Yayın vazkeçilməzi: kondisionerin zərəri xeyrindən çoxdur –
İsti yay günlərində sərinləmək üçün tək çarəni kondisionerdən istifadədə görürük. Sərinlədir, lakin ziyanı da çoxdur. Hətta istəməsək də işdə, nəqliyyat vasitələrində və digər yerlərdə kondisioner havasına məruz qalırıq. Bəzi insanlarda kondisionerə qarşı həssaslıq da müşahidə olunur. Həssaslıq özünü baş ağrısı, ürək sıxılması, təngənəfəslik kimi problemlərlə göstərir. Bu da o deməkdir ki, qurğunun fəaliyyəti insan səhhətinə təsirsiz ötüşmür.

Tanınmış həkim, professor Adil Qeybulla Referans.az-a açıqlamasında bildirib ki, əslində kondisioner havasının düzgün istifadə olunarsa heç bir ziyanı yoxdur.

“Kondisioner yüksək temperatur və nəmişlikdən qorunmaq üçün bir vasitədir. Onun funksiyası otağı nəmləndirmək, sərinlətməkdir. Məsələ bundadır ki, kondisionerin dərəcəsi çöldəki temparaturla çox fərqlənməməlidir. Məsələn, əgər çöldə temperatur 40 dərəcədirsə, kondisioneri 18 dərəcəyə qoymaq mənasızdır. Kondisioner onsuz da bunu təmin edə bilməz. Əsas məqsəd odur ki, çöllə müqayisədə maksimum 8-9 dərəcə fərq olsun. Kondisioner düzgün istifadə edilmədikdə, mütəmadi olaraq hava yolları yuyulmadıqda kondisionerdəki nəmli mühitdə inkişaf edən legionella adlanan mikroorqanizmlər çoxalır və legionelloz deyilən ağciyər xəstəliyi yaradır. Bu pnevmaniyaya oxşar, gedişi iltihab prosesiylə müşahidə olunan bir xəstəlikdir. Digər adı kondisioner pnevmoniyasıdır. Bundan başqa, kondisioner birbaşa üstünüzə vuracaq şəkildə yatmaq da məqsədəuyğun deyil. Bu da plevrit xəstəliyinə səbəb olur”.

Professor əlavə olaraq qeyd edib ki, kondisioneri mütəmadi şəkildə söndürüb-yandırmaq, situasiyaya uyğun olaraq hərəkət etmək daha məqsədəuyğundur.
 

Dünyapress TV

Xəbər lenti