Ardını oxu...
Çuğundur suyu saçlara bir sıra faydalı təsirlər göstərə bilər. Bu təsirlər əsasən çuğundurun qida dəyərləri ilə bağlıdır. Foodinfo.az xəbər verir ki, çuğundur suyu saç sağlamlığını dəstəkləyən vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Çuğundur suyunun saçlara olan faydaları aşağıdakılardır:Çuğundur suyu, xüsusən də dəmir və folatla zəngindir. Dəmir qan dövranını yaxşılaşdırır və saç köklərinə daha çox oksigen daşıyır. Bu da saç inkişafını sürətləndirir və saçları gücləndirir.Bu tərəvəz suyunun təbii antiseptik və təmizləyici xüsusiyyətləri kəpəklə mübarizədə faydalıdır. Saç dərisindəki ölü hüceyrələri təmizləyərək saç dərisi sağlamlığını yaxşılaşdırır.Tərkibindəki qidalar, xüsusən də antioksidantlar və vitaminlər saç köklərini gücləndirir, saç tökülməsini azaldır və saçların qalınlaşmasına kömək edir.Çuğundur suyu saçı nəmləndirərək onu quru və kövrək olmağa qarşı qoruyur. Tərkibindəki vitamin və minerallar saçları parlaq və sağlam saxlayır.Ondakı antioksidantlar saç rəngini təbii şəkildə qorumağa kömək edir və saçlara təbii bir parlaqlıq verir.Çuğundur suyunu birbaşa saç dərisinə tətbiq etmək, yaxud onu içmək saç sağlamlığını yaxşılaşdırmaq üçün istifadə edilə bilər. Ancaq saç dəriniz həssasdırsa və ya hər hansı bir allergik reaksiya ehtimalı varsa, ilk dəfə tətbiq etməzdən əvvəl kiçik bir nahiyədə sınaqdan keçirmək faydalı ola bilər.
 
Ardını oxu...
Maya çörəyi adi versiyadan daha uzun müddətə hazırlanır, lakin daha sağlamdır. Foodinfo.az xəbər verir ki, ABŞ-ın Klivlend Klinikasından sertifikatlı dietoloq Beth Cervoni belə bir məhsulun faydalarından danışıb.Maya çörəyi fermentasiya yolu ilə hazırlanır. Bu, bağırsaqda sağlam bakteriyaları qidalandıran prebiyotiklər yaradır.Üstəlik, fermentasiya prosesinə görə bu məhsul bəzi digər çörək növlərinə nisbətən daha aşağı glisemik indeksə malikdir. Başqa sözlə, qan şəkərinin səviyyəsi ağ çörək yeyərkən olduğu kimi tez yüksəlmir ki, bu da diabetli insanlar üçün xüsusilə vacibdir.
 
 


 
Ardını oxu...
"Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkidə təcili yardım hər bir çağırışa çevik cavab vermək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək".

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmətə tam hazır vəziyyətə gətirilib:

"Bununla əlaqədar, artıq cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb".
 
Ardını oxu...
Yüksək təzyiq, ateroskleroz, vaskulit (qan damarlarının iltihabı), xəsarətlər, qan durulaşdıran dərmanlar və C vitamini çatışmazlığı səbəbindən gözdəki damarlar partlaya bilər.
TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu gazeta.ru-ya oftalmoloq Nataliya Boşa deyib.

"Yüksək qan təzyiqi, o cümlədən qəfil fiziki gərginlik, tez-tez gözlərdə qan damarlarının partlamasına səbəb olur. Bu da müxtəlif səbəblərdən damar divarının kövrəkliyinə gətirib çıxarır - ateroskleroz, vaskulit, C vitamini çatışmazlığı. Gəmilər zədə nəticəsində, məsələn, bir zərbədən və ya gözə yad cisim daxil olduqdan sonra partlaya bilər. Bu vəziyyətə qan durulaşdıran dərmanlar və ya laxtalanma pozğunluğu ilə müşayiət olunan qan xəstəlikləri də səbəb ola bilər", deyə həkim bildirib.

Ən çox görülənlərdən biri müxtəlif xəstəliklər və ya uzunmüddətli vizual stress səbəbindən quru göz sindromunun inkişafıdır:

"Çox vaxt bu, uzun müddət ekranlarla işləyərkən baş verir: konyunktiva quruyur və damarlar partlaya bilər. Konyunktivitin hemorragik formaları, əməliyyatdan sonrakı vəziyyətlər, gözün və ya beynin damar anomaliyaları da qanaxmaya səbəb ola bilər".

Əgər qanaxmalar tam sağlamlıq fonunda müntəzəm olaraq baş verməyə başlayırsa, onda bir mütəxəssislə məsləhətləşmək daha yaxşıdır.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa məktəbli geyimlərinin sintetik parçadan hazırlanmasına irad bildirib.

Bu cür parçalardan hazırlanan formaların uşaqların sağlamlığı üçün təhlükə yaratdığını vurğulayan millət vəkili bu məsələyə ciddi yanaşmaq lazım olduğunu deyib.

