Ardını oxu...
İtirdiyimiz insanları yuxuda görmək bizə nə deyir?

Ömrümüzün 3-də 1-ni yataraq keçiririk. Ancaq bu qədər yatmağımıza baxmayaraq, çox az hallarda yuxu görürük. Daha doğrusu, gördüyümüz yuxuların çox az hissəsi yadımızda qalır. Bəzən də gördüyümüz yuxu ömrü boyu yadımızdan çıxmır.

Maraqlıdır, bu yuxu görmə prossesi necə baş verir? Yuxuların real həyatla bağlantısı var mı? Rəngli və rəngsiz yuxuların mənaları nələrdir?

Həkim psixoterapevt, klinik psixoloq Əli Nağıyev deyir ki, yuxu fizioloji prossesdir: “Yuxugörmə də psixo-fizioloji prossesdir. Yuxunu görmək məsələsi belədir: Beyin qabığının xüsusi sahələri biz yatdığımız zaman oyaq qalır. Və oyanıq sahələri görməyə başlayırıq. Yuxunun sadə izahı budur.”

Psixoloq qeyd edir ki, şüuraltımıza yeritdiyimiz mövzular sonradan bizim həyatımıza ciddi təsir edə bilər. Görəsən hər kəsmi yuxuların təsirində qalır?

Bəs rəngli yuxular nə ilə bağlıdır? Niyə bu qədər nadir hallarda rəngli yuxu görürük?

Mütəxəssis Məryəm Teymurun sözlərinə görə burda da məsələ insanın enerjisindən, düşüncə tərzindən asılıdır: “İnsanların çoxu özlərini neqativə kökləyir, oxuduğu xəbərlərdən neqativ hadisələri özünə götürür, və o enerjiyə girib onu yaşayır. Bəzən yuxuda bunun başqa olanını da görür. Çox vaxt bizim ürəyimizdə unutmadığımız hisslər qalır, bu itki olur əsasən. İtirdiyimiz insanları gördükdə biz onu bir mesaj, bir xəbərdarlıq kimi qəbul edirik. Yox, bizim bədənimiz “özünü qoruma” refleksini işə salır. Və beynimizdə toplanan neqativ, pozitiv, qara, ağ, onlarla bizə yuxuda müxtəlif ssenarilər göstərir. Yenə də onu idarə etmək olar. İtirdiyimiz hər şeyi bağışlayıb, qəbullanmaq lazımdır. Onun yerini bilimlə, elmlə doldurmaq lazımdır.”

Məryəm Teymur deyir ki, nəyi daha çox düşünüb, istəyiriksə, o hadisənin reallaşmaq ehtimalı da çoxalır: “Bu bir emosiyadır, yaranır və biz ona gün boyu kökləniriksə, enerjimizi yükləyiriksə, istər-istəməz onu yaşadırıq, həyata keçiririk. Çünki hər şey bir dalğadır, radio dalğası kimi, onu hara çevirirsən, ordan da səs gəlir.”Bəs yuxuları idarə etmək həqiqətən də mümkündürmü? Yuxu görmürüksə, necə, bu hansısa xəstəlikdən, təhlükədənmi xəbər verir?Klinik psixoloq Əli Nağıyev bu barədə danışıb: “İnsanlar aqressiv təfəkkürdə və hər şeyi idarə etmə istəyində olduqda onun yuxusu pozulur. Çünki onlar gün ərzində hər şeyi idarə edə bilirlər amma yuxuda yox. Onlar yuxunu da idarə etmək istəyirlər. Onlar mükəmməlliyyətçi, narsist və eqoist olurlar. Bunun idarəsi üçün xüsusi məktəblər var ki, güya yuxunu kodlaşdırıb idarə edirlər. Bu mümkündür amma özümüzə sual verməliyik ki, bu nəyə lazımdır? Axı sən onda rahat yatmırsan. Sağlam yuxu zamanı yuxugörmə olmamalıdır, özünü ali varlığa – Allaha tapşırıb, rahat yatmalı və rahat oyanmalısan.Yuxularla bağlı bu qədər… özümüzü yaxşıya kökləyək ki, hər şey də yaxşılıqla nəticələnsin. Yuxunuz isə həmişə şirin olsun!
 
