Yeməklərdə duzlu qidalar kişi cinsiyyət üzvünün normal işləməsi qabiliyyətini azaldır.
“Medicina” xəbər verir ki, kişilərdə erektil disfunksiyanın səbəb duzlu qidalar olduğu müəyyənləşdirildi.
Erektil disfunksiyaya səbəb olan əsas səbəblər arasında stress, piylənmə, siqaret çəkmə, həmçinin sağlamlıq problemləri - hipertoniya, şəkərli diabet var. Ancaq kişi potensiyasına pis təsir edə biləcək digər həyat tərzi amilləri var – deyə həkim – androloq Konstantin Muxin bildirib.
Həkimin sözlərinə görə, yeməkdə çox duz ereksiya problemi kimi hipertoniyası olmayan, lakin çox duz qəbul edən kişilərdə ola bilər. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, həddindən artıq natrium qəbulu (duz natrium xloriddir) bütün bədəndə, o cümlədən penisdə qan dövranına maneə törədir.
Zəif ağız gigienası xroniki perodonditdən əziyyət çəkən kişilərdə erektil disfunksiya inkişaf riskinin artırır.
Kimyəvi maddələrin kişilərin sağlamlığına mənfi təsir göstərdiyinə dair daha çox dəlil toplanır. Bu maddələr hormonal sistemə təsir göstərə bilir. Qadınlarda estrogenləri təqlid edir və kişilərdə cinsi hormonları zəiflədir.
Velosiped sürmək kişilərdə çanaq dibindəki sinirləri zədələyərək, penisi qanla təmin edən damarları sıxaraq erektil disfunksiya riskini artırır.
Ramazan ayında oruc tutmağın orqanizm, xüsusilə də həzm sistemi üçün çox böyük faydaları var. Dünyanın ən aparıcı elmi araşdırmaları da bunu təsdiq edir. Oruc tutan zaman bədəndə bərpa prosesi gedir. İnsan orqanizminin hüceyrələri yenilənir, orqanizm daha uzunömürlü olur.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Qastroenteroloq bildirib ki, oruc tutmağın faydaları olsa da burada müəyyən nüanslar da nəzərə alınmalıdır: “Belə ki, əgər pasiyent hansısa kəskin xəstəlikdən faktiki müalicə alırsa, mədə-onikibarmaq bağırsaq xorası, qaraciyərin hepatit xəstəliyi, öd daşı xəstəliyi, pankreatit kimi xəstəliklərdən əziyyət çəkirsə, oruc tutmaq xəstəliklərinin daha da kəskinləşməsinə gətirəcək. Bəzi qrup insanlar var ki, onlara oruc tutmaq qətiyyən tövsiyə olunmur. Onlar hamilə qadınlar, südverən analar, onkoloji pasiyentlər, diabetli xəstələr, ürək damar xəstəliyindən əziyyət çəkənlər, aşağı təzyiqi olan insanlardır”.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən martın 23-ü Ramazan ayının ilk günüdür.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus əmindir ki, 2023-cü ildə COVID-19 pandemiyasına son qoyulacaq və bu xəstəliyə görə beynəlxalq fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq.
Teref.Az oxu.az-a istinadən xəbər verir ki, o, səhiyyəyə verdiyi töhfəyə görə medalla təltif edilərkən müvafiq bəyanatla çıxış edib. Bəyanatın mətni çərşənbə axşamı gecə ÜST-nin mətbuat xidməti tərəfindən yayılıb.
"Əminəm ki, bu il nə vaxtsa biz COVID-19-un ictimai səhiyyə sahəsində beynəlxalq narahatlıq doğuran fövqəladə hal və pandemiya kimi başa çatdığını söyləyə biləcəyik.
İndi biz, sözsüz ki, pandemiya zamanı olduğundan daha yaxşı vəziyyətdəyik", - deyə Qebreyesus bildirib.
Onkoloq Andrey Vorobyov bədənin üç bölgəsindəki küt ağrı prostat xərçəngindən xəbər verdirdiyini bildirdi.
Teref.Az xəbər verir ki, prostat xərçəngi kişilər arasında ən çox rast gəlinən xərçəng növüdür. Bu, həyatı boyu təxminən hər səkkiz kişidən birinə təsir göstərir.
Hər hansı bir xəstəlikdə olduğu kimi, prostat xərçənginin əlamətlərini nə qədər tez aşkar etsəniz, bir o qədər tez müalicə edə bilərsiniz.
