Həftə sonu əlavə yuxu infarkt və digər ürək-damar xəstəliklərinin ehtimalını azalda bilər.
“Cebhe.info” “Daily Mail”-ə istinadən yazır ki, Çinin Nankin Tibb Universitetinin tədqiqatçıları bu faydalardan danışıblar.
Tədqiqat çərçivəsində alimlər 3,4 min insanda yuxu dövrlərinin sağlamlığa təsirini öyrəniblər. Nəticələrə görə, həftə ərzində yuxu çatışmazlığı yaşayan və sonra şənbə və ya bazar günü bir neçə saat əlavə yatan insanlarda infarkt riski 63 faiz azalıb. Həftə sonları əlavə yuxu almayan xəstələrdə ürək-damar xəstəlikləri riski artıb.
Ürək xəstəliklərinin qarşısını almaq üçün həkimlər gündə orta hesabla yeddi-səkkiz saat yatmağı məsləhət görürlər. Mütəxəssislər deyirlər ki, iş günlərində daha qısa yuxunun yaratdığı çatışmazlığı həftə sonları doldurmaq olar.