Ardını oxu...
Həcmi 2 millilitr və ya daha az olan, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan, – həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan və digər plastmasdan iynəli və ya iynəsiz şprislərin ölkəyə idxalı 31 dekabr 2024-cü ildən idxal gömrük rüsumundan azad edilir.

Bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə qeyd olunub.

31 dekabr 2024-cü ilə qədər iynəli və ya iynəsiz şprislərin həcmi 2 millilitr və ya daha az olanların 1 ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayanların 1 ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayanların 1 ədədi üçün 0,03 ABŞ dollar, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayanın 1 ədədi üçün 0,04 ABŞ dolları, digərlərinin 1 ədədi üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu tətbiq olunacaq.

Qeyd edək ki, insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan plastmasdan iynəli və ya iynəsiz şprislərin ölkəyə idxalı gömrük rüsumundan azaddır.
 
Ardını oxu...
Eyyub Hüseynov: “Heç olmasa ildə bir neçə dəfə əhalini maarifləndirmək lazımdır”
Havalar soyuyan kimi dəm qazından boğulmalar başlayır . Noyabrın 1-də Sumqayıtda hərbçi dəm qazından boğularaq ölüb. Bir neçə gün əvvəl Gəncədə ana və bala dəm qazından boğulmuşdular.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin (KTM) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu “Yeni Müsavat”a bildirdi ki, ötən ay dəm qazı zəhərlənməsi ilə 3 müraciət olub.

TEREF.AZ yazır ki, “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, şikayətləri araşdıranda bir çox səbəblər üzə çıxır: “İlk növbədə qazdan istifadə qaydalarına bələd olmayan insanların, xüsusən də rayondan, kənar yerlərdən gəlmiş adamların ev kirayələyib orada qalması, ev əmlakına biganə yanaşması, qazdan istifadə qaydalarına əməl etməməsi, ucuz kirayə yaşayış yerlərində mərkəzi istiliyin olmaması, yəni qazdan evin qızdırılması üçün istifadə edilməsi, qazı qapatmadan yatmaq və s. İkincisi, kommunal xidmətlərə cavabdehlik daşıyan qurumların biganəliyidir. Cavabdehlik yalnız mənzilin, binanın girəcəyinə qədərdir. Mənzilin qazlaşdırılması, orada standartlara uyğun qaz xəttinin quraşdırılması ilə demək olar ki, heç kəs məşğul olmur. Təəssüflər olsun ki, elə bir qurum da yoxdur ki, bu işləri görsün. Buna görə də, necə deyərlər, kimin necə gəldi öz biliyinə uyğun mənzillərin içərisində qaz xətlərinin yerləşdirilməsi və s., o cümlədən detektorların quraşdırılması evdə partlayışlara səbəb olur. Hamamlarda su qızdırıcıları vasitələrinin quraşdırılması məsələsinə də diqqət etmək lazımdır. Birmənalı şəkildə qapıda böyük diametrli deşiklər olmalıdır. Hava axınını təmin edən tüstü bacası olmalıdır. Birmərtəbəli evdə isə pəncərədən çıxarılarsa, tüstü borusu elə quraşdırılmalıdır ki, külək əsəndə ona doğru təpmə olmasın. Əksər hallarda küləkli havada geri təpmə olur və ən sağlam insanlar belə hamam otağında boğulurlar. Qaz boğulması tədricən olur. İnsanlar onu hiss etmir, birdən-birə huş gedir. Əgər boru bayıra çıxarılmayıbsa, bina evindədirsə, tüstü bazasına birləşdirilibsə, tüstü bacalarının təmizlənməsi məsələsi yenə də sual altındadır. Bu könüllüdür. Gərək ayrı-ayrı mənzil istismarı idarələri, kooperativ sahibləri bu işi təşkil etsinlər və bu işlərə, məndə olan məlumata görə, Fövqəladə Hallar Nazirliyi baxır, onların ayrıca qurumu var. Gərək müraciət edəsən, gəlib təmizləsinlər. Borularda quş ölüləri, ot qırıntıları, quş yuvası və s. olur. Eyni zamanda çimərkən evdə tək olmamaq tövsiyə olunur. Qeyd etdiyim kimi, hamam otaqlarında digər qaz, işlədici cihazların quraşdırılması tək boru məsələsi deyil. Onun müəyyən hündürlükdə olması, içəri qaz buraxılması barədə məsələləri diqqətlə araşdırılmalıdır. Həmçinin heç olmasa ildə bir neçə dəfə əhalini maarifləndirmək lazımdır. Azad İstehlakçılar Birliyi minə qədər öz hesabına ayrıca balaca kitabça dərc edib və paylayıb. Lakin təəssüflər olsun ki, bu günə kimi kitabçaların əhaliyə paylanması üçün dəstək yoxdur. Biz ildən-ilə bu vəziyyətin bəzi cəhətlərdən yaxşılaşmasını görürük. Misal üçün, 6-7 il öncə qaz işçisi binanın qazını kəsərdi, orada bir "svarka" işini görərdi, kimdənsə pul alıb çıxıb gedərdi. Şükürlər olsun ki, məsələ xeyli düzəlib. Yəni “Azəriqaz” öz resursları çərçivəsində mümkün olanları edir. Əhalinin şikayət etdiyi başqa məsələlərdən biri qazın təzyiqinin az olması məsələsi və yaxud qazın istilik vermə qabiliyyətinin az olması məsələsidir. Düzdür, “Azəriqaz” bunu heç vaxt etiraf eləmir, deyir, hər yerə bərabər təzyiqlə verir, lakin əslində belə deyil. Xüsusilə Ramana ərazisindən çox zəng gəlir. Mən “Azəriqaz” yanında İctimai Şuranın üzvüyəm. Lakin bu kimi məsələləri biz həll etməyə nail olmamışıq".
 
