Ardını oxu...
İngiltərədə bir həkim yanlışlıqla insanlara “xərçəng xəstəsisiniz” mesajı göndərib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, özəl xəstəxanada çalışan həkim xəstələrinə yeni il təbriki göndərmək əvəzinə, yanlışlıqla xərçəng olduqlarını bildirən mesaj yollayıb.

“Diaqnoz: Metastaza uğramış aqressiv ağciyər xərçəngi” ifadələrinin olduğu mesajdan sonra insanlar xəstəxanaya axın ediblər.

Hadisədən sonra xəstəxana insanlardan üzr istəyib.
 
Ardını oxu...
Yeməyi yavaş-yavaş yemək arıqlamağa kömək edir.

Bu barədə Meksikanın Xuares-del-Estado-de-Duranqo Universitetinin alimləri “Pediatric Obesit” jurnalında məqalə dərc ediblər.

Elm adamları bunu sınamaq üçün 54 könüllü üzərində təcrübə keçiblər.

Təcrübədə iştirak edənləri iki qrupa bölüblər. Birinci qrupun üzvləri hər tikəni 30 saniyə çeynəyiblər, ikinci qrupdakılar isə normal sürətlə yemək yeyiblər. Təcrübə bir il davam edib. Bu müddət ərzində subyektlər idman etməyiblər və xüsusi pəhrizlər saxlamayıblar.

Altı aylıq tədqiqatdan sonra birinci qrupdakı iştirakçıların təxminən iki kiloqrama yaxın arıqladıqları (il ərzində çəkilərinin 3-5%-i) görünüb, ikinci qrupdan olan könüllülər isə üç kiloqramdan çox (il ərzində ilkin çəkilərinin 7-8%-ə qədər) kökəliblər.

“Yavaş yemək effektivdir, çünki beyinə mədənin tox olduğunu anlamaq üçün daha çox vaxt verir. Yeməyi çox tez yeyəndə beyin insanın tox olduğunu başa düşməyə vaxt tapmır və aclıq hissi yox olmur. Bu da insanın yemək həddini aşmasına gətirir”, – deyə alimlər qeyd ediblər.

Tədqiqatçılar, həmçinin daha nəzərəçarpan nəticə əldə etmək üçün yeməkdən əvvəl bir stəkan su içməyi və yeməklər arasında qəlyanaltıdan çəkinməyi tövsiyə ediblər.
pressklub
 
Ardını oxu...
Pandemiya Çinə qayıdıb. Pekinin illərdir həyata keçirdiyi “sıfır kovid siyasəti”, sərt qapanmalar nəticə vermədi. Çində gündə milyonlarla insan kovidə yoluxur, say o qədər artıb ki, Pekin gündəlik xəstə sayını elan etməyəcəyini açıqlayıb. Bəzi mənbələrə görə, Çində son 20 gün ərzində təxminən 250 milyon insan kovidə yoluxub. Kovid paytaxt Pekin və Şanxayda daha sürətlə yayılıb. Xəstəxanalar doludur. CNN-nin xəbərlərinə görə, Çində ölənlərin sayı da artıb. Çinli virusoloqların sözlərinə görə, hazırki kovid ilkin ştamdan fərqlidir.
Çində koronavirusun yenidən geniş yayılması qonşu ölkələri qorxudub. Hindistan hökuməti əhalini diqqətli olmağa çağırıb. Bu arada, Çinlə Hindistan sərhəddində son insident Dehlidə ciddi müzakirələrə səbəb olub. Hindistan parlamentində keçirilən müzakirələr zamanı “Hindistan Milli Konqresi” simasında müxalifət hökumətin siyasasətini tənqid edib. Müxalifət nümayəndələrinin fikrincə, hökumət ölkənin təhlükəsizliyini təimn edə bilmir. Müxalifət hökuməti Pekinlə münasibətlərə yenidən baxmağa çağırıb. Halbuki, uzun onilliklər ərzində hakimiyyətdə olan “Hindistan Milli Konqresinin” özü Çinlə sıx əlaqələrə malik idi.
Hökumət müxalifətin tənqidlərini qəbul etmir. Hindistan hökuməti Çinlə sərhəddə kifayət qədər böyük hərbi bölmələr yerləşdirib. Çin 2020-ci ildən başlayaraq Hindistanla sərhədin dağlıq hissəsinə xeyli qoşun hissəsi toplayıb. Dehli Pekinin bu siyasətini cavabsız qoymayıb.
Sərhəddə vəziyyətin hər an yenidən gərginləşə biləcəyi ehtimalı böyükdür. Kiçik toqquşma böyük müharibəyə səbəb ola bilər. Buna baxmayaraq, Çin Kommunist Partiyası ilə Hindistanın hakim “Bharata Canata” Partiyası arasında təmaslar davam edir. Hindistan müxalifətini narazı salan da budur.
Böyük dövlətlərin planlarına pandemiyanın geniş yayılması da əngəl olmur. Çinlə Hindistan arasında iki il əvvəl sərhəddə toqquşma məhz kovidin geniş yayıldığı günlərə təsadüf etmişdi.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
 
 
Ardını oxu...
Texas Universitetinin nevroloqları alzheymer xəstəliyinin inkişafını ləngitməyin yolunu tapıblar.

