Partnyorunuza aşiq olsanız belə, zaman keçdikcə cütlüklər daha az cinsi əlaqəyə başlaya bilər ki, bu da münasibətlərinizi çətinliyə sala bilər. Alimlər cütlüklərin daha aktiv cinsi həyat keçirmələri üçün üsullar təklif edirlər.
Bakupost.az xəbər verir ki, elm adamları, partnyorunuzun gündəlik münasibətlərdə daha müntəzəm seks istəməsinə kömək edəcək üsul kəşf etdiklərini iddia edirlər.
Kanadanın York Universitetində aparılan araşdırmanın mahiyyəti ondan ibarətdir ki, siz həmişə tərəfdaşınızı yeni şəkildə görməyin yollarını tapmalısınız.
“Daily Star”ın xəbərinə görə, “Journal of Social and Personal Relationships”də dərc olunan məqalə, cütlüklərin özlərinə, yeni təcrübələrə və fərqliliyə diqqət yetirməli olduqlarını aşkar edib.

CİNSİ İSTƏYİ ARTIRMAQ ÜÇÜN...
Cütlüklər cinsi həyatlarında yaxın və daha istəkli hiss etmək üçün özlərini inkişaf etdirməli və fərqli şeylər yaşamalıdırlar.
“Psychology Today” jurnalı da cütlüklərə bu üsulları tövsiyə edərək fərq yarada biləcəklərini bildirir:
Yeni bir şey kəşf etmək üçün birlikdə bir dərslərə və ya kurslara qatılın.
Yeni bir yerə baş çəkin. Bu, muzeydən tutmuş park və ya zooparka qədər hər yer ola bilər.
Birlikdə yemək bişirmək, gəzmək və ya üzmək kimi yeni fəaliyyətə cəhd edin.
Nadir hallarda danışdığınız şeylər haqqında söhbət edin. Bu, televiziya şousundan tutmuş uşaqlıq xatirələrinə qədər hər şey ola bilər.
 
 
 
Ardını oxu...
Yanmış və ötmüş yeməklər qəbul etmək xərçəng şişi əmələ gətirə bilər.

“Medicina” xəbər verir ki, həkim – dietoloq Yelena Solomatinanın sözlərinə görə, yanmış və ötmüş yeməklər qəti qadağandır.

Məsələn, tavada kartof qızardarkən yanmış kartof onkoloji prosesləri tətikləyir deyə bilərik.

Solomatina fikirlərinə belə aydınlıq gətirdi ki, qızartma prosesində poliaromatik karbohidrogenlər ayrılır. Bu birləşmələr hüceyrələrin bütövlüyünü poza və şiş prosesinin inkişafına səbəb ola bilər. Qızardılmış kartofda əmələ gələn eyni qəhvəyi qabığın tərkibində kanserogen akrilamid var.

Həm də yanmış və çox qızarmış qidalar daha tez qocalmaya və qırışların çoxalmasına səbəb olur. Ona görə də ətin, kartofun yanmış, çox qızarmış hissəsini yeməyin.
Ardını oxu...
Son zamanlar İran məktəblərində uşaqların zəhərlənməsi halları daha tez-tez baş verir – ölkənin 25 vilayətindəki 230 məktəbin şagirdlərində zəhərlənmə əlamətləri qeydə alınıb.

Bunu Parlamentin Məktəblərdəki Kütləvi Zəhərlənmələrin Araşdırılması Komissiyasının üzvü Məhəmməd Həsən Əsfari deyib. Noyabr ayında Qum şəhərində 18 qızın xəsarət aldığı gündən dünənə qədərki statistika göstərir ki, 5 mindən çox məktəbli – oğlan və qızlar zəhərlənmənin qurbanı olub… Üstəlik, qızlar arasında bu göstərici daha yüksəkdir.

Vəziyyət o qədər qorxuludur ki, ölkə prezidenti İbrahim Rəisinin göstərişi ilə İran hakimiyyəti araşdırma aparmaq üçün işçi qrupu yaradıb, onun işində təhlükəsizlik və hüquq-mühafizə orqanları və ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri iştirak edəcək. Amma zəhərlənmələrin səbəblərində ciddi fikir ayrılıqları var: Səhiyyə Nazirliyinin rəsmiləri hesab edir ki, bir sıra zəhərlənmələr “xarici qüvvələr tərəfindən təşkil edilmiş qəsdən törədilən aksiya ola bilər”.

Parlamentarilər azot zəhərlənməsindən danışır, media isə bibər qazından və yanacaq tankerlərinin tüstülərindən çıxan qazdan danışırlar. Üstəlik, qəribə də olsa, məktəb yeməkxanalarında keyfiyyətsiz yemək versiyaları yoxdur.
 