Ardını oxu...
Ukraynaya gecə saatlarında hücum edən 13 “Şahid-136” PUA-sından 12-ni vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“13 PUA-dan 12-si ölkənin şərq və mərkəzi rayonlarında zenit müdafiəsi tərəfindən məhv edilib”, – məlumatda deyilir.
 
Ardını oxu...
Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır.

TİA.AZ xəbər verir ki, piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir.

Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır. Sağlam və dərin yuxu arzusunda olanların axşam gəzintisinə bir saat vaxt ayırması kifayətdir.

Sağlamlıq üçün sürətli yerişə üstünlük vermək lazımdır. Günün hansı saatlarının seçilməsi də əhəmiyyətli məsələdir. Yaşıllıqlar arasında gəzmək oksigenin bol olduğu səhər saatlarında daha münasibdir, çünki ağaclarda fotosintez prosesi məhz həmin vaxt gedir. Dəniz kənarında gəzmək üçün axşam saatları daha ideal vaxtdır, çünki həmin vaxt dənizdən havaya yod ifraz olunur.
 
Ardını oxu...
Çinin Çjençjou şəhərində yerləşən və dünyanın ən böyük "iPhone" istehsal mərkəzi hesab edilən fabrikdə inanılmaz olay baş verib.

Bakupost.az xarici mediaya istinadən bildirir ki, fabrikdə COVID-19-a yoluxma faktı qeydə alındığı üçün bütün işçilər karantinə salınıb.
Məlumata görə, fabrikin 300 min işçisi var və onların bir hissəsi 10 günlük karantin qərarına qarşı çıxıb. Fabrikdən qaçan işçilər ərazidə ictimai nəqliyyat işləmədiyi üçün piyada halda öz vətənlərinə qayıtmağa çalışıblar.
Artıq Çinin bir çox şəhərində fabrikdən qaçanlarla bağlı tədbirlər görülür, geri qayıtmaları üçün onlara bildiriş göndərilir.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Saçlar insanın orqanizmində vacib rol oynamasa da, görkəminə təsir edir. Bir çoxları isə keçəllikdən əziyyət çəkir. Təkcə qadınların yox, kişilərin də əhvalı onların saç düzümündən hiss olunur. Əhvalının hər zaman xoş olmasını istəyirsənsə, saçlarına sahib çıx. Saçlar niyə tökülür?

TEREF.Az xarici mətbuata istinadən keçəlliyə səbəb olan amilləri təqdim edir.

Almaniyanın Bonn Universitetinin alimləri kişilərin keçəlləşmə probleminə qarşı araşdırma aparıblar. Həkimlər dazlaşma problemi olan kişilərdən qan analizi götürüb, gen qruplarını müəyyən ediblər. İlkin səbəb androgen reseptorlarında, yəni X-xromosom qrupunda aşkarlanıb. Müəyyən olunub ki, başda androgen reseptoru nə qədər çox olarsa, saçların tökülmək təhlükəsi bir o qədər də çox olar.

Qeyd edək ki, 70-72% kişilərin keçəlləşməsinə səbəb anadan övladına, yəni ananın atasından nəvəsinə ötürülən gendir.

