Ardını oxu...
Pivəsevərlər bu içkinin necə zərər verə biləcəyini qəbul etmir. Amma son zamanlar pivə səbəbindən infarkt halları qeydə alınıb.

Medicina.az xəbər verir ki, həkim narkoloq Sergey Çarev hər gün pivə içməyin 3 zərərini açıqlayıb.
"Mütəmadi və çox pivə qəbulu qaraciyərin piylənməsi, sirroz, ürəyin böyüməsi və infarkta səbəb olur. Eləcə də pivə sevənlər artıq çəki və piylənmədən əziyyət çəkir.

Getdikcə təzyiq problemi olur və ürəyin işemik xəstəliyi inkişaf edir. Həmçinin geniş yayılmış "pivə ürəyi" sindromu yaranır, ürək öz ölçüsündə böyüyür".

Həkimin sözlərinə görə bu pivənin verdiyi fəsadların hamısı deyil.

Pivə zərərli asılılıq kimi psixikaya da təsir edir, insanda daim təşviş, depressiya olur, yuxusu pozulur.

"Əgər kişi gündə 500 ml-dən artıq pivə içirsə, onun hormonal fonu kəskin pozulur. Libido düşür, süd vəziləri şişir, qadın forması alır.
Əl-ayaq, üzdə şişkinlik olur, damarları çıxır" - deyə Çarev deyib
 
Ardını oxu...
Dönər Türkiyə mətbəxindən Azərbaycana gələn və əhalinin əksəriyyəti tərəfindən bəyənilən ‘’fast-food’’dur. Xalqımızın vazkeçilməzinə çevrilən bu qidanın satış qiymətindəki fərqlər də diqqətçəkəndir.

Daha komfortlu kafe və restoranlarda, 4-5 manata rast gəlinən dönər, metro çıxışlarında 1 manat-1 manat 20 qəpiyə təklif olunur. Dana ətinin 12-13 manat, toyuq ətinin isə 4-5 manatdan aşağı olmadığı bir vaxtda 1 manatlıq ‘’ayran+dönər’’lərin keyfiyyəti adamı şübhəyə salır. Bəs manatlıq dönərin tərkibində hansı ətdən istifadə edirlər? Teref.az-ın məlumatına görə, bu tip dönərlərdə murdar olmuş və mənşəyi bilinməyən ətlərdən istifadə edildiyini deyə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ‘’Sherg.az’’a bildirib ki, məsələnin araşdırılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) dəfələrlə müraciət edib:

“AQTA –da İctimai şuranın üzvü olaraq məsələni dəfələrlə qaldırmışam.

Təəssüflər olsun ki, həmin qurum bu sahədə fundamental işlər görmür. Biz hansısa dönərxanaya getsək, görəcəyik ki, orada ətin mənşəyi haqda sənəd var. Lakin əksəriyyəti saxtadır. Ətin qiyməti qalxdığı halda dönərin ucuz satılması murdar və mənşəyi bilinməyən heyvanların ətindən istifadənin nəticəsidir.

Səkkiz il əvvəl dönər ətinin hazırlanması üçün iki müəssisə müəyyən olunub ki, onlar - 40 dərəcədə əti hazırlayırlar və dönərxanalara çatdırırlar. Buna baxmyaraq dönərxanaların 1 faizi belə oradan ət almır. Bunlar ‘’Səhliyalı’’ və ‘’AzProtein Foods’’ şirkətləridir. AQTA ictimaiyyətdə gedən məsələləri izləmir.

Onlar kiloqramı 4 manata satılan kolbasaları, mənşəyi bilinməyən ətləri araşdırmaq əvəzinə, fikrini ardıcıl şəkildə enerji içkiləri üzərində cəmləyir. İctimai Şuranın üzvü olaraq AQTA-da dönərxanaların araşdırılması məsələsini bir daha qaldıracam. Əslində normal dönərin qiyməti 4 manat olmalıdır.

Ancaq vəziyyət onu göstərir ki, leş yığanlar dayanmır və bu qidanın hazırlanmasında ölmüş heyvan ətlərindən istifadə edilir.

Bu cür ətləri ən yaxşı ifşa edən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsidir. Amma onlar da son zamanlarda ifşa işi ilə məşğul olmurlar”.
 
 
 
Ardını oxu...
Nəyə görə eyni dərman bir xəstəni sağaldır, digərini yox? - Müalicədə səhvlər

Alimlər eyni müalicə protokollarının düzgün təyin olunmasına baxmayaraq xəstələrdə fərqli təsir göstərməsinin səbəbini araşdırıb.

