Ardını oxu...
Yaşlandıqca orqanizmdə artan xroniki iltihab müxtəlif xəstəliklərin inkişaf riskini artıra bilər. Stress səviyyələrinizə nəzarət etmək, sağlam qidalanma, keyfiyyətli yuxu və müntəzəm fiziki fəaliyyət iltihabı azaltmağa və uzunmüddətli sağlamlığı qorumağa kömək edə bilər.
TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “HealthNews”a britaniyalı dietoloq Kris Rods məlumat verib.

Həkim izah edib ki, iltihab bədənin zədə və patogenlərin işğalına normal reaksiyasıdır. İltihabi reaksiya bədənin bərpasını sürətləndirmək üçün zəruri olsa da, xroniki hala gəldikdə sağlamlığa zərərli təsir göstərə bilər.

Rodsun fikrincə, bədən daimi iltihab səbəbindən yüksək həyəcan vəziyyətində olduqda, hüceyrələr normal funksiyalarını yerinə yetirməyə diqqət verə bilmirlər. Bu, müxtəlif orqan və sistemlərin işləməməsinə gətirib çıxarır, həmçinin demans, diabet, hipertoniya və koronar arteriya xəstəliyi kimi müxtəlif xəstəliklərin riskini artırır.

Əksər tədqiqatlar göstərir ki, iltihabın artdığı yaş fərdlər arasında dəyişir. Ancaq ən çox 55 yaşdan sonra baş verir. Xroniki iltihabı dayandırmaq və sağlam qocalmanın əsasını qoymaq üçün həkim həyat tərzində dəyişikliklər etməyi tövsiyə edir.

Həkim pəhrizə xüsusi diqqət yetirməyi məsləhət görür. Pəhrizdə dəniz məhsulları, bütün taxıllar, meyvələr, qoz-fındıq, tərəvəz və paxlalılar olmalıdır. Aktiv antiinflamatuar komponentlər lif, polifenollar və antioksidantlardır. Onlar bitki qidalarında və çayda olur. Həmçinin, fiziki fəaliyyət, stresə nəzarət və sağlam yuxu haqqında unutmayın.
 
Ardını oxu...
Hər birimizin dərisi və saçları ətraf mühitin mənfi təsirləri altındadır. Bu çirkli hava, günəşin ultrabənövşəyi şüaları, saç boyaları və s. Hamısı saçların yavaş-yavaş məhv olmasına gətirib çıxarır. Elə ona görədir ki, çox insanda artıq cavan vatındadn saç tökülməsi problemi başlayır.

Saçları mineral su ilə yaxalamağın bir çox faydası var.

Belə ki, adi mineral suyu istifadə etməklə bir çox problemlərdən azad olmaq olar. Mineral suların tərkbində olan sodium, dəmir, maqnezium və digər mikroelementlər və duzlara saçların çox ehtiyacı var. Mineral su saç köklərini gücləndirir və qidalandırır, saç tellərini daha da möhkəmləndirir və hətta kəpəyi də aradan qaldırır.

Əvvəlcə saçınızı adi qaydada şampunla yuyursunuz, sonda isə saçlarınızı, başınızın dibin mineral su ilə yaxalamaq lazımdır. Bunu həftədə iki dəfə etsəniz 2 ay ərzində artıq nəticəni əldə edə bilərsiniz.

Bu üsulu hətta üsul yox daha düzgün olaraq həyat tərzi adlandırmaq olar. Çünki bu üsulu bir vərdişə çevirmək lazımdır.
 
 
 
Ardını oxu...
Həkimlər böyrəklərin sağlamlığını dəstəkləyən məhsulların adlarını açıqlayıblar. Azpost.info bildirir ki, rusiyalı mütəxəssilər böyrək sağlamlığı üçün zəruri olan beş əsas məhsulu sadalayıblar.

