Ardını oxu...
Süd vəzi xərçəngi, eləcə də süd vəzinin bəzi təhlükəli şişləri çox zaman ilk mərhələdə qadınların diqqətindən yaranır.
Hər bir qadın güzgü önündə və hamamda süd vəzilərini mütəmadi yoxlamalı, əlləri ilə baxmalıdır. Amma bunu çoxları etmir. Ona görə də bəzən həyat yoldaşları süd vəzidə dəyişikliyi hiss edir.
Bakupost.az xəbər verir ki, bu fikirləri həkim mammoloq Günel Qəmbərova bildirib.
“Ona görə də çox zaman qadınlar yoldaşları ilə münasibət zamanı məhz kişilər əlləri altında dəyişikliyi hiss edib. Xanım gəlib deyir ki, doktor, yoldaşımla münasibət zamanı dedi ki, döşündə şişka var O deyənə qədər, əlləyənə qədər mən bilməmişəm. Və kişilər qadınları məcbur edir ki, həkimə get.
Əslində belə olması həm yaxşıdır, həm də istəməzdik. Çünki biz həmişə deyirik ki, qadın ayda bir dəfə özünü müayinə etməlidir.
Bəylər bunu aşkarlayanda məsələni daha ciddiyə alırlar. Çünki əri narahatdır. Eləsi var, 1-2 ay kələmlə, qurğuşunla, mazlarla, kompreslərlə prosesi gecikdirir.
Bəzən də gilədən axıntı, qan gəldiyini də yoldaşları görür.
Deyir ağzıma pis dad gəldi. Bu zaman hər ikisi narahat olur. Bu da yaxşı haldır ki, vaxtında nəsə varsa aşkarlanır”.
 
Ardını oxu...
Bir çox insan ilin əvvəlində yeni qərarlar qəbul edir. Bu qərarların ən məşhurlarından biri də arıqlamaqdır.

Buna nail olmaq üçün yediklərimizə diqqət etməyə və idmana başlayırıq.

Yeməkdə olan enerjinin miqdarı kalorilərlə ölçülür və bir çoxumuz düşünürük ki, qəbul etdiyimiz kalori sayını azaltsaq, məqsədimizə çatacağıq.

Bu, düzgün yanaşmadırmı?

Bəzi ekspertlər deyirlər ki, kalorilərin hesablanması köhnə və hətta təhlükəli üsuldur.

Kalori nədir və necə kəşf edilib?


Bəzi ekspertlər kalori hesablamağın köhnəlmiş üsul olduğunu deyirlər. Çünki fərqli qidalar eyni miqdarda enerji təmin etsələr də, faydaları və qida dəyərləri müxtəlifdir.

Məsələn, bir stəkan süd 184 kalori, bir stəkan pivə isə 137 kaloridir.

Qidaların üzərində yazılmış kalori miqdarı porsiya göstəriciləri baxımından məlumatlandırır, amma orqanizmin bunun nə qədərini həzm edəcəyini bildirmir.

Yeo deyir ki, "Biz hər 100 kalori zülalın yalnız 70 faizini qəbul edirik. Bu o deməkdir ki, zülalın 30 faizi onun həzm edilməsinə sərf olunur . Yağ isə olduqca enerjili qidadır və çox effektli yanacaq bazasıdır. İstehlak etdiyimiz hər 100 kalorilik yağın 98 kalorisi həzmə gedir".

Sadə dillə desək, 100 kalorilik kartof qızartması yemək 100 kalorilik yerkökü yeməkdən daha çox kalori qəbul etməklə nəticələnir.

Yeo hesab edir ki, yediyimiz qidanın növünü nəzərə almasaq, kaloriləri hesablamaq mənasızdır.

Bundan başqa, hər hansı qidadan nə qədər enerji almamız yaşımızdan, yuxu saatlarımızın və bağırsaqlarımızdakı bakteriyaların miqdarından, o cümlədən, yeməyi necə çeynəməmiz kimi bir çox faktorlardan asılıdır.

Dərin istehsal prosesində qidaların zülallı və lifli hissələri atılır; yağ, şəkər və duz əlavə edilir. Bu, yeməyin kalorisini artırır, amma qida dəyərini aşağı salır.