Siqaret saç tökür

Təkcə almanlar yox, çinlilər də bu problemlə maraqlanıb, incəliyinə kimi araşdırmaq qərarına gəliblər. Belə ki, Tayvanda kişilər başqa millətlərə nisbətən, daha çox tük itirməyə meyillidirlər. Tayvan hospitalında müxtəlif yaş həddində, 470 keçəl kişi arasında aparılan araşdırmada kişilərin siqaretə aludə olduqları ərəfə müəyyən olunub və saç tökülməsinə diaqnoz qoyulub. Beləcə, nikotin saç soğanaqlarında tük follikulasının qan dövranını dağıdıb, saçın ən sıx və görünən hissəsinə təsir edib, onu seyrəkləşdirir.

Hormonal aktivlik

İnsanın alın hissəsində yerləşən hormonların aktivliyi nəticəsində də saç tökülməsi ilə üzləşmək olar. Tük soğanaqlarında yerləşən reseptorlar hormon molekullarına təsir edir və nəticədə saç tökülür. Uzun müddət hormonal tərkibli dərmanlar qəbul etmək də hormonal pozğunluğa səbəb ola bilər. Antibiotiklər və digər kimyəvi maddələr zamanla orqanizmdə toplanıb, saçların uzanmasına mane olur. Yaşlandıqca tüklər uzanmağa macal tapmamış, tökülməyə başlayırlar.

Papaqsız gəzməyin!

Yay – qış deməyib, başını yuyub, jele sürtüb, darayıb, qızların xoşuna gəlməkdən ötrü qışın şaxtasında dona- dona küçəyə çıxırsan. Valideynlərinin «başına papaq qoy!» kimi iradları sənə təsir etmir. Düşünürsən ki, bu sözləri ancaq balaca uşaqlara demək lazımdır. Amma unutma ki, yayda və qışda papaqsız gəzmək zamanla keçəlləşməyə gətirib çıxarır. Çünki günəşin ultrabənövşəyi şüaları saçları yandırır, qışdasa şaxta saç soğanaqlarını dondurub, tük follikulasını dağıdır.

Gözəllik qurban tələb edir

Kəpəklə mübarizə aparmaq üçün «kəpək əleyhinə şampun»lar başın dermo qatında şəffaf mühafizə qatı yaradır. Bu da tüklərin nəfəs almasına mane olur. Nəticədə, soğanaqlar havasızlıqdan məhv olur. Saç üçün adi şampunları alarkən onların son istifadə tarixinə fikir verin. Vaxtı ötmüş şampunlar sizi zamanla keçəl qoya bilər.

Xəstə saçlar

Əgər saçların səbəbsiz yerə tökülməyə başlayıbsa və yuxarıda sadalanan variantların heç biri sənə aid deyilsə, o zaman həkimə müraciət etmək məsləhətdir. Ya da bu xəbəri biz sənə çatdıraq: gözün aydın, saçların xəstələnib. Amma burada qorxulu heç nə yoxdur. Xəstəliyə qalib gəlmək üçün bu rasiona diqqət yetir:

Olar:

Yaşıl alma
Süd, duzsuz ağ və holland pendiri
Günəbaxan tumları
Tərəvəzlər
Qara çörək
Olmaz:

Xama
Yağlı və duzlu yeməklər
Un məmulatları, şirniyyat
Mürəbbə
Şokolad
Yeməklərə E vitamini əlavə etmək saçların sağalmasına kömək edər. Saç tökülməsinin qarşısını almaq üçün yemək rasionunuza A vitamini bol olan qidalar daxil edin. A vitamini daha çox kökün, balığın, dəniz bitkilərinin, əriyin və inəyin qaraciyərinin tərkibində olur.

///Axsam.az
 
Ardını oxu...
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu rejim gələn il yanvar ayının 1-ə qədər davam edəcək.
Baş nazirin imzası ilə verilmiş bu qərarda məqsəd COVID-19 -un ölkə ərazisində yayılmasının və virusun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.

Ekspertlər bu qərarın məqsədəuyğun olduğunu deyirlər.
TİA.Az xəbər verir ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva Xəzər TV-yə istinadən açıqlamasında bildirib ki, COVID-19-a yoluxma halları azalıb. Amma yoluxma riski hələ də qalmaqdadır.
Mütəxəssis deyib ki, digər xəstəliklər kimi COVID-19 virusu da daima bizimlə olacaq. Sadəcə infeksiyanın yayıldığı ilk dövrlə müqayisədə yoluxuculuq qabiliyyəti daha zəifdir. Bunu nəzərə alaraq pandemiya ilə əlaqəli qəbul edilən qoruyucu tədbirlərə əməl edilməsi zəruridir.
Xüsusilə də mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bəzi xəstəlik və viruslar fəallaşır. Ona görə də bu fəsildə immuniteti zəif olan insanlar qorunmalıdırlar. Vaksinasiya prosesi isə davam etdirilməlidir.

