Ardını oxu...
İsrailin Müdafiə Qüvvələrinin (IDF) tibbi yardım heyəti Türkiyəyə gəlir.

APA xəbər verir ki, bununla bağlı İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 8-də səhər tibb heyəti Türkiyənin cənubunda humanitar yardım səylərinə qoşulmaq üçün yola düşəcək. "Nümayəndə heyəti zəlzələdən zərər çəkmiş ərazilərdə səhra xəstəxanası yaradacaq və tibbi yardım göstərəcək", XİN bildirib.

Qeyd edək ki, İsrailin axtarış-xilasetmə qrupunun birinci hissəsi bu səhər Türkiyəyə gəlib.
 
Ardını oxu...
Ümumdünya Səhiyyə Təşkilatı həyacan təbili çalır...

Transyağlar - bu ifadəyə son vaxtlar kütləvi informasiya vasitələrində tez-tez rast gəlmək olur. Hər şeyə laqeyd olmağımızdanmı, yoxsa başımızın daha ciddi işlərə qarışmasındanmı, bəlkə də bu sözün ilk yarısını tutan xoşagəlməz məna tutumundanmı – hansısa səbəbdən bu olduqca vacib mövzuya o qədər də diqqət etmirik.

Vəziyyət isə belədir: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yaxınlarda sənaye yolu ilə əldə olunan transyağ turşularının qida kimi istifadəsini bütün dünyada tamamilə qadağan etməyə çağırdı. Həmin çağırışda daha sonra qeyd edilirdi ki, dünyada hər il yarım milyon insanın erkən ölümünə səbəb məhz süni yolla əldə olunan, əslində normalda duru halda olan bitki yağlarının hidrogenləşdirilməsi yolu ilə alınan və beləliklə də adi otaq temperaturunda bərk halda olan transyağların qida kimi istifadə olunmasıdır.

Bəs bu trans yağ – elmi adı ilə desək, süni transyağ turşuları ilə biz məişətdə necə və harada qarşılaşırıq? Bu məsələ isə müxtəlif dünya ölkələrində fərqlidir. Məsələn, artıq 2020-ci ilədək dünyanın 58 ölkəsində bu yağların istifadəsi ya tamamilə qadağan olunub, ya da ciddi şəkildə məhdudlaşdırılıb. Bunlara ABŞ, Kanada, Latviya, Sloveniya aiddir. Əksər Asiya ölkələri, Cənubi Amerika və təbii ki, Afrika ölkələrində isə hələ də bu zəhərli yağlar sərbəst şəkildə istifadə olunur.

“Amerikanın səsi” radiosunun ÜST-nın bu hesabatı ilə bağlı yaydığı məqalədə Azərbaycanın da adı bu qorxunc siyahıda bilavasitə qeyd edilib. (yazının linki WHO Calls for Removal of Trans Fat in 2023 (voanews.com)) Elə həmin yazıda qida və sağlamlıq ekspertlərinin fikrinə əsaslanaraq o da bildirilib ki, əgər bütün dünyada bu zəhərli yağlar qadağan edilsə və istifadəsi dayandırılsa 2040-cı ilədək 17 milyon insanın vaxtından əvvəl infarktdan, insultdan və xərşəngdən ölməsinin qarşısı alına bilər.

Bəli, 17 milyon insan – hardasa bizim ölkə əhalisinin iki qatı qədər insan xilas edilməsini gözləyir. Bir qədər əvvəlki sualın cavabına gəldikdə isə, konkret olaraq biz bu zəhərli yağlarla belə demək mümkünsə, tamamilə iç-içə yaşamaqdayıq. Onlar hər yerdədir: kərə yağı, kərə ətirli yağ və s. adı altında ərzaq mağazaları vitrinlərində, bütün hazır satılan un məmulatlarında, şirniyyatlarda, peçenyelərdə, vaflilərdə, kartof çipsilərində və həmçinin yağda qızardılmış yeməklər bişirilən restoran və qida hazırlanan bütün hər yerdə.