Ardını oxu...
"Qəhvə içmək ənənəsi məndə illərdir var. Gün ərzində bir fincan içirəm. Qəhvənin tibbi baxımdan insana enerji verdiyi iddia edilir. Mən və bir çox iş adamları üçün səhər qəhvəsi ritualdır. Günümüz olduqca sürətli və dolu keçdiyinə görə özümüzlə və fikirlərimizlə baş-başa qalmağa zaman olmur. Mənim üçün səhər qəhvəsi özümlə zaman keçirmə şansıdır. Qəhvə içmədiyim gün düşünürəm ki, özümə zaman ayırmamışam, sakitcə planlarımı düşünməmişəm. Bir gözəl fikir var: "Səhər qəhvənizə keçmişin xatirələrini deyil, gələcək ümidlərinizin şəkərini daxil edin".

Bu sözləri "Kaspi" qəzetinə günə hər zaman bir fincan qəhvə ilə başlayan peşəkar idarəçi və biznes məsləhətçisi Fəxri Ağayev dedi.

F.Ağayevdə illərdir bu ənənə var. Amma ölkəmizdə qəhvə sevgisi yeni olanlar daha çoxdur. Qəhvə içənlərin sayı günü-gündən artır, bunun sayəsində son 2-3 ildə şəhərdəki "kofeşop"ların sayının da çoxaldığını müşahidə edirik.

"Kofeşop" sahibi Emil Kərimov deyir ki, gənc nəslin qəhvəyə marağı olduğu üçün bu içki növünə tələb get-gedə artır:

"Qəhvə içənlərin 90 faizdən çoxu 30-35 yaşdan aşağı şəxslərdir. Ondan yuxarı şəxslər çox azdır. Bir səbəb budur ki, gənclər qəhvəni sevirlər. Digər tərəfdən, zamanla qəhvə mədəniyyəti ölkəmizdə inkişaf edir. Böyük "kofeşop"ların bu sahənin genişlənməsində rolu oldu. Eyni zamanda, karantin dövründə "take away" (al-götür) yerlərindən alış-veriş artdı. Restoranlar bağlı idi, adamlar ayaq üstü yeyə, içə biləcəkləri qidaları alırdılar. Həmin dövrdə "kofeşop"lar da artdı".

Barista (qəhvə hazırlayan) Pərvin Dunayoğlu deyir ki, əvvəllər də Azərbaycanda qəhvə içənlər var idi, amma indiki qədər deyildi:

"2018-ci ildən sonra bizdə geniş yayıldı. Arada pandemiya oldu, 2021-2022-ci illərdə çox sürətləndi. Hələ də davam edir. "Kofeşop" arzusu olanlar fəaliyyətə keçməyə başlayıblar. Kiçik "kofeşop" açmağa maraq göstərənlərin, barista olmaq istəyənlərin sayı da artıb".

P.Dunayoğlu bildirdi ki, qəhvə ilə tanışlıq yarandıqca bu içkiyə maraq da artdı:

"Bir şəxs qəhvənin dadına baxır, bir neçə dəfə içəndən sonra davamlı istifadə etməyə başlayır. Alışqanlıq sadə qəhvə içməkdən zövq alanlarda daha çox olur. Əgər acı qəhvədən zövq alırsa, davamlı içir. Ancaq südlü qəhvələrə süd, sirop, şəkər vurulur, qəhvənin təbii dadı azalır".

Barista yeni yaranan ənənə olduğu üçün bizdə acı deyil, südlü qəhvənin daha çox içildiyini də dedi:

"Südlü qəhvələr – "Kapuçino", "Latte" daha çox istifadə olunur. "Espresso", "Americano" sadə qəhvə olduğu üçün çox az içilir. Çünki qəhvə bizim ölkədə indi-indi geniş yayılır, insanlar hələ acı qəhvələrə o qədər də öyrəşməyiblər. Südlü qəhvələri test edirlər, dadına baxırlar. Belə davam edənləri daha çoxdur".

Qəhvəni görüntü üçün içənlərin daha çox olması ilə bağlı fikir də səsləndirilir. P.Dunayoğlu bununla razılaşmır:

"Görüntü üçün olsa, adam arada-sırada bir dəfə içər. Davamı, gündəlik içənlər çoxalıb. Qəhvə qiymətləri 6-7-8 manatdır. Elə müştəri olur ki, gün ərzində 2-3 dəfə alır. Qiymət baxımından da görüntü üçün içdiklərini demək olmaz".

Hətta bəzən gün ərzində 3-4 fincan və daha çox qəhvə içənlərə də rast gəlirik. Çayla bağlı deyimlərdə "3-ü bəsdir" deyirik. Bəs qəhvənin neçəsinə "bəs" deməliyik?

