Ardını oxu...
Azərbaycan xalqı üçün çörək yalnız qida deyil, həm də mədəni dəyər daşıyan müqəddəs bir nemətdir. Uzun illərdir, hər evin süfrəsində çörək əsas yer tutur. Xalq arasında "Çörək varsa, bərəkət var" deyimi çörəyin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Bu, azərbaycanlıların çörəyə olan xüsusi sevgisindən qaynaqlanır.

Təsadüfi deyil ki, azərbaycanlıları adətən "çox çörək yeyən toplum" kimi xarakterizə edirlər. Lakin, deyəsən, dövr dəyişdikcə, çörək yeməyə olan sevgimiz də azalır. Belə ki, 2023-cü ildə Azərbaycanda adambaşına 116.6 kiloqram çörək istehlak edilib. Bu isə 2022-ci illə müqayisədə 5.9 kiloqram azdır. Görəsən, həqiqətənmi, çörək yeməyi azaltmışıq? Çörəyi rasionumuzda azaltmağın müsbət və mənfi tərəfləri nələrdir?

Qida rasionunun əsas hissəsini çörək tuturdu

İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, çörəyin rasionumuzda azalmasının əsas səbəblərindən biri aparılan təşviqatdır. Təbliğat nəticəsində insanlar maariflənirlər: "Əhalinin bir hissəsi pəhriz saxlayır və çörəkdən maksimum şəkildə az istifadə edir. Hazırda ekspertlər də sağlam qidalanmanı təbliğ edirlər. 10-15 il əvvəl əhalinin qida rasionunun əsas hissəsini çörək tuturdu. Amma yavaş-yavaş durum dəyişir".

Çörəklərin rəf ömrünü uzadırlar

Qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov bildirdi ki, hazırda satışda olan çörəkləri yemək sağlamlığımız üçün təhlükəlidir: "Çörəkdən istifadə qidalanmanın ayrılmaz bir hissəsinə çevrilib. Yemək yeyərkən süfrədə çörək olması sanki bir qanundur. Amma istifadə etdiyimiz çörəklər, un məmulatları nə dərəcədə faydalıdır? Buradakı əsas təhlükə çörək və un məmulatları hazırlanarkən istifadə olunan kimyəvi maddələrdir. Onlardan istifadə edərək çörəklərin rəf ömrünü uzadırlar. Mağazalarda çörəklər 2-3, hətta beş gün saxlanılır".

İ.Şirinovun fikrincə, mağazada satılan həm ağ, həm də qara çörəklərin tərkibində kimyəvi qatqılar olur:

"Həmçinin, bu gün çörəklərin rənginin daha ağ olması, həcminin böyüklüyü üçün xüsusi peroksidlərdən istifadə olunur. Buğdadan hazırlanan çörəyin özünün rəngi ağ olsa da, qatqılar da vurularaq satış üçün həcm, forma və rəng verilir. Amma həmin maddələr insan sağlamlığı üçün bilavasitə təhlükə mənbəyidir. Tək buğda çörəyi yox, qara çörək dediyimiz diyetik çörəklərin də tərkibi ilə oynanılır. Əslində, onların tərkibi sadəcə çovdar, ikinci növ qara un və ədviyyatlardan ibarət olmalıdır. Lakin rəngini tündləşdirmək üçün xəmirinə xüsusi kimyəvi maddələr qatılır. Tərkibində kimyəvi maddələr istifadə olunan çörəklərin bir gün saxlanma şəraitinə əməl olunmadıqda onlarda yapışqanlıq və xoşagəlməz qoxu əmələ gəlir".

"İstehsalçılar yalnız satışlarını düşünürlər"

Ekspert çörəksiz yaşaya bilməyənlərə çıxış yollarını da göstərib: "Çörəkdən əl çəkə bilməyənlər kobud üyüdülmüş, aşağı sort unlardan hazırlanan çörəklərə üstünlük versələr, daha yaxşı olar. Çörəkdən tamamilə imtina etməsək də, çalışmalıyıq ki, istifadəsini bacardığımız qədər azaldaq. Bəzi insanlar unu özləri üyüdüb çörək hazırlamağı seçir. Çörəkdən imtina edə bilməyən şəxslər də özləri evdə çörək bişirməyi sınayaraq daha sağlam qidalana bilərlər. Çünki istehsalçılar istehlakçıların sağlamlığı, onların keyfiyyətli məhsul əldə etməsini yox, yalnız satışı, qazanclarını düşünürlər".