Alimlərin tədqiqatının nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Belə ki, amerikalı alimlərin tədqiqatına əsasən, dərin beyin stimullaşdırılması alzheymer xəstəliyinin inkişafını ləngitmək üçün təsirli yol ola bilər.

Dərin beyin stimullaşdırılması elektrik impulslarını çatdırmaq üçün beynin müəyyən bölgələrinə elektrodların implantasiyası ilə işləyir. Adətən həkimlər epilepsiya, parkinson xəstəliyi kimi xəstəlikləri belə müalicə edirlər. Alimlərin fikrincə, bu üsul həm də alzheymer xəstəliyinin inkişafını ləngitməyə təsir göstərə bilər.

Amerikalı alimlərin eksperimentində xəstəliyin yüngül forması olan 46 xəstə iştirak edib. Onların hamısı təcrübə zamanı xəstəlikdən müalicə olunub.
 
          
Ardını oxu...
ABŞ-da həkimlər "TeraFlyu" və digər buna bənzər dərmanların xəstəliyə təsir etmədiyinə görə bazardan çıxarılmasını tələb ediblər.

Publika.az xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) “Benadryl” preparatının, “Mucinex” bəlğəmgətiricilərinin, həmçinin qrip və soyuqdəymə tozları “Theraflu” və antipiretik dərmanların satışının dayandırılmasını tələb edib.

Bu dərmanlar həkim resepti olmadan da satılır, lakin onların istifadəsi xəstələrin vəziyyətini bir o qədər yaxşılaşdırmır. Florida Universitetinin alimləri 2015-ci ildə FDA-ya fenilefrinin təsdiqlənmiş reseptsiz dərmanlar siyahısından çıxarılması üçün ərizə ilə müraciət ediblər. 2016-cı ildə tənzimləyici sorğuya baxıldığı açıqlandı və “hərtərəfli araşdırma və təhlil” tələb etdiyi üçün sorğuya dəqiq cavab verilmədi.
 
Ardını oxu...
TƏBİB vətəndaşlara müraciət edib.

Qurumdan Teref.az-a bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 2550 sayda tibbi xidmət vətəndaşlar üçün ödənişsiz qarşılanır.

Qeyd olunub ki, həmin tibbi xidmətlər vətəndaşlara TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.

“Vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslı ambulator tibbi xidmət (yalnız həkim müayinəsi. Məsələn, kardioloq və s.) üçün TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə birbaşa müraciət edə bilərlər. Burada vətəndaşa icbari tibbi sığorta çərçivəsində lazım olan tibbi xidmət ödənişsiz göstərilir.

Lakin bəzi hallarda vətəndaşın ehtiyacı olduğu tibbi xidməti onun müraciət etdiyi dövlət tibb müəssisəsində (Ailə Sağlamlıq Mərkəzi, poliklinika, xəstəxana və s.) göstərmək mümkün olmaya bilər. Bu halda müraciət edilən tibb müəssisəsi vətəndaşa TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisəsində həmin xidməti alması üçün göndəriş vərəqəsi təqdim edir. Nümunə ilə daha aydın izah edək. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzində həkim-uroloqa müraciət edir. Müayinə sonrası vətəndaşa böyrək daşı diaqnozu ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin əməliyyat bu tibb mərkəzində icra olunmadığı üçün vətəndaşa həmin xidmətin göstərildiyi Kliniki Kibbi Mərkəzə göndəriş vərəqəsi verilir.

Məlumat üçün bildirək ki, hazırda dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu göndəriş vərəqəsi həm ailə həkimi (sahə həkimi), həm də dar ixtisaslı həkim (məsələn, kardioloq) tərəfindən verilə bilər.

Vətəndaşa lazım olan tibbi xidməti TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərmək mümkün olmadıqda isə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzinə həkim-otorinolorinqoloqa müraciət edir. Müayinə sonrası vətəndaşa frontit diaqnozu (alın nahiyəsində iltihab) ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin bu əməliyyat həmin tibb mərkəzində və TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisələrində icra olunmadığına görə tibbi xidmətin göstərilməsi üçün vətəndaşa müqaviləli tibb müəssisələrindən birinə göndəriş vərəqəsi verilir”.

