Gürcü mikrocərrah Ramaz Datiaşvili hələ sovet dövründə - 1983-cü ildə litvalı qızın hər iki ayağını yerinə tikmişdi. Bu hadisə o illərdə bütün tibb aləmində sensasiyaya çevrilmişdi. Belə ki, atasının idarə etdiyi traktorun tırtılları altnda qalan 3 yaşlı litvalı qızın hər iki ayağı dabandan yuxarı üzülmüşdü. Qızı xüsusi vertolyotla Moskvaya gətirəndə ayaqlarını da buzlu balıqların içində ayrıca qutuda cərraha çatdırmışdılar. O dövrdə gənc cərrah Ramaz komandası ilə 10 saatlıq əməliyyata başlayaraq, hər iki ayağı yerinə bərpa etməyə cəhd etdi. Onun assistentləri o qədər yorulmuşdular ki, ayaq üstə dayana bilməyib yıxılmışdılar, son 1 saatı Ramaz özü tək çalışıb əməliyyatı yekunlaşdırmışdı. Amputasiya olunmuş ətrafı bərpa etmək üçün bütün damarlar, sinirlər, bağlar, vətərlər bir-bir düzgün tikilməli idi ki, ayaq idarə oluna bilinsin və beyindən impulslar alsın. Gürcü cərrah bunu bacardı və Rasa adlı həmin qız hazırda Almaniyada yaşayır. Babək Cəfərov Teref.az