Nevroloqlar yaddaşı gücləndirəcək qidaları açıqladılar
Ümumiyyətlə məlumdur ki, ədviyyatlar arasında sarıkök beynə birbaşa təsir edir və ona çox xeyirlidir. Lakin sarıkök beynə təsir edən yeganə qida deyil.Neyroloqların fikrincə, bəzi qidalar yaddaş və konsentrasiya problemi olan insanlara kömək edə bilər. Şimali Karolina Universitetinin Psixologiya və Nevrologiya kafedrasından dos. Beyin funksiyasını dəstəkləməyə kömək edən bəzi qidaları açıqlayıb.Foodinfo.az bu qidaları təqdim edir:
QARAGİLƏ Vitamin, lif və antioksidantlarla dolu olan qaragilə beyin funksiyalarına da müsbət təsir göstərir.
QOZ VƏ BADAM Belə qidalar qəlyanaltı üçün yaxşı seçimdir. Çərəzlərin tərkibində sağlam yağlar var, həmçinin protein, antioksidant və vitamin mənbəyidir. Qoz beyin fəaliyyətində mühüm rol oynadığı bilinən omeqa-3 yağ turşuları ilə zəngin bir qidadır.Tədqiqatlar göstərir ki, koqnitiv performansı yaxşılaşdırmaq üçün gündə təxminən 10,5 qram qoz istehlak etmək kifayətdir. Digər tərəfdən qoz xüsusilə gənc yaşlarda diqqət əskikliyindən və sonrakı yaşlarda müşahidə oluna bilən idrak zəifliyindən qorunmağa da kömək edir.
TƏRKİBİNDƏ LUTEİN OLAN TƏRƏVƏZLƏR Yaponiyanın Tohoku Universitetindən Rui Nouçi də ispanaq və kələm kimi tünd yaşıl yarpaqlı tərəvəzlərdə olan lutein adlı birləşmənin beyin funksiyalarına və yaddaşa çox təsirli olduğunu bildirib. Digər tərəfdən lutein reyhan, cəfəri, kələm, brokoli, ispanaq, kahı, balqabaq, Brüssel kələmi, kələm, qarğıdalı, noxud, qırmızı üzüm və kivi kimi qidalarda da olur.
YAĞLI BALIQLAR Mütəxəssislər bildirirlər ki, qoz kimi yağlı balıqlar ümumiyyətlə beyin funksiyalarını dəstəklədiyi bilinən omeqa-3 yağ turşuları ilə zəngindir. Yağ tərkibi yüksək olan qızılbalıq, alabalıq, sardina, siyənək, skumbriya və tuna kimi balıqlar omeqa-3 ilə zəngin qidalar arasındadır.
 

Dünyapress TV

Xəbər lenti