Ardını oxu...
Böyüklər, yəni yaşı 18-dən yuxarı insanlar üçün buğda çörəyinin gündəlik istehlak norması 100 qramdır.Çörək qidalanmanın vacib elementi olaraq qalır, lakin onun ağ çeşidi ən az sağlam hesab olunur, ona görə də mütəxəssislər onu gündəlik istehlak etməyi məsləhət görmürlər. TEREF “Medicina”ya istinadən xəbər verir ki, endokrinoloq, tibb elmləri namizədi Oksana Mixaleva normalardan danışıb:“Normativ sənədlərə əsasən, sağlam yetkinlər üçün gündəlik çörək istehlakı norması 100 q buğda və ya 150 qr çovdardır.Yalnız qlütenə qarşı allergik reaksiya və ya dözümsüzlük halında buğda çörəyinin tam xaric edilməsi tövsiyə oluna bilər.Həzm sisteminin patologiyaları halında onun istehlakı da azaldılmalıdır. Belə hallarda ağ çörəkdən qurudulmuş formada və minimum miqdarda istifadə məsləhətdir.Son vaxtlar məhsula günəbaxan tumu, kətan toxumu və balqabaq toxumu kimi yağlar əlavə olunur ki, bu da onun kalorililiyini xeyli artırır.Sağlam qidalanmaq üçün çovdar, tam taxıl, ikinci dərəcəli buğda, kəpək və çoxdənli çörəyin ən yaxşısı hesab olunur. Ən faydalısı tam taxıl unu və çovdardan hazırlanmış çörəklərdir”.
 
 
 
Ardını oxu...
Qatıq müntəzəm istehlak edildikdə bağırsaq xərçəngi riskini azaldır. Bunun bir neçə səbəbi var:
1. Probiyotiklər bağırsaq sağlamlığını qoruyur- Qatıqda olan Lactobacillus və Bifidobacterium kimi probiyotiklər bağırsaq florasını tarazlayır.
- Faydalı bakteriyalar iltihabı azaldır və zərərli maddələrin bağırsaqda toplanmasının qarşısını alır.
2. İmmuniteti gücləndirir
- Güclü bağırsaq mikroflorası bədənin müdafiə sistemini aktiv saxlayır.
- Xərçəngə səbəb ola biləcək zərərli maddələrin parçalanmasını dəstəkləyir.
3. Xroniki iltihabı azaldır
- Xroniki iltihab bağırsaq xərçənginin inkişafına səbəb olur.
- Qatıqda olan probiyotiklər və kalsium bağırsaqdakı iltihabı azaldaraq xərçəng riskini aşağı salır.
4. Zərərli bakteriyaların yayılmasının qarşısını alır- Qatıq turşu mühiti yaradır, bu da bağırsaqda zərərli bakteriyaların çoxalmasını məhdudlaşdırır. Hər gün 1 stəkan (təxminən 200-250 q) qatıq yemək bağırsaq sağlamlığı üçün çox faydalıdır. Şəkərsiz, təbii və evdə hazırlanmış qatıq daha yaxşı təsir göstərir. Tək başına qatıq xərçəngin qarşısını almasa da, sağlam bağırsaq mühiti yaradaraq riskin azalmasına kömək edir. Əgər həzm problemləriniz varsa və ya laktoza həssaslığınız varsa, qatığı ehtiyatla istifadə etməlisiniz.
 
 
 
Ardını oxu...
Azərbaycan səhiyyə sisteminin acınacaqlı vəziyyətdə olması haqda daha bir dəhşətli fakt

Azərbaycanda təhsil sisteminin çox bərbad durumda olduğu kimsəyə sirr deyil. İllərdir təhsilimizi “bataqlıq” dan çıxarmağa cəhdlər olunsa da, vəziyyət günbəgün daha da ağırlaşır. Belə ki, müstəqillik qazandıqdan sonra bir çox inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmağa çalışsaq da, indiyədək nəinki bir addım qabağa gedə bilmişik, əksinə, təhsilimiz Sovetlər Birliyi dönəmində olduğundan daha bərbad duruma düşüb.

