Böyük sirr olmayan bir paradoks var: döllənmədən sonra insan embrionunda əvvəlcə ürək formalaşmağa və işləməyə başlayır, sonra isə beyin. Bu həmişə həkimlərdə sual doğurub: ürək döyüntüsünü yaradan və sonra nizamlayan impuls hardan gəlir? Amma ürəyin riyaziyyatı İnstitutunun tədqiqatçıları tibb elmi dairələrinin təəccübünə səbəb olan bir nəticəyə gəliblər ki, ürəyin öz beyni var – bəli, həqiqi beyin hüceyrələri olan beyni. O çox kiçikdir, onda cəmi qırx minə yaxın belə hüceyrə var, lakin görünən odur ki, bu beyin ürəyə bəs edir. Bu, artıq iki əsrdir ürəyin ağıllılığı haqqında bəhs edən elmi nəzəriyyənin doğruluğunu təsdiq edən bir ixtiradır. Ürəyin riyaziyyatı İnstitutunun tədqiqatçıları bundan daha vacib bir araşdırma da aparıblar. Onlar sübut ediblər ki, bədənin digər orqanları ilə, o cümlədən baş beyinlə müqayisədə, ürək ən böyük və güclü enerji sahəsini yaradır. Teref.az