Ardını oxu...
Əgər geyimin tikildiyi parça dövlət standartlarına uyğundursa, orqanizmə, dəriyə heç bir ziyanı yoxdur. Amma son vaxtlar sintetik parçalar isə çoxdur. Bu cür parçalar soyuq havada yaxşı isitmir, isti havalarda isə bədənin “özünüsoyutma” mexanizminin işləməsinin qarşısını alır.

Orqanizmimiz hər gün müxtəlif təhlükələrlə üzləşir. Burda ekologiya, qida və s. amillər var. Bəs geyim? Geyimimiz haqda heç düşünmüşükmü? Əksəriyyətimiz geyim seçəndə onun hansı parçadan tikildiyini yox, bədənimizə nəyin yaraşdığını əsas götürüb seçirik.

Amma nəzərə almaq lazımdır ki, dəri orqanizmin ən böyük orqanıdır. Biz ətraf mühitlə daha çox onun vasitəsilə təmasda oluruq. Dərimiz həm də geyimlərlə mütəmadi təmasda olur. Geyim tikilən parçalar çox müxtəlif olsa da, əsasən natural və qeyri-natural olmaqla iki yerə bölünür. Yaranışdan bu yana insan cəmi 4 növ təbii parça istehsal edib. Bunlar pambıq, kətan, ipək və yun parçalardır. Onlar bitki və heyvan mənşəlidir, deməli, təbiətin bir hissəsidir və analoji olaraq da insan orqanizminə bir ziyan verə bilməz. Yəni o cür parçalardan tikilən geyimlərdə bədən nəfəs alır. Amma son vaxtlar sintetik parçalar isə çoxdur. Polyester, viskoza, neylon, spandeks, laykra, elatsan və s. Bu cür parçalar soyuq havada bədəni yaxşı isitmir, isti havalarda isə bədənin “özünüsoyutma” mexanizminin işləməsinin qarşısını alır. Bəs geyim alanda ilk növbədə nəyə diqqət etməliyik?

“Əgər parça dövlət standartlarına uyğundursa...”

Dermatoloq Samirə Teymurova deyir ki, hər bir ölkənin parçalarla bağlı standartları var: “Əgər parça dövlət standartlarına uyğundursa, orqanizmə, dəriyə heç bir ziyanı yoxdur. Söhbət, əlbəttə ki, sağlam orqanizmdən gedir. Ən gözəl parça növləri pambıq, sintetikayla qarışıq parçalar (amma bir şərtlə ki, pambığın faizi çox olsun), ipək və kətan parçalar hesab edilir. Amma bu parçalardan tikilən geyimlər ucuz olmur. Hindistan, Çin istehsalı olan pambıq parçalar nisbətən ucuz ola bilər. Amma ipək həmişə bahadır. İpəkdən hazırlanan kəlağayı, köynək, don, kətandan kostyum da ucuz deyil. Adlarını sadaladığım parçalar sırf özündən də ibarət ola bilər, qarışıq da. Məsələn, viskoza, poliester, poliamid, akril və s. Amma parçada sintetikanın faizi nə qədər az olsa, bir o qədər yaxşıdır. Dəri nəfəs almalıdır. O da ancaq təbii parçalarda mümkün olur. Sintetik məhsullarda bədən çox tərləyir. Bəzən bu cür tərləmələr pis qoxu verir”.

“Vacib şərtlərdən biri də geyimin harada istehsal olunmasıdır”