Bununla bağlı “Bakı Tikiş Evi”nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov "Cebheinfo.az"-a açıqlamasında bildirdi ki, burada söhbət məhz avtobus dayanacaqlarında satılan saxta məktəbli formalarından gedir:

"Bizim fabrikimiz rəsmi müəssisədir və tikilən məktəbli köynəklərin 95 %-i pambıq, şalvar və ətəklərin 60 %-i yun, 40 %-i isə polyesterdir. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi qərara uyğundur.

Yəni bu məktəbli formalarının sertifikatı, 1 il zəmanəti var. Heç bir təsadüfi yerlərdə bizə aid məktəbli formaları satılmır. 11 satış məntəqəmiz var, məhsullar da yalnız həmin mənqətələrdə satılır. Məktəbli formalarının parçaları isə Belarusiyadan və Türkiyədən gətirilir".
 

Ardını oxu...
“Ölkədə duru, eləcə də kərə yağı bazarında ciddi problemlər var. Nehrə yağı kimi “Nənəmin yağı” adı altında satılan məhsulların əksəriyyəti saxtadır, təmiz süddən hazırlanmır”.

Bunu TNS-ə Azad istehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

O, əmtəə bazarında satılan saxta duru yağların olduğunu da bildirib: “Yunanıstdan gətirlən "Vero Greco” 5 litrlik zeytun yağı var. Üzərində zeytun şəkli olan yaşıl qutularda qablaşdırılır və 45 manatdan baha qiymətə satılır. O yağlar saxtadır və biz bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat vermişik. Məlum olub ki, həmin yağların tərkibində maksimum 5 faiz zeytun yağı var. Məhsul zeytunun “jmıx”ından hazırlanıb, qalanı isə naməlum bitki yağlarıdır. Üzərində olan ştrix-kod müəmmalıdır. Bununla bağlı Yunanıstana - istehsalçıya yazdım. İstehsalçı mənim səhv etdiyimi bildirdi. Sonra araşdırma apardıq və məlum oldu ki, həmin ştrix-kod Yunanıstanda saxta yazılıb. Bu barədə gömrük orqanları və AQTA-nı məlumatlandırmışam”.

AİB sədri bildirib ki, kərə yağı bazarında da problemlər davam edir: “Kərə yağı adı ilə satılan yağların çoxu qarışıq yağlardır. Məsələn,“Tulçinka” yağı qarışıq yağdır, amma əhali onu kərə yağı kimi alır.

Bu qəbildən olan yağların üzərində “təbii yağ” yazılır, inək şəkli çəkilir, amma bunlar inək yağı deyil. AQTA rəhbərliyinə yazmışam ki, bu yağların tərkibi göstərilsin. Sadəcə bitki yağları yazılmasın.

Əmtəə bazarında təmiz yağlar da var”.

AİB sədrinin sözlərinə görə, Yeni Zelandiya yağları daha keyfiyyətlidir: “Yeni Zelandiyada konfransa getmişdim və orada yağların istehsalı ilə tanış olmaq imkanım oldu. Heyvanlar açıq havada otladığı, qış mövsümü olmadığı üçün kərə yağı nisbətən ucuz gəlir. Əslində, kərə yağı 20 manatdan ucuz olmalı deyil”.

AİB sədri bildirib ki, kərə yağları əllə sxdıqda daha bərk olur, kəsəndə əzilir. Marqarin yağları isə səlis kəsilir.
 
Ardını oxu...
Rusiya Səhiyyə Nazirliyi vapes və elektron siqaretlərin yaratdığı EVALI xəstəliyinin yayılmasının artması ilə bağlı xəbərdarlıq edib.
Qayanrinfo xəbər verir ki, xəstəlik haqqında ətraflı məlumat şöbənin “Telegram” kanalında yerləşdirilib.
EVALI elektron siqaretlərin çəkilməsi və vapinqlə əlaqəli kəskin ağciyər xəstəliyidir. Bu xəstəliklərin simptomları qızdırma, ümumi zəiflik və nasazlıq, öskürək və nəfəs darlığıdır.
Xəstəliyin əsas simptomu siqaret çəkənin ağciyərlərində kompüter tomoqrafiyası ilə aşkar edilən patoloji dəyişikliklərdir. Üstəlik, EVALI-nin ilk əlamətlərindən biri mədə-bağırsaq traktının pozulmasıdır.
 