Ardını oxu...
Alimlər ən faydalı meyvə çəyirdəklərinin sıyahısını tərtib ediblər.
SİA onları sizə təqdim edir:

1. Üzüm çəyirdəkləri ürək-damar sistemini möhkəmləndirir, beyin hüceyrələrini cavanlaşdırır, dərinin vəziyyətinə müsbət təsir edir.

2. Kivi çəyirdəkləri E vitamini ilə zəngindir. Bu vitamin güclü antioksidantdır, orqanizmdə qocalma proseslərini ləngidir, dəri və saçların vəziyyətini yaxşılaşdırır.

3. Portağal çəyirdəkləri baş ağrısından xilas edən salisil turşusu ilə zəngindir. Həmçinin bu çəyirdəklərin tərkibində xərçəng əleyhinə təsirə malik olan B17 vitamini var.

4. Zeytun çəyirdəklərində sinir sisteminə müsbət təsir edən, orqanizmdən toksinləri xaric edən, astma tutmalarını yüngülləşdirən maddələr var.

5. Nar çəyirdəkləri sinir sistemini möhkəmləndirir, əsəbiliyi azaldır.

6. Qarpız tumları qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

7. Ərik çəyirdəkləri xərçəng əleyhinə təsirə malik olan nadir B17 (letril) vitamini ilə zəngindir.

8. Alma çəyirdəkləri yod və B17 vitamini ilə zəngindir.

Nəzərə almaq lazımdır ki, alma və ərik çəyirdəklərini 5-7 ədəddən çox yemək olmaz.
 
 
 
Ardını oxu...
Evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulması, el içində isə “ailə dağılması” kimi tanınan boşanma kifayət qədər ağır hüquqi və psixoloji bir prosesdir.

Tərəflərin boşanma və ondan sonrakı zaman ərzində özlərini toplayaraq həyata yenidən sarılması, gündəlik həyat ritualına davam etməsi də şübhəsiz ki, eyni olmur. Bu mənada boşanmadan sonra qadın, yoxsa kişinin daha çox əziyyət çəkməsi bütün dövrlərdə ən çox düşünülən suallardan biri olur.

Psixoloq Taryel Faziloğlunun dediyinə görə boşanma zamanı hər iki tərəf əziyyət çəkir. Kim daha tez toparlanmasına gəlincə isə təbii ki, qadınlar daha tez toparlanırlar:

“Kişilər boşandıqdan sonra daha çox əziyyət çəkirlər. Adətən kişilər boşanmadan qısa müddət sonra çökməyə başlayırlar. Toparlanmaları isə xeyli vaxt alır.

Yəni qadınlar boşanma prosesində daha çox depressiv olurlar. Kişilər isə boşandıqdan sonra bu periodu keçməyə başlayır və aqressivləşirlər. Qadınlar əksər hallarda boşandıqdan maksimum 6 ay sonra özlərini toplayaraq həyatlarına qaldıqları yerdən davam edirlər. Kişilərdə isə boşandıqdan 3-4 ay sonra depressiya başlayır. Özlərinə gəlməsi isə bəzən illərini ala bilər”.

Ekspert hesab edir ki, boşandıqdan sonra özlərini toparlaması üçün kişilərin yanında başqa bir qadının olması mütləqdir:

“Məsələ ondadır ki, tanrının yaradılışı etibarı ilə qadın idarə edən, kişi isə idarə olunan tərəfdir. Kişi boşandıqda onu idarə edən, bir növ arxasını toparlayan bir insanı itirir və nəticədə boşluğa düşür. Bu zaman əsas məsələ həmin kişinin bu boşluğu necə doldurmasıdır.

