Ardını oxu...
Məşhur türkiyəli həkim Canan Karatay Ramazan ayında oruc tutanlara xəbərdarlıq edib. İçməli suyun əhəmiyyətinə diqqət çəkən Karatay sahurda edilməsi vacib olan məqamları diqqətə çatdırıb.

O bildirib ki, sahurda zülalla zəngin yumurta, pendir və qatıq yemək faydalıdır. Oruc mütləq 1 stəkan su ilə açılmalıdır. Eyni məqam sahur üçün də keçərlidir. Sahurda da yeməyə başlamazdan öncə bir stəkan su içmək lazımdır.

Mütəxəssisin sözlərinə görə, iftar süfrələrində hazır şorbalar istehlak edilməməlidir.

“Şorbanızı evdə hazırlayaq. Gəlin tənbəl olmayaq!",-deyə Canan KAratay qeyd edib.

Prof. Dr. Canan Karatay oruc tutarkən ən narahatedici hal olan ağız qoxusunun qarşısını almaq üçün də xüsusi resept açıqlayıb.

Mədənin uzun müddət boş qalması, ağızda mayenin azalması və hava səbəbiylə ağızda bakteriyaların çoxalması, bağırsaqlardakı qida tullantıları və bir çox başqa hallar ağız qoxusuna səbəb olur.

“Bir kasa evdə hazırlanmış qatığı içinə bir xörək qaşığı bal və 3 damcı limon suyu sıxıb qarışdırın və hamısını yeyin. Bu yolla bağırsaqlar daha yaxşı işləyəcək, bədənin maye nisbəti artacaq və böyrəklərin funksiyası pisləşməyəcək”.

Professor onu da əlavə edib ki, iftarla sahur arasında dişləri fırçalamaq və 2 litr su içmək mütləqdir.\\Gundem.az
Ardını oxu...
Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, deputat hazırda əməliyyat olunur.

Qeyd edək ki, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu qoyulub.

Hazırda Kliniki Tibbi Mərkəzin qarşısında Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri toplaşıb.
Ardını oxu...
Ardını oxu...
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İordaniya Haşimilər Krallığının Amman, İrbid, Karak əyalətlərində və Qazaxıstan Respublikasının Karağandı vilayətində dabaq, Amerika Birləşmiş Ştatlarının Minnesota, Merilend, Texas ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, həmin ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliklərə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, dabaq və yüksək patogen quş qripi xəstəliklərinə görə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
 

 
Ardını oxu...
 
Rusiyalı qastroenteroloq Valeriya Lomova qaraciyərin sağlamlığına mənfi təsir göstərə bilən ən zərərli məhsulları açıqlayıb.

Siyahıya spirtli içkilər başçılıq edirlər.

"Bu gün alkoqol qaraciyər üçün ən zərərli məhsul kimi tanınır. Alkoqolun bir hissəsi olan etanol birbaşa qaraciyər hüceyrələrini zədələyir, fibroza səbəb olur və bu, sonradan sirroza çevrilə bilər”, - deyə həkim bildirib.

O, yağlı yeməklərdən qaçmağı da məsləhət görüb.

"Həmçinin tez-tez yağlı ət yemək tövsiyə edilmir. Quzu, donuz əti, qaz və ördək yüksək yağ tərkibinə malikdir, bu da qaraciyərdə yığılaraq onun piylənməsinə səbəb olur. Belə halda toyuq, dana və hinduşka ətinə üstünlük vermək daha yaxşıdır”, - mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, qaraciyər üçün zərərli qidalar siyahısına həmçinin yağlı, ədviyyatlı, turşulu, hazır yeməklər, çox miqdarda duz və şəkər olan qidalar, boyalar, dadlandırıcılar daxildir.

"Həddindən artıq duz qəbulu mayeni orqanizmdə ləngidir və qaraciyər hüceyrələrinə - hepatositlərə zərər verir. Duz qəbulu norması gündə beş qramdan çox deyil. Şəkər isə qaraciyərdə yağ yığılmasına səbəb olan steatoza gətirib çıxara bilər”, - Lomova qeyd edib.

Mənbə: moslenta.ru
 
Ardını oxu...
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun idxal etdiyi Belarus Respublikasının “Экономфрукт” şirkətinə məxsus 21 ton, Ukraynanın “Внешняя торговля и переработка" şirkətinə məxsus 21 ton və Rusiya Federasiyasının “Агромир” şirkətinə məxsus 20,95 ton kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Müayinələr nəticəsində hər 3 partiya məhsulda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavari çürümə və kartof gövdə nematodu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.
Ardını oxu...
 
Ardını oxu...
 
 

Martın 27-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, Abşeron yarımadasında sabit, mülayim yaz havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

XalqXeber.Az
Ardını oxu...
Yer kürəsində güclü geomaqnit qasırğası müşahidə edilir.

Qasırğanın 3 gün davam edəcəyi proqnozlaşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, Coğrafiya İnstitunun şöbə müdiri Ənvər Əliyev deyir ki, son günlər Günəşin daxilindəki aktivlik geomaqnit qasırğası ilə nəticələnib. Günəşdə bu proses hər 11 ildən bir təkrarlanır. Günəş səthinin maqnit ləkələri ilə örtülü olan hissəsində partlayış nəticəsində əmələ gələn qızmar buludlar yer kürəsinə yayılır. Bu proses həm kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, eləcə də insanların sağlamlığına təsir edir.

