Tasmaniya Universitetinin alimləri sitrus meyvələrinin istehlakının qan şəkərinin səviyyəsini sabitləşdirdiyini və 2-ci tip diabetdə ağırlaşma riskini azaldıldığını aşkarlayıblar. 
Araşdırmanın nəticələri "Science Direct"də dərc edilib.
Alimlər öz işlərində sitrus meyvələrinin şəkərli diabetdə müalicəvi rolu ilə bağlı 129 araşdırmanı təhlil ediblər. Məlum olub ki, llimon, portağal və qreypfrutda olan üzvi birləşmələr orqanizmdə oksidləşdirici stress və iltihabı azaltmağa kömək edən güclü antioksidant xüsusiyyətlərə malikdir. Şəkərli diabetdə oksidləşdirici stress (oksidləşmə nəticəsində hüceyrə zədələnməsi prosesi) hiperqlikemiya - qanda qlükoza səviyyəsinin artması ilə baş verə bilər.  
Naringin və hesperidin kimi birləşmələr də diabet riskini azalda bilər.