Dünyada hərbi xərclər nə qədər olub? - REKORD
İsveçdə yerləşən nüfuzlu beyin mərkəzi Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünyada hərbi xərclərin keçən il rekord həddə - 2 trilyon 240 milyard dollara yüksəldiyini açıqlayıb.

Valyuta.az xəbər verir ki, bu rəqəm dünya üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 2,2 faizinə bərabərdir.

SIPRI-nin məlumatına görə, dünyada müdafiə xərcləri 8 ildir artmaqdadır və ötən ilki artım Rusiyanın Ukraynaya müdaxiləsi ilə Şərqi Asiyada, xüsusilə Tayvanda gərginliyin artmasında mühüm rol oynayıb.

İnstitutun məlumatları təkcə silahlara olan xərcləri əhatə etmir. SIPRI ölkələrin hərbi xərclərini müqayisə edərkən, işçilərin əmək haqqını, avadanlıqların dəyərini, təhcizat və araşdırma-inkişaf fəaliyyətini nəzərə alır.

SIPRI-nin məlumatına görə, ötən il qlobal hərbi xərclər 3,7 faiz artıb. ABŞ-ın ümumi hərbi xərclərdə payı 39 faiz təşkil edib. Çin 13 faizlə ikinci, Rusiya isə 3,9 faizlə üçüncü olub.

Rusiya ötən il hərbi xərclərini 9,2 faiz artırıb. Rusiyanın işğalından sonra bu göstərici Ukrayna üçün 600 faizi ötüb. 2021-ci il hesabatında reytinq aşağıdakı kimi olub: ABŞ, Çin, Hindistan, İngiltərə və Rusiya.

Keçən il Ukrayna 44 milyard dollarla Ümumi Daxili Məhsulunun 3 faizini hərbi xərclərə ayırıb. Ukraynanın xaricdən də milyardlarla dollarlıq silah yardımı aldığına diqqət çəkən SIPRI səlahiyyətliləri, 70 ildə ilk dəfə bir ölkənin hərbi xərclərinin bu qədər artdığına şahid olduqlarını bildirirlər.

SIPRI-nin reytinqində ABŞ, Çin və Rusiyadan sonra Hindistan dördüncü, Səudiyyə Ərəbistanı beşinci, Böyük Britaniya isə altıncı yeri tutub.

İnstitut rəsmiləri həmçinin Səudiyyə Ərəbistanının keçən il hərbi xərclərinin 75 milyard dollara çatdığına, Mərkəzi və Şərqi Avropada hərbi xərclərin isə Soyuq Müharibədən sonra görünməmiş səviyyəyə yüksəldiyinə diqqət çəkib.

"DW Turkish"də yer alan xəbərə görə, Türkiyə 10,6 milyard dollarlıq hərbi xərclə siyahıda 23-cü yerdə qərarlaşıb.

Dünyapress TV

Xəbər lenti