Həkimlər xəbərdarlıq edib ki, böyrək funksiyasının zəif olması səbəbindən qan azlığı yarana, ürək və damarların, həzm orqanlarının fəaliyyəti pisləşə, immunitet aşağı düşə bilər.

Böyrəyə qanı və bədəni toksinlərdən təmizləməsinə kömək etmək üçün rasionunuza xiyar, qarabaşaq yarması, dəniz balığı, qaragilə və buğda kəpəyi daxil etməlisiniz.

Həkimlərin açıqlamasında ​​deyilir: “Xiyar 90% sudur, sidik yollarını yuyur, tullantıların və toksinlərin konsentrasiyasını azaldır. Qarabaşaq yarmasının tərkibindəki mürəkkəb karbohidratlar sidik ifrazını təşviq edir”.

Dəniz balıqlarının tərkibində olan Omeqa-3 böyrək toxumasını və ümumiyyətlə böyrək funksiyasını qorumağa kömək edir, qaragilə isə böyrək borularını atrofiyadan qoruyur. B6 vitamini ilə zəngin olan buğda kəpəyi sidik daşı xəstəliyinin qarşısını alır.

Mütəxəssilər hətta sağlam qidalardan da sui-istifadə etməməyə və balanslaşdırılmış pəhrizə riayət etməyə çağırıblar. Onlar həmçinin çoxlu miqdarda duz, konserv, qırmızı ət, şirin və yağlı qidalardan istifadə etməmək barədə xəbərdarlıq ediblər.
 
 
 
Ardını oxu...
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir”.

Bu barədə AQTA məlumat yayıb.
Bildirilir ki, ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, İngiltərənin Yorkşir və Humber regionunda, Çexiyanın Karlovar diyarında, İsveçrənin Bazel-Landşaft, Bazel-Ştadt, Turqau kantonlarında blutanq, Butan Krallığının Çxukha rayonunda və Nigeriyanın Delta ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb:
“Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Belə ki, Yorkşir və Humber regionunda, Karlovar diyarında və Bazel-Landşaft, Bazel-Ştadt, Turqau kantonlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Çxukha rayonunda və Delta ştatında isə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Məlumatda qeyd olunub ki, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həm də qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə də müraciət olunub”.
 
Ardını oxu...
Hindistanın qərbindəki Qucarat ştatında yayılmış naməlum xəstəlikdən azı 15 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “The Hindustan Times” qəzeti yazıb.

“Yerli həkimlərin hələlik dəqiq səbəbini müəyyən edə bilmədiyi xəstəlik Pakistanla sərhəddə yerləşən Kaç dairəsinin Lakhpat şəhərində yayılıb. Sentyabrın 3-dən 7-dək xəstəlik 10 nəfərin həyatına son qoyub. O vaxtdan bəri isə azı daha 5 ölüm faktı qeydə alınıb”, - məlumatda deyilir.

Yerli administrasiyanın nümayəndəsi Amit Arora ölüm səbəblərini müəyyən etmək üçün ölənlərin analizlərinin Milli Virusologiya İnstitutuna göndərildiyini və nəticələrin iki gün ərzində gələcəyini söyləyib.

Xəstəliyin yayılması bölgədə tüğyan edən leysan yağışları və daşqınlarla eyni vaxta təsadüf edib. Bu musson mövsümündə Kaç dairəsində ən çox yağıntı Qucarata düşüb - təxminən 890 mm və bu, orta göstəricinin 184 %-ni təşkil edir.
 
Ardını oxu...
Moskva vilayətində həkimlər qulaqlarında həşərat tapan iki qadını xilas ediblər.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.

Birinci xəstə Vidnovskaya xəstəxanasına gedib və həkimlərə sol qulağında hərəkət hiss etdiyini bildirib. Rus qadın yatarkən orqana tarakan sürünüb.

"Böcəyi çıxarmaq üçün müstəqil cəhdlər uğur gətirmədi" deyə şöbədən bildirib.