“Vacib şərtlərdən biri də geyimin harada istehsal olunmasıdır”, - deyir həkim: “Lap sintetik tərkibli də olsa, geyim əgər normal, brendi və məhsulu məlum fabrikdə tikilibsə, deməli, ən azından insan orqanizmi nəzərə alınıb və standartlara uyğundur. Yəni sağlam dəriyə bu cür şəraitdə tikilmiş geyimlərdən ziyan gəlməz. Amma gizlin, yeraltı, adı naməlum, bəzən də başqa firmanın etiketləri vurulan sexlərdə tikilən geyimlər, əlbəttə ki, şübhə doğurur. Onlar bədənə allergik reaksiya da verə, digər xoşagəlməz xəstəliklər də törədə bilərlər. Məsələn, kəlağayını götürsək, o özü həm təbii parçadan, yəni ipəkdən hazırlanır, rənglənməsində də təbii rənglərdən (qoz, nar, soğan qabığı, müxtəlif bitkilərin çiçəkləri, yarpaqları və s.) istifadə olunur. Bu cür məhsul, əlbəttə ki, baha da olsa, çox gözəl və təhlükəsizdir. Yeri gəlmişkən deyim ki, kəlağayının (ipəyin) çox gözəl xüsusiyyəti var. O, istidə sərin, soyuqda isti saxlayır. Ona görə nənələrimiz ipək parçadan geyimlər, həmçinin də baş örtükləri istifadə ediblər. Söhbət uşaqlardan gedirsə, xüsusən də, allergiyalı uşaqdırsa, onun bütün geyimləri, həmçinin də yataq dəsti mütləq pambıq parçadan olmalıdır. Süni xəz, krujeva və bəzəklər də reaksiya verə bilər. Ona görə də bu cür şeylər parçanın üstündə olmalı, birbaşa dəriyə toxunmamalıdır”.

Dermatoloqun fikrincə, brendlərin məhsulları ilə ucuzlu məhsullar arasında yerlə-göy qədər fərq var: “Amma hər kəs bahalı olan brend malları da ala bilmir axı. Fikirlər var ki, ucuz parçalar dəridə müxtəlif xəstəliklər yaradır. Bu fikir öz təsdiqini tapmayıb. İllərlə insanlar yarmarkadan və elə ikinci əl dükanlarından geyimlər alır. Onların hamısı bəyəm xəstələnir? Yox, əlbəttə ki. Avropanın özündə də çox bahalı, orta və ucuz brendlər var”.

Standartlara uyğun geyimlər

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin üzvü, geyim idxalçısı Elxan Mərdanlı deyir ki, müştəri geyim alarkən bir çox məqamlara diqqət etməlidir: “Onlardan başlıcası geyimin brendidir. Hər bir brend ana ölkəsində olan standarta uyğun geyim istehsal edir. Paralel olaraq həmin geyimləri dünyanın tekstil sənayesi inkişaf etmiş ölkələrində istehsal etdirir. Yəni məhsul iki ölkənin standartlarına uyğun tikilir. Bu zaman təbii ki, insan sağlamlığı üçün dəqiq hesablanır. Məşhur İtaliya, İngiltərə brendləri var ki, Vyetnam, Hindistan, Banqladeş, Türkiyə, həmçinin də öz ölkələrində geyimlər istehsal etdirir. Deməli, o məhsullar həm öz, həm də istehsal etdiyi ölkələrin standartlarına cavab verir”.

Geyimdə yarlıq yoxdursa...

Elxan bəy qeyd edir ki, geyimin içində brendin adı, hansı parçalardan hazırlandığı, hətta bəzən hansı fabrikdə istehsal olunduğu da qeyd olunmalıdır: “Brend istehsalçıları öz üzərinə məsuliyyət götürürlər və gigiyenik baxımdan keyfiyyətli məhsullar istehsal edirlər. Geyimdə yarlıq yoxdursa, o qeyri-müəyyən parçadan istehsal oluna, insanın sağlamlığına ziyan verə bilər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə görə ölkəyə idxal olunan mallar üçün xüsusi gigiyenik sertifikat tələb olunur. Məsələn, əgər idxal edilən uşaq geyimidirsə, məhsul ölkəyə gəlməmiş həmin məhsulun nümunəsi müvafiq quruma təqdim olunur, laboratoriyada analizdən keçir, bunun qarşılığında gigiyenik sertifikat alır”.
Kaspi.az
 
 
 
Ardını oxu...
Yaşlandıqca sağlamlığımız kimi, saçlarımız və dərimiz də dəyişimə uğrayır. Yaşanan dəyişiimlər istənməyən görüntülərə səbəb ola bilir. Qadınlar qırışlarını azaltmaq və daha canlı dərili görünmək üçün botoks etdirir.

