Ardını oxu...
Əgər simptomlar 24 saatdan çox davam edərsə, həkimə müraciət etmək mütləqdir.
Qarpız və ya yemişdən sonra ürəkbulanma, qusma, diareya və titrəmə halı kimi zəhərlənmə əlamətlərini hiss etdikdə, daha çox maye içmək, uzun müddət qusmağa laqeyd yanaşmamaq, həmçinin bir müddət qida və spirtli içkilərdən imtina etmək lazımdır.
Bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin Vidnovski Klinik Xəstəxanasının qastroenteroloqu Lyudmila Suxorukova RİA Novosti-yə bildirib.
"Zəhərlənmə zamanı ilk yardım: bu halda daha çox maye içmək məsləhətdir. Bunun üçün adi qazsız su, meyvə kompotları (meyvə şirələri deyil) və ya bir qədər şirinləşdirilmiş su uyğundur. Susuzluğun ağır nəticələrinin qarşısını almaq üçün su-elektrolit balansını saxlamaq məqsədi ilə xüsusi məhlullar var. Bunlar suda həll olunmuş toz və ya sistem (vena daxili infuziya) ola bilər. Sistem xəstəxana şəraitində həkim təyinatı ilə həyata keçirilir", Suxorukova bildirib.
Həkim qeyd edib ki, diareya zamanı reseptsiz dərmanlar qəbul etmək olar. Ancaq qeyd etmək lazımdır ki, onların hamısı uşaqlar üçün uygun olmaya bilər.
"Uzun müddət qusmağa laqeyd yanaşmayın. Qusma başlayırsa və bir neçə saat dayanmırsa, kömək üçün həkimə müraciət edin. Təcili yardım və ya xəstəxana həkimləri onu dayandırmaq üçün iynə vura bilərlər", agentliyin həmsöhbəti əlavə edib.
Əgər hərarət yüksəlirsə, titrəmə və baş ağrıları yaranırsa, qızdırma əleyhinə dərman qəbul etmək və istirahət etməyə çalışmaq tövsiyə olunur.
"Bir müddət yeməkdən imtina edin. Xalq təbabəti ilə müalicə etmək və spirtli içki qəbul etmək məsləhət deyil. Əgər simptomlar 24 saatdan çox davam edərsə, həkimə müraciət etmək mütləqdir", Suxorukova söyləyib.
Qastroenteroloqun sözlərinə görə, qarpız və ya yemiş yeyiləndən sonra zəhərlənmənin ilk əlamətləri bir saatdan iki günə qədər davam edə bilər. Bunun ciddiyəti bir çox amillərdən, o cümlədən zəhərlənmənin növündən (qabıqdakı bakteriyalar, xarab olmuş qarpız və ya yemiş, pestisidlər və ya nitratlar), insanın yaşından, çəkisindən, yediyinin miqdarından və müşayiət olunan xəstəliklərin olmasından asılıdır. Zəhərlənmənin ən çox rast gəlinən simptomlarını ürək bulanma və qusma, diareya, qarında narahatlıq, zəiflik, titrəmə, həddindən artıq tərləməni qeyd etmək olar.
 
 
 

Ardını oxu...
Son zamanlarda ürək-damar xəstəlikləri səbəbilə ölənlərin sayı artıb. Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.

“World Statistics” beynəlxalq statistika mərkəzinin apardığı araşdırmaya görə, Azərbaycan ürək xəstəlikləri səbəbindən hər 100 min nəfərə 388 ölümlə siyahıda ikinci yerdədir.

Amma məhz son günlərdə ürək probleminə görə ölənlərin sayında artım insanlarda təşvişə səbəb olub.

Bunun səbəbi nədir?

Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, əvvəllər ürək xəstəliyindən ölümlərin çoxluğunda qidalanmağımız, az hərəkətliliyimiz, əsəb, stres, ekoloji və digər faktorlar rol oynayırdısa, indi səbəb koronavirusdur:

“Koronavirus pandemiyası göstərdi ki, zədələnmiş damarlar, ateromanın tutulması çox geniş hal alıb. Koronavirusdan ölüm hallarının çoxu da məhz damar tutulmasına görə oldu. Nəzərə alsaq ki, insanların əksəriyyəti gedib peyvənd olunmadan vaksin kağızı aldı, bu da xırda epidemiyaların davam etməsinə gətirib çıxardı. Bu gün hələ də yoluxma halları davam edir.

