Ardını oxu...
Gələn il hökumətin vətəndaşlara daha bir “sürpriz”i olacaq.

Gununsesi.info-nun məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, vətəndaşların şəxsi istifadəsi üçün idxal etdikləri, gömrük rüsumlarına və vergilərinə cəlb edilməyən dərman vasitələri ilə bağlı qaydalar tətbiq ediləcək.

Yeni qaydalarda artıq vətəndaşın özü üçün xaricdən gətirdiyi dərman vasitəsi rüsuma cəlb olunacaq.

DİA.AZ bildirir ki, bununla bağlı Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, məsələ ilə bağlı Gömrük Komitəsi ilə Səhiyyə Nazirliyi arasında işçi müzakirələr aparılıb.

Hər iki qurumun hazırladığı qərar gələn il Nazirlər Kabineti adından elan olunacaq.

Qeyd edək ki, Azərbaycanda dərman pereparatları qonşu Gürcüstan, İran və Türkiyə ilə müqayisədə 4-5 dəfə baha satılır.

Müalicəsi üçün imkanı olmayan şəxslər dərmanlarını adıçəkilən ölkədən gətirməyə çalışırdı.

Yeni qərar imkansız xəstə insanlar üçün ciddi çətinliklərə səbəb olacaq.
Ardını oxu...
Son günlər Azərbaycan apteklərində satılan dərmanların keyfiyyətinin aşağı olması ilə bağlı mətbuatda və televiziyalarda məlumatlar yer almaqdadır.

Aparılan araşdırmalardan məlum olur ki, əhalinin əksəriyyəti onlara lazım olan dərmanları xarici ölkələrdən, xüsusən Gürcüstan, Türkiyə və Rusiyadan gətirməyə üstünlük verdiyini açıqlayıb. Sakinlər bunun səbəbini dərmanların həddindən artıq baha olması ilə əlaqələndirir.

Əhali dərman almaq üçün xarici ölkələrə üz tutursa, Azərbaycanda günü-gündən sayı çoxalan apteklər şəbəkəsinin taleyi necə olacaq?

Həkim Səxavət Əlisoy “Qaynarinfo”ya açıqlamasında bildirib ki, dərman ləvazimatları hər bir ailənin gündəlik təlabatlarından biridir:

“Bünün üçün öncə jurnalistlər aşağıdakı üç sualın cavabını araşdırmalıdır:

1. Xaricdən dərman preparatlarını Azərbaycana kimlər gətirir?
2. Gətirilən dərman preparatları harada və hansı labarotoriyada ekspertizadan keçirilir?
3. Bu günə qədər (son 30 ildə) xaricdən alınan dərman preparatlarının hansı birinin keyfiyyətinə görə istifadəsinə qadağa qoyulub?

Bu 3 sualın içində çox nəsnələr yatır. Dərman biznesi çox gəlirli biznesdir. Və belə bir biznesi, el dili ilə ifadə etsək, “xalqın öhdəsinə” kimsə buraxmaz. Bu biznesin arxasında çox yekə adamlar dayanır adətən. Dərman da gündəlik təlabat mallarından biridir”.

Ekspert gün ərzində ən azı 2 milyon insanın dərman qəbul etdiyini vurğulayıb: “Tibb müəssisələrində qeydiyyatda dayanan xroniki xəstələrin sayına rəğmən, bu rəqəm ortaya çıxır. Belə bir durumda dövlətin xüsusi bir “Dərman təhlükəsizliyi” kinsepsiyasına malik olması gərəkdi. Tibbi biliyi olmayanlar tam anlaya bilməz, qazanc xətrinə bəzi dərman preparatlarının apteklərə yol açması çox təhlükəlidir. Bu, çox ciddi bir problemdir”.

Səxavət Əlisoy hesab edir ki, Səhiyyə Nazirliyi istəsə belə, bu problemin həllinə nail ola bilməz: “Vətəndaşların dərman preparatları ilə təmin olunmasını dövlət özü çiyninə çəkməlidir, nədən ki, monopolistlər üçün əhalinin sağlamlığı önəm daşımır. Böyük ehtimalla gələcəkdə vahid mərkəzdən idarə olunacaq, bir ələ tabe olan aptek şəbəkəsi yaradılacaq. Əgər yaradılacaq bu şəbəkə dövlətin tabeçiliyində olsa, əhalinin sağlamlığına diqqət olacaq. Monopolistlərin nəzarətinə keçsə, vətəndaş bugünkü duruma şükr edəcək”.
 
