Ardını oxu...
Son illərdə ürək xəstəliklərindən ölüm gəncləşib.
Tribunainfo.az xəbər verir ki, alimlər 30-35 yaşlı siqaret çəkən insanlarının ürəyinin durumunu müqayisə edir.

Türk həkimlər bildirir ki, ürəyiniz sizin yaşınızdan qat-qat qoca ola bilər.
Qeyri-sağlam qidalanan, hər gün enerji içkiləri və siqaretdən istifadə edən 35 yaşlı gəncin ürəyi 55-60 yaşlarındadır. Tam əksinə, bioloji yaşı 56 olan, ancaq qidalanmasına və həyat tərzinə diqqət edən bir insanın ürək yaşı 40-dan artıq olmur
Ardını oxu...
Fransa hökuməti “Parasetamol” əsaslı dərmanların onlayn satışını dayandırıb.

Hakimiyyət tərəfindən bu ayın sonuna qədər “Parasetamol”un satışı qadağan edilib. Buna səbəb isə tədarük zəncirinin pozulmasıdır.

Məlumata görə, tibbi dərmanın onlayn satışı müvəqqəti olaraq dayandırılıb. Son tarix bu ilin 31 yanvarıdır. Hazırda tərkibində “Parasetamol” olan dərmanların tədarükü ilə bağlı gərgin vəziyyət yaranıb. Bu tendensiya ölkədə altı aydan çoxdur ki, davam edir. Bundan əvvəl də Fransa hakimiyyəti problemin həlli üçün müəyyən addımlar atıb. Lakin hələlik müsbət nəticə əldə edilməyib.

Daha əvvəl ÜST-ün verdiyi açıqlamada Qərb əczaçılıq şirkətlərinin “Parasetamol” əsaslı dərman çatışmazlığı ilə qarşılaşdığı bildirilib. Bu, qrip xəstəlikləri dalğası səbəbindən dərmana tələbatın yüksək olması ilə əlaqələndirilib.

Mənbə: Novostivl.ru
Ardını oxu...
Britaniya alimləri müasir insanların gündəlik yediyi sevimli qidalarnın xərçəng riskini artırdığını bir daha təsdiq edib.
Əsasən 3 qida xərçəngi 20 dəfə artırır. Sosis, bekon, vetçina.
Fərqi yoxdur sosisi qızardırsız və ya suda bişirirsiz, hər iki halda zərərlidir.
Siçanlar üzərində aparılan yeni tədqiqat göstərib ki, bu 3 qida şişlərin böyüməsini sürətləndirir.
Çünki bu qidaların hər birində əsas kanserogen maddə nitrit var.
Nitrit ət məhsullarına xarakterik çəhrayı rəng verir və müddətini artırır.
Onkoloq Andrey Vorobyev nitritlə zəngin termiki işlənmiş ət məhsulları ilə qidalanmadan sonra siçanlarda xərçəng şişləri 70% daha çix yaranıb, nəinki nitritsiz donuz əti verilən siçanlarda.
“Sübut olunub ki, nitratlarla zəngin qidalar yeyən siçanların bağırsağında 82% daha çox şiş yaranıb.
Həftədə 3 dəfə və daha çox texniki emal edilmiş ət məhsulları bağırsaq, süd vəzi, prostat xərçəngi yaradır.
Uşaqlıqdan gündəlik olaraq belə qidalar yeyənlər real olaraq gələcəyini, həyatını təhlükəyə atır.
Bu tədqiqat onu göstərir ki, ətin özündən çox, ona qatılan nitrat və kimyəvi maddələr xərçəngə təsir edir.
 
Ardını oxu...
8 dekabr 2020-ci ildə Britaniyada Covid-19 epidemiyasına qarşı ilk peyvənd hazırlanandan bu yana dünya miqyasında 13 milyard doza peyvənd vurulub. Aradan keçən iki ildə vaksinlərin effektivliyi və yan təsirləri haqqında nələr üzə çıxdı?