Daha çox 50 yaşdan yuxarı kişilərə təsir edir və yaşlandıqca risk artır. Bir çox kişilərdə həqiqətən müalicə tələb etməyən və çox təhlükəsiz şəkildə izlənilə bilən prostat xərçəngi növü var.
Baxmayaraq ki, bəzilərində müdaxilə tələb edən bir xəstəlikdir.
Digər simptomları isə daha tez-tez sidiyə getmə, xüsusən də gecələr, sidik kisəsinin tam boşalmadığını hiss etmək, idrar edərkən zəif axın, ani sidiyə getmə ehtiyacı, bəzən tualetə getməzdən əvvəl sidik sızması ola bilər.
Bu simptomlar əsasən bütün kişilərdə yaşlandıqca baş verən prostatın normal qeyri-xərçəng böyüməsi ilə əlaqədardır. Lakin başqa səbəbin olmadığından əmin olmaq üçün testlər lazımdır.
Əgər xərçəng ətrafa yayılıbsa məsələn, bud və çanaq sümüklərinə, bu zaman həmin bölgədə kəskin ağrı hissi ola bilər.
Yuxarıda sadalanan sidik ifrazat simptomlarından hər hansı birini hiss edilərsə və ya sidik ifrazat vərdişlərində hər hansı digər dəyişiklik müşahidə olunarsa, mümkün qədər tez həkimə müraciət etmək lazımdır.\\Medicina.Az
Avtobus sürücüləri səhər saatlarında xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçirlər.
Bəs bu qayda ictimai xidmət növü sayılan taksi sürücülərin niyə tətbiq edilmir?
Son vaxtlar narkotik və psixatrop maddələrin təsiri altında saxlanılan sürücülər də sübut edir ki, bu xidmət sahəsində ciddi boşluqlar var.
Sürücülər məsələ ilə bağlı bildiriblər ki, tələb olunmadığı üçün onlar tibbi müayinədən keçmirlər və əgər bu qayda tətbiq edilsə onlar bununla razıdırlar.
ABŞ-ın müdafiə büdcəsini artırması dünya müharibəsinin yaxınlaşmasından xəbər verir.
Bu barədə “Global Times” jurnalında dərc olunan məqalədə bildirilib.
Məqalədə ABŞ-ın 2023-cü il hərbi xərclər üçün açıqladığı 842 milyard dollarlıq büdcənin Çinin hərbi xərclərinin dörd qatı olduğu vurğulanıb. Ətraflı
“ABŞ iqtisadiyyatının işləmə mexanizmi və onun hegemon mövqeyi silah ixracından asılıdır. Bu, ABŞ-ın qlobal miqyasda faydalandığı mühüm kanaldır. Silahların daha çox və daha yüksək qiymətə satışı üçün ilkin şərtlər dünya miqyasında daha böyük gərginlik və müharibə riski deməkdir.
Buna görə də, silahlar üçün artan, genişlənən bazar tələb olunur. Dünyada nə qədər çox münaqişə varsa, deməli, ABŞ-ın bütün dünyada silah ixracını və hərbi yerləşdirmələrini artırması üçün bir o qədər səbəb var”- deyə, məqalədə bildirilir.
ABŞ-ın silah ixracının bir tərəfdən regional gərginliyi artıracağı, digər tərəfdən isə daha çox silah alışını təşviq edəcəyi vurğulanır.
Gözəllik və sağlamlıq bir-biri ilə ayrılmaz şəkildə bağlıdır və birinin yoxa çıxması digəri ilə bağlı da problemin olduğunu göstərir.
Son araşdırma göstərdi ki, insanların təxminən 60-80 faizi bədəndə vitamin çatışmazlığından və ilk növbədə "gözəllik vitaminləri"nin yoxluğundan əziyyət çəkir.
Cebhe.info xəbər verir ki, terapevt Anna Protasova “gözəllik vitaminləri” ilə bağlı fikirlərini bölüşüb:
“Dərinin, saçın və dırnaqların vəziyyətinə təsir edən əsas amil vitaminlərdir. "Gözəllik vitaminləri" təkcə bədənin işləməsini dəstəkləmir, həm də gəncliyi və cəlbediciliyi qorumağa kömək edir”.
