Çox insan gündəlik olaraq yürüş etməyi vərdiş halına gətirsə də, piyada gəzməyi sevməyənlər də az deyil. Hər gün müntəzəm gəzinti etməyin ürək sağlamlığından tutmuş çəki nəzarətinə qədər bir çox faydası var. Bu sadə və təsirli məşqin ən mühüm faydası qocalmanı gecikdirməsi və ömrü uzatmasıdır.

Bəs mütəmadi olaraq yürüş etməyin başqa hansı faydaları var?

- Tədqiqatlar sübut edib ki, həftədə təxminən 20-25 kilometr piyada gəzən insanlar yeriməyənlərə nisbətən daha uzun yaşayırlar.

- Ürəyinizi və ağciyərlərinizi qoruyur. Gündəlik 20-30 dəqiqəlik qısa, sürətli gəzintilər ürək və ağciyər sağlamlığınızı qorumağın ən yaxşı yoludur. 

- Stressinizi azaldır. Gəzinti stress üçün də faydılıdır. Gəzərkən qan təzyiqiniz tənzimlənir, xoşbəxtlik hormonu olan endorfin ifraz olunur və özünüzü rahat hiss edirsiniz.  

- Çəkini qorumağa kömək edir. Daimi və ritmik yeriş arıqlamağa və çəkiyə nəzarət etməyə kömək edir. Hər gün 20 dəqiqə gəzməklə artıq piylərinizi yandırmaq və ildə 7 kiloqram arıqlamaq mümkündür. Amma təbii ki, bu prosesdə nə yediyinizə diqqət etməli və kalori nəzarətini təmin etməlisiniz. 

- Metabolik sürətinizi artırır, yemək istəyini (iştahı) idarə etməyə, arıqlamağ kömək edir.

- Enerji verir.

- Qanda xolesterinin səviyyəsini aşağı salır.

- Yüksək qan təzyiqini aşağı salır.

- Şəkər xəstəliyini idarə etməyə və qarşısını almağa kömək edir.

- Döş, prostat və mədə-bağırsaq kimi bəzi xərçəng növlərinə qarşı riski azaldır.

- İnfarkt və insult kimi xəstəliklər üçün köməkçi reabilitasiya təmin edir.

- Bağırsaqların işini tənzimləyir.

- Yuxu rejimlərini dəstəkləyir.