Ancaq botoksa pul vermək istəmirsinizsə, hər evdə tapılan və zibil kimi atılaraq ziyan etdiyimiz bir meyvə qabığı ilə qocalmanın izlərini evinizin içində özünüz silə bilərsiniz. Təbii botoks yaradan bu üsulu mütləq şəkildə düzgünlüklə yerinə yetirməyinizi önəririk.

Gununsesi.info xarici mətbuata istinadən həmin maraqlı yazını sizə təqdim edir.

Üzdəki qırışları azaltmaq üçün çeşidli metodlar yerinə yetirilir. Botoks və üz yoqası kimi üsullarla bu qırışların önəmli ölçüdə azaldığı bilinir.

Elə isə “TikTok”da gənclik sirləri ilə bağlı bir qadının tətbiq etdiyi bu üsulu siz də edə bilərsiniz. Tək ehtiyacınız olan şey banan qabığıdır.

Üç uşaq anası Alayna Rian cildinin qırışmasını önləmək üçün banan qabığından istifadə etdiyini açıqladı. İllərdir tətbiq etdiyi bu üsulun botoksun çox təsirli bir alternativi olduğunu açıqlayır.

Dermatoloqlar banan qabıqlarının faydalarını təsdiq edir
Bu üsulla gözlərin altını da ağarda bilərsiniz. Bu addımın təsirlərini ortaya qoyacaq elmi dəlil olmasa da, Çikaqo mərkəzli dermatoloq Dr. Cordan Karqeville və Texas mərkəzli Dr. Adelina Kikam banan qabığının faydaları ilə bağlı mütəxəssis fikirlərini paylaşırlar. Onlar bununla gözaltı “torbaların” azalmasına və oranı ağartmağa yardımçı olduğunu söyləyirlər.

Mütəxəssislər banan qabığını dərinizin üzərində çox tutmamağınızı məsləhət bilirlər.
 
Ardını oxu...
İllər əvvəl üzünə botoks və dolgu tətbiq etdirən qadının MRT nəticələri beynəlxalq ictimaiyyəti şoka salıb və yeni müzakirələrə səbəb olub.

Hurriyyet.Az xarici mediaya istinadən xəbər verir ki, tibb dünyası britaniyalı Alice

Hart-Devisin MRT nəticələrindən danışır.

Qadının MRT görüntülərində 20 il əvvəlki dolğu materiallarının qaldığı görünüb. Devis adlı qadının həkimi qadının üzünün müxtəlif nahiyələrində ümumilikdə 35 mililitr kimyəvi maddənin tapıldığını açıqlayıb. Halbuki həkimlər bu tip dolğuların üzdə 2 il qaldıqlarını söyləyirlər.

MRT nəticələrinə baxdıqdan sonra qırmızı ilə işarələnmiş yerlərin plomb materialı olduğunu öyrənincə təəccüblənən qadın nəticələrə inana bilmədiyini deyib.

Tibbi dünyasını da bu hadisəyə təəccüblənib. Bir çox həkimlər "Daily Mail” qəzetinəbildirib ki, onlar bu məlumatı ilk dəfə öyrəniblər. \\AZXEBER.COM
 
