Ardını oxu...
Alman tədqiqatçısı Valentin Bruttel də daxil olmaqla üç alimdən ibarət qrup koronavirusun laboratoriyada yaradılmasına dair sübutlar tapdıqlarını bildiriblər. Onların fikrincə koronavirus 99,9% təbii virusun süni surətidir.

“Report” xəbər verir ki, bu barədə “n-tv” kanalı məlumat yayıb.

Alimlər Sars-CoV-2 genomunda məqsədyönlü genetik manipulyasiyanın bir növ “izi”ni tapıblar.

İmmunologiya üzrə doktorluq dərəcəsi alan Bruttel telekanala bildirib ki, 2021-ci ilin yayında Sars-CoV-2 genomunun laboratoriya mənşəyini göstərə biləcək xüsusiyyətlərini müşahidə edib. Nəticədə o, boş vaxtlarında daha iki alimlə birlikdə tədqiqatlar aparmağa başlayıb.

“Digər molekulyar məlumatlar ilə birlikdə, nəticələrimiz göstərir ki, bu virus 99,9% süni, ola bilsin ki, təbii virusun manipulyasiya edilmiş surətidir”.

Onun sözlərinə görə, bunun üçün istifadə edilən üsullar sintetik virusların istehsalı üçün fərdi virusoloji laboratoriyalar tərəfindən çox oxşar şəkildə istifadə olunur. Bruttel deyib ki, o, özü də gündəlik işində oxşar üsullardan istifadə edir, lakin söhbət otoimmün xəstəliklərin müalicəsi üçün tamamilə zərərsiz protein əsaslı dərmanların hazırlanmasından gedir.

Alim izah edib ki, virusun genomunda daim təkrarlanan nümunə “izi” var. Sars-CoV-2 kimi RNT viruslarını genetik cəhətdən dəyişdirən laboratoriyalar fərdi DNT elementlərindən genetik material toplayır. Bruttel və onun həmkarları məlum süni yaradılmış virusların genomlarını və onların təbii "virus nümunələri"ni müqayisə ediblər.

“Təbii viruslarda “tanınma yerləri” olduqca təsadüfi şəkildə paylanır. Süni olanlarda bu yerlər həmişə müəyyən ardıcıllıqla yaranır. Sars-CoV-2 vəziyyətində isə bu nümunəyə rast gəlmək olar”.
 
 
 
Ardını oxu...
Çində karantin səbəbindən insanlar tələbat mallarını ala bilmirlər.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Çində Covid-19-un yayılmasının qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlər davam edir.
Apreldə Şanxayda və iyulda Uhanda həyata keçirilən karantin tədbirlərindən sonra ölkənin ən azı 30 müxtəlif bölgəsində milyonlarla insana yenidən evdə qalmaq əmri verilib.
Bu səbəbdən, insanlar ərzaq və ilkin tələbat mallarına çıxışlarının olmadığını deyirlər.
Səlahiyyətlilər oktyabrda keçiriləcək Çin Kommunist Partiyası Konqresinə qədər həm sıfır Covid siyasətini həyata keçirmək, həm də virusun daha da yayılmasının qarşısını almaq üçün çalışdıqlarını bildirirlər.
Ardını oxu...
Kiyev vilayətindəki fermalardan birində keçilərdə qarayara xəstəliyinin törədicisi (Bacillus anthracis) aşkar edilib.

Bu barədə Publika.az Dövlət İstehsalat və İstehlak Xidmətinə istinadla xəbər verir.

Epizootik əlaqələri və törədicinin yaranma səbəblərini müəyyən etmək üçün mütəxəssislər müvafiq araşdırma aparıblar.

Hazırda təsərrüfatda 337 baş keçi saxlanıldığı müəyyən edilib. Evdə başqa heyvan yoxdur.

Həmçinin, artıq təhlükə zonası müəyyən edilib və qarayara epidemiyasının lokallaşdırılması və aradan qaldırılması üzrə tədbirlər planı təsdiq edilib - karantin tətbiq edilib.

Hazırda təsərrüfatdakı heyvan populyasiyası dövlət baytarlıq xəstəxanasının mütəxəssislərinin nəzarəti altındadır. Heyvanlar klinik cəhətdən sağlamdır.

“Son illər heyvanların aktiv immunizasiyası və baytarlıq mütəxəssislərinin operativ reaksiyası nəticəsində Ukraynada qarayara xəstəliyinin epizootik vəziyyəti nəzarət altına alınıb”, - deyə Dövlət İstehsalat və İstehlak Xidmətindən bildirilib.