Medicina.az xəbər verir ki, çox zaman yaxınlarımızın belə təriflədiyi, "mənə əla təsir etdi" dediyi dərmanlar bizə heç təsir etməyə və ya zərərli ola bilər.

İstər adi dərmanlar, istər protokol üzrə sxem dərmanlar, istərsə də xalq təbabəti üsulları müxtəlif insanlarda müxtəlif cür təsir edə bilər.
Bunun bir neçə elmi əsası var.

Tibb tərəfindən qəbul olunmuş dərman vasitələrinin təsir etməməsinin səbəblərindən biri xəstənin yanaşı olaraq öz bildiyi və ya əvvəldən qəbul etdiyi dərmanların olmasıdır.

Əgər insan bir terapiyadan keçirsə, difər dərmanlar bu terapiya ilə uzlaşmaya bilər.

Onlar sadəcə təyin olunan dərmanların fonunda işləmir.

Məsələn, yeni nəsil antidepressantlar qeyri-steroid iltiha əleyhinə dərmanlarla tamamən uyğun gəlmir. Yüksək hərarəti salan bu dərmnanları antidepressantla birlikdə içdikdə, daxili qanaxma baş verə bilər.

Analoji effekt antikoaqulyantla aspirin qəbulunda da ola bilər.

Dərmanların dozalarında da problem ola bilər. Doza qaydaya görə, pasiyentin çəkisinə uyğun hesablanır. Əgər xəstənin çəkisi nəzərə alınmasa, sadəcə olaraq gözəyarı yarım, bir tablet içilsə, müalicədən söhbət gedə bilməz.

Çəkisi 100 kq-dan yuxarı olan xəstələrə bir çox dərmanlar normal dozada heç təsir etməyə də bilər, amma çəkisi normadan az olanlar üçün adi doza da əks təsir verər.

Hər insanın orqanizmi eyni dərmana fərdi reaksiya verir. Bu orqanların vəziyyətindən, qandan, immunitetdən, genlərdən asılıdır.
Hətta xəstənin həyat tərzi, yeməyi də dərmanların effektinə təsir edir.

Bizim orqanizmin müalicə mexanimizminə pomimorfiz adlı gen mutasiyaları cavabdehdir.

Onlar hər hansı bir dərman orqanizmə daxil olan kimi, ona hücum edərək, parçalaya, qanla dövr etməsinə mane ola bilər. Bu həmin genlərin spesifik təsiridir. Ola bilər genlər həmin dərmanın bu orqanizmə uyğun olmadığını bilir. Belə halda, həmin xəstədə dərmanların zərərli təsiri ciddi şəkildə artır.
 
Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər aparıb. Tədqiqatlar əsasında AQTA açıqlayıb ki, enerji içkisi adı altında satılan bəzi məhsullar əslində enerji içkisi yox, sadə alkoqolsuz qazlı şirin içkilərdir. Bu səbəbdən onların qutuları üzərində istehlakçını aldadaraq enerji içkisi təəsüratı yarada biləcək dizayn elementlərini, şüarları ləğv etmək tələb olunur.

Aparılan araşdırmadan sonra sual yaranır: bəs enerji içkiləri əslində hansılardır? Bu içkilərin orqanizmə nə kimi fayda və zərərləri var?

Teleqraf.com məsələ ilə bağlı mütəxəssislərn fikirlərini öyrənib.

“Mən AQTA yerində olsaydım...”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AQTA-nın addımını təqdirəlayiq hesab etsə də, həm də qurumu tənqid edib.
Onun fikrincə, AQTA araşdırmanın nəticələrini ictimaiyyətə açıqlamamalı idi:

“AİB olaraq daima enerji içkilərinə əlçatanlığın azaldılması işini aparmışıq. Bu sahədə dövlət orqanları da bizə kömək edib. Əlbəttə, mən daima insanların enerji içkiləri istehlak etməməsinin tərəfində olmuşam. Üzərində yazılanla tərkibi düz gəlməyən tək enerji içkiləri yox, başqa bu kimi "n" sayda məhsullar var. AQTA-da İctimai Şuranın üzvü olaraq dəfələrlə məsələ qaldırmışam ki, etiketdə yazılanla məhsulun tərkibini araşdıraq. Lakin mənə daima "Hə, hə" cavabı verilsə də, rəhbərlik səviyyəsində heç bir iş görülməyib.