Onlar arasında isə kamorbid vəziyyəti, bədənində interferon səviyyəsi aşağı olan, onkoloji xəstələr və s. var ki, bu şəxslərdə ölüm halları arta bilər.

Çünki koronavirus vaxtı sosial şəbəkələrdə laqeyd adamların vaksin əleyhinə yazdığı statuslar təlqinə meyilli şəxslərə təsir etdi və ona görə də bunun nəticələrini biz indi görürük”.
 
Ardını oxu...
Qarabaşaq vitamin və faydalı mikroelementlərlə zəngin qidalardandır, bağırsaqların fəaliyyətini, öd əmələ gəlməsini yaxşılaşdırır, lakin mədə-bağırsaq xəstəlikləri olan insanlar axşam saatlarında ondan çox yeməməlidirlər.Foodinfo.az xəbər verir ki, bu barədə pediatr Regina Nikolaeva xəbərdarlıq edib.Onun sözlərinə görə, həzm problemi və ya kəskin xroniki xəstəlikləri olan insanlar bu məhsuldan istifadə edərkən daha diqqətli olmalıdırlar, çünki axşam saatlarında çox yeyildikdə spazm və köpün yaranmasına səbəb ola bilər, bu isə yuxuya mənfi təsir edəcək.Buna baxmayaraq, qarabaşaq yarması ilə bağlı heç bir ciddi əks göstəriş yoxdur.
 
Ardını oxu...
Epilepsiya sinir sistemini təsir edən və beynin fəaliyyətini müvəqqəti pozan və qıcolma şəklində baş verən mühüm sağlamlıq problemidir. Hər yaşda insanda uzun müddət görülə bilən bu problem özü ilə bir çox simptomları da gətirir.

Demokrat.az xəbər verir ki, Türkiyə Qidalanma və Pəhriz Departamentindən Dyt. Betül Merd epilepsiya xəstələrinin qidalanması haqqında məlumat verib.

1- Baş gicəllənməsi səbəbiylə çökmə,

2- Nəzarət oluna bilməyən titrəmə və titrəmə hissi ilə müşayiət olunan boş nəzərlərlə baxmaq,

3- Qol və ayaqlarda karıncalanma hissi,

4- Qol və ayaqlarda qeyri-iradi sancmalar, əlləri idarə edə bilməmək, qışqırmaq,

5- Ağızdan köpük çıxması, qeyri-iradi sidik qaçırma.

Müalicəsi varmı?

1- Epilepsiya əleyhinə dərman deyilən dərmanların istifadəsi əsas müalicədir,

2- Cərrahi müdaxilə,

3- Tutmaları idarə etməyə kömək edə biləcək bir cihazı bədənə yerləşdirmək,

4- Ketogenik pəhriz, nöbetləri idarə etməyə kömək edə biləcək xüsusi bir pəhriz
Balanslı və sağlam qidalanma əhəmiyyətlidir.

Balanslı və sağlam qidalanma bütün insanlar üçün vacib və əvəzedilməz bir qaydadır.

Xüsusilə xəstəlik dedikdə bu qayda ağla gəlsə də, həyatın hər dövründə bu qaydanı tətbiq edən insanlar daha sağlam olurlar. Bugünkü elmi araşdırmalar nəticəsində müəyyən edilib ki, ümumi sağlamlığa təsiri sübuta yetirilən balanslı və nizamlı qidalanma bir çox xəstəliklərlə mübarizəyə müsbət təsir edir.

Epilepsiya ilə mübarizədə təsirli olan əsas qidalanma tövsiyələri aşağıdakılardır:

1- Bədəndə qan şəkərinin balanslı olması hər xəstəlikdə olduğu kimi epilepsiyanın sonunda da vacibdir. Buna görə qanda şəkərin qəfil artması epileptik tutmalara səbəb ola bilər. Şəkər səviyyəsini artıracaq şəkərli qidalardan qaçınılmalı və şəkəri az olan taxıllı qidalar istehlak edilməlidir.