 
 
Ardını oxu...
Azərbaycanda insanlar yeməkləri çox qarışdırır. Köp, qıcqırma çoxdur. Mən dəfələrlə demişəm ki, qatıq belə köp verə bilər.
Bakupost.az xəbər verir ki, bu sözləri məşhur həkim Seyfəddin Əsəd deyib.
Həkimin sadaladığı qidaların əksəriyyəti Azərbaycanda populyar yeməklərdir.
“Pomidor, turşu, tomatlı yemək, qatıq yeməyin, əgər yeyirsizsə, həmin günün təzə ev qatığını yeyin, yarpaq dolması, göbələk, dovğa yeməyin. Bunlar həzmə getməyənlərdir.
Əgər hardasa yemək yeyəndə köp yaranıbsa, bir çay qaşığı sodanı həll edib, qəbul edin. Müalicə məqsədilə isə kartof şirəsi için”.
Qeyd edək ki, bundan öncə də saytımıza açıqlamasında Seyfəddin Əsəd dovğanın düzgün bişirilmədiyini və zərərli olduğunu bildirmişdi.
 
Ardını oxu...
21 yaşlı qadın həyat yoldaşının dərmanını içərək zəhərlənib.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonun Maşlıq kəndində baş verib.

2001-ci il təvəllüdlü G. Quliyeva həyat yoldaşının psixotrop dərmanlarını qəbul edib. Dərmandan zəhərlənən qadın rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Onun dərmanı intihar məqsədilə ya bilməyərəkdən qəbul etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
 
 
 
Ardını oxu...
Bayden dünya ictimaiyyətinə növbəti pandemiya barədə xəbərdarlıq edib
ABŞ Prezidenti Co Bayden bəşəriyyətin daha bir pandemiya ilə üzləşəcəyini söyləyib.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirilən ABŞ-Afrika sammitində çıxışı zamanı deyib.

“COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa davam edirik.

Bizi gözləyən yeni pandemiya ilə bağlı üzləşməmək üçün universal tibbi sahədə səylərimizi gücləndiririk. Bu, şübhəsiz ki, olacaq”, - deyə Amerika lideri bildirib.

Bayden həmçinin qeyd edib ki, ABŞ 49 Afrika ölkəsinə 231 milyon doza vaksin tədarük edib.

Bundan əlavə, ABŞ Afrikanın öz peyvəndlərini istehsal etmək potensialına sərmayə qoyub.

Ağ Ev rəhbərinin sözlərinə görə, Afrikanın uğuru bütün bəşəriyyətin xilasına gətirib çıxarıb.
 
 
 
Ardını oxu...
C vitamini və faydalı bitki birləşmələrlə zəngin olan limon həmçinin kilo itkisi, yaxşı həzm və bədənin ümumi detoksifikasiyasına da faydalıdır.
Tribunainfo.az-ın məlumatına görə, limon saçların sağlam uzanmasına kömək edir.
Limonun turşu quruluşu saç follikullarını açır və yatmış saç köklərini stimullaşdırır.
Tərkibindəki vitamin və minerallar saç tellərinin qalınlaşmasına kömək edir. Limon həm də kəpəyə qarşı yaxşı bir xilaskardır. Saçda kəpəyin əmələ gəlməsinin qarşısını alır və onu yox edir.
Limon eyni zamanda qan dövranını sürətləndirən, saç follikullarını gücləndirən və yeni saçların böyüməsini stimullaşdıran bir çox komponentə malikdir.
Limon suyunu saça düzgün tətbiq etdikdə, baş dərisini və saç foliküllərini dəridən təmizləyə, sağlam pH səviyyəsini bərpa edə və məhsul, yağ və çirkləndiricilərin yığılmasını aradan qaldıra bilər.
 
Ardını oxu...
Çində Uhan Texnologiya İnstitutunu maliyyələşdirən Dr.Peter Dazsak araşdırma üçün getdiyi Taylandda minlərlə yarasa ilə dolu mağaraya rast gəlib.

