"İnsanda aclıq hissi yoxdursa, o zaman səhər yeməyinə ehtiyac yoxdur".
"DogruXeber.az" rus mətbuatına istinadən xəbər verir ki bunu rusiyalı dietoloq Yelena Tixomirova deyib.
O, əlavə edib ki, səhərlər yeməkdən imtina etmək sağlamlığa heç bir zərəri olmayacaq. Həkimin sözlərinə görə, hər bir orqanizm fərdi və maddələr mübadilələr sistemi var. Həkim qastrit və xorası olan xəstələri səhər yeməyini buraxmamağa çağırıb, çünki onlar müalicəvi pəhrizə riayət etməlidirlər.
"Səhər yeməyi səhər saatlarında maddələr mübadiləsinii bir növ “başladır” və gün ərzində qidanı daha səmərəli həzm etməyə imkan verir. Həm də səhər yeməyini atlasanız, ac qalacaqsınız, sonra həddindən artıq yeyəcəksiniz - və nəticədə kökələcəksiniz. Dəlil olmamasına baxmayaraq, bu fikirlər elmi fakt kimi təqdim olunur", - həkim izah edib.
Araşdırma nəticəsində məlum olub ki, günə səhər yeməyi ilə başlayan insanların sağlamlıq problemləri daha azdır. Bununla belə, yalnız bu cür müşahidələrə əsaslanan məlumatlar birmənalı deyil. Çünki gündəlik iş rejimi aydın olan insanların adətən səhər yeməyini müntəzəm yeməsi nəzərə alınmır. Onlar gündəlik məşq etməyə meyllidirlər və pəhrizlərinə, ümumi sağlamlıqlarına da daha çox diqqət yetirirlər.