Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
Bakı şəhərində çoxmərtəbəli binaların inşası ilə məşğul olan “Star City Construction” MMC Nərimanov Rayon İcra Hakimiyyətini məhkəmə qərarlarını icra etməməkdə ittiham edir.

Teleqraf xəbər verir ki, bu barədə şirkətdən daxil olan müraciətdə bildirilib.

Qeyd edilib ki, 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamla Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində yeni hündürmərtəbəli binaların tikilməsi məqsədi ilə 4,44 hektar ərazi “Star City Construction” MMC-nin daimi istifadəsinə verilib. Sərəncama əsasən, layihələndirmə və planlaşdırma işləri aparılıb, zəruri razılaşmalar əldə olunub, torpaq sahəsinin geoloji təhlili və ekspertizası keçirilib. Ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanaraq təsdiqlənib.

Lakin 1 oktyabr 2018-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti xəbərdarlıq və əsaslandırma olmadan həmin sərəncamı ləğv edib. Sonradan məlum olub ki, eyni ərazi Bakı Şəhər İcra Hakimiyyətinin 11 mart 2020-ci il tarixli, 55 saylı sərəncamı ilə “Ailə Park” MTK-ya ayrılıb.

Şirkət qeyd edir ki, Nərimanov Rayon İcra Hakimiyyəti əvvəlki sərəncamın (“ESRA” MMC ilə bağlı olan hissə) ləğvini nəzərdə tutan 01.10.2018-ci il tarixli, 356 saylı sərəncama “Star City Construction” MMC-yə aid 16.07.2018-ci il tarixli, 296 saylı sərəncamın da ləğv olunması barədə bənd əlavə edib. Bu əlavə isə əvvəlcədən bildirilmədən və xəbərdarlıq edilmədən həyata keçirilib. Maraqlıdır ki, həmin sərəncamda yalnız “ESRA” MMC-nin eskiz layihəsinin qüvvədən düşməsi üçün aidiyyəti quruma müraciət edilməsi qeyd olunsa da, “Star City Construction” MMC ilə bağlı belə bir bəndə yer verilməyib. Bu səbəbdən də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sərəncamdan xəbərsiz olub və 14 mart 2018-ci il tarixli, 4/244 nömrəli məktub əsasında “Star City Construction” MMC-yə aid eskiz layihə hələ də qüvvədədir.

Bu qanunsuzluqla bağlı “Star City Construction” MMC Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs qismində “Ailə Park” MTK olmaqla) sərəncamın ləğv edilməsinə dair məhkəmə iddiası qaldırıb. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1(103)-241/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin olunub və Nərimanov Rayon İcra Hakimiyyətinin 1 oktyabr 2018-ci il tarixli, 356 nömrəli sərəncamının “Star City Construction” MMC-yə aid hissəsi – yəni 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamın hüquqi qüvvədən düşməsi ilə bağlı bəndi ləğv edilib.

Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(102)-1979/2024 saylı qərarı ilə isə Nərimanov Rayon İcra Hakimiyyəti və “Ailə Park” MTK-nın kassasiya şikayətləri təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Beləliklə, 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncam – Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdəki binaların sökülməsi və yerində yeni çoxmənzilli binaların tikilməsi məqsədilə 4,44 ha ərazinin “Star City Construction” MMC-nin istifadəsinə verilməsini nəzərdə tutan hüquqi sənəd – hazırda qüvvədədir.

Lakin Ali Məhkəmənin qərarından altı ay keçməsinə baxmayaraq, ərazidə “Ailə Park” MTK tərəfindən tikinti işləri davam etdirilir:


“Altı ay keçməsinə baxmayaraq, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Ali Məhkəmənin 20 sentyabr 2024-cü il tarixli qərarını icra etmir. Ərazi bizə təhvil verilməyib, layihənin icrasına başlamaq üçün heç bir şərait yaradılmayıb. Eyni zamanda, “Ailə Park”ın ərazidə apardığı tikinti və söküntü işləri dayandırılmayıb”.

Bundan əlavə, qeyd olunur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı 5 noyabr 2024-cü il tarixli, 2-1(112)-2242/2021 saylı iş üzrə məcburi icra vərəqəsi verilib. Həmin qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarının icrası tələb olunub və 20 gün ərzində bu barədə məhkəməyə məlumat verilməsi tapşırılıb. Lakin bu müddət keçsə də, heç bir tədbir görülməyib.

Şirkət bildirir ki, məsələ ilə bağlı Prezident Administrasiyasında dəfələrlə görüşlər keçirilib:

“Prezident Administrasiyasından dəfələrlə bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq göstəriş veriləcək. Lakin Nərimanov Rayon İcra Hakimiyyəti nə Prezident Administrasiyasının göstərişlərinə, nə də məhkəmə qərarlarına əməl edir”.

Şirkət həmçinin vurğulayır ki, onlara alternativ ərazi də təklif olunmayıb:

“Bizə ayrılmış 4,44 hektar ərazidən 2,752 hektarı “Ailə Park”a verildikdən sonra qalan 1,688 hektar da bizə təqdim edilməyib. Dəfələrlə bildirmişik ki, əgər sərəncamda göstərilən ərazinin verilməsi mümkün deyilsə, rayonun istənilən digər hissəsində bizə 4,44 hektar ərazi ayrılsın – hətta zibillik sahə olsa belə, biz layihəni orada həyata keçirməyə hazırıq. Lakin indiyədək bizə heç bir alternativ yer təklif olunmayıb”.

Qeyd edək ki, mövzu ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Nərimanov İcra Hakimiyyətinə sorğu verilib.
1745258106_2.jpg
1745258106_3.jpg
1745258106_4.jpg
1745258106_5.jpg
1745258106_6.jpg
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025  “Uğur 777” klinikasının UĞURSUZLUQLAR SERİYASI - İTTİHAM VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal

Dünyapress TV

Xəbər lenti