“Azərbaycanda uzun müddət yod çatışmazlığı xəstəliyi mövcud olub. 2001-ci ilin 27 dekabrında "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında qanun" qəbul edilib.
Qanunun 8.3 maddəsinə qeyd olunur ki, yodlaşdırılmamış duzun qida və yem məqsədləri ilə istehsalı, satışı və Azərbaycan Respublikasında idxalı qadağandır".
Teref.az bildirir ki, bunu "Sherg.az"a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, qanunun həyata keçirilməsi üçün AİB bir neçə layihə icra edib:
"BMT-nin duz üzrə eksperti ilə dəfələrlə gecə Masazır gölünün rəngini dəyişməsini izləmişik. Rayonlarda ailələr səviyyəsində monitorinqlər aparmışıq. Nəhayət, qanunun həyata keçirilməsində müvəffəqiyyətlər əldə olunub.
Vaxtilə bazarda cəmi 15 faiz yodlaşdırılmış duz olduğu halda, hazırda 85 faizdir.
Duzun yodlaşdırılmasın dair standart da mövcuddur. Həmin standarta əsasən, 1 kiloqram duzun tərkibində 40 milliqram yod olmalıdır. Üstəlik yodlaşdırılmış duzun yararlılıq müddəti 1 ildən artıq deyil. Çünki 1 ildən sonra yod duzun tərkibindən uçur. Yodlaşdırılmış duz qaranlıq yerdə, saxlanılmalıdır. İsti yox, nisbətən soyuq xörəyə tökülməlidir".
E.Hüseynovun qənaətincə, istehsalçı "S S Brothers” şirkəti yodlaşdırılmış duzun yararlılıq vaxtını 1 ildən artıq qoyub:
"Güman ki, yodun miqdarı duzun tərkibində deyilən standartlara uyğun olmayıb. Ona görə də, Azərbaycaqn Qida Təhlükəsizliyi Agentliyi ( AQTA ) haqlı olaraq qarşısını alıb. AQTA-dan xahiş edirəm ki, boynunu çevirib marketlərə də baxsın. Marketlərdə 15 faizdən yuxarı yodlaşdırılmamış duz satılır. Müxtəlif ölkələrdən gətirilir. 1 kiloqramının qiyməti 10 manat duzlar da var. Dəniz duzu, zəngiləşdirilmiş duz adı altlnda satılır. Azərbaycana bir çox ölkələrdən duz idxal edilir, o vümlədən, İran və Ukraynadan və s. Duz bazarında liberal azad bazar şəraiti olarsa, duzun qiyməti də aşağı düşər. Pakistandan duz idxal edən şəxs duzun tərkibindəki yodun miqdarı yerində yoxlasın.
Əhalinin yodlu duzu tanıması o qədər asan deyil. Yod duzun tərkibində qoxu vermir. Sadəcə etiketinə baxmaq lazımdır. Duzu yodlaşdırmayan bəzi şirkətlər yalandan üzərinə "yodlu duz" yazır. Bəlkə də, yod vurmur, yaxud normadan aşağı olur”.
E.Hüsyenov çağırış edib: “Mağazalarda ciddi monitorinq aparılsın. Gömrük orqanlarına tapşırıq verilsin. Yodsuz duzun Azərbaycana idxalı qanunun 8.3 maddəsinə görə qadağan olunduğu üçün heç bir aldadıcı reklamlara inanmasınlar. Duzun tərkibini xüsusi testlərlə yoxlayırlar. AİB-də, gigiyena, həmçinin gömrük orqanlarında həmin testdən var. 30 saniyəyə müəyyən etmək mümkündür. Yodun miqdarı da standartlara uyğunlaşdırılmalıdır".
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, xaricdən Azərbaycana gətirilən 22 ton xörək duzunda nöqsanlar aşkarlanıb.“Inovax General Trading” MMC-nin Pakistandan idxal etdiyi “S S Brothers” şirkətinin istehsalı olan, ümumi çəkisi 22,29 ton xörək duzu məhsuluna (10.10.2022-31.12.2024 istehsal və son istifadə tarixli) agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında yodun miqdarının normadan aşağı olduğu müəyyənləşib. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.