AQTA Azərbaycanda satılan enerji içkilərinin tərkibinin daha uyğun olması, daha az zərərli olması üçün işlər görür və bu, alqışa layiq addımdır. Əgər o enerji içkisinə tərkibində olan maddələrdən az vurulubsa, suya çox bənzəyirsə, mən AQTA yerində olsaydım, sakit durardım. Arzu edərdim ki, istehlakçılar aldadılsınlar, enerji içkisi yox, elə, su içsinlər”.

“AQTA üzünü digər mallara da çevirməlidir”

Eyyub Hüseynov bildirib ki, AQTA enerji içkilərini araşdırmaqla mövzunu bağlamamalıdır. Onun sözlərinə görə, araşdırmanın nəticələri əsaslandırılmalıdır: “Bu, parodoksal haldır, dövlət orqanı da yoxlama keçirir. Belə çıxır, dövlət orqanı məcbur edəcək ki, suyabənzər maye enerji içkisinə çevrilsin. Əlbəttə, AİB buna imkan verməyəcək. AQTA-nın siyahısında təəssüf ki, “enerji içkisi nədir?” sualına cavab yoxdur. Mütləq bunlar ortalığa çıxmalıdır. Üstəlik, ölkədə etiketi və tərkibi ilə uyğunlaşmayan çoxsaylı təhlükəli mallar var.

Hansı malın etiketində yazılanla tərkibi düzgün gəlmirsə, o tərkib istehlakçıya zərər etmirsə, əksinə, xeyir edirsə, AİB susardı. Mütləq AQTA digər içkilərin nə olduğu cavabını da verməlidir.

Əgər içki sektorundan çıxsaq, kolbasaların, ət məhsullarında da bu kimi problemlər var. istehlakçılar xüsusilə Rusiyadan, Türkiyədən gələn bəzi ət məhsullarında bu kimi problemlərlə qarşılaşırlar. AQTA üzünü digər mallara da çevirməlidir”.

Ekspertin də dediyi kimi, məhsulların əsl tərkibi açıqlanmayıb. Enerji içkisi əslində necə olmalıdır?

“Onlar kimyəvi, sintetik maddələrdən hazırlanır”

Mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, kimyəvi maddələrdən və vitaminlərdən, eləcə də minerallardan istifadə edərək enerji içkisi hazırlanır. Onun sözlərinə görə, bu içkilərin tərkibindəki yüksək şəkər, yüksək kofein orqanizmin funksiyalarını pozur:

“Bu standartlarda istehsal olunan enerji içkiləri o demək deyil ki, uyğundursa, sağlamlığa faydalıdır. Onların da digər rəngli, qazlı içkilər kimi zərərləri var. Eyni zamanda təbii olmayan jenşen, yaxud quarana kimi bitkilərdən istifadə edirlər. Onlar kimyəvi, sintetik maddələrdən hazırlandığı üçün içdikdə heç də orqanizmə enerji vermir. Əksinə, orqanizmin günlük enerjisini 10-15 dəqiqə ərzində süni şəkildə oyadır, aktivləşdirir və o müddətdən sonra enerji birdən-birə aşağı düşür. Belə olduqda da insanlarda həmin içkilərinə asılılıq yaranır.

AQTA-nın bu kimi araşdırmaları mütəmadi aparılır. Təxminən 30 içkidən nümunə götürüldü, yalnız 5-i enerji içkisi standartlarına uyğun oldu. Digərləri də dediyimiz kimi rəngli, qazlı içkilərdəndir. Amma onların tərkibində də bu gün satışda olan monopotassium, glutamate adlı maddə var”.

“Bunlar sadəcə biznes marağı və hiylədir”

Ekspert bildirib ki, sözügedən içkilər xüsusilə 18 yaşa qədər insanlarda əqli inkişafın qarşısını alır, yaddaşsızlıq, alzayemer kimi xəstəliklərə səbəb olur: “Bu gün uşaqlarda, məktəblilərdə qazlı, rəngli içkilərə tələbat var. Onların tərkibində süni dadlandırıcılar, kofeinin yüksək olması orqanizmin zəhərlənməsinə, dişlərin çürüməsinə, kalsium əskikliyinə gətirib çıxarır. Ümumiyyətlə, yaşdan asılı olmayaraq bunlardan birdəfəlik imtina etmək lazımdır. Çünki onları istifadə edən orta yaşlı insanlar ürək tutmasından əziyyət çəkir. Həddindən artıq şəkər olduğuna görə qaraciyər piylənməsinə səbəb olur.

