Ardını oxu...
Azərbaycanın Gürcüstandan gətirdiyi toxumluq kartof məhsulunda karantin tətbiq edilən zərərvericilər aşkar olunduğuna görə məhv edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun Gürcüstan Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Sınaq protokollarına əsasən, məhsul partiyasında karantin tətbiq edilən zərərvericilər – kartof yumrularında halqavari çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destructor Thor.) aşkar edilib.

Faktla bağlı qanunvericiliyə müvafiq tədbirlər görülüb və istehlaka yararsız məhsul məişət tullantıları poliqonunda məhv edilib.
 
Ardını oxu...
Son günlərdə dünya ölkələrində, eləcə də Azərbaycanda qrip infeksiyasına yoluxma kəskin artıb.

Qripin simptomları kəskin şəkildə görünür: xəstə qəfil özünü pis hiss edir və hətta özünü pis hiss etdiyi saatı belə xatırlaya bilər. Ardıca yüksək hərarət, şiddətli zəiflik, əzələ ağrısı başlayır.

Qripin ağır gedişi təhlükəli patogenlə ilk dəfə qarşılaşan iki yaşa qədər uşaqlar üçün də xarakterikdir. Qripi təkcə COVID-dən deyil, həm də bakterial infeksiyalardan - göy öskürək və parapertussisdən ayırmaq üçün onların mütləq tibbi nəzarətə ehtiyacı var. Bu il bu xəstəliklər də uşaq qruplarında fəal şəkildə özünü göstərir. Hər bir infeksiyanın xüsusi müalicəsi var. Amma apteklərdə bütün lazımlı dərmanlar, o cümlədən qrip üçün ən effektiv hesab edilən oseltamivir əsasında dərmanlar var.

Mütəxəssislər bildirilər ki, profilaktik tədbirlər hələ də eynidir - həkimlər yenə də izdihamlı yerlərdə maska tövsiyə edir. Qrip peyvəndi etdirmək mümkündür, bu, peyvədin dörd növ var. Hamilə qadınlar üçün ayrı peyvənd var. İmmun sistemi ən azı iki həftə bu xəstəliklə “döyüşəcək”.

Maraqlıdır ki, xəstəliyin son zamanlar çox müşahidə olunduğu ölkəmizə qrip peyvəndi gətirilibmi?

DİA.AZ bildirr ki, Səhiyyə Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, ölkəyə qrip peyvəndi artıq gətirilib:

"Hazırda qrip peyvəndi ölkəyə gətirilib. Yaxın günlərdə tibb müəssisələrinə paylanılması nəzərdə tutulur".

Peyvəndin pulsuz olub-olmayacağı isə sonrakı mərhələdə müvafiq qurumlar tərəfindən müəyyən olunacaq.
Ardını oxu...
Stenford Universitetinin alimlərinin apardığı tədqiqatların nəticəsi qorxu yaradıb.

Tribunainfo.az xəbər verir ki, COVİD-19 pandemiyasından sonra yeniyetmələrin beyni sürətlə qocalır.

Alimlər bildiriblər ki, beyinlərinin maqnit rezonans tomoqrafiya şəkilləri araşdırılmış 81 yeniyetmə yaşıdlarına nisbətən 3 yaş daha “qocalırlar”. İştirakçıların psixoloji vəziyyətində də anormallıq müşahidə olunub. Onlar həyəcan və depressiyadan şikayət ediblər.

Alimlərin fikrincə, pandemiyadan sonra ümumilikdə insanlarda sürətlə yaşlanma əlamətləri görünməyə başlayıb.
 
 
 