Mütəxəssislər maşadan istifadə edərək həşəratı tez bir zamanda çıxardılar.

Daha sonra başqa bir xəstə mütəxəssislərlə əlaqə saxlayıb. 63 yaşlı qadının dediyinə görə, yatarkən onun qulağına tarakan da sürünüb. O, tarakandan xilas olmaq üçün peroksiddən istifadə etmək qərarına gəlib. Nəticədə qıcıqlandırıcı qulağın içərisinə yapışıb.

"Bu, membranın zədələnməsi riski səbəbindən həkimləri çətinləşdirdi" deyə Səhiyyə Nazirliyindən bildirilib.

Hər iki halda xəstələrin eşitmə orqanlarına heç bir təhlükə yoxdur. Səhiyyə Nazirliyi arzuolunmaz nəticələrin qarşısını almaq üçün insanları analoji problemlə dərhal həkimlərə müraciət etməyə, özləri bundan xilas olmağa çalışmamağa çağırıb.
 
Ardını oxu...
Sağlam arıqlamaq üçün qida rasionuna mütləq lifli məhsullar əlavə edilməlidir. Bununla belə, arıqlamaq istəyənlər üçün pəhrizə daxil edilməli olan tərəvəzlərin adları açıqlanıb.

Xarici mətbuata istinadən sözügedən tərəvəzləri təqdim edirik:

Kələm

Kələm arıqlamağa kömək edir. Kalorisi azdır və liflə zəngindir ki, bu da həzmə kömək edir və tox saxlayır. Kələm kimi yüksək lifli qidalar arıqlamağa kömək edir və yağ kütləsini azaldır. Kələmin tərkibində iltihabla mübarizə aparan antioksidanlar da var.

İspanaq

İspanaq arıqlamağa kömək edən aşağı kalorili, qida ilə zəngin tərəvəzdir. Dəmir, A və C vitaminləri və liflə zəngindir. İspanağın tərkibindəki antioksidanlar da bədəndəki oksidləşdirici stressi azaltmağa kömək edir.

Brokoli

Sağlamlığa saysız-hesabsız faydaları olan brokoli toxluq hissi verdiyi üçün pəhriz siyahılarında ilk sırada yer alır. Kalorisi çox az olan və qida dəyəri ilə zəngin brokoli, tərkibindəki lif bolluğu sayəsində uzun müddət toxluq hissi verir.

Kök

Kökü arıqlamağa kömək edən aşağı kalorili tərəvəzdir. Lif və su ilə zəngindir. Bu tərəvəz də toxluq hissi verir və sağlam şəkildə arıqlama prosesini dəstəkləyir.

Gül kələmi

Gül kələmi az karbohidratlı və aşağı kalorili tərəvəzdir. Bu, düyü və kartof kimi yüksək karbohidratlı qidalar üçün əla əvəzedicidir. Tədqiqat, yüksək karbohidratlı qidaların gül kələm kimi aşağı karbohidratlı alternativlərlə əvəz edilməsinin çəki nəzarətinə və yağ itkisinə kömək edə biləcəyini göstərir.

Çuğundur

Çuğundurun kalorisi az və lifi yüksəkdir, bu da arıqlamağa kömək edir. O, həmçinin idman performansını yaxşılaşdıra və maddələr mübadiləsini sürətləndirə bilən nitratlarla zəngindir.
 
 

 


Ardını oxu...
ABŞ-da yarasa populyasiyasının azalmasının uşaq ölümlərini artırdığı müəyyən edilib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, yeni araşdırma ekosistemin deqradasiyasının insan sağlamlığına dolayı təsirini göstərən tapıntıları əlavə edir.

Yarasalar çoxları tərəfindən qaçınılması lazım olan qorxulu canlılar kimi görünsə də, ekosistemlərin tarazlığının qorunmasında böyük əhəmiyyətə malikdir. Xüsusilə hər gecə minlərlə böcəyi yeyərək, kənd təsərrüfatı sahələrində pestisidlərin istifadəsini əhəmiyyətli dərəcədə azaldırlar.