Ardını oxu...
Ötən il Azərbaycanda koronavirusun omikron ştammı aktiv olsa da, yoluxanlarda ciddi pnevmoniya və boğulma yaratmırdı. Hətta həkimlər bu virusa yoluxanları müalicə etməkdə çətinlik çəkmirdilər. Ancaq ötən ilin noyabrdan başlayaraq, ölkədə naməlum bir virus yayılıb.
Xəstəlik ağır keçir, ağciyərlərə çökür, güclü öskürək, bronxospazm verir. Bəs, yayılan xəstəliyin adı nədir, necə müalicə olunmalıdır?
Bakupost.az -a açıqlamasında tanınmış pulmonoloq, professor Əlizamin Sadıqov xəstəliyin nə koronavirus, nə də "donuz qripi" olmadığını açıqladı.
“Hazırda pnevmoniyaya yox, bronxlarda problemlərə, bronxolialara rast gəlinir. Xroniki xəstəliklər kəskinləşir, virus infeksiyası fonunda astma, obsussiv ağciyər xəstəliyi, bronxit var. Hərə bir söz danışır, hərə bir xəstəlik axtarır. Bu gün artıq Azərbaycanda koronavius aktual deyil. Bu məsələni qapatsaq, yaxşıdır. Hər şeyi adıyla çağırmaq lazımdır ki, xəstə də bilsin, həkim də. Sıradan olan həkimlər bəzən elə savadsız yorumlar verirlər ki... Hətta kronavirusun yeni mutasiyasını axtarırlar. Bunu nə Amerika sübut edib, nə Fransa. Amma Azərbaycanda qəribə fantaziyalar yayılır. Hazırda bizdə dövriyyədə olan virus respirator sinsal virusdur, daha çox uşaqlarda rast gəlinir, bir az da yaşlı, xroniki xəstəliyi olan insanlarda problem yaradır".
Ə.Sadıqov bildirir ki, bu gün ölkədə uşaqlar bu virusu ağır keçirir:
"Uşaq həkimləri, xəstəxanalar, reanimasiyalar yüklənib. Virus daha çox aşağı tənəffüs yollarını zədələyir. Bu gün pnevmoniya, uşaqlarda daha çox bronxialit yayılıb. Daha çox 5 yaşa qədər uşaqları, hələ immun sistemi tam formalaşmamış, həssas olan körpələri pis yaxalayır. Bu körpələrin ağciyərləri hələ formalaşmadığı üçün daha çox təhlükəlidir. Onların tənəffüs dəstəyinə ehtiyacı var. Bu virusun təəssüf ki, bizdə diaqnoz metodu və dərmanı yoxdur. Virus Qərbi Avropada yayılmağa başlayıb, 4 aydan sonra Şərqi Avropaya, Rusiyadan da bizə keçdi. Noyabrdan dövriyyədədir, yeni virus deyil, bitmə vaxtını da deyə bilərəm: fevralın sonu, martın əvvəli”.
Mütəxəssis bildirdi ki, bu virus xəstəliyini pnevmoniya kimi müalicə etmək olmaz:
"Bu, yanlışdır, Azərbaycanda viral dərmanlar yoxdur. Belə virusları müalicə etmək üçün xüsusi bahalı dərmanlar var, onlar bizdə yoxdur. Ona görə əlac qalır dəstəkləyici terapiyaya. Uşaqları müəyyən dərmanlarla inhalyasiya etmək yaxşı nəticə verə bilər. Boşuna körpələrə antibiotik vermək tövsiyə edilmir. Ciddi müalicə tələb edilmir, öz müddəti var, 2-3 həftəyə özü bitir".
 

Ardını oxu...
DİA.AZ: - "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Asif Babayev adlı istifadəçi dərmanlardan birinin qiymətinin qalxmasına kəskin etirazını bildirib. DİA.AZ vətəndaşın narazılıq dolu ifadəsini olduğu kimi təqdim edir:

Ardını oxu...

""Ventolin" dərmanı 5,60 manatdan 14 manata qalxdı.

Allah lənət eləsin monopolistə..."
 

Ardını oxu...
 

Rusiyalı alim Aleksandr Qinzburq hazırda Rusiyada, eləcə də bizdə aktiv olan B variant qripin necə təsir etdiyini açıqlayıb.

Onub sözlərinə görə, bu qrip səs tellərinə təsir edir, boğazdan başlayır.
Daha sonra iltihabi proses burun-udlağından bronxlara və ağciyərlərə keçir.

Daha sonra iltihabi proses burun-udlağından bronxlara və ağciyərlərə keçir.

Müalicəni ağciyərlərdə pnevmoniyaya keçməyənə qədər başlamaq lazımdır.

Əks təqdirdə, koviddəki kimi tənəffüs çatışmazlığı verə bilər.


Ardını oxu...
“Pandemiya təcrübəsindən bir mədəniyyət nümunəsi kimi istifadə edilməlidir”.

