Qızılcaya qarşı peyvənd olunmayan 40 yaşa qədər şəxsləri hansı təhlükə gözləyir? - VACİB AÇIQLAMA
Azərbaycanda qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür.

Orta yaşlı insanların çoxu qızılcaya qarşı peyvənd olunmaqdan çəkinir, bunun lazımsız olduğunu düşünürlər və qızılcanın “uşaq xəstəliyi” olduğunu iddia edirlər.

Bəs görəsən, qızılcaya qarşı vaksinasiya olunmayan 40 yaşa qədər şəxsləri hansı təhlükə gözləyir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Uzmanı Dr. Vasif Əliyev bildirib ki, xəstəlik uşaqlar arasında geniş yayılsa da, böyüklər üçün də risk çoxdur:

“Qızılca infeksion xəstəlik olaraq, adətən, uşaqlar arasında yayılır. Amma peyvənd almayan böyük yaşlı insanlar da hər hansı yaşda qızılcaya yoluxa bilirlər. Xəstəliyə qarşı peyvəndlər də vurulur.

Əgər böyüklər də bu günə qədər qızılca keçirməyiblərsə, mütləq onlar da xəstəliyə qarşı peyvənd olunmalıdırlar. Onlar bu xəstəliyə ötəri baxmamalı, ciddi yanaşmalıdırlar, çünki xəstəlik böyük insanlarda da çox ağır formada özünü göstərə bilir. Bunu hal-hazırda xəstəliyə yoluxan şəxslərdə müşahidə edirik”.

Həkim bildirib ki, bu günə kimi qızılcaya yoluxmayan böyüklər də mütləq 2 doza peyvənd olunmalıdır:

“Mütləq böyüklərə 2 doza qızılca peyvəndi vurulmalıdır. Birinci doza vurulduqdan 28 gün sonra onlara ikinci doza vurulur. Hazırda epidemioloji vəziyyət bunu tələb edir. Qızılca çox yoluxucu virusdur”.
 

Dünyapress TV

Xəbər lenti