Bizim.Media xəbər verir ki, əvvəllər təkcə problemi olan insanlar bu əməliyyatları edirdilərsə, indi kütləvi şəkildə bu məsələ ilə bağlı həkimlərə müraciətlər artıb.
Hətta əməliyyatlara müraciət edənlərin yaşı da cavanlaşıb. İndi18 yaşında olan şəxslər belə əməliyyat üçün müraciət edir.
Bu əməliyyatlar insanlara gözəllik gətirsə də düzgün edilməyən əməliyyat sonradan daha ciddi fəsadlara səbəb ola bilir.
Həkim Könül Ağamirovanın sözlərinə görə, əməliyyatın özü qədər sonrakı proses də vacibdir. Əməliyyatdan sonra doğru müalicə və qulluq edilməzsə, bu zaman nəticə ürək açan olmaya bilər.