Arıqlamaq, artıq çəkidən xilas olmaq üçün saatlarla idman zalında vaxt keçirtmək əlbəttə ki, pis deyil. Amma bəzi halda bu da sizlərə kömək etmir.
Axşam.az bildirir ki, kişilər arıqlamaq üçün bir neçə vərdişlərini də unutmalıdır.
1. Yediklərinizə diqqət edin
Gün ərzində neçə dəfə yemək yesəniz, hamısının kalorisini hesablayın. Çalışın, günorta yeməyi 500, şam isə 100-200 kalorini ötməsin.
2. Tələsik yemək
Amerikalı mütəxəssislər sübut ediblər ki, tələsik və tez yemək qidanın piyə çevrilməsinə səbəb olur. Buna görə də yemək yeyərkən çalışın, asta olasınız. Beləcə, mədəniz tez doyacaq, qida rahat həzm ediləcək.
3. Televizor qarşısında yeyib və yatmaq
Televizora baxanda adama iştah gəldiyi, hamıya məlumdur. Amma yedikdən sonra televizora baxa-baxa divanda yatmağın ondan da ziyanlı olduğu müəyyənləşib. Belə ki, yedikdən sonra televizora baxan insanın beyni başqa mövzuya köklənir və qida yaxşı həzm olunmur, piy qatı çoxalır.
4. İstirahətdə olmaz
İstirahət günləri yediyiniz hər bir qida kökəlməyinizə səbəb olacaq. Adi günlərdə hərəkət etdiyiniz üçün yemək o qədər də kökəltmir. İstirahət günü isə tam əksinə, bütün yeməklər yağa çevrildiyindən, artıq çəkiyə gətirib çıxarır.
5. Aldanmayın
Kinoteatrdakı pop-korn, klubdakı fısdıq, evdəki çips... Bunların nə qədər ziyan olduğunu bilirsinizmi? Bir ovuc pop-korn 400 kaloridir. Buna görə də bu tip qidalardan uzaq olmağınız məsləhətdir.
6. İçki
Kişilərin kökəlməsinə səbəb spirtli içkidir. Ən azı bir həftə pivə, araq və ya viski içməyin. Sonra yenidən çəkinizi yoxlayın, bir neçə kiloqram atdığınızı görəcəksiniz.