İnsanın bağırsaqlarında milyonlarla mikroblar yaşayır.Foodinfo.az bildirir ki, onlardan bəziləri sağlamlığımız üçün potensial təhlükə yaradır, digərləri isə əksinə orqanizmin normal fəaliyyəti və insanın ümumi sağlamlığı üçün olduqca vacibdir.Bağırsaqlarda yaşayan mikroblar bağırsaqların mikroflorasını təşkil edir.Bağırsaqların xeyirli mikroflorası orqanizmi allergiyalardan qoruyur, immun sisteminin normal fəaliyyəti üçün çox vacibdir, bağırsaqların normal boşalmasına kömək edir, maddələr mübadiləsi proseslərində iştirak edir. Həmçinin xeyirli mikroblar patogen mikrobların çoxalmasına imkan vermir.Bəzən müxtəlif səbəblərə görə (düzgün olmayan qidalanma, xroniki stress. bəzi dərmanların uzun müddət ərzində qəbulu və s.) bağırsaqların mikroflorası pozulur - bağırsaqlarda yaşayan zərərli mikrobların sayı artır, xeyirli mikrobların sayı isə kəskin azalır. Bu hal "disbakterioz" adlandırılır.Disbakterioz ciddi pozulma sayılır. Disbakterioz zamanı immun sisteminin fəaliyyətində, maddələr mübadiləsində pozulmalar yaranır, disbakterioz fonunda müxtəlif xəstəliklər inkişaf edə bilər.Disbakteriozun müalicəsi üçün xüsusi preparatlar (probiotiklər) təyin olunur. Bu preparatların tərkibində bağırsaqların xeyirli mikroflorasını təşkil edən diri lakto- və bifidobakteriyalar var.Bəzi qidalar da probiotiklərlə zəngindir və bağırsaqların xeyirli mikroflorasının bərpasına kömək edir. Bu qidalar arasında:- təbii yoqurtlar- kefir- asidofilin (müalicəvi süd məhsulu)- pendir- kələm turşusu- acıtma əsasında hazırlanmış çörək.Disbakteriozun müalicəsində probiotiklərdən əlavə prebiotiklərdən də istifadə olunur.Prebiotiklər faktiki olaraq bağırsaqların xeyirli mikroflorası üçün qida funksiyasını yerinə yetirir. Bu insan orqanizmi tərəfindən həll olunmayan karbohidratlardır. Bağırsaqların xeyirli mikroflorasını qoruyub saxlamaq üçün qidalanmanızda prebiotiklərlə zəngin olan məhsullar olmalıdır.Bu məhsullar arasında:- süd məhsulları- soğan və sarımsaq- yulaf yarması ("herkules")- banan- qulançar- noxud, lobya.