Bununla belə, ABŞ-da yarasa populyasiyası son 20 ildə ciddi təhlükə altındadır. 2006-cı ildə Avropa və ya Asiyadan Şimali Amerikaya köçdüyü güman edilən Pseudogymnoascus destructans göbələyinin yaratdığı ağ burun sindromu yarasaların sayının kəskin azalmasına səbəb olur. İnsanlara heç bir təsiri olmayan bu göbələk yarasaları öldürə bilir və yoluxduğu bütün koloniyaları məhv edəcək qədər güclüdür. Hazırda bu xəstəlik ABŞ-ın 40 ştatında və Kanadanın 9 əyalətində müşahidə olunur.

Çikaqo Universitetinin ekoloji iqtisadçısı Dr. Eyal Frank təəccüblü bir tapıntı etdi və yarasa populyasiyasının azalması ilə körpə ölümü arasında əlaqəni ortaya qoydu. “Science” jurnalında dərc edilən araşdırmaya görə, 2006-2017-ci illər arasında yarasa populyasiyasının azaldığı bölgələrdə pestisidlərdən istifadə 31 faiz artıb.

Dr. Pestisidlərin hava və su ilə qarışaraq insan sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirən Frank, bu maddələrin çox istifadə edildiyi bölgələrdə uşaq ölümlərini araşdırdı. Tədqiqat göstərdi ki, ağ burun sindromunun yarasa populyasiyasını azaltdığı bölgələrdə körpə ölümləri 8 faiz artıb.

Dr. Frank hesab edir ki, 2006-2017-ci illər arasında 1334 körpə bu səbəbdən ölüb.
 
Ardını oxu...
Qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir.

Bu barədə Səhiyyə Nazirliyinin qrip əleyhinə vaksinasiya ilə bağlı müraciətində deyilib.

Bildirilib ki, bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib:

“Səhiyyə Nazirliyinin müvafiq Əmrinə əsasən 10 sentyabr 2024-cü il tarixindən vaksinasiyaya başlanılır. Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir. Həmçinin cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən Azərbaycana çoxsaylı qonaqların səfəri gözlənilir”.

“Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi sözügedən əhali qrupları ilə yanaşı COP29-la bağlı tədbirlərə cəlb olunan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər”. - deyə müraciətdə qeyd edilib.
 
 
 
Ardını oxu...
“Nur” çörək zavodunun istehsal etdiyi çörəyin içərisindən naməlum qırıntılar çıxıb. Bu barədə Oxu.Az-a hadisə ilə rastlaşan vətəndaş müraciət edib.

Şikayətçi Emil Qabulov qeyd edib ki, çörəyi srağagün metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı marketdən alıb:

“Nur” çörək zavodunun istehsal etdiyi 55 qəpiklik çörəyi aldım. Zavod çörəyi olduğu üçün həmişə istifadə edirik. Gətirib kəsəndən sonra bir az yedim, mədəmdə ağrılar yarandı. Sonradan gördüm ki, çörəyin içərisində mənşəyi məlum olmayan qara qırıntılar var. Bu, çörəyin qırıntıları və ya yanan hissəsi deyildi. Zavodla əlaqə saxlayandan sonra mənim onlara verməli olduğum sualı onlar mənə verdilər: “Çörəyin içərisində o qara qırıntılar nə edir?” Sonradan zavoddan başqa bir şəxslə danışdım, o, iş qəzası olduğunu dedi və kompensasiya ödəyəcəklərini qeyd etdi”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ agentliyin “1003” Çağrı Mərkəzi tərəfindən qeydə alınıb və nəzarətə götürülüb:

“Fakt qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın “1003” qaynar xəttinə məlumat versinlər”.

Qeyd edək ki, məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Dünyapress TV

Xəbər lenti