Tərkibindəki jenşen cinsi yetişkənlik zamanı düzgün inkifaşın qarşısını alır, orta yaşlarda cinsi fəaliyyəti zəiflədir. Bu da gələcəkdə sonsuzluğa, uşaqların xəstə doğulmasına səbəb olur. Bununla yanaşı, daha bir aldadıcı məqam həmin içkilərin tərkibində B qrup vitaminlərin çox olması ilə bağlıdır. Bu, yanlışdır.

İnsanlar normal şəkildə qidalansa, bu vitaminləri təbii şəkildə alacaq. İçkinin üzərində yazılanlar heç də onun tərkibini əks etdirmir, bunlar sadəcə biznes marağı və hiylədir.

Xüsusilə hamilə, südverən qadınlar, yeniyetmələr, yaşlılar, diabet xəstəliyi, həzm problemi, böyrək çatışmazlığı, yüksək təzyiq problemi olanlar bu içkilərdən uzaq durmalıdırlar”.

 
Ardını oxu...
Həkimlər müasir kişilərdə impotensiyanın əsas səbəblərini sadalayıb.
Bakupost.az xəbər verir ki, Avropa Tibbi Birliyinin üzvü, androloq Badri Qvasaliya əsas 5 səbəbi açıqlayıb.
Kişilərdə yaşa bağlı, piylənmə, depressiya mənşəli potensiya zəifləməsi geniş yayılıb.
Eləcə də siqaret, tütün, narkotik maddələr, alkoqolizm, hiperlipedmiya, D vitamini çatışmazlığı, metobolik sindrom, gizli şəkər son illərin risk faktorlarıdır.
Amma daha çox kişilərdə psixogen mənşəli erektil disfunksiya aşkar edilir.
Orqanik, yəni fiziki olaraq ereksiyanı pozan səbəblər - yaşa bağlı arterial təzyiq yüksəlməsi, damarların tutulması, ürək-damar, böyrək problemləridir.
 

Ardını oxu...
Çinin iki əyalətində təhlükəli "LayV" virusu aşkarlanıb.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada virusun Henan və Şandun bölgələrində 35 nəfərdə aşkar edildiyi bildirilib.

İddialarda virusun heyvandan insana keçdiyi deyilir. Zhu Feng adlı çinli həkim bu faktı təsdiqləyib. Yeni virus haqqında danışan mütəxəssis xəstəliyin siçan kimi canlılar tərəfindən insanlara keçdiyini açıqlayıb.

O, bəzi xəstələrdə simptomların ağır olduğunu söyləyib: "Bütün xəstələr yüksək hərarət şikayəti ilə xəstəxanaya gəlib. Əksəriyyətində öskürək və halsızlıq var, lakin bəzilərində pnevmoniya və trombosit sayının azalması kimi ciddi simptomlar müşahidə edirik".

Həkimin sözlərinə görə, virusun niyə heyvandan insana keçdiyi bilinmir. Araşdırmalar davam edir. Tədqiqat zamanı 262 kəpənəkdən 71-də Lanqa virusuna rast gəlinib.

Məlumata görə, siçanlarla yanaşı, virus it, kəpənək və keçilərdə də aşkar edilib. Xəstələrdə ilk günlər yüngül simptomlar müşahidə olunur.

Xəstəliyin əsas əlamətləri zəiflik, öskürək, iştahsızlıq, yüksək hərarət, ürəkbulanma və əzələ ağrısıdır.

Maraqlıdır, bu xəstəlik koronavirus kimi yayıla və ölkəmizdə də görülə bilərmi? Dia.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, bu tip virusların ciddi təhlükəsi olmur:

"Yeni virus yayılanda öncə onun iş qabiliyyəti öyrənilir, nələr törədəcəyi araşdırılır. Çox zaman bu tip virusların ciddi təhlükəsi olmur. Yəni orqanizmə dərin ziyan vurmur, bədəni narahat etmir. Hər bir virusun özünə uyğun fəaliyyəti var.

Məsələn, yeni yaranan virusları koronavirusla müqayisə etmək doğru olmazdı. Yox, əgər bu virusun çox sayda mutasiyaları yaranarsa, o zaman bu artıq təhlükəli ola bilər. Gələcəkdə daha da yayılıb yayılmamasını isə heç kim deyə bilməz. Bunu zaman göstərir. Amma hazırda onun barədə olan məlumat belədir ki, təhlükə gözlənilmir. Ümumi yüngül müalicəylə sağalcaq virusdur. Bu kimi çox virus yayılır, önəmlisi budur ki, müalicəsi mümkün olsun".
0
 
 
Ardını oxu...
Alimlər yağış suyundan istifadəni, hətta yağış altında dayanmağı tövsiyə etmir.

