Ardını oxu...
Massaçusets Texnologiya İnstitutunun (MIT) alimlərinin xərçəngə qarşı hazırladığı yeni peyvənd sınaqdan keçirilən heyvanların 80 faizində şişi məhv edib.

Yeni dərman T-hüceyrələrinin immun reaksiyasını gücləndirir, həmçinin onların lazımi müalicəvi xüsusiyyətlərlə istehsal prosesinə başlayır.

Müalicə qlioblastoma və melanoma olan gəmiricilərin böyük əksəriyyətində xərçəngin yox olmasına gətirib çıxarıb. İndiyədək bərk şişlərdə immunoterapiyanın belə effektinə nail olmaq mümkün deyildi.

Hazırda alimlər müxtəlif növ şişlərin müalicəsini öyrənməyə və adaptasiya etməyə davam edir. Daha sonra terapiya insanlarda təhlükəsizlik və effektivlik baxımından qiymətləndiriləcək.

Mənbə: unews.pro
 
Ardını oxu...
Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan “Bolluq” MMC-nin istehsal müdiri məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə Nadir Tağıyev (ad-soyad şərtidir) malın keyfiyyətinə dair istehlakçıları aldatmaqla təqsirləndirilib.

Belə ki, şirkətin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsində satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulub.

Bu addım qəndin ağardılmasına hesablanılıb.

Adiyyəti dövlət qurumlar tərəfindən şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 13-cü kilometrdə yerləşən anbarında aparılan yoxlamalar nəticəsində 33.243,81 manat dəyərində “Oman”, “Əla keyfiyyətli kəllə qənd” və “Bolluq” markası ilə müxtəlif çəkidə qablaşdırılmış qəndlər aşkarlanıb.

Qeyd edək ki, qəndin tərkibində kükürd dioksidin normadan artıq olması insan sağlamlığı üçün riskli hesab olunur. Belə ki, qeyd olunan maddə insan orqanizmində tənəffüs yollarının disfunksiyasına, həmçinin mədə-bağırsaq pozğunluqlarına səbəb olur.

Məhkəmə istehsalat müdirinin 7 min manat cərimələyib. Bundan başqa, o, 1 il ay müddətində dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.
 
Ardını oxu...
Çətənə bitkisi haqqında nə bilirik ?
1. Bir hektar çətənə, 25 hektar meşə qədər oksigen istehsal edir.
2. Yenə bir hektar çətənədən, 4 hektar ağacdan edilənə bərabər kağız istehsal edilə bilər.
3. Çətənə 8 dəfə kağıza çevrilərken, ağaca 3 dəfə kağıza çevirə bilər.
4. Çətənə 4 ayda yetişir, bir ağac isə 20-50 ildə ...
5. Çətənə, əsl radiasiya təmizləyicidir.
6. Çətənə dünyanın hər yerində yetişdirilə bilər və çox az suya ehtiyac duyur. Bundan başqa özünü böcəklərdən qoruya bildiyi üçün kənd təsərrüfatı dərmanlarına da ehtiyac duymur.
7. İlk cins şalvar, çətənədən hazırlanıb; hətta "kətan" sözü çətənə məhsullarına verilən addır.
8. Çətənə bundan başqa ip, kəndir, çanta, ayaqqabı, papaq istehsalı üçün də ideal bir bitkidir.
9. Çətənə, QİÇS və xərçəng müalicəsində kemoterapi və radiasiya təsirini azaltmaq; rematizma ürək, sara, astma, mədə, yuxusuzluq, psixologiya, onurğa narahatlıqları kimi ən az 250 xəstəliyin müalicəsində istifadə edilməkdədir.
10. Çətənə toxumunun protein dəyəri çox yüksəkdir və içindəki iki yağ turşusu da təbiətdə başqa heç bir yerdə yoxdur.
11. Çətənə istehsalı soyadan belə daha ucuzdur.
12. Çətənə ilə qidalanan heyvanlar, əlavə hormona ehtiyac duymur.
13. Plastik məhsulların hamısı, çətənədən istehsal oluna bilər və çətənə plastikinin təbiətə geri qaytarılması olduqca asandır.
14. Bir avtomobilin gövdəsi çətənədən
hazırlansa, dözümlülüyü poladdan tam 10 qat çox olar.
15. Binaların izolyasiyası üçün də istifadə edilə bilər; dayanıqlı, ucuz və elastikdir.
16. Çətənə ilə hazırlanan sabunlar və kosmetika məhsulları, suyu kirlətmir; yəni tamamilə təbiət dostudur.
Səfər İbrahimli
Teref.az
 
Ardını oxu...
Türkiyənin paytaxtı Ankaradan Gürcüstana gedən folklor konvoyunun ekipaj heyəti orada yedikləri yeməkdən zəhərlənib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, geri dönərkən vəziyyəti pisləşən 46 nəfər Ordunun Fatsa rayonundakı xəstəxanaya aparılıb.

