Arıqlamaq üçün balanslı bir pəhrizlə qidalana və onu idmanla dəstəkləyə bilərsiniz. Bəs qarın piylərindən xilas olmaq üçün nə etmək olar? Bir çox şeyi sınamaqla qarın yağını itirə bilmirsinizsə, bu reseptlər sizin üçündür. Səhər gününüzə başlamazdan əvvəl istehlak edəcəyiniz bu içkilərlə qarnı düz etmək təəssüf ki, mümkün deyil. Bu, qarın piylərindən xilas olmaq üçün balanslı qidalanma və idmanla yanaşı istifadə edə biləcəyiniz alternativlərdir.Foodinfo.az qarın piylərini əridən içkiləri təqdim edir: 1- YAŞIL ÇAY DETOKSU Günə başlamazdan əvvəl səhər bir fincan yaşıl çay içmək maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Sürətlənmiş maddələr mübadiləsi yağ yandırmağa kömək edir. Tərkibindəki antioksidantlar sayəsində sərbəst radikallarla mübarizə aparır və hüceyrə zədələnməsini azaldır. Bəzi tədqiqatlar göstərir ki, yaşıl çay qarın piylərini, dərialtı və visseral yağları azaldır. Yaşıl çay yağların yandırılmasında aktiv rol oynayır. 2- LİMONLU ZƏNCƏFİLLİ SU Səhər suya bir neçə damcı limon sıxmaq gün ərzində maddələr mübadiləsini canlandırır. Zəncəfil əlavə olunduqda həzm sistemini rahatlaşdırır və şişkinliyin qarşısını alır. 3- SİRKƏLİ SU Səhər bir stəkan suya bir xörək qaşığı alma sirkəsi əlavə etmək toxluq hissi yarada və maddələr mübadiləsini sürətləndirə bilər. 4- SODA Soda arıqlamaq istəyənlərin tez-tez üstünlük verdiyi sevimli içkilərdən biridir. Toxluq hissi verir və bədənə minerallar qatır. Bundan əlavə, soda ilə hazırlanmış ləzzətli qarışıq arıqlamağa kömək edəcəkdir. Bir qazanda 1 litr su qaynadın. Su qaynadıqdan sonra şüşə qaba tökün. Suya bir dilim limon, bir tikə zəncəfil, bir çimdik təzə nanə və 2 darçın çubuğu əlavə edib dəmlənməsini gözləyin. Hazırladığınız qarışım ilıq temperatura çatdıqda üzərinə 1 şüşə adi mineral su əlavə edib qabın qapağını bağlayın. Yaranan qarışığı soyuduqdan sonra istehlak edə bilərsiniz. Qarın piylərini əritmək üçün başqa qarışığın resepti belədir: İçməli suyu bir qazanda qaynadın. Su qaynayanda qurudulmuş yarpaqlı yaşıl çay, 1 ədəd zəncəfil, 5 ədəd nanə yarpağı və 5 ədəd reyhan yarpağı əlavə edin. Suyu qaynamağa qoyub dəmlənməsin gözləyin. Qarışığı 5 dəqiqə gözlədikdən sonra istehlak edə bilərsiniz.