Ən çox kök insanların yaşadığı ölkələrin adları açıqlanıb. 
Ümumdünya Piylənmə Federasiyası xəbər verir ki, bir sıra ölkələrdə piylənmə ilə bağlı vəziyyət kritikdir. Belə ki, piylənmə qadınların 71% və kişilərin 69%-də baş verir. 
Mütəxəssislər sakinlərinin ən çox çəkisi olan və ya kökəldiyi ölkələri sıralayıb.

Sakit okeanın kiçik ada dövləti Nauruda kritik nisbət problemi var. Çünki orada kişilərin 59%-i və qadınların 60,5%-i artıq çəkidən əziyyət çəkir. Digər ada dövlətlərində də oxşar problem var.
Məsələn, Kuk adalarında piylənmə qadınların 71% və kişilərin 69%-də diaqnoz qoyulur. ABŞ kimi daha böyük ölkələrdə isə kişilərin və qadınların  42%-ə qədərində obez var.
Bununla belə, dünyada bunun tam əksi vəziyyətlər də var. Belə ki, Vyetnamda kişi və qadınların yalnız 1,7%-i, Yaponiyada isə kişilərin 3,8%-i və qadınların 3,4%-i piylənmədən əziyyət çəkir. 
Qeyd etmək lazımdır ki, bu piylənmə göstəriciləri bədən kütləsi indeksi 30% -dən çox olduqda qeydə alınır. 
Əgər piylənmə və artıq çəki ilə birlikdə nəzərə alsaq, o zaman, məsələn, Amerikada ümumi əhalinin 42% yox, 70% çəki problemi yaşayacaq. Ümumiyyətlə, hər bir ölkədə obez insanlarla təxminən eyni sayda artıq çəkidən əziyyət çəkən insanlar var və buna görə də bu rəqəmi şərti olaraq iki dəfə artırmaq olar.
Maraqlıdır ki, bəşər tarixində ilk dəfə olaraq, artıq çəkili insanların nisbəti, çəkisi az olanların sayını üstələyir. Əsas səbəb qloballaşmadır. Sərbəst ticarət, iqtisadi artım və urbanizasiya səbəbindən ətraf mühit şəraiti dəyişir, piylənmə epidemiyalarına səbəb olur. Aşağı və orta gəlirli ölkələr buna xüsusilə həssasdırlar.