Əlbəttə, hər bir millətin gələcəyi onun təhsilindən asılıdır. Təhsili inkişaf edə bilməyən dövlət heç bir sahədə uğur qazana bilməz. Əslində, bu gün Azərbaycandakı uğursuzluqlarımızın səbəbi də məhz təhsilimizin “qəbrə qoyulması” ilə bağlıdır. Bir ölünü diriltmək mümkün olmadığı kimi, artıq “fatihə”si oxunan təhsilimizi də “həyata qaytarmaq” mümkün deyil. Çünki təhsil kökündən dəyişikliyi, yəni yenidən “doğuluşu” sevir. Biz isə alt “ölünü diriltməyə”, yəni kosmetik islahatlarla bu sahədə hansısa uğur əldə etməyə cəhd edirik. Şübhəsiz, bu istiqamətdə həyata keçirilən bütün cəhdlər də uğursuzluğa məhkumdur.

Bir daha vurğulayaq ki, təhsilimizin bərbad duruma salınması bütün sahələrdə, xüsusilə də tibb sahəsində böyük problemlərə, hətta faciələrə səbəb olmaqdadır. Tibb sahəsini ona görə xüsusi vurğulayırıq ki, burada insan faktorundan söhbət gedir. Yəni hər birimiz bu və ya digər səbəbdən həkimə müraciət etmək məcburiyyətində olduğumuz üçün, tibb sahəsinə diqqət ayırmağımız heç də səbəbsiz deyil.

Amma çox təəssüflə qeyd edirik ki, bu gün Azərbaycanda təhsilsiz, biliksiz həkimlər ordusu nəinki bizim sağlamlığımızın qayğısına qalır, əksinə, bəzi hallarda daha ciddi problemlərlə qarşılaşmağımıza səbəb olurlar. Əlbəttə, söhbət bütün həkimlərdən getmir, hər zaman olduğu kimi, burada da istisnalar var. Amma əfsuslar olsun ki, bizdə bu istisnalar çox az olduğundan, insanların böyük kəsimi həkimə müraciət edərkən, nə qədər qəribə səslənsə də, həyatını təhlükəyə atmış olurlar. Çünki bu gün həkim diplomu ilə çalışan bir çox “tibb işçiləri” vətəndaşlara “qəssab” gözü ilə baxır, lazım oldu-olmadı onları kəsib-doğramağa can atırlar. Və yaxud da heç bir zərurət olmadığı halda insanlara yararsız, bahalı “firma dərmanları” yazmaqla, öz gəlirlərini güdürlər.

Əslində, bizi bu yazını yazmağa vadar edən də məhz bu cür həkimlərdən birinin tükürpərdici əməlidir. Hörmətli oxuculara agah olsun deyə bildirək ki, indi qələmə alacaqlarımız çox yaxın qohumumuzun başına gələnlərdir və inanırıq ki, bizim kimi, sizlər baş verənlərdən dəhşətə gələcəksiniz.

Bəli, bu yaxınlarda xanım qohumlarımızdan biri öz yaxın tanışına qan vermək üçün özəl klinikalardan birinə müraciət edir. Analiz zamanı tibb işçisi ona ciyərinin “çox dəhşətli vəziyyətdə” olduğunu, özünün isə “Hepatit C” virusuna yoluxduğunu söyləyir. Həmin vaxtadək sağlamlığı ilə bağlı heç bir şikayəti olmayan xanım, təbii ki, bu sözlərdən gərgin psixoloji sarsıntı keçirir. O, bu haqda həyat yoldaşına məlumat verdikdən sonra, yenidən başqa bir tibb müəssisəsində analiz verməyi qərara alırlar. Bu məqsədlə ilk öncə 1 sayli şəhər klinik xəstəxanasına (“Semaşko”), hepatoloq həkim L.A.-ya müraciət edirlər. Sözügedən tibb işçisi xanımı dinlədikdən sonra onu analiz vermək üçün laboratoriyaya yönləndirir. Xanım analiz verdikdən təxminən iki saat sonra nəticə bəlli olur. Maraqlıdır ki, bu zaman da onun qanında “Hepatit C” virusu aşkarlandığı bildirilir.