Tədqiqatlar göstərir ki, onlar xəstəliyin ağırlaşmasına və ölüm hallarının artmasına mane olur. İctimai səhiyyə qurumları bildirirlər ki, peyvəndlərin ciddi yan təsirlərinə nadirən rast gəlinir.

Peyvəndlərin təsirləri

Vaksinasiya başlayandan sonra ambulator müalicəyə ehtiyacı olanların və ölənlərin sayı əhəmiyyətli dərəcədə azaldı.

Koronavirusun Omicron kimi daha yoluxucu variantlarının ortaya çıxmasına baxmayaraq insanların əksəriyyəti məhz peyvənd sayəsində xəstəliyi yüngül keçirdi.

ABŞ-ın Commonwealth Fund təşkilatı dekabrın 13-də dərc etdiyi sorğuda Yale Universitetinin İctimai Səhiyyə Məktəbinin alimlərini bu mühüm suala cavab verməyə çağırıb: “Peyvəndlər olmasaydı, vəziyyət necə olardı?”

Nəticələr göstərir ki, son iki il ərzində ABŞ Covid-19 nəticəsində 18,5 milyon əlavə xəstəxanaya yerləşdirmə və 3,2 milyon ölümlə üzləşə bilərdi.

Bundan başqa, digər infeksiyaların müalicəsinə xərclənəcək 1,15 milyon dollar məbləğində vəsaitə məhz vaksinasiya sayəsində qənaət edilib.

Sorğunun nəticələrinin qiymətləndirən müəlliflər yazırlar ki, “12 dekabr 2020-ci ildən bu yana ABŞ-da 82 milyon infeksiya, 4,8 milyon xəstəxanaya yerləşdirilmə və 798 min ölüm halı qeydə alınıb. Başqa sözlə, peyvənd vurulmasaydı, ABŞ-da 1,5 dəfə çox yoluxma, 3,8 dəfə çox xəstəxanaya yerləşdirmə, 4,1 dəfə çox ölüm halları olacaqdı”.

Braziliya İmmunlaşdırma Assosiasiyasının (SBIM) vitse-prezidenti Isabella Ballalai deyir ki, “kovidə qarşı peyvənd bir çox insanlar üçün ölmək, yoxsa sağ qalmaq fərqini yaratdı”.

Braziliya yoluxma sayının ən çox olduğu ölkələrdən biriydi və vaksinlərin faydalarını görmək üçün yaxşı nümunədir.

Peyvəndlərin yan təsirləri hansılardır?
Ballalai həmçinin qeyd edir ki, “Dozaların sayı artdıqca, peyvəndlərin təhlükəsizliyinə daha çox əmin oluruq”.

Dərmanları təsdiq edən təşkilatlar və ictimai səhiyyə qurumları son iki il ərzində peyvəndlərin mənfi təsirlərini araşdırmaq üçün böyük səy göstəriblər.

Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) “ciddi yan təsirlərə nadirən rast gəlindiyini” bildirib.

Peyvənd vurulandan sonra ən çox müşahidə olunan hallar aşağıdakılardır:

peyvənd vurulan yerdə ağrı;
yorğunluq:
baş ağrısı;
bədən ağrısı;
yüksək temperatur;
özünü pis və ya xəstə hiss etmək.
Səhiyyə qurumu qeyd edir ki, “bu yan təsirlərin əksəriyyəti yüngül xarakter daşıyır və bir həftədən az davam edir”.