Məhz bu müddət ərzində kişilər daha çox sarsıntı keçirir və ən yaxşı halda psixoloq dəstəyinə ehtiyac duyurlar. Ən pis halda isə böyük psixoloji sarsıntılara düçar olurlar. Bunu “depressiya”, “stress” kimi sözlərlə əvəz etmək daha yerinə düşərdi.

Qadının onu idarə edən birinə ehtiyacı olmadığı üçün özü-özünü daha tez toparlaya bilir. Kişi isə özünü toparlaması üçün mütləq başqa bir qadın əlinə ehtiyac duyur”.
 

Dünyada meymunçiçəyi virusuna yoluxanların ümumi sayı 50 mini keçib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı sonuncu statistik göstəricilərdə qeyd olunur. Qurumun açıqladığı rəqəmlərdə indiyə qədər sözügedən virusa 50 496 yoluxma, 16 ölüm halı qeydə alındığı bildirilir.

Qeyd olunub ki, buna baxmayaraq, Avropa və ABŞ-ın qaynar nöqtələrində virusun yayılma sürəti yavaşlayır.

Xatırladaq ki, mayın əvvəlindən bəri uzun müddət endemik olduğu Afrika ölkələrindən kənarda meymunçiçəyi infeksiyalarında artım qeydə alınıb. ÜST iyulun 24-də Covid-19 ilə yanaşı, meymunçiçəyi virusunu da beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti kimi təsnif edib və ən yüksək həyacan səviyyəsini işə salıb.

Ardını oxu...
“Ən təhlükəli ssenari Kremldə hakimiyyətdaxili mübarizədə sərt qərarlar tərəfdarı olan hərbçi “şahinlər”in qalib gəlməsidir. Rusiyada ümumi səfərbərlik keçirilməsini tələb edən qanadın hakimiyyəti ələ keçirməsi risqi var. Bu, bütün dünya üçün ən pis variantdır".

“AzPolitika.info” xəbər verir ki, bunu məşhur “Bellingcat” müstəqil təhqiqatlar təşkilatının rəhbəri, araşdırmaçı jurnalist Xristo Qrozev Ukrayna televiziyasına açıqlamasında bildirib. Onun fikrincə, Putinin birdən-birə deyil, tədricən zəifləməsi və hakimiyyətini itirməsi daha təhlükəsiz variantdır.

Rusiya hakimiyyəti və kəşfiyyat orqanları ilə bağlı ən məlumatlı təhqiqatçılardan sayılan Qrozev qeyd edib ki, hazırda Putinin Ukraynadakı savaşı davam etdirməklə bağlı dəqiq strategiyası yoxdur. Çünki ilk olaraq, bu strategiya 3 gün ərzində Ukraynaya qalib gəlməyə hesablanmışdı. Sonradan bu müddət iki ay hesablandı və yenə uğursuzluğa düçar oldu.

Qrozev deyib ki, hazırda Rusiya hakimiyyətində Putinin Ukraynada apardığı savaş üslubundan narazı qalan və daha aqressiv, radikal qərarlar tərəfdarı olan, hətta Rusiyanı dünya müharibəsinə sürükləyən ciddi qüvvələr var. Putinin ətrafındakı həmin “şahinlər” günlərin birində hakimiyyəti ələ keçirə bilərlər. Təhqiqatçı jurnalist bidirib ki, bu hərbçilərin və digər güc strukturları təmsilçilərinin nüfuzu və təsir imkanları getdikcə artır. Onların himayə etdikləri və hətta Putinə qarşı danışdırdıqları şəxslər var ki, onlardan biri də Donetsk qondarma respublikasının sabiq “müdafiə naziri”, məşhur İqor Strelkovdur (Qirkin): “Bu qanadın cəsarətinin artmasına fikir verin. Onlar Qirkin kimi sözçüləri vasitəsilə Putini daha sərt və açıq şəkildə tənqid etməyə başlayıblar. Onlar getdikcə təkcə “qərar qəbul edilən mərkəzləri”(Kiyevi – red.) deyil, Qərbi də bombalamağı tələb edirlər. Onlar tənqid edirlər, bütün bunları deyirlər, lakin onları həbs etmirlər. Deməli, onların “krışası” var”.