Ardını oxu...
“Lancet” dərgisi ABŞ, Norveç və İspaniya alimlərinin müxtəlif xalqlarının qocalma sürətini müqayisə edən bir araşdırma dərc etmişdi. Nüfuzlu tibb dərgisndən bəzi qeydlər…
Alimlər hər ölkədəki ortalama insan ömrünün uzunluğundan deyil, qocalıqla bağlı xəstəliklərin hansı yaşda özünü göstərməsindən yola çıxıblar. 1990–2017 illər arasındakı periodları təhlil edən elm adamları müəyyən ediblər ki, insanda qocalığın başlama yaşı 65 yaşdır.
Ancaq maraqlıdır ki, 65 yaşı heç də bütün ölkələrə şamil etmək olmur. Məsələn, yaponlar özlərini ancaq 76 yaşından sonra qocalmış hiss etməyə başlayırlar.
Bu göstərici Papua Yeni Qvineyada çox avınacaqlıdır – papuaslar 45 yaşında özlərini artıq qoca bilirlər.
Əfqanıstanda insanlar 51,6, Lesotoda isə 53,6 yaşında qocalmış sayırlar.
Bəxtəvər Yaponiya, İsveçrə, Fransa və Sinqapurda qocalıq yaşı 76-dır.
İtalyanlar 74,8, israillliər 74, Amerikalılar isə 68 yaşa qədər özlərini orta yaşlı hesab edirlər.
Rusiyada vəziyyət Əfqanıstandan bir qədər yaxşıdır.
Ruslar 59 yaşına gələndə özlərini artıq qoca sayırlar.
Ukraynada isə göstərici 57-dir.
Rusiyada və Ukraynada kişilərin sağlamlığı qadınlarla müqayisədə daha bərbad durumdadır. Tədqiqatlar Şərqi Slavyanyan kişilərinin tez yaşlandığını, artıq 53-55 yaşlarında qocalığın başladığını göstərir.
Ukraynada bu göstərici daha da pisdir – 50-53 yaş.
“Lancet” bu dataya əsasən rus kişilərinin fizioloji qocalığının 55-də başladığını (qadınlarda 65) nəzərə alaraq onların məhz bu yaşlarda təqaüdə çıxmalarını tövsiyyə edir...
***
Doğrusu Rusiya və rus cəmiyyətinə bir az bələd olanlar Şərqi Slavyan insanının o yaşlarda həm çox qoca, həm də sağlam olmadığını asanlıqla müşahidə edə bilirlər. Bu, xüsusilə 35-40 yaşından sonrakı kişilərə aiddir, çünki onlar nəsli kəsilməkdə olan növə çevrililirlər.
Bütün bunları görmək üçün demoqrafik vəziyyətə, uşaq ölümü, uşaq narkomaniyası və uşaq alkoqolizmi kimi göstəricilərin apokalipsisi andıran statistikasına baxmaq kifayətdir. Bu işlər Kremlin “uşaq doğun, uşaq doğun” deməsilə, maddi stimullar verməsilə olmur.
Bunun üçün insan sağlam olmalıdır.
Sağlam insanı isə yetişdirmək lazımdır.
O da ancaq sağlam cəmiyyətlərdə mümkün olur…
https://t.me/ibrahim_nebioglu
TEREF
 
 
 
Ardını oxu...
Bu səbəbdən də tibb müəssisəsinə müraciət edən vətəndaşlar laborator və rentgen müayinəsi, eləcə də stasionar tibbi xidmətlərin göstərilməsi üçün bölgə üzrə digər tibb müəssisələrinə yönləndirilir.
Sosial şəbəkədə Şəmkirdə yararsız hala düşən tibb müəssisəsinin fotoları yayılıb. TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, tibb müəssisəsi 1984-cü ildən fəaliyyət göstərib.
"Əvvəllər Şəmkir Rayon Ağciyər Xəstəlikləri Xəstəxanası kimi işləyən tibb müəssisəsi hazırda yararsız halda olduğu üçün 2021-ci ildən stasionar tibbi xidmət dayandırılıb, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində Ftiziatrik kabinet olaraq yalnız kiçik bir hissədə ambulator tibbi xidmətin göstərilməsi mümkündür.
Bu səbəbdən də tibb müəssisəsinə müraciət edən vətəndaşlar laborator və rentgen müayinəsi, eləcə də stasionar tibbi xidmətlərin göstərilməsi üçün bölgə üzrə digər tibb müəssisələrinə yönləndirilir.
TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yeni yaradılacaq mərkəzdə vərəm və ağciyər xəstəliklərinin profilaktikası, diaqnostikası, müəssisələrin strukturunun optimallaşdırılması həyata keçiriləcək" - qurumdan bildirilib.
 

Ardını oxu...
Azərbaycanlı jurnalist Dəryanur Cəfərova İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini onun adına saxta xəstəlik yazmaqda ittiham edib. O, bu barədə sosial hesabında yazıb:

Ardını oxu...

“Mən Yevlaxda qeydiyyatdayam. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaranandan bəri bir dəfə də olsun xəstəxanaya müraciət etməmişəm. İndi sistemdə görürəm ki, guya 2020-2021-ci illər ərzində burnumdan qan açılması ilə bağlı adını qeyd etdikləri həkimin qəbulunda olmuşam. Hətta mənə xəstəlik də tapıblar. 2020-ci ildə məndə babasil aşkar ediblər. Sizdə hər şey yaxşıdı?Bunları kim daxil edib sistemə? Niyə mənim xəstəliyim olmaya-olmaya burada xəstəlik qeyd olunub?”,- deyə jurnalist qeyd edib.

Ardını oxu...

Tribunainfo.Az

Dünyapress TV

Xəbər lenti