Xərçəngin 50% hallarda irsi olduğu bildirilir. Bunun səbəblərindən biri də Linç sindromudur ki, bu zaman orqanizmdə bir neçə onkoloji xəstəlik növü formalaşa bilir.
“Medicina” xəbər verir ki, onkoloq Anton Elkin məhz Linç sindromunun xərçəngin inkişafında ən çox rast gəlinən səbəb olduğunu açıqlayıb.
“Linç sindromu nəsildən nəslə ötürülərək müxtəlif orqanlarda şişlərin inkişafına təsir edir. O, bağırsaqda, mədədə, öd kisəsində, uşaqlıqda, yumurtalıqda ola bilər.
Belə sindromu olan şəxsdə bağırsaq xərçəngi riski 75%, uşaqlıq isə 30%-dirə, bu isə kifayət qədər yüksəkdir. Digər orqanlarda isə 10 faizə qədərdir.
Eləcə də Li-Fraumen adlı sindrom da erkən yaşda xərçəng yarada bilir.
40% hallarda bu uşaqlarda göz sarkomasına səbəb olur. Uşaqlarda böyrək şişlərinin səbəbi də bu sindromdur”.