2- Sağlam yağlarla hazırlanan qidalar gündəlik qidalanma proqramına daxil edilməlidir.

3- Xüsusilə sağlam zeytun yağı istifadə edilməli, Omega 3 və Omega 9 kimi qida qaynaqlarına üstünlük verilməlidir.

4- Epileptik tutmalara səbəb ola biləcək spirtli içkilərdən qaçınılmalıdır.

5- Tərkibində kofein olan qəhvə, çay və kakao istehlakı məhdudlaşdırılmalıdır.

6- Epilepsiya müalicəsində istifadə edilən dərmanlarla qarşılıqlı təsir göstərmə ehtimalı olan qidalar mütəxəssis həkimlərin nəzarəti altında istehlak edilməlidir.

7- Kalsium, maqnezium və natrium baxımından zəngin paxlalılar, tam taxıl məhsulları və yaşıl yarpaqlı tərəvəzlər istehlak edilməlidir.

8- Bədənin qida ilə kifayət qədər miqdarda vitamin və mineral alması təmin edilməlidir.
Qan şəkəri balanslanmalıdır
Epilepsiya xəstələrinin qidalanmasında diqqət edilməli olan ən vacib məsələlərdən biri də xəstənin qan şəkərinin balanslı olmasıdır.

Bu səbəbdən bu xəstəliyə tutulanların tərkibində şəkər olan qidalardan uzaq durmaları, un əvəzinə tam taxıl məhsulları istehlak etmələri çox vacibdir.

Xəstələr yeməkləri atlamamalıdırlar, çünki uzun müddətli oruc qan şəkərinin həddindən artıq aşağı düşməsinə səbəb olur.

Belə xəstələr üçün balıq istehlakı çox vacibdir. Balıqda olan Omeqa 3 və Omeqa 9 kimi sağlam yağlar epilepsiya xəstələri üçün çox faydalıdır. Bu səbəblə epilepsiya xəstələri balıq yeməkdə diqqətli olmalıdırlar. Epilepsiya xəstələri spirtli içki və çayı çox istifadə etməməli, kofe və kola kimi tərkibində kofein olan içkilərin istehlakını məhdudlaşdırmalıdırlar. Bu içkilər epileptik tutmaları tetiklemek xüsusiyyətinə malikdir.

Epilepsiya üçün istifadə edilən bəzi dərmanlar nar və qreypfrut kimi meyvələrlə qarşılıqlı təsir göstərə bilər ki, bu da dərmanın təsirini azalda bilər. Bu səbəblə qreypfrut, nar kimi meyvələrin istehlakına diqqət edilməli və mütəxəssisə müraciət edilməlidir.
 
Ardını oxu...
Bir çox insan, xüsusilə, tələbələr həm vaxtlarına qənaət etmək, həm də hazırlanması daha rahat olduğu üçün paketləşdirilmiş qidalara üstünlük verirlər. Bu qidalara ölkəmizdə “ rolton”, “noodle” və s. adlarla tanınan ramen əriştələr də daxildir.

Bu əriştələr çox sevilsə də, mütəxəssislər onların qəbulunu heç də tövsiyə etmirlər. Belə ki, araşdırmalara görə, tərkibində zülalın, vitaminlərin, mineralların az olduğu bu qidalar uzun müddət həzm edilmir.

Kimyəvi maddələrdən ibarət kütlə...

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bu əriştələrin sağlamlığa digər təsirləri barədə açıqlama verib.

O vurğulayıb ki, belə əriştələr bizim bildiyimiz əriştələrdən deyil, kimyəvi maddələrdən ibarət kütlədir:

"Bununla qidalanan insanların daxili orqanlarında bir çox xəstəlik və həzm problemi yaranır. Belə əriştələrin uzun müddət xarab olmaması üçün tərkibində bəzi maddələr var. Bu maddələrin insan orqanizminə təsiri isə müzakirə mövzusudur.

Məhsulun uzun müddət qalması, isti suya qatıldıqda öz formasını itirməməsi üçün tərkibinə müəyyən kimyəvi qatqı maddələri vurulur. Buna görə də bu əriştələr mədədə saatlarla olduğu kimi qalır. Bu da birbaşa olaraq həzm prosesinin pozulmasıyla nəticələnir”.