Bu xəstəlikləri azalda bilərik

Həkim-diyetoloq Leyla Zülfüqarlı isə dedi ki, tam taxıllı çörəklərdən istifadə ilə özümüzü və sağlamlığımızı xəstəliklərdən qoruya bilərik: "İki ilə çörək istehlakının adambaşına altı kiloqram azalması gözəl göstəricidir. Çünki çörək yeməyi azaltmaqla şəkərli diabet riskini, piylənməni, ürək qan-damar xəstəliklərini azalda bilərik. Doğru çörək seçərək ehtiyacımızı bir və ya yarım dilimlə ödəmək mümkündür. Doğru çörək taxıllı çörəklərdir. Onları normasında yedikdə onun ziyanı yoxdur".

Qida eksperti Fərid Səfərov da insanların yemək rasionlarında çörəyi azaltdığını təsdiqlədi: "Ümid edirik ki, statistikada azalmanı bir az da görərik. Mən ətrafımdakı insanların timsalında da təsdiq edirəm ki, hətta çoxlu çörək yeyənlər belə, əvvəlki dövrlərə nisbətən indiki dövrdə bunu minimuma endiriblər. İnsanların əksəriyyəti ya ümumiyyətlə çörək yemir və bunu alternativ karbohidratlarla əvəz edir, ya da daha sağlam çörəklərə üstünlük verirlər. Məsələn, mərcidən, qarabaşaqdan, yulafdan, əsasən, kompleks karbohidratlardan hazırlanan çörəkləri seçirlər".

Çörəyi rasionumuzdan çıxarmalıyıq

F.Səfərovun fikrincə, çörəyin orqanizmimizə ziyanı faydasından qat-qat çoxdur: "Hazırkı vəziyyətdə çörək yeməyi azaltmağın, əsasən, müsbət tərəfləri var. Çünki çörək hazırlanarkən un çox cilalanır. Ən əsas məsələ, nəzərə almaq lazımdır ki, çörək karbohidratdır. Rasionumuzda da karbohidrat nə qədər az olarsa, bizim üçün o qədər xeyirlidir. Həmçinin, çörək daha gec həzm olunur. Hər kəs onu rahatlıqla həzm edə bilmir. Onu orqanizm üçün daha faydalı kompleks karbohidratlarla əvəz etmək olar". ("Kaspi" qəzeti)
 
 
 
Ardını oxu...
Market çörəyindəki həşərat sosial şəbəkələrdə şikayət obyekti oldu.


Marketdən alınan çörəyin içindən həşərat çıxıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.

Şikayətçi qeyd edib ki, çörəyi doğrayan övladı gözlənilməz mənzərə ilə rastlaşıb. "Uşaq çörəyin içindən çıxan həşəratı görüb iyrəndi. Bütün bədəni bir anda səpdi",- deyə qeyd edib.
Ardını oxu...
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinnin (AQTA) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fakt araşdırılacaq.

"Sosial şəbəkələrdə yayılan görüntülər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürüləcək və qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş edirik ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər"- deyə açıqlamada bildirilir.

"Qarabağ" ASC-nin direktoru Məhəmməd İbadov isə açıqlamasında deyib ki, "İstehsal etdiyimiz çörəyin içindən çıxan həşərata görə, hər kəsdən üzr istəyirik".

"Çörəyin içindən çıxan həşərata görə, hər kəsdən üzr istəyirik. İstehsal sahəsində bəzən belə xətalar olur. Olmamalıdır, amma olub. Hazırda məsələni araşdırırıq. İşində məsuliyyətsizliyə yol verən əməkdaşla bağlı müvafiq tədbir görüləcək", - deyə M. İbadov vurğulayıb.

Qeyd edək ki, ölkəmizdə qida təhlükəsizliyi məsələləri həmişə yüksək prioritet daşıyıb. Dövlət qurumları tərəfindən mütəmadi olaraq qida istehsalı və satışı müəssisələrində monitorinqlər aparılır, aşkarlanan qanun pozuntuları və çatışmazlıqlarla bağlı ciddi tədbirlər görülür. Buna baxmayaraq, bəzən bu cür xoşagəlməz hallarla da üzləşmək mümkündür.
 
Ardını oxu...
Son günlərdə paytaxtın bəzi ərazilərində əsas etibarı ilə tut ağaclarını qurd basması halları müşahidə olunur. Ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır. Bu da öz növbəsində sakinləri narahat edir.
Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keşirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.
Bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunub. Onu qeyd edək ki, sözügedən həşaratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.
Bitkilər üçün zərərli olan orqanizmin ləğv edilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. Amerika ağ kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilir.
Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yataqxanalarını bit basıb. Söhbət ADPU-nun Dərnəgül qəsəbəsində yerləşən 2 və 3 saylı yataqxanalarından gedir.