Şövkət İsmayılzadə qəhvə həvəskarlarındandır. Deyir ki, bir müddət çox içdiyi üçün sağlamlığında problem də yaranıb:

"Son 3 ildir ki, gündəlik qəhvə içirəm. Həm dadı xoşuma gəlir, həm də günə gümrah başlamaq üçün yaxşıdır. Sadəcə, bir müddət daha çox içdim. Günə 3-4 fincan olurdu. Ürək döyüntülərim artdı, həkim qəhvəni qadağan etdi. 2 həftə fasilə verdim, sonra yenidən başladım. İndi çox içməməyə çalışıram. Gündə 1, maksimum 2 fincan kifayət edir. Gündəlik çox su içirəm ki, bədənimdəki kofeini atsın".

Diyetoloq Turxan Baratzadə bildirdi ki, normal miqdarda qəbul edəndə, qəhvə zehni açır, oyanıqlığı, enerjini artırır, alzheimerə qarşı faydalıdır, yağ yandırmağa köməyi olur. Ancaq normanın keçilməsi asılılıq yaradır:

"Qəhvəyə orqanizmə nə qədər kofein qəbul edilməsi kimi yanaşaq. Gün ərzində 300 milliqram kofein normaldır. Dəmindən asılı olaraq 1 stəkan çayda kofeinin miqdarı 40-80 qramdır. Qəhvədə isə təxminən 100 milliqram. Ancaq gündə 700 milliqramın üzərindədirsə, artıq asılılıq səviyyəsidir".

T.Baratzadənin sözlərinə görə, bir adam "qəhvə içmədən oyana bilmirəm" deyirsə, deməli, qəhvə asılılığı yaranıb. Bu adamlar gün ərzində boş vaxtlarını kofeinli içkilərlə doldurmağa başlayırlar. Asılılıq isə siqaret çəkən insanlarda daha tez yaranır:

"Orqanizmdə nikotinlə birləşən kofeinin asılılıq yaratma ehtimalı daha yüksəkdir".

Diyetoloq bildirdi ki, qəhvənin gündəlik normadan artıq içilməsi orqanizm üçün zərərli ola bilir:

"Davamlı çox içirsiniz, sonra içməyəndə, bu zaman baş ağrısı, yuxululuq, yuxusuzluq, əsnəmə, motivasiya əskikliyi, halsızlıq, əsəbilik, düşünmədə yavaşıma və s. olur. Bu da işə təsir edir. Adam qəhvə içməsə, işləyə bilmir. Gündəlik normadan çox qəbul edilirsə, asılılıq çoxdursa, bu, insanda xəstəliklər də yarada bilir. Kalsium əskikliyi, ürək ritmi pozğunluqları, qanda şəkərin və xolesterinin yüksəlməsi, mədə xorası riski, depressiya kimi xəstəliklərə də səbəb olur".

T.Baratzadə qeyd etdi ki, qəhvə asılılıqdan qurtulmaq üçün ən yaxşı vasitə bitki çayları və su qəbuludur.

Qısası, qəhvə gözəldir, amma normasında. Bu halda faydasını görərik, nəinki zərərini.

 
Ardını oxu...
“Həkimlərin əlini kəssən də, yazmaz ki, adam nədən zəhərlənib”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri sədri Eyyub Hüseynov deyib.

O qeyd edib ki, 26 ildir zəhərlənmədən əlil olan insanlara kompensasiyanın verilməsinə nail ola bilməyiblər.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
ABŞ Prezidenti Cozef Bayden uğurla əməliyyat olunub, onun dərisində bədxassəli şiş çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə onun həkiminə istinadən Reuters agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, fevral ayında aparılan biopsiya Amerika liderində bazal hüceyrəli karsinomanın (dəri xərçəngi – Red) olduğunu təsdiqləyib.

Bayden müəyyən müddət dermatoloqun nəzarətində olacaq.
 
Ardını oxu...
StudyFinds-in məlumatına görə, Avstraliyada alimlər böyük cərrahi müdaxilə olmadan insan orqanizminin içərisində canlı hüceyrələrin 3D çapı üçün prototip cihazı təqdim ediblər.

"DogruXeber.az" "Ntv.ru"ya istinadən bildirir ki, Yeni 3D bioprinter yalnız kiçik bir kəsiklə biomaterialları hədəf toxuma və orqanlara çatdırmağa qadirdir.

Robot artıq, süni kolon daxilində sınaqdan keçirilib. Burada o, qapalı məkandan keçə bilib, bundan sonra orqanların səthində 3D materialları uğurla çap edib.

Alimlərin fikrincə, belə texnologiya beş-yeddi il ərzində həkimlərə kiçik dəri kəsikləri və ya təbii dəliklər vasitəsilə bədən daxilində çətin əldə edilən nahiyələrə daxil olmağa kömək edəcək.