Xatırladırıq ki, qarayara bütün növ təsərrüfat, ev və vəhşi heyvanların, eləcə də insanların kəskin və təhlükəli yoluxucu xəstəliyidir. Bu patogen "Bacillus anthracis" tərəfindən törədilir.
 
Ardını oxu...
Gündə 3-5 fincan qəhvə içənlər tromboza nə qədər yaxındır?

"Medicina" xəbər verir ki, professor Monika Vasserman qəhvə ilə trombun arasında əlaqə barədə danışıb.

"Kofeinli içkilər orqanizmi susuzlaşdırır, nəticədə qan qatılaşır, onun laxtalanması pozulur, damarlardan gec keçir.
Orqanizmin susuzlaşması qanın çanaq, ayaq, qollarda dövriyyəsini pisləşdirir.

Məhz bu nahiyələrdə trombun əlamətlərini hiss edə bilərsiz: nəbzvari və tutma kimi ağrı, şişkinlik, qızarma, hərarətin artması, istilik.

Ürəyi zəif olanlarda qəhvə xüsusilə tromb əmələ gətirə bilir.

Yüksək təzyiqi olanlar, qanda yüksək xolesterini olanlar qəhvə az içməlidir. Xüsusilə günün ikinci yarısı və axşam qəhvə içmək olmaz.

Gün ərzində çox qəhvə içmək baş ağrısı, ürək döyüntüsü, əzələ əsməsi və yuxusuzluq verir".

Aygün Musayeva
 
Ardını oxu...
Psixoloq Dmitriy Troçskiy bir neçə ildir xərçəng xəstələri üzərində apardığı müşahidələr əsasında hansı tip xarakterdə olan insanların onkologiyaya təslim olduğunu açıqlayıb.
“Medicina” insanı onkoloji xəstəliklərə mübtəla edən hiss və emosiyaları, zərərli davranışları təqdim edir.
1.İnadkarlıq, tərslik – Bu insanlar xahiş etməyi, üzr istəməyi xoşlamır, səhvini boynuna almır, “Mən ölərəm, bunu etmərəm”, Ölərəm, razı olmaram kimi sözlər işlədir.
Yersiz inad, haqsız olduğu halda haqlını dinləməməsi, düşüncəsində rahat olmayan, kiməsə nəyisə mənasızca sübut etmək, başını guya dik tutmaq, əslində isə, qurbanlıq qoyun kimi təhlükələrə ram olmaq bu adamların tipik xasiyyətidir və həyatının müəyyən dövründə xərçəngə səbəb olur.
2.Qürur, özümə kifayət etmək, hər işini özünün etməsi, bütün qərarları özünün verməsi.
“Mən hər şeyi bilirəm”, “Mən bunu görürdüm”, Mənə heç kim lazım deyil”, “Kimsə məni yarıtmır” kimi cümlələri tez-tez işlədir.
3.Çox güclü qəzəb, kin.
Bunu yülgülvari küsmək, incimək, hətta ayrılıb təkbaşına qalmaqla səhv salmayın. Qəzəb unudulmur, qəzəb sahibi onu incidənə zərbə vurmaq istəyir, dərs vermək barədə düşünür, amma bunu etmir. Beləliklə, cəzasız qəzəbi öz içində böyüdür.
Getdikcə daha çox insanı haqsızlıq və pislikdə qınayır, hətta ərini, uşaqlarını, bacı-qardaşını.
Lənətli sözləri tez –tez işlədir, hər kəlməsindən nifrət süzülür. Baxmayaraq ki, normal halda xeyirxah, mərhəmətlidirlər.
Əgər bu yazılanlar sizə uyğundursa, həyata baxışlarınızı yenidən saf-çürük edin. Özünüzə və başqalarına qarşı açıq və dürüst olmusuzmu?
Bəlkə siz özünüz doğmalarınız üçün kifayət qədər yaxşı olmamısız. Özgələrinə hörmət etməmisiz. Axı sizə bu dünyada 1-2-3 nəfər ciddi pislik edə bilər. Onları da çoxdan unutmalıydız.
 
