Tərxun, limon və bal qarışımı –
Yovşan cinsinə mənsub olan tərxun bitkisi dadlı olduğu qədər də faydalıdır.

Yeniavaz.com xəbər verir ki, fitoterapevt Fizuli Hüseynov limonun və tərxunun faydalarını nəzərə alaraq ev şəraitində təbii immunostimulyator hazırlamağı tövsiyyə edib.

Hazırlama qaydası:

1 orta böyüklükdə limon sıxlır və üzərinə 2 stəkan su əlavə olunur. 15 – 20 ədəd tərxun doğranılır və hamısı birlikdə blenderden keçirilir. Daha sonra (şəkər xəstələri istisna olmaqla) 1 xörək qaşığı bal əlavə olunur. Gündə 3 dəfə olmaqla, hər yeməkdən 1 saat əvvəl 100 ml içilir.

Fitoterapevt bildirir ki, müalicə müddəti 2 həftədir:

“Qeyd etdiyim kimi bu iki məhsulun qarışımı çox yaxşı immunostimulyatordır, orqanizmdə virus və mikrobları öldürür, iltihabları azaldır, immuniteti möhkəmləndirir. Qarışım həm də mədə şirəsinin və ödün ifrazını artırır, iştahı yaxşılaşdırır. Bəzi maddələr var ki, onlar damarların sağlamlığını qoruyur, damarların divarlarını möhkəmləndirir, damar xəstəliklərinin inkişafını əngəlləyir. Bu maddələr C və P vitaminləridir. Limon C, tərxun isə P vitamini ilə zəngin olduğundan bu iki tərkibdən təşkil olunmuş qarışım da damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun inkişafının qarşısını alır.

Bundan başqa bu qarışım sidikqovucu xassəyə malikdir, həm də oynaqlardakı kirəçləşmənin qarşısını alır. Qaraciyər piylənməsi olan insanlar üçün əvəzedilməzdir. Məhlulun qəbulu həm qaraciyəri təmizləyir, həm də qaraciyər və qarın bölgəsindəki piy toxumasının parçalanmasına kömək edir. Uzun müddət qəbulu insanın dərisinin təravətləndirir, qırışları azaldır, kapilyar tutulmalarını aradan qaldıraraq dərinin rəngini bərpa edir. 14 günlük qəbul olunur, 10- 15 gün fasiləfən sonra yenidən davam etdirilir”.
 

Dünyapress TV

Xəbər lenti