Kalori hesablamağın bizi qeyri-sağlam seçimlərə sövq etdiyini bildirən Yeo deyir ki, "Kalorilər bizə yeməkdə nə qədər yağ, şəkər, karbohidrat, lif və ya vitamin olduğu haqda məlumat vermir. Mən kalorini kor bir alət hesab edirəm".
Kalori hesablamaq təhlükəlidirmi?
Nyu-Yorkdakı Cornell Universitetinin Amerika mətbəxinin tarixi üzrə eksperti Adrienne Rose Bitar kalori azaltma proqramlarının problem yarada biləcəyini qeyd edir: "Alkoqoldan fərqli olaraq yemək yeməyi dayandırmaq olmaz.

Anoreksiya, bulimiya, ortoreksiya kimi bir çox pozuntuların səbəbi zahirən zərərsiz görünən kalori hesablama proqramlarıdır".

Bitar vurğulayır ki, bəzi proqramlar insanlara təhlükəli dərəcədə aşağı kalorili pəhrizlərlə yaşamağı tövsiyə edir.

Kalori hesablamağın alternativi nədir?
Qida sənayesi xaricində enerji kalorilərlə yox, joulla ölçülür.

Artıq bəzi qida şirkətləri də qidanın enerji dəyərini kaloriylə deyil, kilojoulla göstərməyə başlayıb. Britaniya Qidalanma Fondunun əməkdaşı Bridget Benelam kimi ekspertlər kalorilərə tamamilə məhəl qoymamağı doğru hesab etmirlər.

O, bütün çatışmazlıqlarına rəğmən kalorinin funksional dəyəri olduğunu söyləyir:

"Piylənmə bu gün üzləşdiyimiz ən böyük ictimai sağlamlıq problemidir. Ona görə də insanların niyə çox kökəldiyini anlamaq vacibdir".

Kaloriləri saymaq arıqlamaq istəyənlərə pəhriz planlaşdırmasında kömək edə bilər.

"İnsanların nə yediklərini və kalorilərin hardan gəldiyini anlamaq vacibdir. Məsələn, onların doymuş yağı çox istehlak edib-etmədiklərini görmək üçün doymuş yağlardan nə qədər kalori aldıqlarını hesablayırıq. Yəni elmi nöqteyi-nəzərdən kaloriləri hesablamaq vacibdir" – Benelam belə deyir.

Böyük Britaniyanın Milli Sağlamlıq Xidmətinin (NHS) əməkdaşları insanların istehlak etdikləri enerjiylə qidadan aldıqları enerjini tarazlamaları lazım olduğunu bildirir və ara-sıra qəbul edilən artıq dozadan narahat olmamağı tövsiyə edirlər: "Sadəcə növbəti günlərdə daha az enerji qəbul edin".
bbc
 
Ardını oxu...
Azərbaycanda da geniş yayılan II tip diabetin ətlə bağlı olduğu üzə çıxıb.

“Medicina” xəbər verir ki, alimlər diabeti ət məhsullarında olan konservantlar səbəbindən orqanizmdə baş verən problemlər siyahısına salıb.

Konsertvantlar sosis, kolbasa, qaxac ət, konserv və s. ət məhsullarının rəf ömrünü artırmaq, rəngini dadını qorumaq üçün qatılan süni qatqılardır.

Bu maddələrin xərçəng və ürək xəstəliyinə səbəb olması da sübut olunub.
Son elmi araşdırmalar nitritlərin diabetin inkişafında da vasitəçi olduğunu hər gün sübut edir.

Yeni elmi tədqiqat göstərib ki, kolbasa,sosis və bekona xarakterik qırmızı rəng verən konservant II tip diabeti yaradır.
Bu tədqiqatlar bir daha emal edilmiş ət məhsullarının qidada daha az istifadə olunmasının vacibliyini göstərir.

Nitritlər eyni vaxtda bir neçə ağır xəstəliyin, o cümlədən xərçəngin səbəblərindən biridir.

Salyami, paştet, vetçina kimi qidalarda olan nitritlər əslində təbiət üçün zərərsizdir, amma orqanizmdə çox miqdarda orqanizmdə toplandıqda nitrozamin adlı təhlükəli maddəyə çevilir.

Həkim endokrinoloq Antonina Qureyeva bildirib ki, müasir insanlar uzun illərdir nitritlərlə zəngin qidalar yedikləri üçün II tip diabet riski qazanıblar.

Fransa alimləri geniş masştablı araşdırmada 104 min insanı müşahidə edərək bu qənaətə gəliblər ki, rasionunda nitritlər çox olan insanlarda diabet daha çox yaranıb.