Ednews xəbər verir ki, o, buranı pandemiyanın mərkəzi adlandırıb.

İlk dəfə 2019-cu ilin sonunda Çinin Uhan şəhərində bir sıra pnevmoniya halları şəklində ortaya çıxan və 6 milyon 600 mindən çox insanın həyatına son qoyan koronavirus sanki həyatımızın bir hissəsinə çevrilmiş kimi görünsə də, haqqında fərziyyələr bitmir.

Dünyanı diz çökdürən koronavirusun mənbəyi çox uzun müddət dünya gündəmini zəbt etdi.

Virusun laboratoriyadan sızdığı aradan qaldırmağa çalışan Dr. Peter Daszakın paylaşdığı görüntülər hiddət yaradıb.

Professor qürurla özünü yarasalarla dolu mağarada lentə alıb.

Dr. Peter Daszak keçən həftə öz Twitter hesabında Taylanddakı Ratçaburi mağarasının dərinliklərindən çəkilmiş bir video yayımlayıb. O, buranı məhz Koronavirusun mərkəzi adlandırıb.
 
 
 
Ardını oxu...
Xərçəng xəstəliyinin əlamətləri müxtəlif ola bilər.

Tribunainfo.az xəbər verir ki, bu əlamətləri vaxtında təyin etmək xəstəliyin təhlükə riskini azalda bilər.

Testislərdə dəyişikliklər

Testislərdə əmələ gələn şiş və ya ağrı kimi əlamətlər testis xərçənginin bir əlaməti ola bilər. Belə bir vəziyyətdə dərhal urologiya mütəxəssisi ilə görüşmək lazımdır.

Tez-tez sidiyə çıxma

Bu, xüsusilə 50 yaşdan yuxarı kişilərdə rast gəlinən prostat xərçənginin əlaməti ola bilər. Həkimlər 50 yaşından sonra kişilərə tez-tez prostat vəzlərini müayinə etdirməyi tövsiyə edir.

Nəcisdə qan görülməsi

Nəcisdə qan görülməsinin bir çox fərqli səbəbi ola bilər: babasil, sidik yolu infeksiyası, bağırsaq, həmçinin böyrək xərçənginin ilkin əlamətlərinə daxil edir.

Səbəbsiz ağrı və yorğunluq

Xərçəngin tez-tez görülən əlamətlərindən biri də səbəbsiz yaranmış ağrı və yorğunluqdur. Bu kimi vəziyyətlərdə vaxt itirmədən həkimə gedin.

Ağız yaraları

Siqaret və tütün istifadə edən insanların ağız xərçənginə yaxalanma riski olduqca çoxdur. Ağız içinizdə, dodaqlarda tez-tez qırmızı və ya ağ ləkələr əmələ gəlirsə, bu, ağız xərçənginə işarə edə bilər.

Limfada şişkinlik

Boyun, qoltuqaltı və ya digər nahiyələrdə yerləşən limfa vəzilərində səbəbsiz şişlərin əmələ gəlməsi də xərçəng simptonlarına daxildir.

Çətin udmaq

Yemək yeyərkən udmağa çətinlik çəkirsinizsə, eyni zamanda qusma və çəki itkisi kimi əlamətlər varsa, həkim nəzarətindən keçin.

Digər əlamətlər

– Mədə yanması

– Hərarət

– Sinədə dəyişikliklər

– Səbəbsiz və ani çəki itkisi

– Öskürək

– Dəridə dəyişikliklər
 
 
 
Ardını oxu...
Beyin hüceyrələrin (neyronların) normal fəaliyyəti üçün çoxlu enerji tələb olunur.

Bu enerjini beyin qan dövranı sistemindən alır. Lakin bəzi hallarda beyinin normal qan təchizatı müxtəlif səbəblərə görə pozulur və nəticədə "beyin qan dövranı çatışmazlığı" inkişaf edir.
Hal hazırda "beyin qan dövranı çatışmazlığı" əliliyin əsas səbəblərindən biri sayılır. İldən ilə belə xəstələrin sayı sürətlə artır. Bu pozulma hətta orta yaşlı insanlarda müşahidə olunur.