Qrozev Putini devirə biləcək həmin qüvvələrin başında Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin durduğunu bildirib. Hansı ki, bu idarənin nüfuzu və imkanları nazir Sergey Şoyqunun nüfuzunu xeyli üstələyir və lazım gəldikdə onun rəhbərliyində təmsil olunanlar nazirlə də hesablaşmırlar. Qrozev deyib ki, bu qüvvəyə rəhbərlik edən əsas fiqur və hətta özünü Putinin yerində görən şəxs isə hərbi Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general-leytenant Vladimir Stepanoviç Alekseyevdir: “O, özünü ali baş komandan rolunda görür”. Jurnalistin fikrincə, Kremldə hərbçilər saray çevrilişi edəcəyi təqdirdə, Putinin yerini məhz Alekseyev tuta bilər.
Ardını oxu...
Göründüyü kimi, çoxları Putinin mümkün varisi kimi Dmitri Medvedevin, Nikolay Patruşevin və digərlərinin adlarını çəksə də, Rusiya hakimiyyətində getdikcə güclənən yüksək ranqlı həbçilərdən və güc strukturları təmsilçilərindən ibarət qruplaşmanın öz namizədi var.

Qeyd edək ki, general-leytenant Vladimir Alekseyev hələ 2011-ci ildən hərbi Baş Kəşfiyyat İdarəsində bu yüksək vəzifəni tutur və ən təcrübəli hərbi kəşfiyyatçılardan sayılır. Ona Suriyadakı “xidmətlərinə” görə Putin 2017-ci ildə məxfi fərmanla “Rusiya qəhrəmanı” fəxri adını və ulduzunu verib. Onun adı hətta ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilədə və seçki sisteminə kiberhücumların təşkilində keçir. Buna görə ABŞ hökuməti bu generalın adını sanksiya tətbiq olunan şəxslər siyahısına salıb. O da maraqlıdır ki, Alekseyev 1961-ci ildə Ukraynanın Vinnitsa vilayətində doğulub və bu gün özünün doğulduğu torpaqların yerlə yeksan edilməsinin, Ukrayna xalqının məhv edilməsinin ən qatı tərəfdarlarından biridir...

C.Məmmədov
 
 

Ardını oxu...
Elm adamları bədənin ən çirkli yerini açıqlayıb.
Bədənimizin elə hissələri var ki, vanna qəbul edərkən belə təmizlənmir və milyonlarla virusu özündə saxlayır.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, alimlər bu bölgə ilə bağlı məlumat veriblər.
Alimlər bildiriblər ki, bakteriyaların hamısı qulaqda, bağırsaqda, sidik kisəsində, burunda və göbəkdə toplanır. Son araşdırmalarda kirpik və qaşlarda da bakteriyaların olduğu müəyyən edilib.
Bədənimizi mütəmadi olaraq təmizləməsək, zərərli bakteriyalar aşağıdakı xəstəliklərə səbəb ola bilər:
-boğaz infeksiyaları,
-burun vəzilərinin böyüməsi,
-bağırsaq pozğunluğundan sonra qəbizlik və ya ishal,
-iştahsızlıq və həddindən artıq kilo itkisi,
-dəri səthinin zədələnməsi,
-sidik yollarında iltihab.
 
Ardını oxu...
İlon Mask etiraf edib ki, iyulun ortalarında yaxtada çəkilən fotosuna görə tənqid olunduqdan sonra 9 kq arıqlayıb.

İş adamı qeyd edib ki, ona arıqlamağa fasiləli aclıq üsulu kömək edib.

Mask bu metodu yaxşı bir dostunun məsləhəti ilə seçdiyini bildirib.