“İnsanlar əslində belə qidaları yeməyə bilər. Əti normal təzə halda alıb, evdə yeməklər bişirmək daha sağlamdır. Un,şirniyyat və belə məhsullar 40 yaşdan sonra diabeti artırır”.
 
Ardını oxu...
Ötən illərdə baş transplantasiyası ilə gündəmə gələn italyan neyrocərrah professor Sergio Kanavero ölümsüzlük qapısının beyin nəqli ilə açıla biləcəyi tezisi ilə yenidən gündəmdədir.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən bildirir.

Kanaveronun fikrincə, üzərində uzun müddət çalışılan “arzu” düzgün şərtlər daxilində reallığa çevrilə bilər.

İnsandan insana baş transplantasiyası üzərində çalışan və bütün dünyada təsir bağışlayan italiyalı professor Sergio Kanavero növbəti dəfə mübahisə yaradıb. Məşhur cərrah gələcəkdə insandan insana beyin transplantasiyasının mümkün ola biləcəyini, insanların nəzəri olaraq istədikləri qədər yaşaya biləcəyini bildirir.
Ardını oxu...
Orqanizmdə iltihab yaradan ərzaqlar həm də trombotik vəziyyətlərə səbəb olan faktorlardan biridir.

“Medicina” xəbər verir ki, dünyada ən çox tromb yaranma faktı xəstəxanadan çıxandan sonrakı 90gün ərzində olur.
Eləcə də bir çox qidalar dərin venaların iltihabi proseslərinə səbəb olur.
Kardioloq Oleq Varfolomoyev 2 dietik qidanın ən pis tromb yaradan qida olması barədə açıqlama verib.

“Qida, iltihab və tromb arasında əlaqənin olması çoxdan sübut olunub. İltihab qanın laxtalanmasını artırır. Sitokinlər təbii antikoaqulyant mexanizmini basdırır.

İnsanlar nişasta, duz və şəkərlə zəngin qidalardan uzaq durmalıdır.

Ən pis ərzaqlar isə qazlı şirin içkilər və konfetlərdir. Qazlı içkini içməyin mənası yoxdur. Əgər ürəyiniz şirniyyat istəyirsə, bir qədər təbii tünd şokolad, qoz, bal, kişmiş, meyvə yeyə bilərsiz.

Çayı konfetlə içməyə gərək yoxdur. Qanda yüksək səviyyədə qlükoza tromb əmələ gəlməsini stimulə edir, eləcə də təbii olaraq damarlardakı trombun əriməsinin qarşısını alır. Konfet çox yeyənlərin damarlarında artıq miqdarda tıxanmalar olur. Bu tıxaclar incə, iltihablı və yumşaq olduqda, parçalanıb, tromb əmələ gətirə bilər”.
 
Ardını oxu...
3 kənd çolpası 10 manat. Əslində bu qiymətə heç broyler də yoxdur. Amma satan şəxs iddia edir ki, təklif etdiyi məhsul təmiz kənd toyuğudur.
ATV mövzü ilə bağlı süjet hazırlayıb.Satıcının sözlərinə görə, toyuqlara nə iynə vurulur, nə də dərman verilir.

Nə qədər şübhəli görünsə də, inanıb bu qiymətə məhsulu alanlar da var.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kiçik monitorinq zamanı üzə çıxıb ki, broyler fabrikində bəzən bir gecədə minlərlə toyuq xəstəlikdən məhv olur. Həmin toyuqlar kənd çolpası adı ilə satışa çıxarılır.
Daha ətraflı süjetdə:

 
Ardını oxu...
İnsan orqanizminin tikinti materialı zülaldır. Onsuz orqan və toxumalar məhv olar. Bu gün qırmızı ətin, broyler toyuqlarının zərəri barədə məlumatlar, eləcə də ət məhsullarına şübhələr, ətin baha olması insanları daha az ət yeməyə məcbur edir.

Ona görə də bəzi xəstəliklər kəskinləşir, gənclərin əzələ və skeleti zəif olur, protein olmadığındanbədən yaxşı formalaşmır. Bəs ət az yeyiriksə, zülalı başqa nədən ala bilərik?