İnyeksiya
Bəs ciddi yan təsirlərə necə, rast gəlinibmi?
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, ən ciddi mənfi təsirlərin indiyə qədər məlum olan nisbəti aşağıdakı kimidir:

Anafilaksiya (peyvəndə ağır allergik reaksiya): hər milyon dozaya 5 hal;
Janssen peyvəndinin yaratdığı tromboz: hər milyon dozaya 4 hal;
Janssen peyvəndinin yaratdığı Guillain-Barré sindromu: rəsmi statistika yoxdur, amma Pfizer vurulmuş şəxslərlə müqayisədə 50+ yaşlı kişilərdə “kiçik bir artım” müşahidə olunur (Guillain-Barré əzələ zəifliyinə, reflekslərin itməsinə və uyuşmaya səbəb olan, müvəqqəti iflic yarada bilən nevroloji xəstəlikdir);
Pfizer peyvəndi vurulmuş gənclərdə miokardit və perikardit (ürək iltihabı): 12-15 yaş aralığında hər milyon dozaya 70,7 hal; 16-17 yaş aralığında hər milyon dozaya 105,9 hal; 18-24 yaş aralığında hər milyon dozaya 52,4 hal.
Növbədə nə var?
Koronavirus tam nəzarət alıtna alınmadığı üçün bir çox problemlər qalmaqdadır.

“Dünya miqyasında baxsaq, vaksinasiyada çox geri qalan ölkələr var” – epidemioloq André Ribas Freitas belə deyir.

Məsələn, Haitidə əhalinin yalnız 2%-i ilk iki dozanı qəbul edib. Əlcəzair (15%), Mali (12%), Konqo (4%) və Yəmən (2%) kimi ölkələrdə də göstəricilər çox aşağıdır.

Freitas qeyd edir ki, “Bu, çox böyük bir narahatlıq mənbəyidir, çünki yoluxma sayının sürətlə artması və daha çox yoluxucu və ya patogen variantların ortaya çıxması riski yaradır”.
 
 
 
Ardını oxu...
COVID-19-un təsirini itirməyə başladığı Avropada qrip və onun törəmə tənəffüs xəstəliklərinin ciddi şəkildə artması həyata mənfi təsir edir, bir çox ölkədə isə antibiotik kimi dərmanların tədarükündə çətinliklər yaşanır.

Teref.az Anadolu ajansına istinadən yazır ki, köhnə qitənin bir çox ölkələrində qrip və buna bənzər yuxarı tənəffüs yolları xəstəlikləri ilə yanaşı, “RSV” adlı tənəffüs yolu virusu böyüklərdə, xüsusilə də uşaqlarda xəstəliyin ağır keçməsinə səbəb olur.

Yüksək hərarət, qusma və oynaq ağrısı kimi simptomlara səbəb olan tənəffüs yolu xəstəlikləri ilə mübarizə üçün istifadə edilən dərmanların təchizatında bütün qitədə problemlər mövcuddur.

Yüksək xərclərə görə istehsalın Avropa xaricində olması səbəbindən Çin kimi ölkələrdə COVID-19 tədbirlərinin yaratdığı problemlər tədarük zəncirində fasilələrə gətirib çıxarıb.
 
Ardını oxu...
Unisinos (Braziliya) alimləri müəyyən ediblər ki, vegetarianlar ət yeyən insanlara nisbətən depressiyadan iki dəfə çox əziyyət çəkirlər.

Teref.com “Report”a istinadən xəbər verir ki, tədqiqat “Journal of Affective Disorders” jurnalında dərc olunub.

Yeni araşdırmada tədqiqatçılar 35-74 yaş arası 14 216 braziliyalı ilə müsahibə aparıblar. Onlar ət yeməyənlərin ət yeyənlərlə müqayisədə depressiyaya düşmə ehtimalının iki dəfə çox olduğunu müəyyən ediblər.

Qeyd olunub ki, vegeterianların depressiyaya meylini təsdiqləmək və ya təkzib etmək üçün uzunmüddətli və genişmiqyaslı tədqiqatlara ehtiyac var.

Bununla belə, yeni tədqiqat vegetarian pəhriz və depressiya arasındakı əlaqəni araşdıran bir çox əvvəlki tədqiqatlara uyğundur. Ən ətraflı araşdırma 2018-ci ildə Fransada aparılıb.

