“Öskürək şiddətli stressin açıq bir əlamətidir”. Yeniavaz.com RT-yə istinadən xəbər verir ki, bunu nevroloq Yekaterina Demyanovskaya deyib. “Güclü bir şok olduqda, bədən stress hormonlarının istehsalına görə kömək üçün bir siqnal göndərir, Məsələn, bir insanın nəbzi artır, qan təzyiqi yüksəlir və hamar əzələ spazmları meydana gəlir. Həmçinin, əsəblərə görə şiddətli qarın ağrısı baş verə bilər”, - Demyanovskaya əlavə edib. Həkim həmçinin qeyd edib ki, kortizol (böyrəküstü vəzilərdə istehsal olunan hormon – red.), adrenalin və digər stress hormonlarının istehsalının artması səbəbindən qaşınma, səpgilər və ya sızanaq yarana bilər: “Stress zamanı həzm orqanlarında qan tədarükü və peristaltika azalır. Bu səbəbdən mədə ifrazatının istehsalı pozulur”. Nevroloqun sözlərinə görə, xroniki stress keçirən insanlarda bağırsaq mikroflorasında disbalans yaranır.