Ardını oxu...
Amerikalı alimlər gündə bir yumurtanın ürək-damar xəstəlikləri riskini artırmadığını sübut ediblər.
Tribunainfo.az xəbər verir ki, tədqiqat zamanı məlum olub ki, insanlar adətən həftədə 5 ədəd yumurta yeyirlər. Bu miqdarda yumurta miokard infarktı, ürəyin işemik xəstəliyi və insult riskini artırmır.
Yumurta istehlakı ilə ürək-damar riski arasında əlaqə yalnız 2-ci tip diabeti olan insanlar üçün aşkar edilib. Orta hesabla, insanların çoxu gündə bir dənədən çox yumurta yemir. Səhər yeməyində iki yumurta yemək olar.
Bundan əlavə, tədqiqatçılar 1,7 milyon insanın yumurta yemək vərdişlərini birlikdə araşdıran 28 Avropa, Amerika və Asiya tədqiqatının meta-analizini aparıblar. Bu tədqiqatların məlumatları da təsdiqləyir ki, gündə bir yumurta ürək sağlamlığına heç bir mənfi təsir göstərmir.
Asiya tədqiqatlarında yumurta istehlakı ürək-damar xəstəlikləri riskinin müəyyən qədər azalması ilə əlaqələndirilib.
Ardını oxu...
Rozmarinin efir yağlı ətri əzələ, sinirlərin rahatlamasına təsir edir.
Tribunainfo.az xəbər verir ki, qış ərəfəsində təşviş pozuntusu və yuxu problemləri güclənə bilər.

Orqanizm soyuğun təsirindən, günəş əskikliyindən vitamin defisiti yaşayır.
Polşa ekspertləri bildirir ki, soyuq aylarda yuxuya getməkdə çətinlik çəkənlərin orqanizmində adrenalin stress hormonu artır.
İnsanlar gündüz işdə əsəbi, narahat, təşvişli olur.
Mütəxəssislər belə halda rozmarin adlı ətirli bitkiyə diqqət çəkir.
Bu bitkidə olan uçucu yağlar beyinə, sinir sisteminə təsir edir. Neyromediatorların sintezini aktivləşdirir. Bu zaman sakitləşmə, rahatlanma və xoş hisslər olur.
Bu bitkini çaya əlavə edə, yağını efir yağı kimi aromalampada yandırda, vannaya əlavə edə bilərsiz.
Eləcə də yataq otağında rozmarin bitkisini yandırın.
Bu bitki yaddaşı da yaxşılaşdırır.
Eləcə də baş ağrısını azaldır, virus əleyhinə təsir edir.
El arasında bu bitkiyə mərzə deyirlər.
Bitki satılan yerlər və apteklərdə olur.
 
Ardını oxu...
Böyük Britaniyada koronavirusa qarşı “Pfizer-BioNTech” şirkətinin istehsal etdiyi peyvənd 6 aylıq körpələrdən 4 yaşa qədər olan uşaqlarda istifadə ediləcək

APA xəbər verir ki, bu barəd İngiltərə Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Təşkilatı məlumat yayıb.

Təşkilat peyvəndin tələb olunan təhlükəsizlik, keyfiyyət və effektivlik standartlarına cavab verdiyini bildirib.

Qərardan əvvəl 4526 könüllü arasında sınaqlar keçirilib.

Cebhe.info
 
Ardını oxu...
İnsult simptomları olan insanı təcili yardım gələnə kimi iynə ilə xilas etmək mümkündür.

Teref.Az xəbər verir ki, bunun üçün ilk növbədə əl barmaqlarının ucu, dırnağa yaxın hissəsi intensiv basılaraq, 10 barmağın hamısına iynə batırılır. Qan çıxması mütləqdir. İnsanın üzü, ağzı əyilirsə onun qulaqlarını qızarana kimi masaj edib, qulaq ucunun ən yumşaq hissəsinə bir neçə dəfə iynə batırılır. Qulaqdan da qan çıxması vacibdir.

Belə etdiyiniz təqdirdə bir neçə dəqiqədən sonra xəstənin ağızəyilməsi dayanacaq və o, əvvəlki vəziyyətinə qayıdacaq.\\Azmedia.az
Ardını oxu...
2021-ci il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Bundan iki ilə yaxın müddət keçsə də, vətəndaşlar ölkə üzrə tətbiq olunan icbari tibbi sığortadan tam yararlana bilmir. Hazırda icbari tibbi sığortanın tətbiqi ilə bağlı narazılıqlar bitmir.

Məhz vətəndaşlar öz narazılıqlarını sosial şəbəkələr vasitəsilə dilə gətirirlər. Xəstəxanalarda saatlarla növbə gözləyən ağır, yaşlı xəstələrin sağlamlıqları haqqında ümidləri puç olur. Onsuz da xəstəlikdən əziyyət çəkən, məvacibinin, təqaüdünün bir hissəsini dərmanlara xərcləyənlərin dərdlərinin üstünə xəstəxanalarda keçirdikləri əsəb, gərginlik də əlavə olunur.