Orada, təkcə vegetarian, vegan və ya ət yeyən şəxsin statusu deyil, həm də tədqiqat iştirakçılarının hansı qidaları istehlak etdiyi öyrənilib. Məsələn, paxlalılar (lobya, noxud və ya mərcimək kimi) yeməmiş vegetarianlar depressiya kimi psixiatrik pozğunluqlarla əlaqəli simptomlarla daha çox qarşılaşırdılar.

Bu, depressiyanın vegetarian pəhrizdən deyil, onun qeyri-sağlam variasiyalarından qaynaqlandığını göstərə bilər.
 
 
 
Ardını oxu...
Elm adamları epigenetikanın xərşəng xəstəliyinin yaranışındakı gizli rolunu anlamağa dair daha bir addım atıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər veri ki, İngiltərədəki “İnstitute if Cancer Research”də (Xərçəng Araşdırmaları İnstitutu) aparılan araşdırma xərçəng təşxis və müalicəsində önəmli yeniliklərə qapı açır. Epigenetika hüceyrələrdəki DNT düzülümü dəyişmədən hansı genlərin aktiv oalcağının, həmin adamın davranışlarına və çevrə faktolarına görə dəyişməsini analiz edən bir sahənin adıdır.

Araşdırmaçıların hədəfi test və müalicələri fərdiləşdirməkdir. Genetika deyildikdə, ağıllara DNT kodlarının nəsildən-nəsilə ötürülərkən dəyişməsi gəlir.

Bu günə qədərki araşdırmalar da, bu üzdən, bütövlükdə, həmin prosesdə yaranan mutasiyaların xərşəng yaranışını necə tətikləməsini analiz edirdi.

Fəqət son illərdə necə işləməsi tam olaraq çözülməmiş epigenetikanın da bu sahədə önəmli rol oynadığı anlaşıldı. Epigenomumuz illər içində harada və necə yaşamamıza görə dəyişir.

Londondakı Xərçəng Araşdırmaları İnstitutunda yer alan Təkamül və Xərçəng Mərkəzinin direktoru Professor Trevor Qraham “Xərçəngi anlamaqda yeni bir səddi aşdıq” deyir.

“BBC”yə danışan Qraham hər bir hüceyrədə DNT-lərin fərqli bir şəkildə fırlana bildiyini və bunun da hansı genlərin aktiv olacağına təsir etdiyini söyləyir. Genlərin necə dolanmasının xərçəngin necə davranacağını bəlli etməkdə çox önəmli olduğu anlaşıldı.

Prof. Qraham “Bu kəəşf bu gündən-sabaha xərçəng müalicəsini dəyişdirəcək bir şey deyil, ancaq yeni sağalma yöndəmlərinin irəlilədilməsində fürsət ola bilər”, deyir.

Döşə xərçəngi ehtimalını artıran BRCA kimi mutasiyalara yönəlik gen testləri bir nəfərin, sadəcə o sınaqda analiz edilən xərçəng növünə meyilli olduğu haqqında bilgi təmin edir.

Trevor Qraham “Həm genetik, həm epigenetik dəyişimləri analiz edərək həmin adamda daha gözəl işləyəcək fərdiləşdirilmiş xərçəng sağalmaları inkişaf etdirə bilərik”, – deyə söyləyir.

İki məqalə halında “Nature” (Təbiət) dərgisində yayımlanan araşdırmanın ilk məqaləsində 30 bağırsaq xərşəngi təşxislərindən 1300 örnək təhlil edilib.

Bu araşdırma xərçəngli hüceyrələrdə epiqenetikanın dəyişiklərin çox yayğın olduğunu və bunun xərçəngli hüceyrələrin digərlərinə müqayisədə sürətlə böyüməsinə də qatqı verdiyini ortaya qoyub.

İkinci məqalədə isə bir şişin fərqli yerlərdən alınmış çoxsaylı örnəkləri analiz edilib.

