Ardını oxu...
Saçlar insanın orqanizmində vacib rol oynamasa da, görkəminə təsir edir. Bir çoxları isə keçəllikdən əziyyət çəkir. Təkcə qadınların yox, kişilərin də əhvalı onların saç düzümündən hiss olunur. Əhvalının hər zaman xoş olmasını istəyirsənsə, saçlarına sahib çıx. Saçlar niyə tökülür?

TEREF.Az xarici mətbuata istinadən keçəlliyə səbəb olan amilləri təqdim edir.

Almaniyanın Bonn Universitetinin alimləri kişilərin keçəlləşmə probleminə qarşı araşdırma aparıblar. Həkimlər dazlaşma problemi olan kişilərdən qan analizi götürüb, gen qruplarını müəyyən ediblər. İlkin səbəb androgen reseptorlarında, yəni X-xromosom qrupunda aşkarlanıb. Müəyyən olunub ki, başda androgen reseptoru nə qədər çox olarsa, saçların tökülmək təhlükəsi bir o qədər də çox olar.

Qeyd edək ki, 70-72% kişilərin keçəlləşməsinə səbəb anadan övladına, yəni ananın atasından nəvəsinə ötürülən gendir.

Siqaret saç tökür

Təkcə almanlar yox, çinlilər də bu problemlə maraqlanıb, incəliyinə kimi araşdırmaq qərarına gəliblər. Belə ki, Tayvanda kişilər başqa millətlərə nisbətən, daha çox tük itirməyə meyillidirlər. Tayvan hospitalında müxtəlif yaş həddində, 470 keçəl kişi arasında aparılan araşdırmada kişilərin siqaretə aludə olduqları ərəfə müəyyən olunub və saç tökülməsinə diaqnoz qoyulub. Beləcə, nikotin saç soğanaqlarında tük follikulasının qan dövranını dağıdıb, saçın ən sıx və görünən hissəsinə təsir edib, onu seyrəkləşdirir.

Hormonal aktivlik

İnsanın alın hissəsində yerləşən hormonların aktivliyi nəticəsində də saç tökülməsi ilə üzləşmək olar. Tük soğanaqlarında yerləşən reseptorlar hormon molekullarına təsir edir və nəticədə saç tökülür. Uzun müddət hormonal tərkibli dərmanlar qəbul etmək də hormonal pozğunluğa səbəb ola bilər. Antibiotiklər və digər kimyəvi maddələr zamanla orqanizmdə toplanıb, saçların uzanmasına mane olur. Yaşlandıqca tüklər uzanmağa macal tapmamış, tökülməyə başlayırlar.

Papaqsız gəzməyin!

Yay – qış deməyib, başını yuyub, jele sürtüb, darayıb, qızların xoşuna gəlməkdən ötrü qışın şaxtasında dona- dona küçəyə çıxırsan. Valideynlərinin «başına papaq qoy!» kimi iradları sənə təsir etmir. Düşünürsən ki, bu sözləri ancaq balaca uşaqlara demək lazımdır. Amma unutma ki, yayda və qışda papaqsız gəzmək zamanla keçəlləşməyə gətirib çıxarır. Çünki günəşin ultrabənövşəyi şüaları saçları yandırır, qışdasa şaxta saç soğanaqlarını dondurub, tük follikulasını dağıdır.

Gözəllik qurban tələb edir

Kəpəklə mübarizə aparmaq üçün «kəpək əleyhinə şampun»lar başın dermo qatında şəffaf mühafizə qatı yaradır. Bu da tüklərin nəfəs almasına mane olur. Nəticədə, soğanaqlar havasızlıqdan məhv olur. Saç üçün adi şampunları alarkən onların son istifadə tarixinə fikir verin. Vaxtı ötmüş şampunlar sizi zamanla keçəl qoya bilər.

Xəstə saçlar

Əgər saçların səbəbsiz yerə tökülməyə başlayıbsa və yuxarıda sadalanan variantların heç biri sənə aid deyilsə, o zaman həkimə müraciət etmək məsləhətdir. Ya da bu xəbəri biz sənə çatdıraq: gözün aydın, saçların xəstələnib. Amma burada qorxulu heç nə yoxdur. Xəstəliyə qalib gəlmək üçün bu rasiona diqqət yetir:

Olar:

Yaşıl alma
Süd, duzsuz ağ və holland pendiri
Günəbaxan tumları
Tərəvəzlər
Qara çörək
Olmaz:

Xama
Yağlı və duzlu yeməklər
Un məmulatları, şirniyyat
Mürəbbə
Şokolad
Yeməklərə E vitamini əlavə etmək saçların sağalmasına kömək edər. Saç tökülməsinin qarşısını almaq üçün yemək rasionunuza A vitamini bol olan qidalar daxil edin. A vitamini daha çox kökün, balığın, dəniz bitkilərinin, əriyin və inəyin qaraciyərinin tərkibində olur.