Həkim- terapevt Sübhan Hacıyev isə geomaqnit qasırğası ilə bağlı meteohəssas insanlara xəbərdarlıq edib. O deyib ki, qasırğa baş verən zaman xüsusilə xroniki ürək damar xəstələyi olan və arterial təzyiqdən əziyyət çəkən insanlar diqqətli olmalıdırlar. Geomaqnit qasırğası hətta ölümə də səbəb ola bilər.
Həkim bildirib ki, son günlər geomaqnit qasırğasının törətdiyi fəsadlarla bağlı xəstəxanaya müraciət edənlərin sayı çoxalıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

 
Ardını oxu...
Limonun turş və xoş ətri zehni təzələyir, immunitetə müxtəlif viruslar və xəstəliklər ilə mübarizə aparmağa kömək edir. Lakin bir çox insanlar bu bitkinin faydalı xassələri haqqında xəbərsizdir.

Limonun ətri zehnə hədsiz dərəcədə müsbət təsir edir. O, nəinki müsbət təsir göstərir, həm də gərginlik və depressiya ilə mübarizə aparmağa kömək edir. Limon ağaclarını elit restoranların yanında ona görə əkirlər ki, bu bitki müştəriyə özünü daha komfortlu və təhlükəsizlik hiss etməyə kömək edir! Limon ətri hər evə sakitlik gətirəcək!

Ekspertlər deyirlər ki, limon başının dərisini təmizləmək üçün də ideal vasitədir.

Limon piqment ləkələr, çapıqlar və sızanaq kimi bəzi dəri problemlərin aradan qaldırılması üçün də çox faydalıdır.

Limonu yarı bölün limon və dərinin problemli hissələrini onunla təmizləyin. Limon qaralmış diz və dirsəkləri ağardır.

Bu məhsul dırnaqları ağartmaq üçün də istifadə edilə bilər.

Limon asanlıqla bir çox xəstəlikləri sağalda bilər, mədə pozğunluğu və revmatizm, artrit kimi. Odur ki, hər gün limon suyu için!

Limon orqaznizmi vəba və malyariya kimi xəstəliklərdən də qoruyur. Bunun izahı isə sadədir. Limon təbii qan təmizləyicidir.

Gündəlik limon istifadəsi qocalma əlamətləri də aradan qaldırır. Bu məhsul, A, E, dəmir, kaliun, maqnezium və vitaminlərlə zəngindir.

Limonu təbii hava təmizləyici kimi də istifadə edin. Bunun üçün sadəcə, limonu 4 yerə bölüb və yataq otağına qoymaq lazımdır. Limon ətri beyinə siqnallar göndərərək sizi sakitləşdirir, əhval-ruhiyyəni qaldırır və problemlərin öhdəsindən gəlməyə kömək edir.

Əgər sizdə astma, allergiya və ya soyuqdəymə varsa, onda sadəcə limon qoxulamaq boğazı və yuxarı tənəffüs yolları təmizləməyə qadirdir!

 
Ardını oxu...
 
Razyana (şüyüd toxumu) şəfa verən bitkilərdən biridir. Tünd rəngdə, özünəməxsus qoxusu olan və təamlara qatılan razyana həm də tibbdə istifadə olunur.
Şüyüd toxumu bir çox xəstəliklərin müalicəsində əvəzsiz məhsuldur.
Belə ki, tərkibində fosfor, kalsium, sodium kimi maddələr olan razyana qəbizlik, mədə ağrıları və qaz sancısı problemlərinə yaxşı təsir edir. Razyana A və C vitaminləri ilə zəngindir deyə, qış aylarında xəstələnməyin və immunitet zəifləməsinin qarşısını alır.
Şüyüd toxumunu dəmləyib içə və ya yağından istifadə edə bilərsiniz. Razyananın hər iki halı qan azlığına, səs tutulmasına, stres və depresiyaya, əzələ boşalmasına, bədəndən ödəmin atılmasına, böyrəyə, dəri bərpasına, miqren, baş ağrısı və başqa problemlərə yaxşı təsir göstərir. O, həm də sidikqovucu özəlliyə də malikdir.
Ardını oxu...
Özünüzü yuxulu, gərgin hiss edirsinizsə, bunun başlıca səbəblərindən biri yuxu problemi ola bilər. Yuxunun nə qədər vacib olduğunu alimlər də təsdiq edir. Ancaq gündə nə qədər yatmaq lazımdır ki, gün ərzində gümrah olaq?

Lent.az xəbər verir ki, alimlərin fikrincə, az yatmaq həyatımızda pis nəticələr verə bilər.

Belə ki, daha uzun həyat yaşamaq üçün 7-8 saat yatmaq, yuxu dərmanı qəbul etməmək, həftədə heç olmasa beş gün yaxşı dincəlmək, yatmağa az qalmış kofein içməmək, gün ərzində su qəbul etmək lazımdır.

Yatmazdan öncə telefon və ya planşetlə oynamayın, kompüterə qaranlıqda baxmayın. Bu da öz növbəsində yuxunu qaçıran, gözə və beyinə birbaşa ziyan edən vasitələrdir.

Bundan başqa, yuxu bölünməsi yaşamadan yatmaq da vacib amillərdəndir. Bütün bunlar ürək-damar sistemi, beyinin normal işləməsi, xərçəng xəstəliyindən qorunma riski və digər xəstəliklərin qarşısını almaq yardımçı olur.

Dünyapress TV

Xəbər lenti