəti aşağı düşüb. Ona görə də anbarlarda kifayət qədər kərə yağı qalıb. Ölkədə əhali yağ alır, ancaq aldığı yağ ölkə daxilində hazırlanmış zərərlənmiş yağlardır. Ucuz, qarışıq bitki yağlarıdır. Statistikaya baxsaq, ölkəyə bitki yağı adı altında palma çərdəkləri yağının idxalı genişlənib.

Palmanın iki növ yağı var. Birincisi, palmanın lətindən, meyvə hissəsindən hazırlanır. O qidalanmaq üçün yararlıdır. Ancaq palmanın çərdəklərindən alınan yağlar isə qida üçün yararlı deyil. O yağların ərimə temperaturu orqanizmin daxili temperaturundan yüksəkdir, yaxud ona bərabədir. Adi kərə yağının ərimə temperaturu 33-34 dərəcədir. İnsan orqanizmində isə 40 dərəcəyə yaxındır. Palma çərdəkləri yağının ərimə temperaturu isə 40 dərəcədən yuxarıdır. Bu, orqanizmdə gec həll olunur, palma çərdəklərindən alınan yağların molekulları kifayət qədər böyükdür.

Orqanizmə də heç bir fayda da vermir. Sağlamlığı olmayan insanlarda bu yağlar həzm oluna bilmir. Sitoplazmadakı yağlar toplanaraq müxtəlif problemlər, şişmanlık, artık çəki yaradır. Azərbaycanda artıq çəkidən əziyyət insanların sayı artır. Bu, palma və digər bitkilərin orqanizmdə qida üçün nəzərdə tutulmayan, aldıqları yağların kərə yağı adı satılmasından irəli gəlir. Həmin yağları texnologiya ilə kərə yağına bənzər formaya salmaq olur, həm dad vurmaq olur və kərə yağndan heç nə ilə fərqlənmir.

Sonra da həmin yağlar ucuz başa gəldiyinə görə kərə yağı kimi satışa çıxarırlar. Normal, idxal olunan kərə yağının qiyməti 20-25 manata başa gəlirsə, ölkə daxilində istehsal olunan palma yağının kilosu maksimum 8-12-13 manata satılır. Əhali də imkanına görə bu yağları almalı olur”.

Ekspert deyir ki, əgər maye yağlar həqiqətən də qarğıdalı, günəbaxan, zeytun yağıdırsa onun istifadəsi daha səmərəlidir:

“Ancaq bitki yağları əslində iki məqsədlə istifadə üçün nəzərdə tutulur. Əsasən salatlarla bağlı nəzərdə tutulub. Biz isə onu əsasən xörəyi qızardarkən istifadə edirik. Bu tamamilə yalnış düşüncədir. Əslində biz qızartma xörəklər üçün də kərə yağdan istifadə etməliyik.

Çünki bitki yağı qızartma zamanı karbohidrogen çubuqlarından bir hissəsi sınır, o trans yağa çevrilir. Ancaq kərə yağı qızardılanda trans yağa çevrilmək təhlükəsi yoxdur”.

Ekspertin sözlərinə görə, ilk növbədə bu məsələyə dövlət nəzarəti olmalıdır:

“Məsələn, AQTA ilə birlikdə müəyyən layihə həyata keçirib təhlükəsizlik sistemi qurulmalıdır. Bu sahədə problemlər çoxdur. Ölkə daxilində ətlik-südlük heyvandarlıq genişləndirilməlidir. Hazırda işğaldan azad edilmiş ərazilər heyvandarlıq üçün münbit bir zonadır. O zonada heyvandarlığın inkişafına hökumət təkan verməlidir. Biz nə etsək də, xaricdən kərə yağı ucuz gəlməyəcək.

Ancaq ölkə daxilində kərə yağının maya dəyəri 15 manata başa gələ bilər. Məsələn, bizim o qədər geniş imkanlarımız, süd verən heyvanlarımız, fermalarımız yoxdur ki, bu qədər tələbatı ödəsin. Sovet dövründə də ölkədə yağ problemi olub. O zaman daha çox bizdən pambıq planı tələb edirdilər, heyvandarlığı artırmaq imkanlarımız yox idi. Ancaq indi onu bizdən tələb edən yoxdur.

Biz pambıq kimi məhsullar deyil, çıxış yolu kimi heyvandarlığı genişləndirməliyik. Daxildə ərzaq buğdası istehsalından vacib olan heyvandarlığın inkişafıdır ki, bu insanların sağlamlığına zəmanətdir. Hazırda ölkədə əhalidə olan xəstəliklərin 80-90 fazini orqanizmə zərərli, satışda olan yağlar yaradır”.
 