DİA.AZ bildirir ki, bunu son vaxtlar xüsusən uşaqlar arasında kəskin şəkildə artan qrip və digər respirator infeksiyaların artmasına münasibət bildirən tibb elmləri doktoru, professor AdilQeybulla Yenicag.az-a açıqlamasında deyib.

Professor qış fəsli ilə əlaqədar infeksion xəstəliklərin yayılmasını təbii hal kimi dəyərləndirib:

“Qış fəslində respirator infeksiyaların xüsusi çəkisi həmişə artır. Bu hər zaman belə olub. Pandemiyadan əvvəlki dövrlərdə də… Hazırda qrip virusu və digər respirator infeksiyaların müxtəlif təzahürləri tüğyan edir. Biz konkret olaraq bunun hansı virusa aid olduğunu deyə bilmərik. Amma pandemiyada xeyli təcrübə əldə etmişik və hesab edirik ki, bu təcrübədən bir mədəniyyət nümunəsi kimi istifadə edilməlidir. İnsanlar bir-birini qorumalıdır, bunun üçün məsafə saxlanması, gigiyena qaydalarına əməl edilməsi şərtdir. Yaxşı olardı ki, xəstələr yataq rejiminə keçsinlər, çoxlu maye qəbul etsinlər. Buna əməl etsək, yoluxma arealını da azalda bilərik”.

A.Qeybulla bu viruslarla bağlı məlumatların verilməsinin rəsmi qurumların səlahiyyətinə aid olduğunu vurğulayıb:

“Bu gün yayılan infeksiyaların identifikasiyası ixtisaslaşmış laboratoriyalara getməli və rəsmi qurumlar bununla bağlı informasiya verməlidir. Bizim dediyimiz mücərrəd rəy düzgün olmaz. Çünki respirator infeksiyaları törədən xeyli sayda viruslar var. O cümlədən qrip virusu da daxil olmaqla”.
Ardını oxu...
Ötən ilin dekabrından başlayaraq Azərbaycanda çox güclü virus yayıldığı deyilir. Bununla bağlı paylaşımlara sosial şəbəkələrdə tez-tez rast gəlmək olur. Həmin xəstəliyin güclü boğaz ağrısı, yüksək hərarət, öskürək və qulaq ağrısı ilə müşayiət edildiyi bildirilir. Bəziləri bunun koronavirus, bəziləri də “donuz qripi” olduğundan şübhələnirlər.

Səhiyyə Nazirliyindən “Turan”a da təsdiqləyiblər ki, son günlər əhali arasında hərarət, baş ağrıları, ümumi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və s. əlamətlərlə müşayiət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlinir: “Bildiyimiz kimi, müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı (donuz qripi) yayılmaqdadır. Ölkəmizdə də epidemioloji vəziyyət diqqətlə izlənir. Belə ki, bu mövsümdə indiyədək ölkə ərazisində “donuz qripi” virusu aşkarlanmayıb”.

Qeyd olunub ki, qurumun Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, bu şəxslərdən götürülmüş nümunələrdə arabir koronavirus aşkarlanır və bu halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır: “Bildirilir ki, qeyd olunan şikayətlər digər kəskin respirator virus infeksiyalarının əlamətləridir. Bu infeksiyalar mülayim iqlimə malik ölkələrdə mövsümü qrip xarakteri daşıyır. Yəni, hər ilin soyuq aylarında vəziyyət təkrarlanır. Bu mövsüm də istisna deyil”.

“Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də AzadlıqRadiosuna bildirib ki, hər il bütün dünyada payız-qış fəslində mövsüm xəstəlik kimi kəskin respirator virus infeksiyaları yayılır: “Bu da növbəti birisidir. Ola bilsin, koronavirusun mutasiyaya uğramış daha yüngül xəstəlik yaradan bir ştammıdır, ola bilsin, başqa virusdur. Əlamətləri bir az kəskin intoksikasyon sindrom verir və daha çox sinusitlə ağırlaşır (haymorit), yuxarı tənəffüs yollarının iltihablaşma, halsızlıq, oynaq ağrıları ilə özünü göstərir”.