Ardını oxu...
Rusiya Ermənistana 4-cü səyyar klinika avtomobili hədiyyə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Yoluxucu Xəstəliklər Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, sözügedən səyyar klinikalar respublikanın regionlarında tibbi xidmətləri daha əlçatan edəcək, müayinə imkanlarını xeyli genişləndirəcək.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, son 50 ildə normal sayılan sperma sayında böyük azalma müşahidə olunub. 1950-ci illərin əvvəllərində kişi spermasında tələb olunan ortalama sperma sayı 100 milyon idisə, 2011-ci ilin məlumatlarına görə, bu rəqəm 15 milyona düşüb.
Bəs, bu azalmaya səbəb olan amillər hansılardır və bu vəziyyətin qarşısını almaq mümkündürmü?
İnsan bədənindəki bütün hüceyrələr xarici amillərdən təsirlənir. Ancaq bəzi hüceyrələr daha davamlı olsa da, digərləri daha həssas ola bilər. Qadınlarda yumurtalıqlar və yumurta hüceyrələri, kişilərdə isə sperma hüceyrələri xarici faktorlardan ən asan və tez təsirlənən hüceyrələrdir.
Ən asan təsirlənsə də, sperma hüceyrələri də çox tez çoxala bilən hüceyrələr arasındadır. Keçən əsrdə sənaye inkişafı və dəyişikliklərin olduğunu qeyd edən embrioloq Abdullah Arslan “Bu inkişaflara paralel olaraq sperma keyfiyyətinə mənfi təsir edən bir çox faktor həyatımıza daxil olub və daxil olmağa davam edir” – deyə məlumat verib:
Bu amillərdən bəzilərini aşağıdakı kimi sıralamaq olar:
Havanın çirklənməsi, dənizin çirklənməsi, suyun çirklənməsi, hormon tərkibli süni yemlər, cinsi əlaqənin tezliyi, qidalanma vərdişləri, narkotik istifadəsi, siqaret, alkoqol və narkotik istifadəsi və nəhayət temperatur amili.
Xayaların sağlam qalması və sağlam sperma əmələ gətirməsi üçün bədən istiliyindən 1-2 dərəcə soyuq olmalıdır. İdeal bədən istiliyi 36 dərəcə olduğu halda, xayaların olması lazım olan temperatur 34 dərəcə civarındadır. Xüsusilə çox dar alt paltarı və ya şalvar geyən kişi fərdlərdə uzun müddət eyni darlıq vəziyyətdə qalmaları ilə xayaların hərarəti yüksəlir və bu vəziyyətdə sperma keyfiyyəti azalır. Bundan əlavə, hamamda, çörək sexində və yüksək temperatur olan qalan yerlərdə işləyən və ya çox tez-tez saunaya gedən, uzun müddət at sürən, velosiped və motosikletdən istifadə edən insanlarda sperma sayı və keyfiyyəti azalır”.
 
Ardını oxu...
Dünyada meymunçiçəyinə yoluxanların sayı 73 minə yaxınlaşıb. Vuris nəticəsində 28 nəfər ölüb.

Bu məlumatları cümə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərc edib.

Məlumata görə, 109 dövlətdə 72 947 təsdiqlənmiş hal və 1 094 şübhəli hal qeydə alınıb. Həmçinin, 23 ölkədə son yeddi gündə yoluxamların artdığı bildirilib.

Vurğulanıb ki, ilin əvvəlindən ən çox yoluxma halı ABŞ (26 834), Braziliya (8521), İspaniya (7239), Fransa (4064), Böyük Britaniya (3654), Almaniya (3651), Peru (2768), Kolumbiya (2730), Meksika (2147) və Kanadada (1411) aşkar olunub.

“3-9 oktyabr həftəsində dünya üzrə 2730 yoluxma qeydə alınıb ki, bu da əvvəlki yeddi günlə müqayisədə 10,4% azdır. Son dörd həftə ərzində bildirilən halların əksəriyyəti Amerikada (87,5%) və Avropada (10,4%) açkarlanıb. Xəstəliyə yoluxanların böyük əksəriyyəti (97,1%) 29-42 yaş arası kişilər olub”, - deyə məlumatda bildirilib.

Mənbə: TASS
 
Ardını oxu...
Avropa Parlamentində dərman firmaları ilə bağlı müzakirələr zamanı diqqətçəkən fikirlər səsləndirilib.

Metbuat.az xəbər verir ki, koronavirusa qarşı peyvənd hazırlayan Pfizer şirkətinin nümayəndəsi peyvəndin lazımi testlərdən keçmədən istifadə edilməyə başladığını etiraf edib. Avropa Parlamentinin Hollandiyadan olan nümayəndəsi Rob Roos “Pfizer-in koronavirus peyvəndi istifadəyə verilməzdən əvvəl xəstəliyin yayılmasının qarşısını alıb-almadığı test edildimi? Əgər test edilibsə məlumatları komissiyamızla paylaşa bilərsiniz? Çox qəti cavab tələb edirəm” deyə sual edib.