Orqan çap etmək üçün əvvəlcə kompüterdə dizayn edilir. Bundan sonra bioprinterdə xüsusi soyudulmuş şprisdən bioink çıxır - bu, gələcək orqanın hüceyrələri ilə qarışdırılmış protein əsaslı hidrogeldir.

DogruXeber.az
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə İrandan gətirilən ağrıkəsicilərin gənclər arasında infarkta səbəb olmasına dair məlumat yayılıb.

Gununsesi.info-nun xəbərinə görə, kardioloq Firdovsi İbrahimov bildirib ki, fəsadlara olan dərmanlar İrandan gələn nəqliyyat vasitələrinin sürücülərinə aldırırlar:

“Onlar adi ağrıkəsici deyil, xəstələrdə alışqanlıq yaradır”, – deyə F.İbrahimov qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:


 
 
 
Ardını oxu...
Məhsullarda olduğu kimi, məişət əşyalarının da istifadəyə yararlıq müddəti bitir. Əgər həmin əşyanı istifadədədən çıxarmasaz sağlamlığınıza zərər vura bilərsiniz.

“Medicina” həmin əşyaları təqdim edir.]

Üzəri boyalı məmulatlar – naxış və dizaynla örtülmüş çini qabaların boyanması zamanı istifadə olunan boyalar kimyəvi maddələrdən hazırlanır. Güclü sürtünmə və ya yüksək temperatur nəticəsində asanlıqla soyulur.

Belə boyaların tərkibində ağır metal sayılan civə, qurğuşun və kadmiy var ki,bu da orqanizmə mənfi təsir göstərir.

Polad termos – paslanmayan polad və plastik materialdan asılı olaraq fərqlənir. Elə plastik əşyalar var ki, 100 dərəcə yüksək temperatura edilir, paslanmayan poladdan hazırlanmış termos yalnız ağır metal tərkibinə görə standartı aşmadığı üçün aşağı korroziyaya davamlıdır. Belə bir termosun istifadəsi suyu zəhərliyə bilər.

Bambukdan yemək üçün hazırlanmış və köhnəlmiş taxta çubuqlar – 6 aydan bir yenilənməlidir. Köhnəldikdə kif atır,bu da mədə -bağırsaq probemlərinə gətirib çıxardır.

Uzun müddət istifadə etdiyiniz diş fırçaları – 2-3 aydan bir dəyişdirilməlidir. Çünki yuyulmasına baxmayaraq, üzərinə çoxlu bakteriyalar toplanır ki, bu da müxtəlif xəstəliklərə gətirib çıxarda bilər.
Ardını oxu...
Dərman bazarında bahalaşma davam edir. Bu azmış kimi bəzi dərmanların qıtlığı da yaranıb. Məsələn, parastamol, panadol, nurafen və digər bu kimi gündəlik istifadə olunan dərmanların yoxa çıxması xeyli təəccüb doğurur. Halbuki, valideynlərin bir çoxu həkimə müraciət etmədən bu dərmanlar vasitəsi ilə uşaqlardakı qızdırmaya özləri əlac edirdilər. Soyuqdəymə, infeksion xəstəliklərin yayıldığı bir dönəmdə bu halın yaşanması əhalini əlacsız qoyub.

Problemlə bağlı tanınmış həkim Vaqif Qarayev də Bizim.Media-ya narahatlığını ifadə edib:

“İndiki vəziyyətdə həm həkimlər, həm də valideynlər çaş-baş qalıblar. Tempanol deyilən preparat var. Qızdırma üçün apteklərdə yalnız bu dərmanı tapmaq olur. Onu da körpə uşaqlara vermək bir az risqlidir. Seçim olmadığı üçün valideyn də, həkim də məcbur qalır”.

Həkim onu da əlavə etdi ki, dərmanların yoxa çıxması səbəbilə bir neçə tanış apteklə əlaqə saxlayıb:

“Hamısı səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərir. Bu dərmanlar əsasən həmin dövlətlərdən gəlir. Amma bu səbəb olsa da bəhanəyə əsas vermir. Biz bütün ekstremal vəziyyətlərə hazır olmalıyıq. Qonşu dövlətlərin çoxu vəziyyətdən çıxış yolu tapıb. Əldə etdiyimiz məlumata görə adını çəkdiyimiz qızdırma salan dərmanların anoloqu üçün qonşu Gürcüstan Türkiyə şirkətləri ilə müqavilələr bağlayıb”.

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindənsə bildirdilər ki, indiki vaxtda həm müharibə, həm enerji daşıyıcılarının qiymətinin artması özlüyündə logistika xərclərinin, dərman vasitələrinin xammal qiymətinin qalxmasına və qıtlığına səbəb olur:

Bizim.Media

Dünyapress TV

Xəbər lenti