Bundan sonra xanım və həyat yoldaşı yenidən hepatoloq həkimə müraciət edirlər. L.A. analizin nəticəsi ilə tanış olduqdan sonra xanıma bildirir ki, onun və həyat yoldaşının “Hepatit C” virusuna yoluxduqları şübhəsizdir və hər ikisi təcili müalicə almalıdır. O, hətta bir aylıq müalicə xərcini də açıqlayır - 380 manat. Əlavə edir ki, sağalmaq üçün 3 ay müalicə almalıdırlar. Həkimin bu fikri xanımın həyat yoldaşında şübhələr oyadır. Ən azı ona görə ki, o, hələ analiz verməsə belə, hepatoloq onu “xəstə” çıxarıb. Bu səbəbdən, o, həyat yoldaşına təklif edir ki, daha bir tibb müəssisəsində analiz versin, xəstə olduğuna tam əmin olsunlar. Həmin vaxt L.A. onlara bildirir ki, başqa tibb mərkəzində analiz verib, əlavə xərc çəkməyə ehtiyac yoxdur. O, xanımın “Hepatit C” virusuna yoluxub-yoluxmadığını yüz faiz müəyyənləşdirmək üçün onu növbəti dəfə PCR testi vermək üçün laboratoriyaya yönləndirir. Maraqlıdır ki, normalda bu analizin cavabı 1 həftəyə çıxsa da, cəmi 2 saat sonra nəticə bəlli olur. Bundan sonra hepatoloq L.A. analizin nəticəsini ortaya qoyaraq, xanıma həyat yoldaşı ilə birlikdə təcili müalicə almağı tövsiyyə edir. Lakin onun tövsiyyəsi bir növ təkid xarakteri daşıyır.

Həkimin bu israrından şübhəyə düşən xanım və həyat yoldaşı müalicəyə başlamaq haqda qərar vermək üçün bir gün vaxt istəyirlər. Elə həmin günün axşamı hepatoloq yenidən xanıma zəng açaraq, “vəziyyətin çox ağırdır, bir gün də ötürə bilməzsən, zaman sənin əleyhinə işləyir”, - deyir. Sözsüz ki, həkimin bu “canıyananlığı” qarşı tərəfin şübhəsini bir qədər də artırır. Bundan sonra onlar dost-tanışın məsləhəti ilə daha bir həkimə müraciət etməyi qərara alırlar.

Ailənin güvəndiyi hepatoloq həkim xanımın analiz nəticələrinə baxdıqdan sonra məlum olur ki, əslində, 1 sayli şəhər klinik xəstəxanasında (“Semaşko”) verilən testlərin hər ikisi sıradan qan analizləri olub, PCR testi aparılmadan, yəni xanımın qanında “Hepatit C” virusunun olduğu təsdiqlənmədən, həkim onu ciddi psixoloji sarsıntıya salıb və ağır müalicə almağa təhrik edib. Xanımın ciddi psixoloji sarsıntı keçirdiyini görən tanış hepatoloq onu əmin edib ki, qanında “Hepatit C” virusu yoxdur və ümumiyyətlə, ümumi qan analizinin nəticəsinə əsasən bu haqda yekun qərara gəlmək mümkün deyil və onu müalicəyə məcbur edən həkimin davranışları tibb adına qara ləkədir. Bu baxımdan, o, xanıma nəticəsi bir həftə sonra bəlli olacaq PCR analizi verməyi məsləhət bilir.

Həkimin bu sözlərindən sonra xanım və həyat yoldaşı xeyli rahatlıq tapsalar da, yenə də növbəti həftəni ciddi həyəcan içində gözləyiblər. Həftənin tamamında isə məlum olub ki, xanımın qanında “Hepatit C” virusu aşkarlanmayıb və ümumiyyətlə onda bu xəstəliyin heç bir əlaməti yoxdur. Bu xəbəri böyük sevinclə qarşılayan ailə istər-istəməz həkimə belə bir sual ünvanlayıblar: Bəs nə üçün əvvəlki 3 analizin nəticəsi onun qanında “Hepatit C” virusunun olduğunu göstərib? Bu zaman həkim onları başa salıb ki, bir çox qadınlarda hətta illər öncə aldıqları hansısa müalicə ilə əlaqədar bu cür nəticələr ortaya çıxa bilər və bu, normaldır. Bunun üçün tam əmin olmaq məqsədilə onlara PCR testi vermək məsləhət görülür…

Hörmətli oxucularımız da təsdiq edərlər ki, təkcə bu fakt Azərbaycan tibb sahəsinin hansı durumda olduğunu ortaya qoyur. Əlbəttə, bütün bunlar həm də onu göstərir ki, bu cür savadsız həkimlərin ucbatından ölkəmizdə nə qədər sağlam insanlar şikəst qoyulur, heç bir səbəb olmadan ağır müalicə prosesinə cəlb olunur, psixoloji sarsıntıya məruz qoyulurlar.