///Axsam.az
 
Ardını oxu...
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu rejim gələn il yanvar ayının 1-ə qədər davam edəcək.
Baş nazirin imzası ilə verilmiş bu qərarda məqsəd COVID-19 -un ölkə ərazisində yayılmasının və virusun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.

Ekspertlər bu qərarın məqsədəuyğun olduğunu deyirlər.
TİA.Az xəbər verir ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva Xəzər TV-yə istinadən açıqlamasında bildirib ki, COVID-19-a yoluxma halları azalıb. Amma yoluxma riski hələ də qalmaqdadır.
Mütəxəssis deyib ki, digər xəstəliklər kimi COVID-19 virusu da daima bizimlə olacaq. Sadəcə infeksiyanın yayıldığı ilk dövrlə müqayisədə yoluxuculuq qabiliyyəti daha zəifdir. Bunu nəzərə alaraq pandemiya ilə əlaqəli qəbul edilən qoruyucu tədbirlərə əməl edilməsi zəruridir.
Xüsusilə də mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bəzi xəstəlik və viruslar fəallaşır. Ona görə də bu fəsildə immuniteti zəif olan insanlar qorunmalıdırlar. Vaksinasiya prosesi isə davam etdirilməlidir.

 
Ardını oxu...
Tanınmış həkim Canan Karatay əti közləmə bişirməyi tövsiyə edir.
TİA.AZ xəbər verir ki, əti düzgün bişirmədikdə faydalı maddələri itir.
Ət soyuducudan çıxarıldıqdan sonra bir müddət saxlanılmalı və manqalda bişirildikdən sonra ona duz səpilməlidir.
Tava kabablarında darçın və ya mixək istifadə edilə bilər. Qara istiot istənilən ətə yaxşı dad verir.
Saxsı qablarda ət az yağ əlavə edilərək vam odda heç bir su əlavə olunmadan, buraxdığı su çəkilənə qədər bişirilir. Ətin rəngi tündləşməməlidir.
Ət əgər tək bişirilirsə ona çox az isti su əlavə edilməlidir. Duzunu isə öncədən atmaq olmaz, çünkü duz onu sərtləşdirəcək.
Proteini artırmaq üçün ətə müxtəlif tərəvəzlər (kərəviz, kök, soğan, sarımsaq və.s.) əlavə edə bilərsiniz.
Ətlər sobada tərəvəzlə birgə bişirilərsə həm yumşaq olar, həm də vitaminlərini itirməz.
Ən düzgün bişirilməsi də yağsız sobada bişirməkdir.
 
Ardını oxu...
“Süd vəzi xərçənginin simptomları olmur, ağrı vermir”
Səhiyyə Nazirliyinin onkoloq-cərrah, mammoloqu Həqiqət Vəliyeva süd vəzi xərçəngindən danışıb.
“Xəstəlik ağrı vermir, şişkinlik, qızartı olmur. Qadın süd vəzisində şişi tapmaq üçün 10 il vaxt sərf etməlidir.
Siqaret və alkoqol qəbul edənlərdə bu xəstəliyə daha çox rast gəlinir. Son 4-5 il ərzində süd vəzi xərçəngi daha çox artıb. Çünki siqaret çəkən xanımların sayı artıb. Bu da birbaşa mutasiyaların baş verməsinə səbəb olur”.
 
Ardını oxu...
Artıq çəkidən əziyyət çəkən insanların sayı xeyli çoxdur. Lakin arıqlamaq üçün lazım vasitələrin qiyməti bəzən büdcəyə uyğun gəlmir.

TİA.Az çəki azaltmağın təbii və ucuz üsullarını oxucularına təqdim edir.

Soğan suyu

Vücuddakı toksinlərin yox edilməsi və artıq çəkidən xilas olmağın bir üsulu soğan suyundan istifadədir. 1 litr təmiz suyun (tərkibində xlor olmayan) içinə 4 yerə bölünmü. 2 soğan atılır və 5 dəqiqə qaynadılır. Bu soğanlı suyu hər yeməkdən əvvəl ilıq halda içmək lazımdır. Proses 6-8 həftə çəkir.

Limonlu qatıq

Təmiz su, yağsız qatıq və 1 limonun suyu qarışdırılaraq hər səhər acqarına içilir. Bu qarışım qarın və bel nahiyəsindəki yağlardan yaxa qurtarmaq üçün effektiv vasitədir.

Yağları yandıran çay

Bu çayların satış qiyməti olduqca bahadır. Bəzi mağazalarımızda yağları əridən çayların qiyməti 80 AZN-dən başlayır. Lakin çəki azaldan çayları evdə də hazırlamaq mümkündür. Lazım olan inqridiyentlər: 1 çay qaşığı hibiskus çayı, 1 çay qaşığı nanə, 1 çay qaşığı istiot, yarım litr qaynar su.

Acı istiot

Qırmızı acı bibərlə hazırlanan bu arıqlama üsulu metobolizmi sürətləndirir və artıq çəkini yox edir. 3 çay qaşığı acı istiot, 3 ədəd limonun suyu və 3 stəkan qaynar suyu qarışdıraraq gündə 3 stəkan olmaqla hər yeməkdən sonra içsəniz, artıq çəkilərdən xilas olarsınız.

Xurmalı qatıq

Çox asan hazırlanan bu qarışım üçün 3 xurma, 1 kasa qatıq və 1 çay qaşığı darçın lazımdır. Səhər yeməyindən sonra xurmalı qatığı yavaş-yavaş yemək həm orqanizm üçün xeyirlidir, həm də arıqlamağa kömək edir.
 
Ardını oxu...
Alman tədqiqatçısı Valentin Bruttel də daxil olmaqla üç alimdən ibarət qrup koronavirusun laboratoriyada yaradılmasına dair sübutlar tapdıqlarını bildiriblər. Onların fikrincə koronavirus 99,9% təbii virusun süni surətidir.

“Report” xəbər verir ki, bu barədə “n-tv” kanalı məlumat yayıb.

Alimlər Sars-CoV-2 genomunda məqsədyönlü genetik manipulyasiyanın bir növ “izi”ni tapıblar.

İmmunologiya üzrə doktorluq dərəcəsi alan Bruttel telekanala bildirib ki, 2021-ci ilin yayında Sars-CoV-2 genomunun laboratoriya mənşəyini göstərə biləcək xüsusiyyətlərini müşahidə edib. Nəticədə o, boş vaxtlarında daha iki alimlə birlikdə tədqiqatlar aparmağa başlayıb.

“Digər molekulyar məlumatlar ilə birlikdə, nəticələrimiz göstərir ki, bu virus 99,9% süni, ola bilsin ki, təbii virusun manipulyasiya edilmiş surətidir”.

Onun sözlərinə görə, bunun üçün istifadə edilən üsullar sintetik virusların istehsalı üçün fərdi virusoloji laboratoriyalar tərəfindən çox oxşar şəkildə istifadə olunur. Bruttel deyib ki, o, özü də gündəlik işində oxşar üsullardan istifadə edir, lakin söhbət otoimmün xəstəliklərin müalicəsi üçün tamamilə zərərsiz protein əsaslı dərmanların hazırlanmasından gedir.

Alim izah edib ki, virusun genomunda daim təkrarlanan nümunə “izi” var. Sars-CoV-2 kimi RNT viruslarını genetik cəhətdən dəyişdirən laboratoriyalar fərdi DNT elementlərindən genetik material toplayır. Bruttel və onun həmkarları məlum süni yaradılmış virusların genomlarını və onların təbii "virus nümunələri"ni müqayisə ediblər.

“Təbii viruslarda “tanınma yerləri” olduqca təsadüfi şəkildə paylanır. Süni olanlarda bu yerlər həmişə müəyyən ardıcıllıqla yaranır. Sars-CoV-2 vəziyyətində isə bu nümunəyə rast gəlmək olar”.
 
 
 
Ardını oxu...
Çində karantin səbəbindən insanlar tələbat mallarını ala bilmirlər.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Çində Covid-19-un yayılmasının qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlər davam edir.
Apreldə Şanxayda və iyulda Uhanda həyata keçirilən karantin tədbirlərindən sonra ölkənin ən azı 30 müxtəlif bölgəsində milyonlarla insana yenidən evdə qalmaq əmri verilib.
Bu səbəbdən, insanlar ərzaq və ilkin tələbat mallarına çıxışlarının olmadığını deyirlər.
Səlahiyyətlilər oktyabrda keçiriləcək Çin Kommunist Partiyası Konqresinə qədər həm sıfır Covid siyasətini həyata keçirmək, həm də virusun daha da yayılmasının qarşısını almaq üçün çalışdıqlarını bildirirlər.
Ardını oxu...
Kiyev vilayətindəki fermalardan birində keçilərdə qarayara xəstəliyinin törədicisi (Bacillus anthracis) aşkar edilib.

Bu barədə Publika.az Dövlət İstehsalat və İstehlak Xidmətinə istinadla xəbər verir.

Epizootik əlaqələri və törədicinin yaranma səbəblərini müəyyən etmək üçün mütəxəssislər müvafiq araşdırma aparıblar.

Hazırda təsərrüfatda 337 baş keçi saxlanıldığı müəyyən edilib. Evdə başqa heyvan yoxdur.

Həmçinin, artıq təhlükə zonası müəyyən edilib və qarayara epidemiyasının lokallaşdırılması və aradan qaldırılması üzrə tədbirlər planı təsdiq edilib - karantin tətbiq edilib.

Hazırda təsərrüfatdakı heyvan populyasiyası dövlət baytarlıq xəstəxanasının mütəxəssislərinin nəzarəti altındadır. Heyvanlar klinik cəhətdən sağlamdır.

“Son illər heyvanların aktiv immunizasiyası və baytarlıq mütəxəssislərinin operativ reaksiyası nəticəsində Ukraynada qarayara xəstəliyinin epizootik vəziyyəti nəzarət altına alınıb”, - deyə Dövlət İstehsalat və İstehlak Xidmətindən bildirilib.

Xatırladırıq ki, qarayara bütün növ təsərrüfat, ev və vəhşi heyvanların, eləcə də insanların kəskin və təhlükəli yoluxucu xəstəliyidir. Bu patogen "Bacillus anthracis" tərəfindən törədilir.
 
Ardını oxu...
Gündə 3-5 fincan qəhvə içənlər tromboza nə qədər yaxındır?

"Medicina" xəbər verir ki, professor Monika Vasserman qəhvə ilə trombun arasında əlaqə barədə danışıb.

"Kofeinli içkilər orqanizmi susuzlaşdırır, nəticədə qan qatılaşır, onun laxtalanması pozulur, damarlardan gec keçir.
Orqanizmin susuzlaşması qanın çanaq, ayaq, qollarda dövriyyəsini pisləşdirir.

Məhz bu nahiyələrdə trombun əlamətlərini hiss edə bilərsiz: nəbzvari və tutma kimi ağrı, şişkinlik, qızarma, hərarətin artması, istilik.

Ürəyi zəif olanlarda qəhvə xüsusilə tromb əmələ gətirə bilir.

Yüksək təzyiqi olanlar, qanda yüksək xolesterini olanlar qəhvə az içməlidir. Xüsusilə günün ikinci yarısı və axşam qəhvə içmək olmaz.

Gün ərzində çox qəhvə içmək baş ağrısı, ürək döyüntüsü, əzələ əsməsi və yuxusuzluq verir".

Aygün Musayeva
 
Ardını oxu...
Psixoloq Dmitriy Troçskiy bir neçə ildir xərçəng xəstələri üzərində apardığı müşahidələr əsasında hansı tip xarakterdə olan insanların onkologiyaya təslim olduğunu açıqlayıb.
“Medicina” insanı onkoloji xəstəliklərə mübtəla edən hiss və emosiyaları, zərərli davranışları təqdim edir.
1.İnadkarlıq, tərslik – Bu insanlar xahiş etməyi, üzr istəməyi xoşlamır, səhvini boynuna almır, “Mən ölərəm, bunu etmərəm”, Ölərəm, razı olmaram kimi sözlər işlədir.
Yersiz inad, haqsız olduğu halda haqlını dinləməməsi, düşüncəsində rahat olmayan, kiməsə nəyisə mənasızca sübut etmək, başını guya dik tutmaq, əslində isə, qurbanlıq qoyun kimi təhlükələrə ram olmaq bu adamların tipik xasiyyətidir və həyatının müəyyən dövründə xərçəngə səbəb olur.
2.Qürur, özümə kifayət etmək, hər işini özünün etməsi, bütün qərarları özünün verməsi.
“Mən hər şeyi bilirəm”, “Mən bunu görürdüm”, Mənə heç kim lazım deyil”, “Kimsə məni yarıtmır” kimi cümlələri tez-tez işlədir.
3.Çox güclü qəzəb, kin.
Bunu yülgülvari küsmək, incimək, hətta ayrılıb təkbaşına qalmaqla səhv salmayın. Qəzəb unudulmur, qəzəb sahibi onu incidənə zərbə vurmaq istəyir, dərs vermək barədə düşünür, amma bunu etmir. Beləliklə, cəzasız qəzəbi öz içində böyüdür.
Getdikcə daha çox insanı haqsızlıq və pislikdə qınayır, hətta ərini, uşaqlarını, bacı-qardaşını.
Lənətli sözləri tez –tez işlədir, hər kəlməsindən nifrət süzülür. Baxmayaraq ki, normal halda xeyirxah, mərhəmətlidirlər.
Əgər bu yazılanlar sizə uyğundursa, həyata baxışlarınızı yenidən saf-çürük edin. Özünüzə və başqalarına qarşı açıq və dürüst olmusuzmu?
Bəlkə siz özünüz doğmalarınız üçün kifayət qədər yaxşı olmamısız. Özgələrinə hörmət etməmisiz. Axı sizə bu dünyada 1-2-3 nəfər ciddi pislik edə bilər. Onları da çoxdan unutmalıydız.
 

Dünyapress TV

Xəbər lenti