Beyin insan bədəninin ən mürəkkəb orqanıdır. Bədənimizdəki bütün proseslərin həyata keçirilməsində beyin əsas rol oynayır. Son zamanlar getdikcə daha çox gənc yaddaş problemlərindən, konsentrasiyanın olmamasından və diqqətin yayınmasından şikayətlənir. Neyrocərrah Brett Osborn beyin üçün təhlükəli qidaları açıqlayıb.
Xarici mətbuat xəbər verir ki, həkimin fikrincə, dondurma, çərəzlər, xüsusilə şirin olan digər qidalar qanda şəkərin artmasına səbəb olur ki, bu da zamanla beyin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, çünki Alzheimer xəstəliyi tez-tez tip 2 diabetlə əlaqələndirilir:
“Qızardılmış, hazır qəlyanaltılar, marqarin kimi trans yağlarla zəngin qidalar da iltihaba səbəb ola bilər və beyinə zərər verə bilər. İşlənmiş qidalarda tez-tez süni əlavələr, konservantlar və qeyri-sağlam yağlar olur ki, bu da müntəzəm istehlak edildikdə beyinə zərər verə bilər.
Ət, sous, konserv şorba kimi natriumla zəngin qidalar qan təzyiqini artıra bilər ki, bu da ürəyə və beyinə mənfi təsir göstərir. Bundan əlavə, kofein və spirt istehlakının azaldılması tövsiyə olunur. Beyin sağlamlığını qorumaq üçün müntəzəm olaraq idman etmək, kifayət qədər su içmək, stressi idarə etmək və keyfiyyətli yuxu almaq vacibdir. Bu vərdişlər beynin optimal işləməsinə kömək edəcək”.