Ardını oxu...
Qış aylarında soyuq havaların təsirindən qorunmaq üçün balanslı və düzgün qidalanma vacibdir. Foodinfo.az bildirir ki, portağal, mandarin, limon və greyfurt kimi sitrus meyvələri C vitamini baxımından çox zəngindir. C vitamini immunitet sistemini gücləndirir, soyuqdəyməyə qarşı müdafiə edir. Eyni zamanda, bu meyvələr antioksidant xüsusiyyətlərə malikdir, bədəndəki zərərli toksinlərin atılmasını təmin edir.Bal və zəncəfil qışda çox təklif olunan təbii çarələrdir. Bal antibakterial xüsusiyyətlərə malikdir öskürəyi yumşalda bilir. Zəncəfil istilikverici təsiri sayəsində qan dövranını artırır və immuniteti gücləndirir.Quru meyvələr (qaysı, xurma, üzüm) və qoz-fındıq enerji mənbəyi kimi mövsümün əvəzolunmaz hissəsidir. Bu qidalar E vitamini, maqnezium və minerallarla zəngindir. Soyuq havada bədənin ehtiyac duyduğu istiliyi qorumağına yardımcı olur.
 
Ardını oxu...
“50 uşağın həyatı risk altındadır. Ona görə ki, kimsə TƏBİB-də işini düzgün yerinə yetirmir. 4 aydır ki, dərman almamaq nə deməkdir?!”

TEREF “Baku TV”yə istinadən xəbər verir ki, bunu vətəndaş Günay Əsədzadə kistoz fibroz xəstəliyindən əziyyət çəkən uşaqlara hər ay dövlət tərəfindən pulsuz təqdim olunan dərmanların aylardır, verilməməsi ilə bağlı şikayətində söyləyib.

Valideynin iddiasına görə, aidiyyəti qurum bu dərmanlar üçün ayrılan birillik vəsaitin cəmi 9 aya bəs etdiyini deyir: “Biz dərmanlarımızı TƏBİB-dən ala bilmirik. Mən ərizə yazıram ki, dərmanları niyə vermirsiniz, onlar da xəstəxanadan izahat istəyir ki, niyə paylamırsınız? Sən göndərməmisən, o da paylamayıb. Xəstəxanadan deyirlər ki, dərman gəlməyib, gələndə verəcəyik”.

Nərimanov Rayon Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının şöbə müdiri Səbinə Əfəndiyeva isə bildirib ki, TƏBİB dərmanları göndərən kimi dərhal xəstələrə paylanılır: “Onlar bizə deyib ki, gözləyin, dərmanlar gələcək. Nə vaxt gələcəksə, o vaxt da veriləcək. Bəzi dərmanlar verilir, bəziləri hələ də verilməyib”.

TƏBİB-in Departament rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, qeyd olunan xəstəlikdən əziyyət çəkən uşaqların dərman vasitələri ilə təminatı üçün lazım olan mallar uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində İnnovasiya və Təchizat Mərkəzi tərəfindən satın alınıb və müvafiq tibb müəssisələri tərəfindən təminatı həyata keçirilib: “23 dekabr 2021-ci il tarixli 406 saylı Nazirlər Kabinetinin Qərarına 24 may 2024-cü il 280 nömrəli Qərarla edilmiş dəyişikliklərə əsasən, 20 adda yeni dərman preparatı daxil edilib. Əlavə edilən dərmanların, o cümlədən kistoz fibroz xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələrinin satın alınması həyata keçirilib. Podradçı şirkət ilə müqavilə bağlandıqdan sonra adıçəkilən dərman vasitələrinin təminatının yerinə yetirilməsi nəzərdə tutulub”.

Daha ətraflı videomaterialda:

 

 

Ardını oxu...
Terapevt Anna Sinyaeva SE-yə müsahibəsində bildirib ki, insan beyni spirtli içkilərdən ən çox əziyyət çəkir.
Onun sözlərinə görə, spirtli içki qəbul etdikdən sonra beş dəqiqə ərzində bu, şüura təsir etməyə başlayır.“Alkoqol beynə daxil olduqdan sonra onun normal fəaliyyətini pozur və bir sıra təsirlərə səbəb olur. Güclü içkilər qəbul etdikdən sonra əhval-ruhiyyənin yaxşılaşması, alkoqolun dopamin və serotoninin - "xoşbəxtlik hormonlarının" səviyyəsini artırması ilə əlaqədardır. İnsan özünü daha inamlı və xoşbəxt hiss edir, qayğıları unudur”, - deyə həkim bildirib.Həkim qeyd edib ki, spirtli içkilərin tez-tez qəbulu ilə orqanizm uyğunlaşır və bu hormonların istehsalını dayandırır. Nəticədə insan aqressiv və ya laqeyd olur. Bəzi insanlar alkoqolla əlaqəli depressiya yaşayırlar.
 