Keçmiş məcburi köçkünlərin yaşadığı bu çoxmərtəbəli binaların sakinləri 1 ilə yaxındır ki, bit-birə əlindən cana yığıldıqlarını deyirlər.

Məsələ ilə bağlı ADPU-dan "Xəzər Xəbər"ə bildirilib ki, bu yataqxanaların binası universitetin balansındadır.

Binanın komendantı isə deyib ki, evlərin bitlərdən təmizlənməsi üçün prosesi həyata keçirməli olan şirkətlə əlaqə saxlayıblar. MMC-dən bildirilib ki, onlarla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yeni müqavilə bağlamalıdır ki, gəlib binada təmizlik işləri aparsınlar.

Qurumdan isə bildirilib ki, bu günə qədər Dövlət Komitəsinə qeyd edilən məsələ ilə bağlı müraciət daxil olmayıb.

Fakt yaxın günlərdə ətraflı araşdırılacaq. Yaranmış problemin aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcək.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Sumqayıt şəhəri 14 saylı ümumi təhsil müəssisəsində 6-cı sinifdə oxuyan iki şagird sentyabrın 23-də dərs bitdikdən sonra (evdə olarkən) özlərini pis hiss etdikləri üçün təcili yardıma müraciət edilib.

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin dezinfeksiya tədbirlərindən sonra məktəblilərin zəhərləndikləri ilə bağlı yayılan iddialarla bağlı açıqlamasında bildirilir.

Qeyd olunur, ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə yönləndirilib. Sonradan şagirdlər müayinə edilərək evə buraxılıblar. Hazırda vəziyyətləri yaxşıdır.

"Həmin gün ümumi təhsil müəssisəsinin 2-ci korpusunda 330-dan çox şagird dərslərdə iştirak edib və heç birində belə hal müşahidə edilməyib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbə baxış keçirilib. Şagirdlərin səhhəti diqqətdə saxlanılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır", - açıqlamada deyilir.
 
Ardını oxu...
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi “Dərman preparatlarının və sarğı materiallarının satın alınması” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC olub.

Qalib şirkətlə 2 432 151 manat məbləğində müqavilə imzalanıb.
 
Ardını oxu...
  

Onkoloji xəstəliklərlə mübarizədə masamızda olan duzun möcüzəvi təsiri araşdırılıb.

Musavat.com medicina.az-a istinadən xəbər verir ki, Fridrix Şiller adına universitetin professoru Kristina Zelinski son elmi işində adi duzla maraqlı nəticələr alıb.

Onlar duzun immun sistemini möhkəmləndirdiyini görüblər.

Xörək duzu tibdə xlorid natriy kimi qeyd olunur.

Onkoloji xəstəliklərlə mübarizədə əsas T - killer hüceyrələr rol oynayır. Bəzi ağ qan hüceyrələri şiş hüceyrələrini tanıyıb onları məhv edə bilir.

Yeni terapiyada pasiyentin öz immun hüceyrələri qan plazmasından alınır, laboratoriyada çoxaldılır və yenidən xəstəyə köçürülür.

Alimlər T hüceyrələrin effektivliyinin natriy ionları ilə artdığını müşahidə ediblər.

Şişlərin özündə də yüksək natriy konsentrasiyası var. Məsələn, süd vəzi şişlərində natriy konsentrasiyası çoxdur, ona görə də bu pasiyentlər daha uzun müddət yaşayır.

Dİgər elmi işlər sübut edib ki, natriy digər T hüceyrələri də aktivləşdirir ki, autoimmun xəstəliklərin qarşısını alsın.

Eksperimentdə siçanlara duzla işlənmiş T hüceyrələr köçürülüb.

Nəticədə onlarda metobolik proseslər yüksəlib. Belə ki, şəkərin udulması nəticəsində hüceyrə daxili enerji artıb.


Ardını oxu...
  

Misirin Asuan vilayətində adi infeksiyalardan fərqli olan mədə-bağırsaq xəstəliklərindən 5 nəfər ölüb.

Bu barədə vilayətin qubernatoru İsmayıl Kamal deyib.

"Bu günə qədər mədə-bağırsaq infeksiyalarından başqa xəstəliklərdən fərqlənən ümumi beş ölüm ola bilər", - deyə o bildirib.