Xəstəxanalarda növbə gözləyərkən belə vətəndaşların əyləşməsi üçün oturacaqlar yoxdur. Belə olduqda əməkhaqqından tibbi sığorta üçün vəsait tutulan vətəndaş özəl klinikalara üz tutur.

Belə neqativ halların yaşanmaması üçün icbari tibbi sığortanın modernləşdirilməsi istiqamətində nələr edilməlidir? DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan həkim-radioloq Aydın Əliyev bildirib ki, burada bir neçə həll olunası məsələlər var.

O, tək-tək problemlərə toxunub, həlli yollarından danışıb:

"Bəzi sadə məsələlər var ki, onları həyata keçirmək lazımdır. Bunlar dəfələrlə deyilib, lakin əmək yoxdur. Birinci, kadr çatışmazlığı, xüsusilə, rayonlarda həm həkim, həm tibb bacısı çatışmır. Səbəb odur ki, tibb işçilərinin maddi rifah halı yaxşı deyil. İcbari tibbi sığortaya ayrılan vəsaitlərdən tibb işçilərinə qəpik-quruş verirlər, stimul yoxdur. İndiki qiymət artımı vəziyyətində onların aldığı məvacib azdır. Həkimlərin gəliri iki hissədən ibarətdir, maaş və bir də sığorta ilə işləyən həkimlərə əlavə bonuslar verirlər. Elə müayinələr var ki, ondan həkimə 70, 80 , 98 qəpik pul verirlər. Gülməlidir, küçədə dilənçiyə 50 qəpik verəndə götürmək istəmir.

İkinci, tibb müəssisələrinin, xəstəxanaların əksəriyətinin maddi-texniki bazası zəifdir. Növbələrin əsas səbəblərindən biri budur. Müəyyən maeələrə növbələr olur. Buna da sığorta üçün ayrılan vəsaitin düzgün istifadə edilməməsi səbəb olur.

Məsələn, bəh-bəhlə deyirlər ki, filan klinika açıldı və təchizatla təmin oundu. Ondan 10 dəfə artığını eləməyə imkan var. Sadəcə, biz bir cihazın qiyməti 100 mindirsə, bunlar 500 minə aldıqlarını deyirlər. Ortada qalan 400 min hara getdiyi bilinmir. Yəni vəsaitlər düzgün istifadə edilmir. Yəni klinikaların sayı çox olsa və tibb işçiləri normal əməkhaqqı ilə təmin edilsələr bunlar aradan qalxar".

Radioloq bu cür halların həkimlə xəstə arasında narahatlıq yaratdığını vurğulayıb:

"İndiki durumda xəstələrlə, əhali ilə tibb işçiləri arasında gərginlik yaranır. Növbədə duran haqlı olaraq narazılıq edir, həkim də öz işini gördüyünü, eyni anda 10 nəfəri müayinə edəcəyini deyir. Yəni hər ikisi haqlıdır. Çıxış yolu dediklərimdədir. Xəstəxanaların maddi-texniki bazası gücləndirilməlidir və tibb işçilərinin də maddi rifah halı yaxşılaşdırılmalıdır".

Aydın Əliyev bütün xəstəliklərin sığorta paketinə salınmalı olduğunu qeyd edib:

"Bir narazılıq isə sığorta paketi ilə bağlıdır. Xəstəyə deyilir ki, sizin xəstəlik sığorta paketinə aid deyil. Bu, xeyli absurd məsələdir. O yaşından, hətta doğulmamışdan ana bətnində belə insan dünyaya gəlib vəfat edənə qədər bütün xəstəliklər sığorta paketinə daxil edilməlidir.

Necə yəni bu xəstəlik daxil deyil. Bu insan işləyir, əməkhaqqından pul tutulur, işlədiyi müəssisənin büdcəsindən tutulur, dövlət tərəfindən pul ayrılır. Bəs hanı bu vəsaitlər, necə yəni sizin xəstəlik icbari tibbi sığorta paketinə daxil deyil?!