Bu araşdırmada da xərçəngli hüceyrələrin böyüməsinin, bütpvlükdə DNT mutasiyalarından başqa faktorlar tərəfindən kontrol edildiyi görülüb.

Araşdırmaçılar epigenetik dəyişimlərin xərçənlərin davaranışını birbaşa dəyişdirməsinə dair bir isbat əldə edə bilmədiklərini, bunu göstərmək üçün daha çox araşdırma edilməsinin gərəkliliyini vurğulayıblar.

Tərcümə: Arzu Sayadoğlu
 
Ardını oxu...
Beyin yeyən “Naegleria Fowler” amöbü gənclər üçün böyük təhlükə yaradır.

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssislər məlumat yayıb.
Bildirilib ki, ən çox yoluxma halı xəstəliyin əsrin əvvəllərində özünü göstərdiyi ABŞ-da qeydə alınıb. Ən çox bilinən infeksiyalar normal sağlamlıq vəziyyətində olan gənc kişi və qadınlarda baş verib.
Qeyd olunub ki, virusun inkubasiya dövrü 3 gündən 7 günə qədərdir. Bu vəziyyətdə xəstə baş ağrısı, boğaz ağrısı, ürəkbulanma və qoxu itkisindən əziyyət çəkə bilər. Ölüm isə 10 gün ərzində baş verə bilər.
Xatırladaq ki, dekabrın 26-da Cənubi Koreyada ilk dəfə olaraq “Naegleria Fowler” amöbünə yoluxma halı qeydə alınıb. Məlum olub ki, yoluxmuş xəstə evə qayıtmazdan əvvəl dörd ay Taylandda yaşayıb.
 
 
 
Ardını oxu...
Əgər evlərdəki Wi-Fi cihazları ləğv olunmasa, bu sistem söndürülməsə bizi fəlakət gözləyir.

Tribunainfo.az xəbər verir ki, türkiyəli ekspert Firat Mehri bu barədə danışıb.

“Wi-Fi bir silahdır, qarşısı alınmasa, xərçəng yayılacaq.
Wi-Fi bir dəqiqədə 5 milyard energetik titrəşim verir.
İnsanın hüceyrələri bu titrəşimlərdən hər dəqiqə bir sağa, bir sola hərəkətlənir. Nəticədə orqanizm daxildən qızır. Temperatur tənzimləməsi pozulur.
Bədən 36 dərəcəni saxlamaq üçün tükənir, hüceyrələr sürətlə qocalır, şiş hüceyrələri yaranır. İndi hüceyrələrə hər tərəfdən hücum var.
Yeməklər silahdır, telefon, Wi-Fi…
Biz hüceyrələrimizi qoruya bilmirik.
Bütün dünya, bəşəriyyət kütləvi işgəncə altındadır. 4G, 5G, telefon, internet, əlinizin altında hər şey… Komfortludur, yox, bu işgəncədir, bu bizim sonumuzdur”.
 
Ardını oxu...
Qışda hər mürəbbə bədənə lazımlı deyil. Nəzərə alsaq ki, mürəbbələr şəkərlə zəngindir, çox hallarda zərərlidir.
Bakupost.az xəbər verir ki, terapevt Yekaterina Mayorova immuniteti gücləndirən qış mürəbbələrini seçib.
“Çaytikanı, zoğal və moruq mürəbbəsi orqanizmi mövsümün aktiv infeksiyalarından qoruya bilər.
Bu mürəbbələr antibakterial təsirə də malikdir.
Moruq qrip və respirator xəstəliklərlə təbii mübarizə aparır.
O, istiliyi salır, titrəməni götürür, orqanizmi bərpa edir.
Zoğal mürəbbəsi isə təzyiqi salır, stresdən qoruyur, ürək-damar xəstələrinə faydalıdır.
Mürəbbə 5 yaşından yuxarı uşaqlara verilə bilər”.
 

Dünyapress TV

Xəbər lenti