Pozulmanın inkişaf etmə səbəbləri:

- damarların aterosklerozu,

- xroniki stress,

- hipertoniya xəstəliyi,

- şəkərli diabet xəstəliyi,

- baş travmaları,

- xroniki yorğunluq sindromu,

- osteoxondroz və skolioz.

Beyin qan dövranı çatışmazlığı ilk mərhələlərdə özünü bu kimi simptomlarla büruzə verir:

- tez yorulma,

- emosional dəyişkənlik,

- diqqətsizlik,

- yuxunun pozulması,

- baş ağrıları. Tez-tez təkrarlanan baş ağrıları çox ciddi simptom sayılır.

- başgicəllənməsi,

- yaddaşın pozulması,

- qulaqlarda küy, cingilti.

Lakin vaxt keçdikcə xəstəlik daha da ağırlaşır ki, nəticədə xəstədə ağıl zəifliyi, parkinson sindromu və s. ağır psixiki pozulmalar inkişaf edə bilər. Xəstə evdən çıxarkən aza bilər, onun yaddaşı çox zəifləyir, xəstə öz qohumalarını və yaxınlarını tanımır və s.

Beyin qan dövranı çatışmazlığı insult kimi ağır pozulmanın əsas səbəbi sayılır.

Bu səbəbdən özünüzdə yuxarıda sadaladığımız ilk simptomları müşahidə etdikdə, dərhal nevroloqa müraciət edin.

İlkin mərhələlərdə bu pozulmanın inkişafını dayandırmaq və hətta tam aradan qaldırmaq mümkündür. Xəstəyə xüsusi qan dövranı yaxşılaşdıran, sakitləşdirici preparatlar, vitaminlər təyin olunur. İqloterapiya (iynəbatırma), aromaterapiya, hirudoterapiya (zəli ilə müalicə), kurortlarda müalicə və s. istifadə olunur.

Müalicədən əlavə xəstə öz həyat tərzində müəyyən dəyişikliklər etməlidir: gecə 8-9 saat yatmalı, ağır yükləmələrdən və streslərdən uzaq olmalı, işləyərkən fasilələr etməlidir. İnsan tez-tez açıq havada olmalı, idmanla məşğul olmalı, siqaret çəkməsindən imtina etməlidir (siqaretlər beyin damarların sıxılmasına səbəb olur). Pəhriz də böyük rol oynayır: karbohidratların, duzun və yağların qəbulunu azaltmaq lazımdır. Balıq və digər dəniz məhsulları, süd məhsulları, bitki yağları (xüsusilə zeytun, kətan, balqabaq yağı), sıyıqlar ("herkules", yumru düyü, qarabaşaq), meyvə-tərəvəz pəhrizdə əsas yer tutmalıdır. Qoz-fındıq, pomidor, acı şokolad, giləmeyvələr (qara qarağat, qaragilə), brokkoli kələmi, yaşıl çay və təbii qəhvə beyinin fəaliyyətini yaxşılaşdırır.

Beyinə də, digər orqanlara və sistemlərə kimi, müntəzəm gərginliklər lazımdır. Sadə sözlərlə desək - beyini daim işlətmək lazımdır. Həkimlərin müşahidələrinə görə, daim əqli fəaliyyəti ilə məşğul olan insanlarda (alimlər və s.) qocalıq deminsiyası (ağıl zəifliyi) kimi ağır pozulmaya çox nadir hallarda rast gəlinir. İnsan daim kitab oxumalı, krossvord həll etməli və s. əqli fəaliyyəti ilə məşğul olmalıdır. /saglamolun.az/
 
 
 
Ardını oxu...
Elektron siqaretlər getdikcə daha çox yayılır, xüsusən də siqareti tərgitmək istəyənlər arasında.

2020-ci ilin fevral ayında Türkiyədə elektron siqaretlərin satışına və idxalına qadağa qoyulmasına baxmayaraq onların internetdə satışı davam edir. Google-da "elektron siqaret" sözünü axtarışa verəndə bir çox şirkətin bu məhsulun satışıyla məşğul olduğu üzə çıxır.