 
 
Ardını oxu...
Parisdə ətirlərə həsr olunmuş bir muzey var. Orada fəxri yerdə “Macarıstan Kraliçasının Suyu”nun resepti olan orta əsr perqamenti sərgilənir.
Rəvayətə görə, bir çox xəstəliklərdən, o cümlədən podaqradan əziyyət çəkən 72 yaşlı kraliça Yelizaveta praktiki olaraq, köməksiz hərəkət edə bilmirdi.
1380-ci ildə bir rahib Kraliçaya içmək üçün rozmarin əsaslı su təqdim etdi. Bir neçə ay sonra Elizabetin vəziyyəti xeyli yaxşılaşdı və özü də o qədər cavan görünməyə başladı ki, Polşa kralı ona evlənmə təklif edib.
Rozmarinin insan orqanizminə faydalı təsiri o qədər güclüdür ki, sözün əsl mənasında ikinci gənclik verir.
“Medicina” xəbər verir ki, həkim – fitoterapevt Lyudmila Volkovanın sözlərinə görə, rozmarinin bir yan təsiri var, buna görə də yalnız qadın bitkisi hesab olunur.
“Ədviyyatın tərkibindəki maddələr aktiv spermatozoidlərin sayını azaldır. Amma bu təsir son dərəcə qısa müddət ərzində müşahidə edilir və kişilərin sağlamlığı üçün təhlükə yaratmır.
Eyni zamanda, rozmarin çoxlu faydalı xüsusiyyətlərə malikdir: beyin fəaliyyətini yaxşılaşdırır, nəfəs almağı asanlaşdırır, ürək-damar sisteminin fəaliyyətini normallaşdırır.
Rozmarində bədxassəli şişlərin yaranmasının qarşısını alan maddələrin olduğu da sübut edilmişdir. Antioksidantların yüksək konsentrasiyası rozmarin qocalma prosesini yavaşlatmaq və orqanizmi cavanlaşdırmaq üçün ən təsirli vasitələrdən birinə çevirir”.
 
Ardını oxu...
Şişmiş qarın təkcə vizual olaraq eybəcərlik deyil, həm də sağlamlıqdan uzaqdır.
Mədədə şişkinlik, qarında köp hər 10 insandan birinin əziyyət çəkdiyi problemdir.
Səbəbi isə 90% hallarda qidalarımızdır.
“Medicina” xəbər verir ki, qastroenteroloq Alexandra Alisovanın sözlərinə görə, meyvə şəkəri, yəni fruktoza yalnız meyvə və tərəvəzlərin tərkibində deyil, həm də tez-tez sənaye məhsullarını şirinləşdirmək üçün istifadə olunur.
“Fruktoza kiçik bağırsaqdan qana məhdud dərəcədə sovrula bilər və ya ümumiyyətlə sovrula bilməz.
Buna görə də, yalnız meyvələrlə deyil, sənaye məhsulları ilə də diqqətli olmalısınız. Bunlar hansılardır.
• Çörək
• Qatıq
• Limonad
• Kola
• Ketçup kimi souslar
Meyvələr əslində, sağlam və dadlıdır. Ancaq meyvə nə qədər şirin olarsa, şişkinlik riski bir o qədər yüksəkdir. Tərkibində yüksək fruktoza olduğu üçün onları həzm etmək çətindir, xüsusən də fruktoza malabsorbsiyasından əziyyət çəkirsinizsə.

Aşağıdakı meyvə növlərində fruktoza xüsusilə yüksəkdir:
• Qarpız
• Üzüm
• Şaftalı
• yetişmiş banan
• gavalı
• Kişmiş
Tərəvəzlər də faydalıdır, lakin təəssüf ki, onlar da meteorizmə səbəb ola bilər. Tərkibindəki fruktanlar və qalaktanlar buna cavabdehdir.
Ən çox aşağıdakı tərəvəzlərdə olur:

• qulançar
• soğan
• uzun soğan
• Kəvər
• ənginar
• Çuğundur
Buğda, arpa və çovdar kimi taxıllarda qlüten var ki, bu da qlüten dözümsüzlüyü olan insanlarda şişkinliyə səbəb ola bilər. Bunlar bağırsaqlarda stress yaradır.
 
Ardını oxu...
Çoxları gecə vaxtı aclıq hiss edir və çox vaxt insan zərərli bir şey yemək istəyirlər - "fastfood", yağlı qidalar, şirniyyatlar... Lakin bu istəyə təslim olmadan, daha sağlam alternativlərə üstünlük versəniz, yaxşıdır. Foodinfo.az gecə vaxtı yemək istədikdə ideal seçim etmək üçün diyetoloq Nataliya Qridinanın məsləhətlərini təqdim edir.Onun sözlərinə görə, yağsız quş əti gecə qəlyanaltısı üçün idealdır. Tərkibindəki triptofan sayəsində yuxunun keyfiyyəti yaxşılaşır, çünki triptofan melatonin istehsalını stimullaşdırır. Skumbriya, qızılbalıq və ton balığı omeqa-3 ilə zəngindir. Bu mikroelement orqanizmdə serotoninin miqdarını artırır, yuxunu dərinləşdirir.Triptofan pendirdə də var - onu krekerlə yemək olar, çünki tərkibində bədən üçün faydalı olan lif var. Banan da gecə qəlyanaltısı üçün yaxşıdır.Süd məhsulları isə tərkibində kalsiumun olduğu üçün melatonin istehsalına kömək edir. "Gecə aclığı" üçün qatqısız süd uyğundur, lakin onu şirinləşdirmək istəyirsinizsə, bal əlavə edə bilərsiniz, o da melatoninin miqdarını artıra bilər.Bir az qoz-fındıq da yeyə bilərsiniz: aclıqdan xilas olmaq üçün cəmi 10-15 ədəd kifayətdir.Qeyd edək ki, hər bir insanın gündə ən azı yeddi-səkkiz saat yuxuya ehtiyacı var. Hər gün eyni vaxtda qalxıb yatmaq da vacibdir. Həftə sonları çox yatmaq vərdişi isə infarkt və insult təhlükəsi yarada bilər.
 

Dünyapress TV

Xəbər lenti