Məlumata görə, agentliyin müqaviləsi olan tibb müəssisələrində həm ambulator (həkim müayinəsi, analizlər, müxtəlif cihazlar vasitəsilə müayinələr və s.), həm də stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu zaman göndəriş vərəqəsi dövlət tibb müəssisəsindəki dar ixtisaslı həkim tərəfindən verilir.

“Göndəriş vərəqəsi ödənişsizdir və vətəndaşdan göndərişin verilməsi üçün ödəniş tələb oluna bilməz. Eyni zamanda vətəndaşın təklif olunan tibb müəssisələri arasından istədiyi birini seçmək hüququ var. O, göndəriş vərəqəsi əsasında yönləndirildiyi tibb müəssisəsində icbari tibbi sığortanın vəsaiti hesabına xidmətdən yararlanır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf də Xidmətlər Zərfinə daxil olduğu halda ödənişsizdir. Göndəriş vərəqəsindən istifadə müddəti 10 gündür”, – TƏBİB-dən qeyd olunub.

Bildirilib ki, təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa həm dövlət, həm də agentliyin müqavilə bağladığı tibb müəssisələrində dərhal tibbi xidmət göstərilir: “Müqaviləli tibb müəssisəsi vətəndaşa xidmət göstərməsi barədə Agentliyə müraciət edir və həmin xidmət Xidmətlər Zərfinə daxildirsə, icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır. Beləliklə, vətəndaş tibbi xidməti ödənişsiz əldə etmiş olur”.
 
Ardını oxu...
Hindistanda Çində epidemiyaya səbəb olan koronavirusun BF.7 omikron ştamının təhlükəli subvariantına yoluxma ilə bağlı ən azı dörd hal aşkar edilib.

Virusun alt variantı Qucarat ştatının Odişa əyalətində müəyyən edilib.

Məlumata görə, Qucaratda COVID-19-un bu təhlükəli variantı aşkar edilən iki xəstə evdə təcrid olunaraq sağalıb.

Çərşənbə günü ölkənin Səhiyyə Nazirliyi bütün vətəndaşlara insanların sıx olduğu yerlərdə maska ​​taxmağı tövsiyə edib və vəziyyəti hər həftə yoxlayacağını bildirib.

Mənbə: TASS
 
Ardını oxu...
Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çində koronavirus epidemiyası artmağa başlayıb. Gələn il ölkədə bir milyondan çox insanın hadisə partlayışı ilə ölümlə üzləşə biləcəyi təxmin edilir.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Çində Covid-19 infeksiyalarının artması ilə bağlı narahatlığını bildirib və Çin hökumətinin ölkə daxilində ən yüksək risk altında olan insanları peyvənd etməyə diqqət yetirməli olduğunu qeyd edib.


ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus verdiyi açıqlamada, "ÜST Çində artan ağır xəstəlik xəbərləri ilə inkişaf edən vəziyyətdən çox narahatdır" dedi. dedi.

Almaniya BioNTech peyvəndlərini Çinə, ilk növbədə alman mühacirlərə göndərdi.
 
 
 
Ardını oxu...
Maqnit fırtınası, hava və fəsil dəyişikliyi ilə bağlı bəzi insanlarda təzyiq aşağı düşə bilər. Onların başı gicəllənir, ağrayır, halsızlaşırlar.
Tribunainfo.az xəbər verir ki, yazda havanın soyuyub-istiləşməsi, maqnit fırtınası baş damarlarında təzyiqi salır, qan dövranını zəiflədir, bu zaman təbii refleks işə düşür, yəni orqanizm təzyiqi salır.
Bu zaman insanın halı pisləşir.
Əgər təzyiq qəflətən düşərsə, dərman axtarmaq əvəzinə, tünd çay için.
Aşağı təzyiqi qaldırmağın ən sadə yolu tünd şirin çay içməkdir.
Hava və maqnit dəyişikliyinə qarşı dözümlü olmaq üçünsə xüsusi adaptogen təsirli preparatlar içmək olar.
Bunu isə həkim təyin etməlidir.
 
 
 
Ardını oxu...
Əfqanıstanın Cənubi Zabul əyalətində naməlum xəstəlik epidemiyası iki uşağın həyatına son qoyub.
Bakupost.az xəbər verir ki, bu barədə “TOLO news” telekanalı yerli səhiyyə departamentinin rəhbərinə istinadən məlumat yayıb.
Belə ki, əyalətin şərqində yerləşən Şadjoy rayonunda gündə azı 80 nəfər xəstələnib və iki uşaq ölüb. Sözügedən xəstəliyin hansı növü göstərilmir. Həkimlər infeksiyanın əsas əlaməti kimi şiddətli hərarəti, ağız və burundan qanaxmanı göstərirlər.
 

Dünyapress TV

Xəbər lenti