 İ.Kamal əlavə edib ki, "Asuanda son dövrdə ümumi ölüm göstəriciləri artmayıb və eyni səviyyədə qalır".//Trend

 
 
 
Ardını oxu...
Avropa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu COVID-19 infeksiyasının ilkin mənbəyini müəyyən etmək məqsədilə genişmiqyaslı tədqiqat aparıblar. Məlum olub ki, qlobal pandemiyanın ocağı Çinin Uhan şəhərindəki dəniz məhsulları bazarı olub.

Bu barədə elmi işin nəticələri ABŞ-nin nüfuzlu jurnalı "Cell"də dərc edilib.

Tədqiqatçılar virusun genetik məlumatlarını təhlil edərək belə nəticəyə gəliblər ki, Uhan bazarında aşkar edilmiş SARS-CoV-2 genotiplərinin ümumi əcdadı pandemiyaya səbəb olan genotiplə eynidir. Bu, məhz Huanan bazarının ölümcül təhlükəli infeksiyanın bütün dünyaya yayılması üçün başlanğıc nöqtəsi olduğunu göstərir.

Alimlər, həmçinin narahatedici bir faktı aşkar ediblər. Uhan bazarında koronavirusa yoluxmağa meyilli olan məməlilərin qanunsuz satışı həyata keçirilib. Onların arasında əksəriyyəti koronavirusa yoluxmuş olan bambuk siçanları, yenot itləri və viveralar olub.

Xatırladaq ki, yeni koronavirusa ilk yoluxma halları 2019-cu ilin dekabrında Uhanda qeydə alınıb. Cəmi bir neçə ay ərzində infeksiya bütün dünyaya yayılaraq milyonlarla insanın həyatına son qoydu. İnsanların sağlamlığına və dünya iqtisadiyyatına nəhəng ziyan vuran COVID-19 pandemiyası müasir tarixdə ən genişmiqyaslı və dağıdıcı pandemiyalardan biri hesab edilir.
 
 
 
Ardını oxu...
Paytaxt Bakıda bir sıra ərazilərdə ağaclara kütləvi qurdlar daraşır.

Bu qurdlar digər qurdlardan fərqli olaraq ağacların yarpağını yeyərək ağacları qurudur. Mütəxəssislərin fikrincə, kəpənək qurdlarına qarşı tədbir görülməsə, ekosistemə ciddi təsir edə bilər. Ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, kəpənək qurdları ölkəmizə gətirilən xarici ağaclardan yayılıb:

“Ölkəmizə xaricidən gətirilən agaclar bəzən özləri ilə bir sıra zərərli bakteriyalar gətirir. Nəticədə paytaxtımızla yanaşı, digər bölgələrdə də kəpənək qurdları yayılır. Kəpənək qurdları digər qurdlara bənzəmir. Bu qurdlar sürətlə çoxalır. Onların yayılmasının qarşısı alınmasa, sağlam ağac qalmaz”.

Ekspert qeyd edib ki, bəzən kəpənək qurdlarının çoxalmasını Xəzər dənizinin geri çəkilməsi ilə əlaqələndirirlər:

“Bəzi ekoloqlar hesab edirlər ki, Xəzər dənizinin suyunun çəkilməsi yer altında qurunt sularının çəkilməsinə səbəb olub.

Buna görə yeraltı həşaratlar kütləvi halda çoxalaraq ağaclara və fermer təsərrüfatına çox ciddi ziyan vurur.

Lakin belə deyil, bu dəqiqədə də Bakı metrosunda qrunt suları görmək olur. Yəni qurdların çoxalması Xəzərin çəkilməsi ilə əlaqəli deyil”. Akif Nəsirli qeyd edib ki, kəpənək qurdlarının qarşısını almaq üçün bütün lazımi peraparatlar var:

“Kəpənək qurdlarının kütləvi halda yayılmasının qarşısını almaq üçün mütləq ağacları dərmanlamaq, kəpənək qurdları yoluxmuş ağaclara isə mütləq dezinfeksiya etmək lazımdır. Əks halda ağaclar quruyar”.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildiriLİb ki, Bakının bir çox məhəllələrində qurdbasma ilə bağlı dezinseksiya işləri aparılıb:

“Birliyin əməkdaşları tərəfindən rayon ərazilərində qurdbasmaya qarşı ağacların, binaların və həyətlərdə dezinfeksiya işləri həyata keçirilib”.
 

Dünyapress TV

Xəbər lenti