Lakin o qeyd edib ki, koronavirus tüğyan edən zamanda ağciyərdə görünən mənzərə görünmür: “İndi yayılan yoluxma halları ki var, onların bir çoxunu mən yoxlamışam və ağciyərdə ciddi dəyişiklik müşahidə edilmir, tək-tək pnevmoniya ilə ağırlaşma olur”.

Həkim hesab edir ki, xəstəlik yayılan kimi xəstələrin qanından, burundan, boğazından nümunə götürülməli və xüsusi laboratoriyalarda analiz edilməli idi: “Bununla da virusun ştammı aşkarlanmalı idi. Xəstəlik bir aydır yayılıb, müvafiq qurumlarımız çıxıb bunun nə olduğunu desinlər”.
 
Ardını oxu...
"Əhali 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin 11 ayında dərman alışına 110 milyon manatdan çox pul xərcləyib"

"Azərbaycanda qrip virusunun geniş yayıldığı indiki zamanda diqqətinizi dərman mafiasının fəaliyyətini xarakterizə edən fakta cəlb etmək istəyirəm. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana 2022-ci ilin yanvar-noyabr aylarında xaricdən 21941,7 ton və 424167,9 milyon dollarlıq dərman vasitələri gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə miqdarca 35 faiz, məbləğcə isə 29,7 faiz çoxdur". Hurriyyet.az-ın məlumatına görə, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, həmin dövrdə əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə pərakəndə ticarət dövriyyəsi 969,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur: "Nəzərə alsaq ki, Azərbaycanın əzcaçılıq məhsullarına olan tələbatının yalnız 1,2 faizi yerli istehsal hesabına ödənilir, onda burden 2 nəticə çıxır. Birincisi, idxal qiymətləri ilə müqayisədə pərakəndə satış qiymətləri 34,4 faiz baha olub. Bu o deməkdir ki, topdansatış səbəkələri apteklərlə birlikdə 11 ay ərzində dərman satışından təxminən, 250 milyon manat qazanc əldə edib. İkincisi isə, əhali ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin 11 ayında dərman alışına 110 milyon manatdan çox pul xərcləyib".

Partiya sədri əlavə edib ki, Tarif Şurasının dərman monopoliyası ilə iş birliyindən idxalatçılar, depolar və apteklər qazanıb, əhali isə itirib.
Ardını oxu...
Koronavirusdan dünyasını dəyişən insanların beyinləri yarılma yolu ilə açılıb. Həkimlər hətta xəstələrin beynində də virus aşkar etdikləri üçün heyrətə gəliblər.

Publika.az xəbər verir ki, korona virus epidemiyası bütün dünyada milyonlarla insanın ölümünə səbəb olub. Bir tərəfdən epidemiyanın təsirləri davam edir, digər tərəfdən də epidemiya ilə bağlı araşdırmalar davam edir. ABŞ-da aparılan araşdırma xəstəliyin qorxulu ölçülərini bir daha ortaya qoyub.

2020-ci ilin aprelindən 2021-ci ilin martına qədər hamısı Kovid-19-a qarşı peyvənd olunmamış bu şəxslərin meyitləri üzərində yarılmalar aparılıb. Cəsədlərdən alınan qan nümunələrini araşdıran tədqiqatçılar 38 cəsədin qan plazmasında Kovid-19-a səbəb olan SARS-CoV-2 virusu aşkar ediblər. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, 3 cəsədin qan plazmasında SARS-CoV-2 aşkar edilməyib, qalan 3 cəsədin isə qan plazması yoxdur.

Digər tərəfdən, tədqiqatçılar cəsədlərin müxtəlif hissələrində və ya mayelərində RNT aşkar ediblər. Tədqiqatda cəsədlərdən 11-nin sinir sistemi toxumalarından geniş nümunələr götürülüb.

SARS-CoV-2 RNT bədənlərdən birində hipotalamus və beyincikdə, hər ikisində isə onurğa beyni və bazal qanqliyada aşkar edilib. Digər tərəfdən, tapılan SARS-CoV-2 RNT-lərinin beyinə verdiyi zərərin "daha az" olduğu qənaətinə gəlindi.

Aydan
 

Dünyapress TV

Xəbər lenti