Ekskursiya avtobusu ilə Gürcüstana gedən folklor komandası geri qayıtmazdan əvvəl Batumidə nahar edib.

Onların bir qismi təcili yardım maşınları, bəziləri isə tur avtobusu ilə Fatsa Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanaya çatdırılan 46 nəfərdən 26-sı evə buraxılıb, 20 nəfər isə müşahidə altına alınıb.

Müşahidə altında olanların həyati təhlükəsinin olmadığı bildirilir.

 
Ardını oxu...
Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Teref.Az xəbər verir ki, qanun layihəsini Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib.

Komitə sədri deyib ki, qanun layihəsi dünyanın məşhur dərman istehsalçılarının istehsal etdiyi dərmanlara əlçatanlığı asanlaşdıracaq.

Eyni zamanda Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanuna təklif olunan dəyişiklikliyin birinci oxunuşunda çıxış edən deputatların ölkəyə gətirilən dərmanların keyfiyyətsiz, qiymətlərinin baha olması ilə bağlı dediklərinə sə münasibət bildirib.

Qeyd edək ki, qanun layihəsinin müzakirə ilə bağlı səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin iclasında iştirak edir.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul olunub. \\Cebhe.info
 
Ardını oxu...
"Burada səhiyyə nazirinin müavinin iştirak etdiyi üçün bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

"Azərbaycana gətirilən dərmanların sertifikasiyası çox ciddi bir məsələyə çevrilib. Elə dərmanlar var ki, onun sertifikasiyadan keçirmək üçün aylarla gözləyirlər".

"Son vaxtlarda dərman qıtlığı var. Hətta adi başağrısı və digər dərmanları tapmaq mümkün deyil. Dərmanların keyfiyyəti də ciddi məsələdir. Alman aptekdən dərman alırsan, Adi aptekdən dərman alırsan, təsirini göstərmir. Alman aptekdən dərman alırsan, tamamilə başqa təsir göstərir. Yəni, təsiri yaxşıdır. Niyə bu qədər fərq var?" deyə Vahid Əhmədov bildirib.
Ardını oxu...
Kəsmik selen və sinklə zəngindir, bu məhsul qalxanabənzər vəzi, böyrəklərin, oynaqların və mədə-bağırsaq traktının sağlamlığı üçün vacibdir.
Tribunainfo.az xəbər verir ki, kəsmik qiymətli zülal mənbəyidir, ona görə də məşqdən əvvəl yemək tövsiyə olunur. Beləliklə, əzələlər daha sürətli bərpa olunacaq və ağırlıq hissi olmayacaq.

Kəsmiyin əsas 7 faydasını təqdim edirik:
Yaddaşı artırır
Söhbət kəsmikdə olan B12 vitaminindən gedir. Bir payda (təxminən 150 q) bu vitaminin 0,9 mikroqramı var, gündəlik doza isə 2,4 mikroqramdır.
B12 sinir sisteminin, o cümlədən idrak funksiyalarının düzgün işləməsindən məsuldur. Bundan əlavə, həzm fermentlərinin sağlam istehsalını və əsas qida maddələrinin hüceyrələrə daşınmasını təşviq edir.
Enerji verir
B2 vitamini bədəndə müəyyən fermentlərin işləməsi üçün vacibdir və sizə enerji verməyə kömək edə bilər.
Bundan əlavə, B2 vitamini hüceyrələrdə sağlam metabolizm və enerji mübadiləsi üçün çox vacibdir. Onun çatışmazlığı daha ağır hallarda yorğunluq, depressiya və qaraciyər problemlərinə səbəb ola bilər.
Əzələ böyüməsini təmin edir
İdmanla məşğul olanlara məşqdən əvvəl az miqdarda kəsmik yemək məsləhət görülür. Bu, əzələlərin məşqdən daha sürətli bərpasına kömək edə bilər və həmçinin sağlam maddələr mübadiləsini təşviq edə bilər. Kazein və keçi südü zülalı da müxtəlif amin turşularının udulmasına kömək edəcək, bu da əzələ kütləsinin böyüməsinə müsbət təsir edəcək.
Qalxanvari vəzi qoruyur
Qalxanabənzər vəzimizin fasiləsiz işləməsi üçün onun təkcə yoda deyil, selenə da ehtiyacı var. Bu element dərinin vəziyyətinə də təsir göstərir. Antioksidant xüsusiyyətləri ilə müxtəlif komplekslərdəki selenium viruslarla, sistemli iltihablarla, otoimmün proseslərlə və hətta xərçəngə səbəb olan hüceyrə mutasiyaları ilə mübarizə aparmağa kömək edir.