Nə yazıq ki, bu cür savadsız həkimlərin sayı heç də az deyil. Nəzərə alsaq ki, gün ərzində təkcə “Semaşko”ya minlərlə vətəndaş müraciət edir, zənnimizcə, burada onların başına hansı oyunların açıldığı haqda əlavə izahat verməyə ehtiyac qalmır.

Bax, bütün bunlar həm də təhsilimizin bugünkü bərbad duruma salınması ilə bağlıdır.

Jalə FAMİLQIZI hurriyyet.az
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, dərman vasitələrinin Azərbaycan dilində istifadə təlimatı olmadan satışı cərimələnəcək.

Referans.az-ın məlumatına görə, əgər dərman vasitəsinin Azərbaycan dilində istifadə təlimatı qablaşdırmanın içərisində və ya yanında olmazsa və istehlakçının tələbi əsasında aptek tərəfindən çap edilərək təqdim edilməzsə, həmin aptekə cərimə tətbiq olunacaq.

Bu halda aptek təşkilatları 50 manat məbləğində cərimə ediləcək.

Yeni qaydalar istehlakçı hüquqlarını qorumaq və vətəndaşların dərmanlardan düzgün istifadə etməsini təmin etmək məqsədi daşıyır. (baku.ws)
 
Ardını oxu...
Oksford Universitetinin alimləri qaraciyərə mənfi təsir göstərən və xolesterol səviyyəsini sürətlə artıra bilən qidaların adlarını açıqlayıblar.
Mütəxəssislər bir neçə onlarla insanı doymuş yağda yüksək diyetə qoyub. Bu şəkildə yeməkdən üç həftə sonra onlardan bəzilərində yağlı qaraciyər və yüksək xolesterin əlamətləri müşahidə olunub.Bundan əlavə, onların qan damarları daha sürətli qocalmağa başladı və ürək problemlərinin başlanğıcı formalaşdı. Bununla belə, könüllülərin çəkisi çox dəyişməyib.Bu, hətta arıq insanların da daxili piylənmə və yüksək xolesteroldan əziyyət çəkə biləcəyini göstərir. Həmçinin, testlərin bir hissəsi olaraq, çoxlu doymamış yağları ciddi şəkildə yeyən bir qrup var idi. Onların xolesterol və qaraciyər sağlamlıq göstəriciləri, yeri gəlmişkən, yaxşılaşıb.
 
Ardını oxu...
Şorba dünyanın bir çox mədəniyyətlərində istehlak edilən sakitləşdirici və çoxşaxəli yeməkdir.Foodinfo.az xəbər verir ki, bu yeməyi gündəlik rasionunuza əlavə etməyiniz bədəninizə bir neçə müsbət təsir göstərə bilər, lakin bunun bəzi mənfi cəhətləri də ola bilər. Gündəlik rasionunuza şorba daxil etmək bir çox sağlamlıq faydası verə bilər. Birincisi, şorbalar böyük nəmləndirmə mənbəyidir, çünki onların tərkibində çoxlu su var.Onların tərkibində tez-tez tərəvəzlər də var ki, bu da lif, vitamin və əsas mineralların qəbulunu artırır. Bu, nəinki həzmi yaxşılaşdırır, həm də immunitet sistemini gücləndirir.Şorbalar həmçinin aşağı kalorili və yüksək həcmdə olmaqla çəki idarə etməyə kömək edə bilər, daha az kalori ilə toxluq hissi keçirməyə imkan verir. Onlar həmçinin asanlıqla həzm olunur və qidalanma ehtiyaclarınıza uyğunlaşdırıla bilər.Mağazada satılan hazır şorba yüksək miqdarda natrium ehtiva edir, həddindən artıq istehlak edildikdə yüksək təzyiqə səbəb ola bilər. Bundan əlavə, digər qida qruplarını daxil etmədən yalnız şorba yemək qida çatışmazlığına səbəb ola bilər.Bəzi qaymaqlı şorbaların kalorisi göründüyündən daha yüksək ola bilər, ona görə də etiketləri oxumaq və ya daha sağlam seçimlər hazırlamaq vacibdir.Nəhayət, yüksək lifli şorbalar bağırsaq fəaliyyətinin artmasına səbəb ola bilər ki, bu da çoxları üçün faydalıdır, lakin çoxlu lif yeməyə öyrəşməsəniz həzm sisteminin pozulmasına səbəb ola bilər.
 