Bəs, niyə bu süni trans yağlar belə geniş yayılıb? Əsasən ona görə ki, nisbətən ucuzdur və qida məhsullarının daha uzun müddət “təzə” qalmasını təmin edir. Başqa cür desək ərzaq məhsullarının “rəf müddəti”nin uzun olmasına, beləliklə də satışda problemlərin olmamasına səbəb olur. Problem isə, əlbəttə ki, bir müddət sonra insanların səhhətində özünü göstərsə də bu barədə heç kim danışmır. Məsələnin maraqlı tərəflərindən və bu yağların qida kimi istifadəsinin əleyhinə olan ən bəsit arqument isə məhz burada gizlənib. Uzun müddət xarab olmamaq o deməkdir ki, ərzağı xarab edəcək mikroskopik canlılar – bakteriyalar bu qidalara yaxın düşmürlər. Yəni Allahın onlara verdiyi qabiliyyət sayəsində bizdən fərqli olaraq xarici görünüşə aldanmırlar.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, heyvanın südündə və ətində rast gəlinən təbii trans yağ turşuları (məsələn kərə yağının tərkibində olan) və ya başqa cür desək doymuş yağlar artıq elmi dairələrdə əvvəlki populyarlığına qayıdıb. Əksər tədqiqatlar təbii yağların orqanizm üçün mühüm əhəmiyyətini təsdiq edir. Süni trans yağlar isə kimyəvi tərkibinə görə heyvan mənşəli bu natural yağlardan tamamilə fərqlidir. Yəni insan yağa olan tələbatını heyvan mənşəli yağla təmin etməlidir, süni yolla - hidrogenləşdirilmiş bitki yağlarından isə var gücü ilə uzaq qaçmalıdır.

ÜST-ün çağırışı ilə əlaqədar əsas məsuliyyət isə ölkəmizdəki qanunverici və icra hakimiyyətinin üzərində düşür. Daha çox ləngimədən süni transyağların qadağan edilməsi və qida sənayesindən çıxarılması, beləliklə də xalqımızın bundan daha artıq zəhərlənməsinin qarşısının alınması üçün fəaliyyətə başlamalı, müvafiq qanun qəbul edərək icraya yönəldilməlidir.

Sonda vətəndaşlarımız üçün Amerika Ürək Assosiasiyasının (AHA) tövsiyyələrindən bir neçəsini xatırlatmağı özümə borc bilirəm:

Tərəvəz, meyvə, tam taxıllı qidalar, az yağlı qoyun və mal əti, balıq, quş əti, ləpələr (qoz, fındıq və s.) yeyin. Qırmızı ətə, hətta təbii olsa belə - şəkərli qidalara və içkilərə (bura mürəbbələr də aiddir) limit qoyun. Yalnız natural yağlar istifadə edin – təbii kərə yağı və duru halda olan bitki yağları, əsasən də Zeytun yağı.

Hidrogenləşdirilmiş yağları isə mətbəxinizə buraxmayın, tərkibində bu cür yağ olan heç bir ərzaq istifadə etməyin və evdən kənarda dərin qızardılmış heç bir şey yeməyin! İlk növbədə uşaqlarınızı bu zəhərli yağlardan uzaq saxlayın!

Həsrət RÜSTƏMOV


 
Ardını oxu...
London İmperial Kollecinin tədqiqatçıları bəzi məlumatları təhlil edərək yumurtalıq xərçəngi hallarını xəstəliyin inkişafının erkən mərhələsində aşkarlamağın mümkünlüyünü ortaya çıxarıblar.

Cebhe.info xəbər verir ki, araşdırma “JMIR Public Health and Surveillance” jurnalında dərc olunub.

Elm adamları iki böyük aptekdən əldə edilən məlumatlardan istifadə etməklə 300 qadının altı il ərzində alış-verişini təhlil ediblər. Onlar aşkar ediblər ki, sonradan yumurtalıq xərçəngi diaqnozu qoyulan qadınlar ağrı və həzmsizlik üçün daha çox dərman alıblar. Satınalmalarda bu dəyişiklik diaqnozdan səkkiz ay əvvəl müşahidə edilə bilər.

Statistikaya görə, erkən mərhələdə diaqnoz qoyulsa, yumurtalıq xərçəngi diaqnozu qoyulan qadınların 93% -i beş il və ya daha çox yaşaya bilər. Yumurtalıq xərçəngi son mərhələdə aşkar edilərsə, beş il yaşamaq şansı 13% təşkil edir. Eyni zamanda, yumurtalıq xərçəngi erkən mərhələdə çox nadir hallarda aşkar edilir: bu xəstəliyi olan hər beş qadından biri xəstəlik artıq bədəni çox zəiflətdiyi zaman təcili yardım otağında diaqnozunu öyrənir.

Yumurtalıq xərçənginin simptomları xəstəliyin ilkin mərhələlərində gizli də ola bilər, bu da bəzi qadınların vəziyyətini ciddi hesab etmədikləri üçün həkimə getmək əvəzinə aptekdən dərman almağa məcbur edir. Erkən simptomlara iştahsızlıq, qarın ağrısı və şişkinlik daxil ola bilər.

