Bu ilin iyuluna qədər Azərbaycanda 934 nəfərdə hepatit C virusu aşkarlanıb.
Bu barədə TƏBİB-dən bildirilib.
2023-cü ilin iyul ayına qədər “B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya”nın fəaliyyəti nəticəsində 1 329 nəfər müayinə olunub. Onlardan 61%-i kişi, 39%-i isə qadındır.Komissiyadan keçən xəstələrdən 367 (27,6%) nəfərə hepatit B, 934 (70,3%) nəfərə hepatit C və 25 (1,9%) nəfərə hepatit B və C ko-infeksiyası diaqnozu qoyulub.
B və C virus hepatitlərdən müalicə almış insanların sayı 1 086 (müraciət edənlərdən 82%) nəfər olub. Onlardan 502 (46,2%) nəfər Bakı şəhəri qeydiyyatında olanlardır.
Müalicəyə cəlb olunan şəxslərdən 840 (77,3%) hepatit C, 227 (20,9%) hepatit B, 19 (1,7%) nəfər isə hepatit B və C ko-infeksiyasına qarşı dərman preparatları ilə təmin olunub.