 
 
Ardını oxu...
İspaniyanın və Cənubi Amerikanın bir sıra aparıcı universitetlərinin alimləri müəyyən ediblər ki, gündə 7 min addım atmaq depressiyaya düşmə ehtimalını 31% azalda bilər.

"DogruXeber.az" xəbər verir ki, araşdırmanın nəticələri JAMA (Journal of the American Medical Association) jurnalında dərc olunub.

Alimlər bu qənaətə 96 min nəfərin cəlb olunduğu əvvəllər dərc edilmiş 33 araşdırmanın meta-analizi zamanı gəliblər. Tədqiqat qrupu geyilə bilən cihazlardan istifadə edən könüllülərin fiziki fəaliyyəti haqqında məlumat toplayıb.

Əlavə təhlillər göstərib ki, gəzinti həm profilaktik, həm də müalicəvi təsir göstərir. Depressiyadan əziyyət çəkən insanlar, addımların sayının artması ilə pozğunluq əlamətlərinin azaldığını bildirib - hərəkətliliyin gündə 5000 addıma qədər artması ilə nəzərəçarpacaq yaxşılaşma baş verib və maksimum təsir 7500 addımla təmin edilib.

Alimlər həmçinin müəyyən ediblər ki, gündəlik həyatda addımların sayını artırmaq gələcəkdə depressiya ehtimalını azaldır. Hər əlavə min addım riski 9% azaldır və psixi sağlamlıq hər gün 10.000 addım gedənlər arasında ən çox qorunub.
Ardını oxu...
D vitamini sağlam sümüklər, güclü immunitet və ümumi sağlamlıq üçün vacibdir.Foodinfo.az xəbər verir ki, onun bədənə daha yaxşı yayılması üçün müəyyən qidalar mühüm rol oynayır. D vitamini yağda həll olunan bir vitamindir, buna görə yağ tərkibli qidalar onun əmilməsini artırır.
1. Sağlam yağlar: Zeytun yağı, avokado, fındıq və qoz kimi yağlarla zəngin qidalar D vitamininin bağırsaqlardan sorulmasını sürətləndirir.
2. Kalsium mənbələri: Süd, qatıq, pendir və kələm kimi kalsiumla zəngin qidalar D vitamini ilə birgə qəbul edildikdə sümük sağlamlığını dəstəkləyir. 3. Maqnezium tərkibli qidalar: İspanaq, badam, balqabaq toxumu və banan maqneziumla zəngindir. Maqnezium D vitamininin aktiv formaya çevrilməsinə kömək edir.
4. C vitamini: Portağal, limon, brokoli və kivi kimi C vitaminli zəngin qidalar D vitamininin daha təsirli olmasına dəstək verir.
5. Omega-3 mənbələri: Balıq, balıq yağı, çia toxumu və qoz tərkibindəki omega-3 ilə D vitamininin əmilməsini yaxşılaşdırır. Bu qidaları balanslı şəkildə qəbul etmək D vitamininin təsirini maksimuma çatdırır və sağlamlığı qorumağa kömək edir.
 
Ardını oxu...
Ürək xəstəliyi dünyada əsas ölüm səbəbi olaraq qalır. Bu xəstəlik çoxlu şərtləri əhatə edir ki, onların bir çoxunun qarşısını almaq və hətta sağlam həyat tərzinə riayət etməklə müalicə etmək olar. Ürək gündə orta hesabla 100 min dəfə döyünür, davamlı qan dövranını və bütün orqanlara oksigen çatdırılmasını təmin edir.

"DogruXeber.az" xəbər verir ki, kardioloq Demilade Adedinsevo ürək sağlamlığının qorunmasında bir sıra amillərin əhəmiyyətini vurğulayır. Kifayət qədər yuxu çox vacibdir.

Həkim deyib ki, gün ərzində yeddi-səkkiz saat yatmaq önəmlidir. O xəbərdarlıq edib ki, yuxunun olmaması və ya keyfiyyətsiz yuxu bütün orqanların, o cümlədən ürəyin işinə təsir edən bir sıra xəstəliklərə səbəb ola bilər.