Ardını oxu...
Ağ sirkə çox yönlü bir maddədir və həm mətbəxdə, həm də təmizlik və sağlamlıq üçün istifadə olunur. Foodinfo.az ağ sirkənin əsas istifadə sahələrini təqdim edir:
1. Mətbəxdə- Yeməklərə turş və təravətli dad qatır.
- Turşular və digər qoruyucu qidalar üçün istifadə olunur.
- Soda ilə reaksiyaya girərək xəmirin şişməsinə kömək edir.
2. Təmizlik üçün- Pəncərə və güzgü təmizliyində ləkəsiz və parlaq nəticə verir.
- Ərp və sabun qalıqlarını əridir.
- Paltarları yumşaldır və qoxuları yox edir.
3. Sağlamlıq və şəxsi qulluq
- Ayaq və qolaltı qoxularına qarşı istifadə edilir.
- Qaşınma və böcək dişləmələri zamanı dərini sakitləşdirir.
- Suyu sirkə ilə qarışdırıb saç durulama üçün istifadə etmək olar, bu, saçlara parlaqlıq verir.4. Bağçılıq və digər məqsədlər
- Kimyəvi herbisidlərə alternativdir.
- Meyvə və tərəvəzlərdəki pesticidləri təmizləməyə kömək edir. Ağ sirkə çox güclü turşudur, ona görə bəzi səthlərdə və dəridə istifadə edərkən diqqətli olmaq lazımdır.
 
Ardını oxu...
Dişlərin sağlamlığı gündəlik qayğı tələb edir. Foodinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, diş həkimi Helin Kara yeməkdən əvvəl dişləri yumağın düzgün olmadığını bildirib.Onun sözlərinə görə yeməkdən əvvəl dişləri yumaq diş minəsini zədələyə bilər. “Qida qəbul etdikdən sonra dişləri təmizləmək daha yaxşıdır. Çünki yeməkdən sonra dişlərdə qalan qidalar bakteriyaların artmasına səbəb olur. Bu da diş minasının zədələnməsi, karyes kimi probemlər yaradır. Odur yeməkdən sonra dişləri təmizləmək ağız sağlamlığını qoruyur” – deyə həkim bildirib.Onun sözlərinə görə dişləri təmizləmək üçün düzgün diş məcunu istifadə etmək vacibdir. “Təbii vasitələrə üstünlük verin. Kimyəvi tərkibli məcunlarla dişləri təmizləmək onlara ikiqat ziyan vurur”- deyə həkim açıqlamasında bildirirb.O, həmçinin əlavə edib ki, yeməkdən dərhal sonra dişləri yumaq mədə üçün faydalıdır. “Həmçinin, yeməkdən sonra dişləri təmizləmək nəfəsinizi təravətləndirir. Dişləri gün ərzində iki dəfə təmizləmək lazımdır. Unutmayın ki, sağlam dişlər sağlam orqanizmin əlamətidir”.
 
Ardını oxu...
Dünyada ən uzun ömür sürən insanlar haqqında məlumatlar əsrlər boyu qeydə alınıb. Ancaq bu məlumatların bir çoxu qeyri-dəqiq və çox vaxt rəvayət xarakteri daşıyır. Lakin bəzi ölkələrdə uzunömürlü insanların sayı tarixin müxtəlif dövrlərində diqqət çəkib. AzPost bildirir ki, qədim dövrlərdə, bəzi əfsanələrdə insanlar iki yüz ildən çox yaşayıb, amma elmi tədqiqatlar göstərir ki, bu, çox nadir bir hallarda olub.

Elmi araşdırmalar və uzun ömrün sirlərinə yanaşmalar
Elmi tədqiqatlar, insanların uzun ömür sürməsində bir neçə amilin rol oynadığını göstərir. Bu amillər arasında genetik meyllər, qidalanma, fiziki aktivlik və psixoloji vəziyyət mühüm yer tutur. Ən uzun ömürlü insanları öyrənərkən, alimlər onların həyat tərzini və yemək vərdişlərini analiz ediblər. Məsələn, insanların az miqdarda və balanslı şəkildə qida qəbul etmələri, onların həyatlarını uzada bilər.

Müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olmaq da sağlam bir yaşama töhfə verir. Yaşlandıqca, beyin və bədənin fiziki vəziyyətini qorumaq üçün bu fəaliyyətlər önəmlidir. Uzun ömürlü insanların çoxu, sosial əlaqələri güclü saxlayır və mənəvi olaraq müsbət bir dünya görüşünə sahibdirlər.

Günümüzdə ən uzunömürlü insan
Həyatın uzanması sahəsində son illərdə elmi tədqiqatlar və müasir texnologiyalar böyük irəliləyişlər əldə edib. Bu gün dünya üzrə ən uzun ömür sürən insanlardan biri, Yaponiyanın Okinava adasında yaşamış Jiroemon Kimuradır. O, 1897-ci ildə doğulub və 2013-cü ildə 116 yaşında vəfat edib. Kimura, ömrü boyu yüksək keyfiyyətli qidalanma, stressin az olması və müntəzəm hərəkət etməyi öz həyatının əsas prinsipləri olaraq qəbul edib. Bundan başqa, Okinava adası, “mavi zonalar” adı verilən, insanların uzun ömür sürdüyü bölgələrdən biridir. Burada əhalinin orta ömrü, dünyada ən yüksək olanlardan biridir. Okinavalıların uzun ömrü, yedikləri təbii qidalar, az kalorili pəhriz və yüksək sosial əlaqələr kimi faktorlara bağlanır.
 
Ardını oxu...
Əlimizdə olan statistika budur - 2023-cü ilin yanvar-noyabr aylarında 49 min 476 hektar sahədə kartof əkilib. 995 min 916 ton kartof tədarük olunub. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə həm əkin sahəsində, həm də məhsul olduğunu yığımında azalma deməkdir.
Azərbaycanın kartofa olan illik daxili tələbatı 1 milyon tona yaxındır.
Məntiqlə yerli tədarük hesabına daxili bazarın təlabatını tam ödəmək olar. Lakin məhsulun bioloji olaraq saxlanması çətindir və saxlanma soyuducuları da yetərli sayda deyil. Ona görə də ölkəmizdə tədarük edilən kartof əsasən xaricə ixrac edilir.
2023-cü ildə Azərbaycandan təxminən 625 min 75 min ton kartof (38,42%artım) ixrac edilib. Yəni ölkə daxilində tədarük edilən kartofun 62 faizi Rusiya bazarları başda olmaqla xaricə satılıb.
TEREF yazır ki, bunu iqtisadçı Razi Abasbəyli deyir. Razi Abasbəyli daha sonra deyir:
Yenə də 2023-cü ilin statistikasına görə həmin il xaricdən Azərbaycana 226 min 906 ton kartof idxal edilib.
Rəqəmlərdə uyğunsuzluq əlbəttə ki, var. Ya daxildə tədarük edilən kartofun həcmi reallığı ifadə etmir, ya da ixrac və idxal edilən kartofla bağlı statistika...
Gələk əsas məqama!
"İrandan gətirilən 47 tondan çox kartof yararsız çıxdı" başlıqlı bir yazı diqqətimi çəkdi. İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb. 47 min ton kifayət qədər ciddi bir rəqəmdir. Yəni həqiqətənmi son günlər yol kənarlarında kisə ilə kiloqramı 40 qəpiyə təklif edilən kartoflar qida üçün yararsızdır. Bu haqda bir fikrim yoxdur. Lakin rəsmi açıqlamada deyilir ki, İrandan gətirilən 47 min tondan çox kartofda "Kartof gövdə nematodu" aşkarlanıb.
Deməli Azərbaycanın kartof idxalatında əsas yerlərdən birini tutuan İrandan Azərbaycana mətbəxdə istifadəyə yararsız kartofların külli miqdarda daxil olması hər zaman mümkündür.
Onu da qeyd edim ki, İran dünyada nişasta istehsal edən əsas ölkələrdən biridir. Eyni zamanda heyvan yemlərinin hazırlanması üçün də böyük ərazilərdə kartof əkilir.
İqtisadi sanksiyalar səbəbindən İran adətən sənayedə istifadə edilən nişastanı dünya bazarlarına çıxara bilmir. Bu zaman xarici bazarlara texniki məqsədlər üçün yetişdirilən kartof ixracatı artır. Azərbaycan da İrandan kartof ixrac edən əsas ölkələrdən biridir.
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti