Ardını oxu...
 
Mütəxəssislər isti havada sərinləmək üçün pəncərələri açıq yatmağın səhər saatlarında temperaturun düşməsi ilə bel və boyun sərtliyinə səbəb ola biləcəyini deyib.
Xarici media xəbər verir ki, isti və rütubətli havanın yuxu keyfiyyətinə mənfi təsir etdiyi bildirilib. İsti hava yuxuya getməyə mane olur. Bildirilib ki, yataq otağında ideal temperatur 19-20 dərəcə olmalıdır. 
Son günlər havaların çox isti keçməsinə görə bəziləri qapı və ya pəncərəni açıq qoyub yatır. Bu isə bədəndə bir çox narahatlığa gətirib çıxarır. Bu, boyun və çiyin ağrılarına gətirib çıxarır. Buna səbəb isə temperaturun düşməsi, havanın nəmişli olmasıdır. Bu cür şərait çiyin və bel sərtliyi kimi əzələ spazmlarına səbəb olur.
Küləklə birlikdə tərli bədənə daxil olan soyuq hava əzələ spazmlarını yaradır. Səhər yuxudan duranda bel və boyun sərtliyi hiss edəcəksiniz. Bu isə hərəkəti məhdudlaşdıran ağrılardır. 
Mütəxəssislər boş ətir və sprey şüşələrini yatmazdan əvvəl soyuq su ilə doldurub yatağınızın yanına qoymağı məsləhət görür. Gecə isti olanda üzünüzə və bədəninizə vura bilərsiniz. Ən çox da üzünüzə, topuq və dirsəyinizə su çiləyin. 
Ardını oxu...
ABŞ-da alkoqolizmi müalicə etmək üsulu tapılıb.
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ alimləri alkoqolizmə qarşı peyvənd yaradıblar. Ohayo Dövlət Universitetinin Tibb Mərkəzi və Wexner Tibb Məktəbinin əməkdaşlarının fikrincə, belə bir peyvənd alkoqol asılılığı ilə mübarizədə mühüm rol oynayacaq.

Alkoqolizmdən əziyyət çəkən insanların orqanizmində sevinc hormonu olan dopaminin ciddi çatışmazlığı olur. Bu çatışmazlığı kompensasiya etmək üçün içən şəxs spirtli içkinin dozasını daim artırmağa məcbur olur. Meymunlar üzərində aparılan araşdırma göstərib ki, onların orqanizminə bir dəfə gen dərmanı yeridilməsi beyində dopamin səviyyəsinin uzun müddət bərpa olunmasına gətirib çıxarıb.
Alimlər düşünürlər ki, bədəndə sevinc hormonunun səviyyəsinin bərpası spirt istehlakını azaltmalı və daha sonra alkoqol qəbulunun bərpasının qarşısını almalıdır.
 
Ardını oxu...
Həkimlər qanda xolesterinin səviyyəsini normada saxlayan içkiləri açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərim fikrincə, yemək xolesterol səviyyəsinə və ürək sağlamlığına müsbət təsir göstərə bilər. Xolesterol səviyyənizi idarə etməyə kömək edəcək bir neçə içki var.

Pomidor suyu

Pomidor suyunda olan likopen hüceyrələri zədələnmədən qorumağa kömək edən güclü antioksidantdır. Qida rasionuna antioksidantların əlavə edilməsi ürək-damar xəstəlikləri də daxil olmaqla bədəndəki iltihabı azaltmağa kömək edir. Pomidor suyu "pis" xolesterolu azaltmağa kömək edə bilər.

Soya südü

Çoxsaylı araşdırmalar göstərir ki, soyada olan protein xolesterol səviyyəsini 4-6% azalda bilər.

Yaşıl çay

Yaşıl çayın tərkibində "pis" xolesterolu azaltmağa kömək edən katexinlər və digər antioksidantlar var. Qara çay da oxşar təsirə malikdir.
 
Ardını oxu...
Ukraynanın məhv etdiyi Rusiya hərbi texnikası Kiyevdə nümayiş olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtın Xreşçatık küçəsində sərgilənən texnikalar böyük marağa səbəb olub.

Həmin sərgidən fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
 
Asanlıqla yuxuya getməyinizə kömək olacaq qidalar var. 
Xarici KİV xəbər verir ki, bu barədə dietoloq Meri Sabat danışıb:
"Yeməklərinizə banan və badam əlavə etmək yuxu keyfiyyətini yaxşılaşdıra bilər. Bu iki məhsul daha yaxşı yuxuya getməyinizə kömək edəcək. Badam əzələləri rahatlaşdıran və yuxu zamanı qan şəkərinin səviyyəsini sabitləşdirən maqnezium həmçinin zülalla zəngindir. Onların tərkibində narahatlıq yaratmadan aclığı təmin edən sağlam yağlar da var".
Dietoloqun sözlərinə görə, digər tərəfdən, bananlarda kalium, maqnezium və yuxuya səbəb olan hormonların istehsalını təşviq edən bir amin turşusu olan triptofan da var. Triptofan eyni zamanda yuxu və oyanma dövrlərini tənzimləyən neyrotransmitterlərin xəbərçisidir.
Bununla belə, bu qəlyanaltıları yatmazdan təxminən 1-2 saat əvvəl normada istehlak etmək vacibdir. Bəzən mağazadan alınan badamlara əlavə edilən şəkər və ya duza diqqət edin.
Ardını oxu...
Kazanlı mütəxəssislər sağlamlıq vəziyyətinin diaqnostikası üçün cihaz yaradıblar.