Elektron siqaret nədir?
Elektron siqaretdə nikotindən, müxtəlif iylərdən və qatqılardan ibarət maye var və bu maye qızıb buxara çevrilərək nəfəs borusu vasitəsilə ağciyərə yayılır.

Mütəxəssislər bunun ağciyər reaksiyalarına, tənəffüs çatışmazlığına və reanimasiya şəraitində müalicə tələb edən problemlərə səbəb olduğunu söyləyirlər.

Türk Toraks dərnəyinin araşdırmasına görə, elektron siqaretlərin tərkibində müxtəlif kimyəvi maddələr var:

propilen
qlikol
qliserin
etilen spirti
polietilen qlikol (PEG400)
diasetil dietilen qlikol
amino-tadalafil
rimonabant
kannabibinoid
nitrozaminlər
formaldehid
asetaldehid ketonu
merkuri
tetrametilpirazin
qurşun
nikel
xrom
nikotin
süni qoxular
Ekspertlər BBC Türkçe-yə elektron siqareti populyarlaşdıran səbəblərdən danışıblar.

"E-siqaret zərərsiz alternativ kimi təqdim olunur"
Memorial Baxçalıevlər Xəstəxanasının Siqareti Tərgitmə Poliklinikasının həkimi Sinem İliaz elektron siqaretlərin "zərərsiz alternativ" kimi təqdim edildiyini deyir:

"Amma onların təhlükəsiz olduğunu demək üçün əlimizdə kifayət qədər və uzunmüddətli elmi sübutlar yoxdur. Bunun əksinə qısa müddətdə çox mənfi nəticələr olduğuna dair məlumatlar çıxmağa başlayıb. Əlimizdə dəqiq məlumatlar olmasa da, dünyada olduğu kimi, Türkiyədə də gənclər və uşaqlar arasında elektron siqaretdən istifadə artmaqdadır".

"E-siqaretdən siqaret bazarını aktiv saxlamaq üçün istifadə edirlər"
İliaz e-siqaretin ənənəvi siqaret şirkətləri tərəfindən satıldığına diqqət çəkir və deyir ki, siqaretin zərərlərinə və ya siqaret çəkməyi azaltmağa yönəlmiş təbliğata görə onlar bu bazara üz tutmağa başlayıblar:

"Məqsəd siqaret çəkənlərə daha az zərər vermək deyil, e-siqaretin tərkibindəki nikotin sayəsində asılılığı davam etdirməkdir. Bu siqaretə keçənlərin yenidən adi siqaretə qayıtması halları çox yaygındır. Ona görə də hesab olunur ki, şirkətlər tütün/nikotin asılılığını və dolayısıyla siqaret bazarını aktiv saxlamaq üçün e-siqaretlərdən istifadə edirlər".

Elektron siqaretlərin asanlıqla əldə olunması adi siqaretdən istifadə edənlər və ya e-siqareti sınamaq istəyənlər üçün təşviqedici amildir.

"Sağlamlığa hə deyək" dərnəyinin rəhbəri Elif Dağlı Türkiyədəki e-siqaret bazarını belə xarakterizə edir:

"Ölkəmizdə elektron siqaretlərin istehsalı və idxalı qadağandır. Amma 18 yaşdan yuxarı şəxslər şəxsi istifadə üçün xaricdən 1 ədət gətirə bilərlər. E-siqaretlərə qoyulan qadağaya baxmayaraq, təəssüf ki, onu əldə etmək çox asandır. İnternetdəki axtarış sistemlərinə "e-siqaret" sözünü yazın, bütün satış saytları qarşınıza çıxacaq.

E-siqaret alıcılarına kredit kartıyla onlayn ödəmə, qapıda ödəmə, köçürmə yoluyla ödəmə təklif olunur. Sifariş verilən kimi bildirilir ki, məhsul karqoya veriləcək və hətta elə həmin gün kuryer vasitəsilə çatdırılacaq. Apardığımız araşdırmalar bu məhsulların saytlarda qanunsuz olaraq satıldığını və rəsmi karqolarla göndərildiyini göstərdi".