Bu araşdırmada iştirakçılar diaqnoz qoyulmasından təxminən 4,5 ay əvvəl yumurtalıq xərçəngi ilə əlaqəli olduğu aşkar edilən simptomları özlərində hiss etdiklərini qeyd etdilər. Həkimə müraciət diaqnoz müddətini 3,5 aya qədər azaldıb. Həkimlər bu simptomlara məhəl qoymamağın insan həyatı üçün təhlükəli ola biləcəyini vurğulayırlar.
 
Ardını oxu...
Avropa Sağlamlıq Birliyinin araşdırmaçıları bütün Avtropa boyu xalça və kavrolitlərdə toplanan toksiki maddələrə diqqət çəkərək, həkimləri və əhalini xəbərdar ediblər.

"Medicina" məlumatına görə, alimlər xalçalarda 59 ciddi maddəni aşkarlayıb ki, bunlara yüksək kanserogen və ağır metallar daxildir. Hansı ki, bu maddələr insan orqanizminə keçərək onkoloji, endokrinoloji problemlər yaradır. Toksiki maddələrin tənəffüslə və dəri ilə qana keçməsi xüsusən hamilə qadınlar, körpələr və xəstə adamlar üçün təhlükəlidir.

Ağır metallar – civə, qurğuşun, kadmiy müasir xalçaların hazırlanması zamanı onlara vurulan boyanın tərkibində olur. Bu maddələr sintetik parça, xalça və ayaqaltıların tərkibində katalizatorlar kimi yer alıb. Bunlardan əlavə xalçaları təhlükəli edən daha bir səbəb onların tərkibinə vurulan suya, qoxuya qarşı və yanmaya davamlı olması üçün vurulan kimyəvi maddələrdir.


Çox toksiki maddələr 5-10 ildən sonra sağlamlıqda öz təsirini göstərir. Bu müddət ərzində onlar orqanizmdə yavaş-yavaş toplanır. Xalçaların tərkibində olan 59 toksiki maddədən 10-u rəsmi olaraq "yüksək dərəcədə təhlükəlilik” kimi qeydə alınıb, 4-ü isə formal olaraq sənayedə qadağan olunub. Amma hələ də bu maddələr istehsalda istifadə edilir.


Tədqiqatın müəllifləri öz məruzələrində Avropa səhiyyə komissiyasını bu məsələdə günahkar bilir.

" Bİz açıq-aydın görürük ki, Avropa komissiyası sağlamlıq üçün potensial təsirləri nəzərə almayıb və öhdəliyini lazımınca yerinə yetirməyib. Bu səhvi düzəltmək olar, istehlakçıların və vətəndaşların sağlamlığına zərər vurmayan material və maddələrin istifadəsi istiqamətində əlavə resurslar axtarılmalıdır. Avropada toksinsiz iqtisadiyyat qurulması üçün vacib sayılacaq bu addım bir çox xroniki xəstəliklərin və onkologiyanın inkişafının qarşısını alacaq. Bizim araşdırmamızın nəticəsini və məsləhətlərimizi təcrübədə tətbiq etməklə, cəmiyyətin ən zəif üzvləri olan hamilə qadınlar və uşaqları təhlükədən qorumaq olar- deyə Alyansın rəhbəri Genon Censen bildirib”
 
Ardını oxu...
Orqanizmdən toksinləri çıxara bilən pendir növü istehsal olunub.
Bakupost.az xəbər verir ki, Rusiya Biotexnoloji universitetin alimləri qara mərmər pendir əldə edib. Pendirə aktivləşdirilmiş kömür qatılıb.
Onlar bildirib ki, bu məhsul xüsusi istiqamətlidir, müalicəvidir.
“Bu pendir orqanizmi, mədə-bağırsaq sistemini təmizləyir, bütün orqanizmə müalicəvi təsir edir.
Pendirdə olan kömür toksin, zərərli maddə, qazları çıxarır, diareyanın qarşısını alır, köpü götürür.
Qara kömür pendirin dadını dəyişmir, pendir həmişəki qaydada sadəcə pendirdir.
Qiyməti də adi pendirdən çox fərqlənməyəcək. Pendirin reseptində təbii, yerli inqridiyentlərdən istifadə olunub.
Kütləvi istehsal üçün güclü istehsalat avadanlığı olan müəssisəyə ehtiyac var”.
Ardını oxu...
Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simptomlar olmadan hiss etsəniz, dərhal antivirus preparatları qəbul etmək xəstəliyin müalicəsini tezləşdirir.