Medicina.az orqanizmi ət qədər zülalla təmin edən, daha ucuz və faydalı alternativləri təqdim edir:

1.Yumurta – suda bişmiş yumurta 95% orqanizm tərəfindən yaxşı mənimsənilir, idmançıların menyusunda mütləq olur. Gündə 2-3 yumurtadan artıq yemək olmaz

2.Süd məhsulları - pendir, kefir, kəsmik, qatıq kifayətdir ki, orqanizmə faydalı protein daxil olsun. Xüsusən az yağlı məhsullarda protein çoxdur

3.Paxlalar – noxud, lobya, paxla 25% proteindən ibarətdir. Xüsusən suda qaynadılmışı yeyilməlidir.

4.Balıq – yüngül həzm olunan zülal mənbəyidir. Üstəlik amin turşuları ilə zəngindir

5.Qoz, badam

Ətdəki zülalı tamamən əvəz edir. İnsan üçün ideal enerji mənbəyidir. Günə 10 ədəd qoz ləpəsi kifayətdir.

6.Göbələk

Elə bişirdikdə də ət dadı verir. Amma ağır həzm olunur, qaraciyəri yükləyir.

7.Yarmalar

Qarabaşaqda 12% protein var. Ət yoxdursa, qreçka bişirib yeyin.

8.Günəxaban

Proteinlə zəngindir, amma insan gündə 100 qramdan artıq günəbaxan tumu qəbul etməməlidir

9.Spirulina

Dəniz yosunudur, ən qədim bitkidir. 65% protein mənbəyidir. Spirulin həm toz halında, həm də tablet kimi BAD formasında satılır. Suya qatıb icirlər.
 
Ardını oxu...
Moskvada 16 yaşlı oğlan nadir rast gəlinən yuxusuzluq xəstəliyindən dünyasını dəyişib.

APA-nın Moskva müxbiri xəbər verir ki, yeniyetmə sağalmaz irsi xəstəlikdən - ölümcül ailə yuxusuzluğundan əziyyət çəkib.

Uşağın meyiti Yujnobutovskaya küçəsindəki mənzildə tapılıb.

Qeyd edək ki, ölümcül ailə yuxusuzluğundan əziyyət çəkən insanın ölməsi qaçılmazdır. Ümumilikdə dünyada bu təhlükəli xəstəlikdən əziyyət çəkən 40 ailə qeydə alınıb. Ölümcül ailə yuxusuzluğu yeniyetməlik dövründə başlaya bilər, lakin daha çox 50 yaşından sonra müşahidə olunur. Bu xəstəliyi olan insan altı aydan üç ilə qədər yuxusuzluqdan əziyyət çəkir, sonra isə ölür. Adətən, ölümcül ailəvi yuxusuzluğun son mərhələlərində insan artıq yata və danışa bilmir, ətrafda baş verənlərə reaksiya vermir və tez çəki itirir.
 

Qış aylarında respirator viruslara yoluxma hallarının artması ənənəvi olaraq müşahidə olunur.

TƏBİB-dən verilən xəbərə görə, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda 21 noyabrdan etibarən influenza epidemiyası elan olunub.

İnfluenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən simptomatik müalicə olunur.

Xəstələrə izolyasiya qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur.

Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar.

İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.

 
 
 
 
 
Ad - 00:09

Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Ötən ilin dekabr ayının 15-dən etibarən 13 008 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 2 843 nəfər təşkil edib.

Qeyd edək ki, arzu edən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilər.


Ardını oxu...
DİA.AZ: - Qax şəhər 4 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır”
mövzusunda maarifləndirmə tədbiri keçirilib.
DİA.AZ xəbər verir ki, “Ağ ölüm”ün acı nəticələri barədə
şagirdləri məlumatlandırmaq məqsədilə keçirilən tədbirdə polis əməkdaşları,
məktəblilər və müəllimlər iştirak ediblər.
Görüşdə çıxış edən rayon polis şöbəsinin rəis müavini Eldəniz Mustafayev
narkotik vasitələrin fəsadlarından, insanlara vurduğu maddi və mənəvi
zərərlərindən danışıb, bu bəlaya düçar olmuş şəxslərin qarşılaşdıqları
problemlərdən söz açıb. Narkomaniyaya qarşı cəmiyyətin hər bir üzvünün fəal
mübarizə aparmalı olduğunu vurğulayan polis mayoru sağlam həyat tərzinin
üstünlüklərini şagirdlərin diqqətinə çatdırıb.
Daha sonra çıxış edənlər də mövzu ilə əlaqəli tədbir iştirakçılarına ətraflı
məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.

Ardını oxu...

Dünyapress TV

Xəbər lenti