Adətən əriştələrin yanında müxtəlif növ yağlar, ədviyyətlar və qurudulmuş tərəvəzlər də olur. Bəs bunlar da ziyanlıdırmı?

“Əriştələrin yanında istifadə olunan dadlandırıcılarda Monosodyum glutamate, xalq arasında tanınan adıyla Çin duzunun sintetik versiyasından istifadə edilir. Nəticədə ağızdakı dad reseptorları pozulur və həmin qidadan asılılıq yaranır. Bu asılılıq da gələcəkdə böyrək və qaraciyər çatışmazlığına, mərkəzi beyin sisteminin sıradan çıxmasına, erkən yaşda alzheimerin yaranmasına, gənclərdə yuxusuzluğun, yorğunluğun, diqqətsizliyin artmasına səbəb olur.

Bəzən bu məhsulların yanında xoş görünsün deyə qurudulmuş tərəvəzlər də qoyulur. Ancaq bunlar da qidalanmaya yararlı deyil. Çünki uzun müddət qalmaları, iylənməmələri üçün tərkiblərinə müxtəlif kimyəvi maddələr qatılır.

Həmçinin, əriştənin üzərinə tökmək üçün qoyulan yağlar palma və ya mənşəyi bəlli olmayan yağlardır. Bir qida məhsulunda bu qədər zərərli kimyəvi maddənin olması insan orqanizmində ciddi fəsadlara yol açır”,- deyə müsahibimiz bildirib.

Bu qidalar 20 yaşa çatmayanlar üçün daha təhlükəlidir

“Məhsulun tərkibində orqanizmə faydalı makro və mikro elementlər olmadığı üçün 20 yaşa qədər insanlar üçün daha təhlükəlidir. Çünki həmin yaşa qədər orqanizm daim inkişaf etdiyi üçün keyfiyyətli, qida elementləri ilə zəngin, sağlam qidalardan istifadə edilməlidir”.

Məsələylə bağlı həkim-cərrah Adil Qeybulla da öz fikirlərini bölüşüb. O da konservləşdirilmiş qidaların tərkibindəki maddələrin müxtəlif xəstəliklərin yaranmasına səbəb olduğunu vurğulayıb:

“Belə qidaların tərkibində istifadə olunan trans yağlar damarların tıxanmasına səbəb olur. Çünki bu yağlar orqanizmdə xolesterinin miqdarını artırır, nəticədə zədələnmiş arteriyal damarların divarını daraldır. Bu da ürək-damar xəstəliyinin yaranması ilə nəticələnir.”
Ardını oxu...
Son aylarda dünyanın bir neçə ölkəsində "Qərbi Nil" virusuna yoluxma ilə bağlı xəbərlər yayılıb. Bir neçə gün əvvəl sözügedən virus Ermənistan ərazisində də aşkarlanıb və bir nəfər bu virusda ölüb. "Qərbi Nil" virusu ilə bağlı xəbərlər Azərbaycanda da təşvişə səbəb olub.

Səhiyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan "Qərbi Nil” virusuna endemik ölkə deyil.

"Digər ölkələrdən gətirilmə hadisəsi olarsa, onun yayılma riski sıfıra bərabərdir. Çünki bu virusun ötürülməsində iştirak edən daşıyıcı ağcaqanad növü bizim ölkəmizin ərazisində mövcud deyil", - qurumdan verilən açıqlamada qeyd olunub.

Qeyd edək ki, "Qərbi Nil” virusu ilk dəfə 1937-ci ildə Uqandada qeydə alınıb. Virus insanlara "Culex” növündən olan ağcaqanadların dişləməsi ilə keçir. Virusun əsas əlamətləri ürəkbulanma, dəridə yaranan qızarmalar, ishal, halsızlıqdır.
 
Ardını oxu...
E vitamini sağlam dərinin qorunmasında mühüm rol oynayır. Onun çatışmazlığı ilə dəri quru və solğun ola bilər. Bu vitamin görmə kəskinliyi, əzələ tonusu və bədəndəki bir çox digər funksiyalar üçün də vacibdir. Buna görə də səviyyənizi izləmək vacibdir, çünki E vitamininin həm çatışmazlığı, həm də artıqlığı problemlər yarada bilər. Pravda.az lent.az-a istinadən bildirir ki, E vitamini səkkiz kimyəvi formada mövcuddur, onların hər biri fərqli bioloji aktivliyə malikdir. E vitamini hüceyrə membranlarını oksidləşmədən və məhv olmaqdan qoruyan yağda həll olunan birləşmədir. Bu vitamin orqanizmdə sintez olunmur. E vitamini çatışmazlığı bulanıq görmə, zəiflik, əzələ gücünün azalması, əzalarda uyuşma, zəif koordinasiya, quru dəri və piqmentasiya kimi özünü göstərə bilər.

Tokoferol yağ toxumasında, qaraciyərdə və əzələlərdə toplanır. Yetkinlərdə E vitamininin normal səviyyəsi 5,5-17 mkq/ml təşkil edir. E vitamini üçün gündəlik tələbat kişilər, qadınlar və hamilə qadınlar üçün 15 mq, süd verən analar üçün isə 19 mq təşkil edir.

E vitamininin həddindən artıq qəbulu ishal, qusma, şişkinlik və qan təzyiqinin artmasına səbəb ola bilər.

Yüksək dozada E vitamininin uzun müddət istifadəsi şübhə doğurur. Tədqiqatlar xroniki xəstəlikləri olan xəstələrdə yüksək dozada E vitamininin (400 IU və ya daha çox) uzun müddət istifadəsi ilə ölüm və ürək çatışmazlığının mümkün artımını göstərir.

Yüksək dozada E vitamini trombositlərin yığılmasına mane ola bilər ki, bu da hemorragik insult riskini artırır. Bundan əlavə, yüksək dozada tokoferolun istifadəsi ilə prostat xərçəngi riskinin artmasına dair sübutlar var.
 
Ardını oxu...
Kilosu 22manat olan və endirimə düşən şokaladın içindən qurd çıxıb.

Tribunainfo.az-ın xəbərinə görə, ətdən baha olan bu şokaladlar satılmadığı üçün piştaxtalarda aylarla qalır, qurd basır və endirimə düşür.

Sosial şəbəkələrdə gündəm olan videonun altına gələn rəylər də ironik olub.

Şərh yazanlardan biri qeyd edib ki, “Bravo”dan aldığı bahalı şokoladı yedikdən sonra görüb ki, içi qurdludur.

Digəri qeyd edir ki, “nə olacaq, vitamindi”.

Başqa bir istifadəçi isə bildirib ki, endirimdə olmayan şokaladlarda da qurd çıxıb.

Görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə ölkə üzrə 310 müəssisədə monitorinq aparıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən mətbuata verilən məlumata görə, həmin müəssisələrdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qiymətləndirilərkən 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib.

Monitorinq çərçivəsində 209 müəssisə üzrə 220 toyuq əti, 74 mal əti olmaqla, ümumilikdə 294 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 64 dönər nümunəsində (47 toyuq əti və 17 mal əti) E.Coli bakteriyası, 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası və 1 mal ətindən dönər nümunəsində toyuq əti DNT-si aşkar edilib. 158 müəssisə üzrə 215 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.

Məlum məsələdir ki, dönər sağlam qidalar siyahısında deyil. O da faktdır ki, heç kim bu günə kimi “dönər faydalıdır” deməyib. Əksinə, həmişə dönərin faydasız, hətta ziyanlı qida olduğu vurğulanıb. Üstəlik, yararsız at, eşşək, ölmüş heyvan ətlərinin ən çox istifadə edildiyi yer də məhz ucuz, keyfiyyətsiz dönərxanalardır. Necə deyərlər, gecə qara, cücə qara...