O, həmçinin vurğulayıb ki, fasiləli aclığa düzgün riayət etmək üçün xüsusi tətbiqin köməyidən istifadə edib.

Qeyd edək ki, hazırda “Tesla” və “Space X” kimi şirkətlərin sahbi olan İlon Maskın sərvəti 254 milyard dollardır və o, planetin ən varlı şəxsidir.

Mənbə: gazeta.ru
 
Ardını oxu...
Kişi orqanizmi üçün ən faydalı göbələk növü açıqlanıb.


"Medicina" xəbər verir ki, nevroloq Dmitriy Şubin kişilərə daha çox şampinyon yeməyi tövsiyə edib.

Həkimin sözlərinə görə, şampinyon prostat vəzi xərçənginin qarşısını alır.


Belə ki, yapon həkimləri 36 min insan üzərində apardıqları elmi təcrübədə sübut edibər ki, rasionunda göbələk olan kişilərdə onkoloji xəstəliklər az aşkar olunub.

Göbələk yeməyənlərdə prostat və sidik kisəsi xərçəngi daha çox olub.

Bu göbələklərin tərkibində linol turşusu var, o da kişi reproduktiv orqanları üçün vacibdir.

Əgər kişilər həftədə 1 dəfə göbələk yesə, xərçəng riski 21% azalır.

Eləcə də bu göbələkdə beta qlükan var, o da damardan, qandan xolesterini təmizləyir.
Şanpinyon 3 yaşa kimi uşaqlara olmaz.
 
 

Ardını oxu...
“Azərbaycanda icbari tibbi sığorta tətbiq olunduğu zamandan iki mənbədən sığorta ödəyicisiyəm. İki dəfə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tibbi xidmət almaq üçün müraciət etmişəm. Heç birində də xidmət göstərilməyib”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə jurnalist Xalid Kazımov bildirib. O, icbari tibbi sığorta çərçivəsində dövlət xəstəxanalarında göstərilən tibbi xidmətdən narazıdır.

“İyulun 25-də sol qulağımda ağrı hiss etdim. Bir gün sonra ağrı azalmadı və üstəlik eşitməm qismən zəiflədi. İki gün sonra müvəqqəti qeydiyyatda olduğum 15 saylı poliklinikaya müraciət etdim. Həkim qulağımı müayinə etdi və heç nə olmadığını bildirdi”,-jurnalist deyib. Bildirib ki, ağrı azalmadığından avqustun 4-də təkrar poliklinikaya müraciət edib. Daxili qulağın müayinəsinin aparılması üçün özəl xəstəxanalardan birinə göndəriş verilməsini xahiş edib. Poliklinikadan bildiriblər ki, yalnız Məlikov adına Binəqədi Tibb Mərkəzinə göndəriş verə bilərlər. Səhəri gün göndəriş əsasında həmin mərkəzə müraciət edib:

“Müayinə olundum, həkim ağrıya və eşitmə zəifliyinə səbəb olacaq hər hansı problem olmadığını bildirdi. Amma diaqnozun dəqiqləşdirilməsi üçün Respublika Klinik Xəstəxanasına göndəriş verəcəyini bildirdi. Həkimdən qulağın daxili müayinəsi üçün özəl klinikaya göndəriş verilməsini xahiş etdim. Bildirdi ki, onların yalnız dövlət xəstəxanasına göndəriş vermək hüququ var”.

İki gündən sonra ona həkim məzuniyyətdə olduğu üçün göndərişdən imtina edilməsinə dair sənəd təqdim edilib. Şikayətçi TƏBİB-in 1542 “Qaynar xətt”inə dəfələrlə şikayət edəndən sonra yenidən Binəqədi Tibb Mərkəzinin baş həkiminə yönləndirilib və ona təkrar “göndərişdən imtina” verilib.