 
Ardını oxu...
Tanınmış həkim Canan Karatay əti közləmə bişirməyi tövsiyə edir.
TİA.AZ xəbər verir ki, əti düzgün bişirmədikdə faydalı maddələri itir.
Ət soyuducudan çıxarıldıqdan sonra bir müddət saxlanılmalı və manqalda bişirildikdən sonra ona duz səpilməlidir.
Tava kabablarında darçın və ya mixək istifadə edilə bilər. Qara istiot istənilən ətə yaxşı dad verir.
Saxsı qablarda ət az yağ əlavə edilərək vam odda heç bir su əlavə olunmadan, buraxdığı su çəkilənə qədər bişirilir. Ətin rəngi tündləşməməlidir.
Ət əgər tək bişirilirsə ona çox az isti su əlavə edilməlidir. Duzunu isə öncədən atmaq olmaz, çünkü duz onu sərtləşdirəcək.
Proteini artırmaq üçün ətə müxtəlif tərəvəzlər (kərəviz, kök, soğan, sarımsaq və.s.) əlavə edə bilərsiniz.
Ətlər sobada tərəvəzlə birgə bişirilərsə həm yumşaq olar, həm də vitaminlərini itirməz.
Ən düzgün bişirilməsi də yağsız sobada bişirməkdir.
 
Ardını oxu...
“Süd vəzi xərçənginin simptomları olmur, ağrı vermir”
Səhiyyə Nazirliyinin onkoloq-cərrah, mammoloqu Həqiqət Vəliyeva süd vəzi xərçəngindən danışıb.
“Xəstəlik ağrı vermir, şişkinlik, qızartı olmur. Qadın süd vəzisində şişi tapmaq üçün 10 il vaxt sərf etməlidir.
Siqaret və alkoqol qəbul edənlərdə bu xəstəliyə daha çox rast gəlinir. Son 4-5 il ərzində süd vəzi xərçəngi daha çox artıb. Çünki siqaret çəkən xanımların sayı artıb. Bu da birbaşa mutasiyaların baş verməsinə səbəb olur”.
 
Ardını oxu...
Artıq çəkidən əziyyət çəkən insanların sayı xeyli çoxdur. Lakin arıqlamaq üçün lazım vasitələrin qiyməti bəzən büdcəyə uyğun gəlmir.

TİA.Az çəki azaltmağın təbii və ucuz üsullarını oxucularına təqdim edir.

Soğan suyu

Vücuddakı toksinlərin yox edilməsi və artıq çəkidən xilas olmağın bir üsulu soğan suyundan istifadədir. 1 litr təmiz suyun (tərkibində xlor olmayan) içinə 4 yerə bölünmü. 2 soğan atılır və 5 dəqiqə qaynadılır. Bu soğanlı suyu hər yeməkdən əvvəl ilıq halda içmək lazımdır. Proses 6-8 həftə çəkir.

Limonlu qatıq

Təmiz su, yağsız qatıq və 1 limonun suyu qarışdırılaraq hər səhər acqarına içilir. Bu qarışım qarın və bel nahiyəsindəki yağlardan yaxa qurtarmaq üçün effektiv vasitədir.

Yağları yandıran çay

Bu çayların satış qiyməti olduqca bahadır. Bəzi mağazalarımızda yağları əridən çayların qiyməti 80 AZN-dən başlayır. Lakin çəki azaldan çayları evdə də hazırlamaq mümkündür. Lazım olan inqridiyentlər: 1 çay qaşığı hibiskus çayı, 1 çay qaşığı nanə, 1 çay qaşığı istiot, yarım litr qaynar su.

Acı istiot

Qırmızı acı bibərlə hazırlanan bu arıqlama üsulu metobolizmi sürətləndirir və artıq çəkini yox edir. 3 çay qaşığı acı istiot, 3 ədəd limonun suyu və 3 stəkan qaynar suyu qarışdıraraq gündə 3 stəkan olmaqla hər yeməkdən sonra içsəniz, artıq çəkilərdən xilas olarsınız.

Xurmalı qatıq

Çox asan hazırlanan bu qarışım üçün 3 xurma, 1 kasa qatıq və 1 çay qaşığı darçın lazımdır. Səhər yeməyindən sonra xurmalı qatığı yavaş-yavaş yemək həm orqanizm üçün xeyirlidir, həm də arıqlamağa kömək edir.
 

Dünyapress TV

Xəbər lenti