Amma yoxlama aparılan 310 müəssisədən sadəcə birinin qənaətbəxş hesab edilməsi həddən artıq acınacaqlı mənzərədir. Bu o deməkdir ki, dönərxanaların 99.99 faizində ən azından anti-sanitariya vəziyyəti hökm sürür. Yəni, işdə, istirahətdə, ümumiyyətlə hər hansı bir yerdə acarkən çoxumuzun ilk olaraq üz tutduğu qida özümüzün də xəbərimiz olmadan bizi zəhərləyir. Elə bunun nəticəsidir ki, vaxtaşırı haradasa dönərdən kütləvi zəhərlənmə xəbərləri ilə üzləşirik.

Və ən maraqlısı odur ki, bu dönərxanalar lisenziya, gigiyenik uyğunluq sertifikatı və s. alaraq fəaliyyətə başlayıblar. Görəsən, bu cür anti-sanitariya şəraitində fəaliyyət göstərən dönərxanalar lisenziyanı, sertifikatı necə alıblar və bu müddətdə necə fəaliyyət göstəriblər...

Maraqlıdır, illərdir problemlərdən qurtula bilməyən, xəstəlik yuvasına çevrilmiş dönərxana faciəsini necə aradan qaldırmaq olar? Bu sahəni qaydaya salmağın yolları nədir? Həmçinin, istehlakçılar bu problemlə qarşılaşanda (zərər çəkəndə) nə etməlidir?


Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, dönərxanalar ölkəmizdə ciddi problemə çevrilib. Onun sözlərinə görə, 1 manat, 1 manat 50 qəpiyə olan dönərlər sözsüz ki, təhlükəlidir: “Mən AQTA-da İctimai Şuranın üzvü olarkən dəfələrlə rəhbərlik qarşısında məsələ qaldırdım ki, nümunəvi dönərxana yaradaq. Təbliğ edək ki, digərləri də ona oxşasın. Amma bu təklifim nəzərə alınmadı. Ona görə də vəziyyət getdikcə pisləşir”.

Müsahibimiz bildirir ki, ölkədə istənilən ətin satışına heç bir məhdudiyyət yoxdur: “Sizin sayt vasitəsilə çağırıram ki, Nazirlər Kabineti qərar qəbul etsin, ənənəvi olmayan ətlərin satışı qadağan edilsin. Sadəcə olaraq qanun belədir ki, hansı əti satırsan sat, üstündə nə əti olduğu bildirilsin. Bazarın bu seqmentinin təmizlənməsində, at, eşşək ətinin, ölmüş heyvan ətlərinin satışını ifşa etməkdə qurum fəal işləməlidir. Cəmiyyət bu işləri dəstəkləyir. Təəssüf ki, onlar da susublar. Amma bilirik ki, bu ətlərdən bəzi dönərxanalarda istifadə edilir. Lakin dönərxanalarda elə kağızlar, elanlar asılır ki, guya hər şey öz qaydasındadır”.

AİB sədrinin sözlərinə görə, zəhərlənmə səbəbləri təkcə ətlə bağlı olmur. Mayonezlər və digər inqrediyentlərlə də bağlı ola bilir: “Mayonezlərin saxlanma müddəti 5 saatdan artıq deyil. Dönər bu gündən sabaha qaldısa, o artıq çirklənmiş mal olur. Onu soyuducuda saxlasan da insanı zəhərləyə bilər. Dönərxanalarda AQTA ciddi iş aparmalıdır. Və vəziyyəti dəyişdirmək üçün işlər görməlidir”.

Müsahibimiz təklif edir ki, istehlakçılar bu cür problemlərlə qarşılaşdıqda qaynar xətt vasitəsilə AQTA-ya məlumat versinlər, sağlamlıqlarına zərər dəyəndə isə AİB-ə yazılı ərizə ilə müraciət etsinlər.

Görəsən, həmin dönərlər insanların sağlamlığına hansı zərərləri vurur? Hansı xəstəlikləri yaradır?


Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən həkim-terapevt Sübhan Hacıyev bildirib ki, istər mal əti, istərsə də toyuq əti düzgün emal olunmadıqda tərkibində olan bir çox infeksiyalar, xüsusilə də heyvandan insana keçə bilən infeksiyalar qalır. Bu problem bir çox hallarda mədə-bağırsaq traktının zədələnməsinə gətirib çıxarır: “Qastrit (mədənin selikli qişasının iltihabı, qıcıqlanması və ya aşınması - red.) duodenit ( Onikibarmaq bağırsağın iltihabı xəstəliyi – red.), ezofaqit (qida borusunun iltihabı – red.) kimi xəstəliklərin kəskinləşməsinə səbəb olur. Eyni zamanda orada həddən çox durmuş yağların olduğunu bilsək, xolesterin mübadiləsinin pozulduğunu görərik. Bu da ürək-damar xəstəliklərinə yol açır. Və damarların xolesterinlə tıxanması gələcəkdə miokardın infarktına və insulta gətirib çıxarır”.

Doktor bildirib ki, dönərlər “fast food” siyahısında olsa da çox ağır həzm olunan qidadır. Çünki tərkibində ətdən savayı yağlar, turşular, tomat, ketçup, mayonez olur. Və ketçupla mayonez bir-biri ilə reaksiyaya girməyən kimyəvi maddələrdir. Onların da hər hansı bir çörəyə və ya lavaşa bükülüb yeyilməsi insan orqanizmində çox ciddi enerji tələb edir: “Lakin təəssüf ki, dönərxanaların əksəriyyəti bəsit sanitar-gigiyenik tələblərə uyğun gəlmir. İstifadə etdiyi ətlər çox ciddi bir şəkildə yoxlanılmır. Buna görə də onların istifadəsi sağlamlığa zərər vurur. Bu problemə xüsusilə toyuq dönərlərində rast gəlinir. Çünki bir çox xəstə quşların, heyvanların müəyyən antibiotiklərin, hormonal dərmanların istifadəsindən sonra kəsimləri baş verir. Və nəticədə o dərmanlar həmin ətlərin, dönərlərin tərkibində olduğu müddətdə çox da məhv olmur. Çünki dönər bişirildiyi zaman onun üst təbəqəsi qızarılır, amma həmin dərmanlar şirə şəklində üstünə axır. Nəticədə bu şirə həmin çörəyə və ya lavaşa batırılaraq təkrar insanlara yedirilir”.

Doktor tövsiyə edib ki, bütün bunlara görə mənşəyi məlum olmayan yerlərdən, xüsusilə “fast food” qidalarından istifadə etməsinlər. Sanitar-gigiyenik qaydalara riayət olunmayan yerlərdə heç bir qidadan istifadə etməsinlər. Həmin qidaların qəbulundan sonra hər hansı bir narahatçılıqları aşkarlanarsa, mütləq həkimə müraciət etsinlər.

Pressklub.az
Ardını oxu...
ABŞ-nin Texas ştatının San Antonio şəhərində yaşayan və daha əvvəl hotel meneceri işləmiş Melissa Henksin etirafları sosial şəbəkə istifadəçiləri arasında narahatlığa səbəb olub.

TikTok-da video paylaşan Henks müştərilərə hotellərdəki şampunlardan istifadə etməməyi tövsiyə edib.

Keçmiş menecer bildirib ki, otellərdə pulsuz verilən hamam-tualet ləvazimatları ilə ehtiyatlı davranmaq lazımdır. O, xüsusilə insanlara şampun, kondisioner və bədən losyonlarından uzaq durmağı məsləhət görüb:

''Duş qəbul edərkən ağzına qədər doldurulmuş şampun şüşələri hamamda sizi gözləyir. Heç vaxt bu şampunlardan istifadə etməyin, çünki sizdən əvvəl müştəri onların içərisinə nəsə tökmüş ola bilər. Bəzən belə məhsullarda saç boyası, ağardıcılara rast gəlirik. Məncə, otelə gələndə özünüzlə mini ölçülü şampun və losyonunuzu gətirin.

Öz qulluq vasitələriniz yoxdursa, resepşına gedin və yeni qulluq dəsti istəyin. Belə xoşagəlməz hallarla gözlənildiyindən də tez-tez rastlaşırıq”,- o söyləyib.

Sosial şəbəkə istifadəçilərindən biri isə bildirib ki, şampunun içərsinə tük tökən krem əlavə edənlər də olur.

Sözügedən video sosial şəbəkələrdə 1 milyondan çox baxış toplayıb.
 

Dünyapress TV

Xəbər lenti