İsveçin Stokholm universitetinin alimləri dünyanın müxtəlif ərazilərindən yağış sularını test ediblər.
Onlar yağış suyunda PFAS adlı toksinləri təhlil ediblər.
Bu maddə süni və çox toksiki kimyəvi maddədir, Yerin atmosfer qatında yığılıb yayılır. Ona görə yağış yağdıqda bu toksiki maddələri aşağı endirir.
Elmi portal EurekAlert xəbər verir ki, getdikcə bu maddənin yağış sularında toplanması artır və təhlükəli həddi keçir.
ALimlər ona görə PFAS-dan ehtiyat edir ki, o dölün inkişafını saxlayır, xərçəngə səbəb olur, immun sistemdə problemlər yaradır.
Baxmayaraq ki, Avropa artıq bu maddənin istehsalatda istifadəsini dayandırıb, o hələ uzun illər ətraf mühitdə dövr edəcək.
Ona görə alimlər yağış suyunu heç bir məqsədlə istifadə etməməyi tövsiyə edir.
 
Ardını oxu...
Göygöldə zəhərlənmə faktı qeydə alınıb

Azərbaycanda başlarına bit dərmanı vuran qızlar zəhərləndi - Vəziyyətləri ağırdır
Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.

2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər. (Milli.az)
 
 

Ardını oxu...
Təzə tərəvəzlərin, quru meyvələrin və bitki çaylarının müntəzəm istehlakı hipertoniya ilə mübarizəyə kömək edə bilər.

Bu barədə Rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Qinzburq bildirib.

Onun sözlərinə görə, təzyiqi oynayanlar və hipertoniyadan əziyyət çəkən insanlar qida rasionuna maqnezium və kaliumla zəngin qidalar daxil etməli, həddindən artıq duzlu yeməklərdən isə uzaq durmalıdırlar.

“İlk növbədə bitki çaylarına, quru meyvələrə, həmçinin bütün təzə mövsümi giləmeyvə və meyvələrə diqqət yetirilməlidir. Bu, o demək deyil ki, yedinizsə təzyiq dərhal düşəcək, xeyr. Ancaq bu qidalar mütəmadi istehlak edilsə, çox duzlu yeməkdən çəkinilsə hipertoniyanı idarə etmək və tutmaların öhdəsindən gəlmək daha asan olar”, - deyə həkim bildirib.

Qinzburq belə insanlara tez-tez göyərti, xüsusən şüyüd və cəfəri yeməyi tövsiyə edib.

“Bütün yarpaqlı göyərtilər “K” vitamini ilə zəngindir, həmçinin mülayim sidikqovucu təsirə malikdir ki, bu da qan damarlarına yükü azaldır. Çin kələmi, ispanaq, bütün bunlar hipertoniya xəstələrinə vacibdir”, - deyə Qinzburq sözlərini yekunlaşdırıb.

Mənbə: Gazeta.ru
 
Ardını oxu...
Həkimlər indi koronavirus infeksiyasına yoluxma hallarının artmasından deyil, COVID-19-un qrip və ya adenovirusla mümkün birləşməsindən qorxurlar.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Tibb Akademiyasının Davamlı Peşəkar Təhsil Virusologiya kafedrasının müdiri Yelena Malinnikova bildirib. O vurğulayıb ki, bu gün səhiyyə sistemini narahat edən məsələ koronavirusa yoluxma hallarının artması deyil, qarışıq infeksiyaların - COVID-19 və qrip və ya adenovirus və koronavirusun birləşməsinin meydana çıxa bilməsi təhlükəsidir. Mütəxəssisin sözlərinə görə, belə xəstəliklərin qarşısını almağın əsas yolu peyvənddir. "COVID-19-a qarşı gücləndirici peyvənd çox yaxşı nəticələr verir və xəstəliyə dözməyi asanlaşdırır, bəzi hallarda isə, insan bu virusa, hətta yoluxmur",-deyə Malinnikova vurğulayıb.

İnfeksionist əlavə edib ki, hələ may ayında koronavirusa yoluxma hallarının artacağı proqnozlaşdırılmışdı. "Hazırda yeni koronavirus faktiki olaraq hər gün mutasiyaya uğrayır, buna görə də bu virusa yoluxanlar xəstəliyi yüngül keçirirlər",-deyə həkim izah edib. Xatırladaq ki, Hamaley adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq bir müddət əvvəl bildirmişdi ki, "Omikron"un yeni variantlarından qoruyacaq vaksin "Sputnik V" ilə eyni platformada yaradılıb.

Sevinc Tapdıqqızı
 

Dünyapress TV

Xəbər lenti