Publika.az xəbər verir ki, bu barədə KP.RU yazır.

"Ölümsüzlük kapsulu" adlandırılan kreslo süni intellekt (AI) və VR dəbilqəsindən istifadə edərək bədənin tam müayinəsini həyata keçirə biləcək.

Bildirilir ki, bu yenilik nəticəsində ürək, qaraciyər, böyrəklər, qan damarları və sinir sisteminin işini təhlil etmək, həmçinin təzyiq, nəbz, oksigen və qan şəkərinin səviyyəsini ölçmək mümkün olacaq.

Bunun üçün xəstənin sadəcə kapsula bənzəyən kresloda oturması kifayətdir. İki dəqiqə ərzində alınan məlumatlara əsasən, neyron şəbəkə müəyyən bir mütəxəssisə baş çəkmək üçün ilkin diaqnoz və tövsiyələr verəcək.

Cihaz dərinin piqmentasiyası, gözlərin ağları və hətta xəstənin səsi kimi göstəricilərə diqqət yetirir. Beləliklə, sonuncu parametrə görə, alqoritm inkişaf edən demensiyanın proqnozunu verə bilər. Bundan əlavə, cihaz masaj kreslosu və oksigen maskası kimi də istifadə edilə bilər.

Hələlik layihə müəllifləri satış bazarını müəyyən edə bilməyiblər, tələbi təhlil etməyə davam edirlər. Pərakəndə satışda “ölümsüzlük kapsulunun” işə salınması planlaşdırılmır. Yəqin ki, müəssisələr, firmalar və ya səhiyyə müəssisələri əsas alıcıya çevrilə bilər. Buna baxmayaraq, kreslo üçün artıq əvvəlcədən 3 sifariş qəbul edilib.

Kapsülün əsas dəyəri 12 milyon rubl qiymətləndirilir.
 
Ardını oxu...
Koronavirusa səbəb olan yeni və yüksək səviyyədə mutasiyaya uğrayan virus ciddi narahatlıqlara səbəb olduğu üçün nəzarətə götürülüb.

Cebhe.info xəbər verir ki, artıq ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri əhaliyə xəbərdarlıq edib.

“BA.2.86” olaraq adlandırılan virusa ABŞ, Danimarka və İsraildə rast gəlinib.

Ümumdünya Səhiyyə Təşkilatı da “BA.2.86” virusunu mənfi təsir göstərəcəyini və vəziyyəti yaxından izlədiklərini açıqlayıb.
 
Ardını oxu...
Bu gün Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb, qızdırma, öskürək kimi əlamətlərlə müşahidə olunur.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib ki, son zamanlarda uşaqlar arasında adenovirus yoluxmalarına rast gəlinir.

Onun sözlərinə görə, bu, üst tənəffüs yolunu tutan virusdur.

“Virus yüksək temperatur, əvvəl quru, daha sonra isə bəlğəmli öskürəklə müşahidə olunur. 5-6 gündən sonra əlamətlər yavaş-yavaş azalır”, - deyə Ə.Quliyev bildirib.

“Uşaqlar bir-biri ilə yaxın təmasda olanda virusu hava-damcı yolu ilə ötürə bilirlər. Bəzi hallarda gözlərdə konyuktivit, mədə-bağırsaqda narahatlıq da müşahidə olunur. Virusun müalicəsi simptomatikdir”, - deyə o əlavə edib.
Ardını oxu...
Gürcü mikrocərrah Ramaz Datiaşvili hələ sovet dövründə - 1983-cü ildə litvalı qızın hər iki ayağını yerinə tikmişdi. Bu hadisə o illərdə bütün tibb aləmində sensasiyaya çevrilmişdi. Belə ki, atasının idarə etdiyi traktorun tırtılları altnda qalan 3 yaşlı litvalı qızın hər iki ayağı dabandan yuxarı üzülmüşdü. Qızı xüsusi vertolyotla Moskvaya gətirəndə ayaqlarını da buzlu balıqların içində ayrıca qutuda cərraha çatdırmışdılar.
O dövrdə gənc cərrah Ramaz komandası ilə 10 saatlıq əməliyyata başlayaraq, hər iki ayağı yerinə bərpa etməyə cəhd etdi. Onun assistentləri o qədər yorulmuşdular ki, ayaq üstə dayana bilməyib yıxılmışdılar, son 1 saatı Ramaz özü tək çalışıb əməliyyatı yekunlaşdırmışdı.
Amputasiya olunmuş ətrafı bərpa etmək üçün bütün damarlar, sinirlər, bağlar, vətərlər bir-bir düzgün tikilməli idi ki, ayaq idarə oluna bilinsin və beyindən impulslar alsın.
Gürcü cərrah bunu bacardı və Rasa adlı həmin qız hazırda Almaniyada yaşayır.
Babək Cəfərov
Teref.az
 

Dünyapress TV

Xəbər lenti