Həkimin fikrincə, maddələr mübadiləsi prosesində əsas oyunçu qırmızı qan hüceyrələrinin əmələ gəlməsindən və sinir toxumasının sintezindən məsul olan B vitaminləridir:
“B vitaminlərinin çatışmazlığı gücümüzə ciddi təsir edir, konsentrasiyanın azalmasına səbəb ola bilər. Dəridə belə bir çatışmazlığın bəzi əlamətləri dərhal görünür: dəri quruyur, səpgilər və aşınma görünür, insan saç tökülməsini və dırnaqların kövrəkliyini hiss etməyə başlayır.
Bu çatışmazlığı aradan qaldırmaq üçün pəhrizinizdə düzəlişlər etməli və B vitaminləri yüksək olan qidaları daxil etməlisiniz”.
Bura qarabaşaq yarması, süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, qaraciyər, balıq daxildir:
“Növbəti vacib “gözəllik vitamini” D-dir. O, təkcə sümükləri gücləndirmir, həm də dəri sağlamlığı üçün vacibdir, dəridə sızanaq riskini azaltmağa kömək edir. D vitamini çatışmazlığı sümük sıxlığının azalmasına, dişlərin pisləşməsinə səbəb ola bilər. Bu vitamin dərinin, dırnaqların, saçların və dişlərin sağlamlığından məsul olan kalsiumun sovrulmasında iştirak edir”.
D vitamini çatışmazlığını kompensasiya etmək üçün pəhrizə qaraciyər, siyənək, skumbriya, balıq yağı, meşə göbələyi və yumurta daxil etməyi məsləhətdir:
"Baharın gəlməsi ilə Günəşaltında daha çox vaxt keçirməyə çalışın ki, bu da bu vacib vitaminin istehsalına kömək edir".
Terapevtin sözlərinə görə, C vitamini antioksidantların ən məşhuru və əlçatanıdır:
“Bu vitaminin çatışmazlığının xarici təzahürləri dəri rənginin pisləşməsi, susuzlaşdırma, incə qırışlardır. Üstəlik, C vitamini dərinin elastikliyinə və möhkəmliyinə təsir edən kollageni istehsal edir”.
C vitamini ilə zəngin qidalara kivi, bolqar bibəri, təzə pomidor, sitrus meyvələri, kələm daxildir. Üstəlik C vitamini olan tabletlər hər bir aptekdə satılır, gündəlik normanın vaxtaşırı artıq olması orqanizmə mənfi təsir göstərmir:
“Dərinin, dırnaqların və saçın vəziyyətində pisləşmə müşahidə etsəniz, vitamin şatışmazlığını öyrənmək üçün qan testi verin. Nəzərə alın ki, analizlər ən təhlükəli çatışmazlıqları - D və B12 vitaminini aşkar edir. Xüsusi dərmanların və vitaminlərin tövsiyəsi üçün həkimə müraciət etməlisiniz. Doza tövsiyə olunan gündəlik normadan artıq olmamalıdır”.
Həkim bildirib ki, B və D vitaminləri yeməkdən sonra qəbul edilir. Bəzi dərmanlar və B vitaminləri olan qida əlavələri tonik təsir göstərir, ona görə də onları yatmazdan əvvəl içməmək daha yaxşıdır:
“Unutmayın ki, xarici gözəlliyimiz sağlamlıq olmadan mümkün deyil. Buna görə özünüzə ən yaxşı investisiya müxtəlif, dadlı və zəngin bir pəhrizdir”.
Son vaxtlar sosial şəbəkələrdə bəzi həkimlər əməkhaqqının az olması, çox sayda xəstə qəbul etməsinə baxmayaraq, onun cüzi rəqəmlə hesablanması ilə bağlı fikirlər səsləndirirlər.
Bununla yanaşı bir müddət öncə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də ölkədə ixtisaslı həkimlərin sayını azalmasının səbəblərini açıqlayaraq bildirilmişdi ki, bu Azərbaycan Tibbi Universitetini bitirən həkimlərin ixtisas seçməsi ilə əlaqədardır.
Ancaq bəzi mütəxəssislər isə bu fikirlə razılaşmır, səbəbi Azərbaycan həkimlərinin yüksək maaş müqabilində xaricdə fəaliyyət göstərməsi ilə əlaqələndirirlər.
Doğurdanmı bu gün ölkədə həkimlərin qəbulu ilə bağlı gözlədikləri rəqəm tam əksinədir və ümumiyyətlə, əməkhaqqı necə hesablanır?