İnsanlar niyə elektron siqaretə meyl edirlər?
Sinem İliaz deyir ki, ''Siqaretin bahalanması və vergiyə çəlb edilməsi ona olan tələbi azaltmaq üçün istifadə edilən planlı bir hökumət və xalq sağlamlığı strategiyasıdır. Gündə bir qutu və ya daha az siqaret çəkən insanlar maddi səbəblərə görə elektron siqaretə meyl edə bilərlər'.

İnternetdəki e-siqaret ticarəti saytlarından birinin adını açıqlamaq istəməyən nümayəndəsi elektron siqaretə marağın müxtəlif səbəblərə görə yüksək olduğunu deyir.

"Adi siqaretdən istifadə edənlər onun sağlamlıqlarına və ya fəaliyyətlərinə pis təsir etdiyini görəndə elektron siqareti sınamaq istəyirlər. Digər faktorsa siqaretlərin qiymətidir. Bahalaşmaya görə də tələbatda artım ola bilir.

Elektron siqaretlər "Facebook", "Telegram", "İnstagram" kimi sosial şəbəkələrdə, o cümlədən, bir çox fərqli forum və vebsaytlarda satılır. Hansısa saytlar bağlansa da, yeniləri açıla və satış davam etdirilə bilər. Vaxtaşırı e-siqaret satışıyla məşğul olan mağazalar da var. Biləndə, cərimə edirlər".

Bu il siqaret 6 dəfə bahalanıb. Qiymətlər ötən illə müqayisədə 50 faiz artıb. Siqaretlərin ən bahalısı 33,5 lirəyə, ən ucuzu 27 lirəyə satılır (hazırkı məzənnəyə görə, 11 lirə təxminən 1 Azərbaycan manatına bərabədir).

"E-siqaretdən gənclər və uşaqlar da istifadə edirlər"
Mütəxəssislərin fikrincə, elektron siqaretlərlə bağlı digər təhlükə onlardan istifadə edənlərin yaş həddidir.

Elif Dağlı gənclərin e-siqaretə meyl etməsində siqaret sənayesinin rolu olduğunu belə izah edir:

"Tütün/nikotin/çətənə sənayesi gənclərin elektron siqaretə yönəlmələri üçün açıq və gizli, hər cür reklama əl atır. Sosial şəbəkələr elektron siqaret şəkilləriylə doludur. "İnfluencer" adlandırılan gizli reklamçılar vasitəsilə e-siqaretləri cəlbedici şəkildə təqdim edirlər - onların zərərləri barədə heç bir məlumat vermədən. Bir zamanlar siqareti təşviq etmək və asılılıq yaratmaq üçün istifadə olunan taktika indi elektron siqaretlərin təbliğatına tətbiq edilir".

Sinem İliaz elektron siqaretin artıq gənclər və uşaqlar arasında da populyar olduğunu deyir: "İnkişaf etmiş ölkələrdə elektron siqaretdən istifadənin sürətlə artması onun bütün dünyada, xüsusən də gənclər və uşaqlar arasında yayılmasına səbəb olub. E-siqaretin iyi adi siqaretlərdəkindən daha yaxşıdır və müxtəlif qoxularla cəlbediciliyi artırılır. Bu isə gənclərin və uşaqların diqqətini çəkir".

"Əlimizdə dəqiq rəqəmlər yoxdur, amma Britaniya və Amerikadakı qədər olmasa da, Türkiyədə də gənclər və uşaqlar arasında elektron siqaretdən istifadə artmaqdadır. Bundan başqa, sosial şəbəkələrdə və TikTok kimi platformalarda gənclər bir çox mövzularda bir-birilərinə təsir edə bilirlər. Düşünmürəm ki, e-siqaret mövzusunu bundan kənarda saxlamaq mümkün olsun".

Xoş qoxusuna görə e-siqaretlərin evlərdə və uşaqların yanında da çəkildiyini bildirən İliaz qeyd edir ki, "E-siqaret çəkməyin adiləşməsi uşaqlarda və gənclərdə bunun zərərli vərdiş olmadığı fikrini yaradır. Böyüklər gənclərə və uşaqlara pis nümunə olurlar."

E-siqaret ticarəti saytının nümayəndəsi isə bildirir ki, "müştəri bazamız ortalama 20-60 yaş arasındadır."

