İspaniya Səhiyyə Nazirliyi 2022-ci ilin dekabrına olan məlumata görə, ölkədə təxminən 800 min insanın əməliyyat üçün növbə gözlədiyini açıqlayıb.
Lent.az “TRT Haber”ə istinadla xəbər verir ki, nazirlik ölkədə cərrahiyyə növbələrinin artması ilə bağlı son məlumatları ictimaiyyətlə bölüşüb.
Bildirilib ki, ölkədə əməliyyat üçün ortalama gözləmə müddətinin 122 gündür.
Xatırladaq ki, bu rəqəm 2021-ci ilin dekabrında 121, 2022-ci ilin iyununda isə 113 gün olub. Mövcud vəziyyətdə xəstələrin yüzdə 22-nin əməliyyat üçün ən az 6 ay gözlədiyi deyilir. Ən çox gözlənilən əməliyyatların plastik cərrahiyyə (242 gün) və neyrocərrahiyyə (203 gün) olduğu və sıxlığın daha çox Kataloniya, Əndəlüs, Madrid və Valensiya bölgələrində müşahidə edildiyi bildirilib.
Statistikaya görə, ölkədə hər min nəfərə düşən 85 xəstənin 56 faizinin mütəxəssis həkimə müraciət etmək üçün 60 gündən çox qəbul gözlədiyi söylənilir.
İspaniyanın 17 özünüidarəetmə hökumətinin bir çoxunda tez-tez tətil edən və ya nümayiş keçirən tibb işçiləri kadr çatışmazlığından və sıx iş saatlarından şikayətlənir, həmçinin maaşların artırılması tələbi ilə çıxış edirlər.