Müasir marketlərdə məhsullar elə yerləşdirilir ki, istehlakçı özündən asılı olmayaq ona lazım olmayan məhsulları da səbətə atır. TEREF.AZ yazır ki, diyetoloq Tutu Zeynalova Foodinfo.az-a bildirib ki, marketlərdə artıq məhsullar almamaq üçün 3 qızıl qayda var.Birincisi, aış-verişə gedən zaman acqarına olmamalıyıq. Çünki ac mədə beyinə yemək siqnalları ötürür və nəticədə biz gördüyümüz hər şeyi ala bilərik.İkincisi, marketə gedən zaman alınacaq məhsulların siyahısını tərtib etmək lazımdır. Bu zaman artıq nə alacağımıza rahat qərar verə bilirik.Digər bir qayda isə alış-veriş üçün götürülən pulun miqdarıdır. Əgər pul ancaq alınacaq məhsullar üçün yetərli olarsa o zaman artıq xərciniz də çıxmayacaq.