Bundan əlavə, ürək sağlamlığını qorumaq üçün çəkiyə, qanda qlükoza və xolesterin səviyyəsinə, həmçinin qan təzyiqinə nəzarət etmək lazımdır. Ürək-damar xəstəliklərinin qarşısının alınmasında siqaretdən çəkinmək, eyni zamanda tüstüyə məruz qalmaqdan qorunmaq lazımdır. Həkimlər qida maddələri ilə zəngin olan Aralıq dənizi və ya DASH pəhrizi kimi balanslaşdırılmış pəhrizə riayət etməyi məsləhət görürlər.

Fiziki fəaliyyət ürək sağlamlığını qorumaq üçün ən yaxşı vasitədir.

"Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə məşq edin", - deyə Dr. Adedinsevo məsləhət görüb.
Ardını oxu...
Sumqayıtda ana və övladı dərmandan zəhərlənib.

APA xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.

1972-ci il təvəllüdlü Aybəniz Fazil qızı Orucova və övladı 2010-cu il təvəllüdlü Məhəmməd Gəncə oğlu Orucov yaşadıqları ünvanda dərmandan zəhərləniblər.

Onlar dərhal xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Mütəxəssislər həddindən artıq şəkər istehlakının dəriyə mənfi təsir etdiyini bildirir. Foodinfo.az bildirir ki, “şəkər üzü” termini dəridə həddindən artıq şəkər istehlakı ilə bağlı yaranan dəyişiklikləri təsvir edir. Belə ki, şəkər qanın tərkibini dəyişdirir, insulinin səviyyəsini artırır və iltihabi proseslərə səbəb olur. Bu isə qırışlar, solğunluq, səpgilər və dərinin elastikliyinin azalması ilə nəticələnir.
Şəkər kollagen və elastin liflərinin quruluşunu dəyişdirərək dərinin qocalmasını sürətləndirir. Bundan əlavə, qlikasiya prosesi nəticəsində dərinin tonusu və elastikliyi azalır, qırışlar daha tez yaranır.
Mütəxəssislər şəkər və sadə karbohidratların istehlakını məhdudlaşdırmağı, sağlam və balanslı qidalanmağı tövsiyə edir. Tərəvəz, meyvə, paxlalılar və yağsız ət kimi qidalar dərinin sağlamlığını qorumağa kömək edə bilər. Həmçinin, su istehlakını artırmaq və emal olunmuş qidalardan uzaq durmaq tövsiyə edilir.
 
Ardını oxu...
Konservləşdirilmiş məhsulların açılması zamanı gigiyena qaydalarına diqqət yetirilməlidir. Mütəxəssislər bildirir ki, konserv qabları uzun müddət saxlanıldığı və müxtəlif yerlərdən keçdiyi üçün onların üzərində toz, bakteriya və digər çirklənmələr ola bilər.
Buna görə də, qutular açılmadan əvvəl mütləq yuyulmalı və ya nəm salfetlə silinməlidir. Əks halda, çirklər qidaya keçərək sağlamlıq üçün risk yarada bilər.Bundan əlavə, açılmadan əvvəl konserv qutularının vəziyyətinə diqqət yetirmək vacibdir. Şişkinlik, pas və ya deformasiyalar varsa, bu məhsullar istehlak edilməməlidir.
 
Ardını oxu...
Saxta "Himalay duzu"nun satışı ilə bağlı daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı fakt təsdiqini tapıb.

Bu barədə AQTA məlumat yayıb.

Belə ki, fiziki şəxs Məmməd Adil oğlu Mənsimovun İrandan idxal etdiyi "Behnam Kar Azar Bilasavar Co" şirkətinin istehsalı olan "Morvarid" əmtəə nişanlı çəhrayı duzun Sabirabad şəhəri, Vidadi küçəsi, 8A ünvanında yerləşən qablaşdırılma müəssisəsində "İlğım" əmtəə nişanı ilə "Himalay duzu" adı altında qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Həmçinin məhsulun etiketində tərkibinə yodun qatılması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyi müəyyən olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb, məhsulların satışdan geri çağırılmasına dair qərar qəbul edilib. Ticarət şəbəkələrinin rəhbərlərinə bu məhsulların təchizatçı müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

Dünyapress TV

Xəbər lenti