“Sonra təkrar “qaynar xətt”ə müraciət etdim, bu dəfə Respublika Klinik Xəstəxanasına yönləndirdilər. Orada İcbari Tibbi Sığortaya cavabdeh olan Aysel adlı xanımla görüşdüm. O da cəhd etdi, lakin qulağın daxili müayinəsi üçün mənə özəl klinikaya göndəriş verilməsi mümkün olmadı. Bildirildi ki, vətəndaşa o zaman özəl xəstəxanaya göndəriş verilir ki, bu xidmət dövlət xəstəxanasında olmasın”,-jurnalist qeyd edib.

Respublika üzrə qulağın audimetriyası isə yalnız Respublika Eşitmə Mərkəzində aparılır. Respublika Eşitmə Mərkəzinin hər iki həkimi məzuniyyətdə olduğu üçün və bu müayinə planlı müayinə olduğu üçün pasient həkimin məzuniyyətdən qayıtmasını gözləməlidir.

Xalid Kazımov əlavə edib ki, həkimlərin nə zaman məzuniyyətdən qayıdacağı və müayinəyə nə zaman gələ biləcəyi ilə bağlı rəsmi sənəd istəsə də, ala bilməyib:

“Respublika Klinik Xəstəxanasında qulağın daxili müayinəsi LOR həkimləri tərəfindən icra edilir. Mənə qeydiyyat şöbəsindən Yusifova Fidan Yusif qızının qəbuluna göndəriş verdilər. Həmin gün, yəni avqustun 8-də növbədə 46-cı adam idim. Günün sonunadək müayinə üçün növbəm çatmadığından mənə səhəri gün tezdən gəlməyi tapşırdılar”.

Ancaq bu dəfə də müayinə mümkün olmayıb. Həkim bildirib ki, bu gün o, növbətçi deyil, müayinə üçün qəbz digər həkimin adına dəyişdirilməlidir:

“Qeydiyyat şöbəsinə getdim, onlar isə bildirdi ki, mənim adım sistemdə Fidan həkimin müayinəsi üçün yazıldığından, bu, 21 gün dəyişilə bilməz və məni Fidan həkim müayinə etməlidir. Təkrar Fidan xanımın yanına qayıtdım və məni müayinə etməsini xahiş etdim. Həkim növbətçi olmadığından yalnız öz xəstələrini qəbul edəcəyini bildirib sağollaşdı”.

Kazımov özəl klinikalardan birinə 45 manat ödəməklə müayinə olunub, ona diaqnoz qoyulub. Şikayətçi deyir ki, icbari tibbi sığorta çərçivəsində xidmətlərin səviyyəsini öyrənmək üçün sonadək gedib. İnsanların həkimin qəbulunda sağalmaq ümidi ilə saatlarla növbə gözləməsinin şahidi olub. Xidmətin necə təşkil edildiyini müşahidə etmək ona 13 günə başa gəlib, hərçənd ki, müayinədən keçə bilməyib.

TƏBİB-in mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, onlar məsələni nəzarətə götürüblər:

“Məsələ ilə bağlı Agentlik, TƏBİB və Akademik A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının müvafiq struktur bölmələrinə məlumat verilib. Hazırda hər üç qurum tərəfindən məsələ araşdırılır və onun detalları hərtərəfli müəyyənləşdirilməkdədir. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat təqdim olunacaq”.
Ardını oxu...
ABŞ-ın biotexnoloji şirkəti “Moderna” “Pfizer” və “BioNTech”i koronavirus peyvəndi ilə bağlı patent pozuntusuna görə məhkəməyə verir.

“Report” xəbər verir ki, bu barədə “Ouest France” məlumat yayıb.

“Moderna” şirkəti hesab edir ki, “Pfizer” və “BioNTech”in hazırladığı “Comirnaty” peyvəndi şirkətin 2010-2016-cı illər arasında peyvənd istehsalı zamanı istifadə olunan texnologiyaya dair patentləri pozur.
 

Dünyapress TV

Xəbər lenti