"Biz yaşının 18-dən az olduğunu müəyyən etdiyimiz heç bir müştərini karqo xidmətiylə təmin etmirik. Onlayn yük çatdırılmalarında şəxsiyyət vəsiqələrinə baxış qaydası ayrı-ayrı şirkətlərdə müxtəlif ola bilir. Müştərilərlə bağlı məlumatlar karqo firmalarında da var".


E-siqaretdən istifadəni necə əngəlləmək olar?
Elif Dağlı deyir ki, e-siqaret istehlakının qarşısını almaq üçün qaydalara nəzarət edilməli və çəkindirici sanksiyalar tətbiq edilməlidir:

"Asılılığa qarşı mübarizə və onun qarşısının alınması çox ciddi və güclü siyasi iradə tələb edir. Güclü iqtisadiyyatı olan ölkələr buna nail ola bilərlər. Digərlərində siqaret sənayesi hamıya qazanmaq vədləri verir. Təkcə qanunlar və müvafiq qaydalar tətbiq etmək kifayət deyil. Onların icrasına yerlərdə və internetdə nəzarət etmək lazımdır, mənbələr yoxlanmalı və sanksiyalar çəkindirici olmalıdır.

Hüquq-mühafizə orqanları qeyri-qanuni e-siqaret ticarətiylə mübarizə aparmalıdırlar. Qeyri-qanuni satışları davam etdirən siqaret sənayesinin "vergidən yayınma hallarının qarşısını almaq üçün satışı liberallaşdırmaq" tələbi rədd edilməlidir".

Sinem İliaz da hesab edir ki, e-siqaretdən istifadəyə münasibətimiz adi siqaretə münasibətimizdən fərqli olmamalıdır:

"Gənclərin və uşaqların gözü qarşısında siqaret çəkilməməli, bu cihazlardan istifadə təşviq edilməməli, e-siqaretin də nikotin aludəçiliyi yaratdığı unudulmamalıdır. E-siqaretdən istifadə edən gənclərdə nikotin asılılığı yaranır və onlar gələcəyin potensial siqaret çəkənlərinə çevrilirlər".

"E-siqaret təhlükəsiz deyil"
"Sağlamlığa hə deyək" dərnəyinin rəhbəri, uşaq sağlamlığı və sinə xəstəlikləri üzrə mütəxəssis Elif Dağlı deyir ki, elektron siqaretin yan təsirləri adi siqaretdə olduğundan daha çoxdur:

"E-siqaret təhlükəsiz deyil. Müxtəlif araşdırmalarda aşkar edilib ki, bu siqaretə əlavə edilən qoxu və dadlandırıcılar tənəffüs sisteminə zərər vurur. Elektron siqaretlərin tütün tərkibli siqaretlərdən imtinaya vadar etdirməsinə dair heç bir elmi sübut yoxdur. Bu siqareti çəkəndən dərhal sonra üzə çıxan kəskin yan təsirlər də adi siqaretdəkindən daha çox olur".

Sinem İliaz vurğulayır ki, e-siqaretin tərkibindəki nikotin bu maddədən asılılığı artırır:

"Nikotin bədənimizdə olan və mühüm funksiyalara malik bir maddədir. Ancaq bu maddənin uzun müddət, məsələn, siqaret çəkməklə yüksək dozada qəbul edilməsi asılılığa səbəb olur.

"Elektron siqaretin tərkibindəki nikotin eynilə adi siqaretdəkinə bənzər şirniklənmə mexanizmlərini işə salır; xoşbəxtlik, məmnunluq və rahatlıq hissi əmələ gətirir və beləliklə, asılılıq yaradır. Narkomaniyada da oxşar mexanizmlər işləyir".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "tütün epidemiyası" nəticəsində hər il 8 milyondan çox insan ölür. Bu ölümlərin 1,2 milyonu passiv istifadəçilikdən qaynaqlanır. ÜST tütün epidemiyasını dünyanın üzləşdiyi ən böyük ictimai sağlamlıq təhdidlərindən biri hesab edir.

Türkiyə Səhiyyə Nazirliyi BBC Türkçe-nin elektron siqaretdən istifadəylə bağlı suallarını cavabsız qoyub.
 

Dünyapress TV

Xəbər lenti