Gecə acdıqda yemək üçün ideal seçim -
Çoxları gecə vaxtı aclıq hiss edir və çox vaxt insan zərərli bir şey yemək istəyirlər - "fastfood", yağlı qidalar, şirniyyatlar... Lakin bu istəyə təslim olmadan, daha sağlam alternativlərə üstünlük versəniz, yaxşıdır. Foodinfo.az gecə vaxtı yemək istədikdə ideal seçim etmək üçün diyetoloq Nataliya Qridinanın məsləhətlərini təqdim edir.Onun sözlərinə görə, yağsız quş əti gecə qəlyanaltısı üçün idealdır. Tərkibindəki triptofan sayəsində yuxunun keyfiyyəti yaxşılaşır, çünki triptofan melatonin istehsalını stimullaşdırır. Skumbriya, qızılbalıq və ton balığı omeqa-3 ilə zəngindir. Bu mikroelement orqanizmdə serotoninin miqdarını artırır, yuxunu dərinləşdirir.Triptofan pendirdə də var - onu krekerlə yemək olar, çünki tərkibində bədən üçün faydalı olan lif var. Banan da gecə qəlyanaltısı üçün yaxşıdır.Süd məhsulları isə tərkibində kalsiumun olduğu üçün melatonin istehsalına kömək edir. "Gecə aclığı" üçün qatqısız süd uyğundur, lakin onu şirinləşdirmək istəyirsinizsə, bal əlavə edə bilərsiniz, o da melatoninin miqdarını artıra bilər.Bir az qoz-fındıq da yeyə bilərsiniz: aclıqdan xilas olmaq üçün cəmi 10-15 ədəd kifayətdir.Qeyd edək ki, hər bir insanın gündə ən azı yeddi-səkkiz saat yuxuya ehtiyacı var. Hər gün eyni vaxtda qalxıb yatmaq da vacibdir. Həftə sonları çox yatmaq vərdişi isə infarkt və insult təhlükəsi yarada bilər.
 

Dünyapress TV

Xəbər lenti