Dia.az-ın məlumatına görə, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, xaricdə təhsil alan gənclərimizin əksəriyyəti ölkəyə geri qayıtmır:
“Onlara hansı əməkhaqqı verirlər? Bir cərrah ayda 500 əməliyyat keçirməlidir ki, 3 min manat qazanmış olsun. Elə müayinə var ki, onunla bağlı həkimə 90 qəpik ödəniş hesablayırlar. Əsas maaşı verirlər, bonusların ödənişini aylarla uzadırlar. Bunlar hamısı faktlardır.
Sadəcə dövlət xəstəxanasında çalışan həkimlər bunları deməyə qorxurlar, çünki onları o zaman sıxışdırırlar. Bu gün rezidentlərə 350 manat maaş verilir. Almaniyada rezidenturaya qəbul olurlar, 2-3 min avro maaş və əlavə bonus alırlar. O həkim niyə buraya qayıdıb gəlir? O, ölkədə rezidenturanı qurtarıb tam fəaliyyətə başlayanda 10 min manat əməkhaqqı alacaq. Sağlam rəqabət şəraiti yaratmalıyıq ki, onlar burada qalsınlar".
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, səhiyyə işçilərinin əməkhaqları “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası” ilə müəyyən edilir:
"Bu Qaydaya əsasən səhiyyə işçisinin əməkhaqqına bunlardaxildir: tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı; əmək şəraitinə görə ödənilən əlavələr; həvəsləndirici əlavələr; Azərbaycan Respublikasının Əmək Məcəlləsində, normativ hüquqi aktlarında, habelə Agentliyin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlər.
Bu ödənişlərə sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə, ixtisas dərəcəsinə görə əlavə, fasiləsiz əmək stajına görə əlavə, gecə vaxtı yerinə yetirilən işə görə əlavə, əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə və işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə və digərləri daxildir.
Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.
Əlavə olaraq bildirək ki, həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə verilən aylıq həvəsləndirici əlavələr həkim ixtisasları üzrə və fəaliyyət növü üzrə tətbiq edilən tarifin qaydada əksini tapmış faizi həcmində müəyyən edilir.
Ambulator fəaliyyət üzrə həkim üçün iş günü həddi 35 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə, həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması xidmətinə görə tətbiq edilən tarifin 8%-i həcmində aylıq həvəsləndirici əlavələr hesablanır.
Qeyd edirik ki, optimal iş yükünü və iş saatlarını nəzərə alaraq işin nəticələrinə görə aylıq həvəsləndirici əlavərin ödənilməsi ilə əlaqədar tibbi xidmətlərin yuxarı kəmiyyət həddi müəyyənləşdirilir və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir”.
Afrikanın cənub və şərqindəki 11 ölkədə ölümlə müşayiət olunan vəba xəstəliyinə yoluxanların sayında sürətli artım müşahidə edilir.
"Report" “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) Şərqi və Cənubi Afrikadakı regional ofisinin rəhbərinin müavini Lieke van de Vil bildirib.
UNICEF rəsmisinin sözlərinə görə, 67 822 nəfərdə yoluxma qeydə alınıb, xəstəlikdən 1 788 nəfər dünyasını dəyişib.
O, qeyd edib ki, vəba yayılan ölkələrə 150 milyon ABŞ dolları ayrılmalıdır.
Hazırkı vəba epidemiyası 2022-ci ilin yazında Afrikanın cənubunda başlayıb. Cənubi Afrikanın SABC radiostansiyasının məlumatına görə, onun episentri Malavinin cənubunda yerləşir.
ABŞ Konqresinin Nümayəndələr Palatası COVID-19-un mənşəyi ilə bağlı məlumatların məxfiliyinin açılması təklifini yekdilliklə dəstəkləyib.
Bu barədə Associated Press məlumat yayıb.
Müvafiq qanun layihəsini 419 deputat bəyənib.
Hazırda sənəd ABŞ prezidenti Cozef Bayden tərəfindən təsdiq olunmalıdır.
Bundan əvvəl ABŞ Senatı qanun layihəsini qəbul edib.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edilib ki, COVID-19-un ortaya çıxması üçün ən çox ehtimal olunan ssenari xəstəliyin yarasalardan başqa bir heyvana keçməsi və sonradan insanlara yoluxmasıdır.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.