“Medicina” xəbər verir ki, bu barədə pulmonoloq Oleq Abakumov bildirib.
“İndiki qriplə bacarmaq üçün müasir antivirus preparatlarını vaxtında içmək lazımdır. Xəstəliyin ilk yüngül əlamətləri az hiss olunan kimi bu dərmanı içmək lazımdır.

Əgər xəstəliyin ilk dəqiqələrində hələ qızdırma qalxmadan içsəniz, qızdırma çox yüksəlməyəcək, öskürək artmayacaq, burun-boğaz axmayacaq, virus orqanizm daxilində artıb, toksin ifraz etməyəcək, yəni bədən halsız düşməyəcək.

Bunun üçün Oseltamivir adlı preparat effektivdir.

Əgər quru qızdırmalı öskürək varsa, deməli, bakterial yox, virus xəstəliyidir. O zaman bu dərmanı içmək olar.

Eləcə də soyuqdəymə və qrip zamanı evdə qalıb, bol maye içmək lazımdır. İnsan tərlədikcə mikrolementlər yuyulub gedir. Ona görə, mineral balansını təmin etmək üçün bol su içmək lazımdır”.
Ardını oxu...
Bədəndə, göz dibində sarılıq, əllərdə saralma sirrozun əlamətidir.

Əgər sirroz başladısa, vəziyyəti geri döndərmək mümkün deyil.

Teref.az xəbər verir ki, terapevt Filipp Kuzmenko sirroz barədə maraqlı açıqlama verib.

“Spirtli içki qaraciyəri məhv edir, bunu hamı bilir. İçki içənlər dəriləri saralmayana qədər bu təhlükəni gözardı edir. Əgər saralma baş verdisə, onu artıq geri qaytarmaq mümkün deyil. Qısacası, bu artıq sondur.

Düzdür, sirroz ölümə səbəb olur, amma statistikaya görə, içki içənlər sirrozdan çox ürəyin dayanması, insult və alkoqol zəhərlənməsindən həyatını itirir.

Bəs qaraciyəri içkidən qorumaq olarmı? Olar, bir yolla – içməyi unudasız.

Sirroz simptomsuz başlayır, birinci mərhələdə ümumi narahatlıq, zəiflik, içtah azalması olur”.

Qaraciyər ağrımadığı üçün ağrı artıq sirrozun irəli mərhələsində sağ qabırğaaltında sinir ağrısına bənzəyir (medicina.az).
 

Ardını oxu...
Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiq edib, 31-nin qiymətini artırıb.

Toplum TV xəbər verir ki, müvafiq qərar qurumun yanvarın 31-də keçirilən iclasında qəbul olunub.

Bildirilir ki, bu qərar nəticəsində ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir.

Toplum TV

Ardını oxu...
Türkiyədə cəmiyyətin məşhur simalarından Aslı Çetiner və iş adamı Tahsin Çiftkurtun 24 yaşlı qızı Leyla Çiftkurt İngiltərənin paytaxtı Londondakı evində ölü tapılıb.

Leyla Çiftkurtun Londonda universitet tələbəsi olduğu bildirilir.

Aslı Çetiner iki gün Leyladan xəbər ala bilməyib və Londonda təhsil aldığı universitetlə əlaqə saxlayıb. Universitetdən Leylanın dərslərə gəlmədiyi bildirilib. Bu halda Çetiner qızının dostlarından kömək istəyib.

Leylanın dostları polisin müşayiəti ilə onun evinə daxil olduqda şok yaşayıblar. Leyla öz evində ölü tapılıb.

Aslı Çetiner Londona uçub. Polis hələ ki Leylanın müəmmalı ölümü ilə bağlı açıqlama verməyib. Lakin onun intihar edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İngiltərədə qrip əlamətləri ilə xəstəxanaya müraciət edən 21 yaşlı həvəskar futbolçu Lyui Devinin hər iki ayağı amputasiya edilib.

Demokrat.az xəbər verir ki, İngiltərədəki Willington İdman Klubunun həvəskar futbolçusu, 21 yaşlı Lewi Devey, qrip əlamətləri və nəfəs çatışmazlığı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər gəncə pnevmoniya və B qripi diaqnozu qoyublar. Vəziyyəti pisləşdikdən sonra futbolçu 31 gün süni nəfəs aparatına qoşularaq yuxuya gedib.

Yanvarın 9-da gəncə sepsis (qan zəhərlənməsi) və çoxlu orqan çatışmazlığı diaqnozu qoyulub və hər iki ayağının dizdən yuxarı amputasiyasına qərar verilib. Çətin əməliyyatdan sonra 21 yaşlı futbolçunun ayaqları amputasiya edilib.
 

Dünyapress TV

Xəbər lenti