Bunun nəticəsində bir nəfər xəstə ilə yanında 5 adam gedir. Çünki inamzsızlıq var, insanları o qədər aldadıblar ki, inanmırlar. Bizim ABŞ-da yaşayan alimimiz var, xəstələnib müalicə olunandan sonra yazmışdı ki, burada sənin sığortan varsa, sənin atan da, anan, qardaşın, yaxının, hər şeyin artıq dövlətdir. Səni xəstələndiyin andan götürüb tam sağalana qədər hər şeylə təmin edirlər. Adamın paxıllığı tutur. Əlbəttə, bizdə də bunu eləmək mümkündür. O qədər savadlı, istedadlı həkimlər var ki, xaricə çıxıb gediblər”.
 
Ardını oxu...
Qida zəhərlənməsi ilə bütün fəsillərdə rastlaşmaq mümkündür. Payız-qış mövsümündə zəhərlənməyə səbəb olan əsas qida isə adətən, turşu olur. Hətta bir neçə gün öncə Bakıda müəllimin pomidor turşusundan zəhərlənərək həyatını itirməsiylə bağlı xəbər yayıldı. Qida zəhərlənməsinin özünü büruzə vermə müddəti isə məhsuldan asılı olaraq dəyişir. Belə ki, bu müddət bəzən 1-6 saat, bəzən də 3-5 gün aralığında ola bilir. Bir çox hallarda şəxsin qidadan zəhərləndiyi ehtimal olunarkən ətrafdan ona dərhal qatıq yeməsi tövsiyə olunur. Belə bir fikir var ki, qatıq zəhərlənməni müəyyən dərəcədə önləyir.

Bəs görəsən, qida zəhərlənmələri zamanı ilkin hansı tədbir görülməlidir?

Mövzu barədə danışan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirib ki, turşudan zəhərlənmələrlə bağlı müraciətlər oktyabr ayından başlayıb:

“Sentyabrda bir-iki nəfər zəhərlənmədən müraciət edib. Daha dəqiq desək, sentyabrda beş, oktyabrda yeddi, noyabrda isə səkkiz nəfər botulizmdən əziyyət çəkib. Botulizm ağır qida infeksiyasıdır. Həmin şəxslərdən beşi hazırda reanimasiyadadır, bir nəfər – Şəfəq Əliyeva isə ağır zəhərlənmədən vəfat etdi. Düzü, müraciətin daha çox olacağını gözləyirik”.

Həmsöhbətimiz ancaq ağır növ qida zəhərlənmələri ilə gələnləri qəbul etdiklərini diqqətə çatdırıb:

“Bu mövsümdə, əsasən, pomidor, xiyar, az hallarda da kələm kimi qida məhsulları konservləşmiş formada olanda kütləvi formada zəhərlənmə baş verir. Şikayətlər isə başağrısı, başgicəllənməsi, mədə nahiyəsində ağrılar, köp, bədən hərarətinin qalxması, ürəkbulanma, qusma və ikili görmə olur. Bunlar davam edərsə və tədbir görülməzsə, vəziyyət ağırlaşır. Vəziyyət o yerə çatar ki, insan huşunu itirə bilər. Qatıq isə burada heç bir praktiki əhəmiyyət kəsb etmir, biz məsləhət görmürük ki, zəhərlənən adama o verilsin. Əsas birinci tədbir mədənin yuyulmasıdır, ondan sonra peşəkar həkim müayinə etməli və tapşırığını verməlidir. Botulizm əlamətləri varsa, mütləq zərdab vurulmalıdır. Onda həyati təhlükənin haradasa qabağı alınmış olur”. (Oxu.az)
 
Ardını oxu...
Rusiyalıların 15 faizinin psixoloqların yardımına ehtiyacı var.

Bunu Rusiya Prezidenti Vladimir Putin Gənc alimlərin II konqresinin iştirakçıları ilə görüşündə bildirib.

Putin Rusiyada psixoloji yardım xidmətlərinin hələ lazım olduğu kimi inkişaf etmədiyini söyləyib:

“Bu məsələyə lazımi diqqət hələ ki, göstərilmir, amma nahaq…”

Rusiya prezidenti Nazirlər Kabinetindən Koordinasiya Şurasında xüsusi ilə hazırki vəziyyətdə psixoloji yardım xidmətlərinin yaradılması məsələsini müzakirə etməyi xahiş edəcəyini əlavə edib.
 

Dünyapress TV

Xəbər lenti