Pfizerin nümayəndəsi isə “Testlər edilmədi. İstifadəyə verilməzdən əvvəl peyvəndin koronavirusun qarşısını alıb-almadığını bilmirdik. Sürətlə davranıb bazarın necə işlədiyini öyrənməli idik” deyə cavab verib. Bu cavab sosial mediada böyük etirazlara yaradıb.
 
 
 
Ardını oxu...
Gecə yuxusu sinir xəstəliklərindən necə qoruyur?
Yuxunun insan orqanizmi üçün əhəmiyyəti bəllidir. Uzun müddət qidasız yaşaya bilən insan çox az zaman yuxusuz qala bilir.

Yuxunun az məlum, lakin çox önəmli təsiri - QLİMFATİK SİSTEMdir. (Glymphatic system).

Nədir qlimfatik sistem?

Bakıvaxtı.az xəbər verir ki, İnsan beyni – metabolik aktiv orqandır, burada fasiləsiz milyardlarla biokimyəvi reaksiyalar baş verir və xeyli miqdarda metabolit, yəni tullantı maddə əmələ gəlir. Bu metabolitlərin hansı yolla xaric edilməsi uzun illər alimlərin mübahisə mövzusu olub. Belə ki, beyin toxumasında limfa damarları yoxdur, qan damarları isə hematoensefalik baryer hesabına bir çox maddələr üçün keçirici deyil. Belə olan halda beyin necə təmizlənir?

Tədqiqatlarla məlum olub ki, qan damarları ətrafında qliya adlı hüceylərər yerləşir. Damar divarı ilə bu hüceyrənin divarı arasındakı məsafə onurğa beyin mayesi ilə dolub, paravaskulyar sahə əmələ gətirir. Arterial paravaskulyar sahədən keçib beyin toxumasında işlənmiş maddələri toplayan beyin mayesi daha sonra venoz paravaskulyar sahəyə daxil olur və oradan beyin toxumasını tərk edərək beyin qabığında yerləşən limfa damarlarına axıb xaric edilir. Beləliklə, ümumən orqanizmdə limfatik sistem ilə toksinlərin təmizlənmə prosesi beyində QLİMFATİK (qliya+limfa) sistem adı almış bu mexanizm vasitəsilə həyata keçirilir. Bəs bu prosesin yuxu ilə nə əlaqəsi? Məsələ burasındadır ki, Qlimfatik sistem gecə yuxusunda, məhz onun ləng fazasında aktivləşir. İki fotonlu elektron mikroskopiya ilə aparılan tədqiqatlar göstərmişdir ki, yuxu zamanı bu sistem 90% aktivləşir, paravaskulyar boşluq və hüceyrələr arasındakı sahə genişlənir ki, bu da onların arasında mayenin axınını asanlaşdırır.

Beləliklə, gecə yuxusunun mühüm funksiyalarından biri də - beynin drenaj-detoksikasiya funksiyasını işə salmaqdır.

Müasir insanda sirkad ritmlərin, yuxunun, onun fazalarının pozulması çox müşahidə olunur. Gecə -gündüz rejiminin kobud pozulması, işıq və səs toksinləri, gec və yanlış qida və maye qəbulu, kimyəvi sakitləşdiricilər səbəbindən keyfiyyətsiz yuxu qlimfatik sistemin mükəmməl çalışmasını əngəlləyir və işlənmiş qalıqların beyin toxumasında toplanıb sinir sistemini zədələməsinə şərait yaradır. Alsheymer, Parkinson və s neyrodegenerativ xəstəliklərin mühüm səbəbi kimi hazırda qlimfatik sistemin yarıtmaz fəaliyyəti hesab edilir.

Qlimfatik sistemin mükəmməl çalışması üçün mükəmməl yuxunu təmin etmək lazımdır. Bu məqsəd üçün Neurexan preparatı uğurlu seçimdir. Neurexan məhz sirkad ritmləri tənzimləyərək, fizioloji yuxunu bərpa edir. Beləliklə, Neurexan, qlimfatik sistemin fəaliyyətini yaxşılaşdırır, bununla da tək simptomatik sakitləşdirici preparat kimi deyil, bir çox sinir xəstəliklərinin müalicə və profilaktikasında uğurla tətbiq oluna bilər.

Neurexanla insan gecə yaxşı yatır, gündüz isə gümrah olur. (medicina.az) Almaniya istehsalı, təbii tərkibli biotənzimləyici Neurexan preparatı - asılılıq, gündüz yuxululuq yaratmır; elektrik dəzgahlarında çalışanlar, avtomobil idarə edənlər rahat istifadə edə bilər. Uzun müddət istifadəsi təhlükəsizdir. Hər yaşda təyin oluna bilər.
 
 
 

Dünyapress TV

Xəbər lenti