Sümükləri gücləndirir
Kəsmikdən danışarkən ən çox xatırlanan kalsium elementidir. Bir fincan kəsmikdə təxminən 227 mq kalsium var ki, bu da gündəlik dəyərin 20% -ni təşkil edir.
Kalsium skeletlə yanaşı, hormonal sistemə də faydalı təsir göstərir və hətta müxtəlif yoluxucu xəstəliklərin qarşısını almağa kömək edir.
Arıqlamağa kömək edir
Birincisi, kəsmik uzun müddət toxluq hissini saxlamağa kömək edir, buna görə də daha az yeyəcəksiniz. Bu məhsul yağ deposunda yığılmır, buna görə də pəhriz saxlayanlar tərəfindən yeyə bilər.
Bağırsaq funksiyasını yaxşılaşdırır
Kəsmikdə olan laktik turşu bakteriyaları bağırsaq hərəkətliliyini normallaşdırır. Bununla belə, xatırlamaq lazımdır ki, mədə-bağırsaq xəstəlikləri olan insanlar, xüsusən də kəskin mərhələdə kəsmikləri yalnız işlənmiş formada yemək daha yaxşıdır.
 
Ardını oxu...
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən Bakı şəhəri və regionlardakı Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, eləcə də tibb müəssisələrinin Təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Qurumdan bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 125 tibbi briqadası xidmət üçün cəlb olunub. Hazırda paytaxtın müxtəlif istiqamətlərində, küçələrdə əhalinin nisbətən sıx toplaşdığı ərazilərə təcili tibbi yardım briqadaları təhkim olunub.
Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 
Ardını oxu...
Yüksək təzyiq xəstəliyinin təkcə dərman içməklə müalicə olunacağınıza ümid etmək olmaz. Hipertoniyanın 2 əsas müalicə sxemi var.

“Medicina” xəbər verir ki, tanınmış kardioloq Arzu Bəydəmirova təzyiq xəstələrinin müalicəsində vacib məqamları açıqlayıb.

“Birinci müalicə medikamentozdur. Dərmanını iç, amma gecə yuxusu alma, qəhvə iç, energetik içki iç, yağlı yemək yeməyə davam et... Bu müalicənin effekti olmayacaq.

Bir də dərmanların qəbul etmə vaxtı var. Bəzən ola bilər həkimlərin də səhvi olur. Amma çox vaxt biz izah edirik, xəstə əməl etmir. Elə xəstə var, günə 5 dərman içməlidir. Onun birini axşam, birini səhər, birini yeməkdən əvvəl, sonra içməlidir. Bunlara da düzgün riayət etmədikdə, dərmanın effekti olmur.

Məsələn, kardioloji problemli xəstəyə təzyiq dərmanını yeməkdən əvvəl təyin edirik, amma yadından çıxır, yemək yeyir, 15 dəqiqə sonra dərmanı içir. Çoxu gözləyir ki, təzyiq düşəcək. Amma olmur. O dərman maddəsinin sovrulması 50% aşağı düşür. Sonradan xəstələr gəlir ki, dərmanı içirəm, təzyiq düşmür, dəyişək. Halbuki günah dərmanda deyildi”.
 
Ardını oxu...
80 yaşlı vyetnamlı kişi yuxu qabiliyyətini itirdiyini və həmişə oyaq olduğunu dediyi üçün ona "fövqəlbəşər" adı verilib.

Bu barədə "The Daily Star" məlumat yayıb.

Vyetnamlı Tay Nqok 60 ildir yatmadığını deyib. Gəncliyində keçirdiyi qəribə qızdırmadan sonra yuxusuzluq ona qalib gəlib. Nqokun dostları və ailəsi onun heç vaxt yatdığını görmədiklərini təsdiqləyiblər. Onun vəziyyətini yoxlayan həkimlər də gecə istirahət etdiyinə dair heç bir sübut tapmayıblar. Ağır yuxusuzluq vəziyyətinə baxmayaraq, kişi yorğunluq və ya halüsinasiya əlamətləri hiss etmir.

Blogger Dryu Binski ilə müsahibədə Nqok etiraf edib ki, sonuncu dəfə nə vaxt yuxuya getdiyini xatırlamır. Kişi əsas enerji mənbələri kimi "yaşıl çay və düyü şərabını" adlandırıb. Binski ilə söhbət zamanı o da məlum olub ki, Vyetnam müharibəsi zamanı Nqok qolundan yaralanıb. Binski, yuxusuzluğuna post-travmatik stress pozğunluğunun səbəb ola biləcəyini irəli sürüb.

Yaşına baxmayaraq, vyetnamlı hələ də işləyir: gündüzlər əkinçilik və tarlalara qulluq edir, gecələr isə şərab hazırlayır. Adətən səhər saat 4 radələrində Nqok hələ də bir müddət yuxuya getmək ümidi ilə yatmağa gedir, lakin onun cəhdləri istənilən nəticəni vermir.
Ardını oxu...
Ardını oxu...
Referans.az

Dünyapress TV

Xəbər lenti