Qəhvəyə limon və limon suyu qatıb içmək faydalı əlavələrdəndir. “Medicina” xəbər verir ki, fizioloq İrina Lyanina limonlu qəhfənin kimlərə, hansı problemlərdə faydalı ola biləcəyini açıqlayıb. “Limonlu qəhvə təzyiqi aşağı və damar problemi olanlar üçün əla təsirli ola bilər. Limonda askorbin turşusu var, bu, damar tonusunu artırır. Aşağı təzyiq, miqren xəstələri məhz qəhvəyə limon sıxıb içdikdə, özlərini yaxşı hiss etdiyini bildirir.
Qəhvəyə digər faydalı əlavələr nə ola bilər: – Hİl (kardamon) – qanın qatılaşmasına qarşıdır, həzmi rahatladır – Darçın – iltihabı aradan götürür, şəkəri salır, qanı təmizləyir – Zəncəfil – xolesterini salır, ağrıları götürür – Sarıkök – güclü antioksidantdır, depressiyanı müalicə edir